136
5.
Rüstəmov F.A. ġərqdə pedaqogika tarixi. Bakı: Nurlar, 2002.
6.
Rüstəmov F.A. Pedaqogika tarixi. Bakı: Nurlar, 2010.
7.
Əlibəyzadə E.M. Azərbaycan хalqının mənəvi mədəniyyət
tariхi (Ġslamaqədərki dövr). Bakı: Gənclik, 1998.
8.
Hüseynzadə R.L.Qədim və orta əsrlərdə Azərbaycanda tərbiyə,
təhsil və pedaqoji fikir. Bakı: Nurlar, 2007.
9.
Ġmadəddin Nəsimi. Mən bu cahana sığmazam. Bakı: Gənclik,
1991.
10.
Məmmədov K.A. ġərq pedaqoji fikir tarixindən (Tədris vəsaiti).
Bakı: Mütərcim, 2011.
11.
Qumilyоv L.N. Qədim türklər. Bakı: Gənclik, 1993.
12.
ġükürlü Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı, Maarif,
1993.
13.
Seyidov F.Ə. Soy kökümüzdən gələn pedaqoji fikir. Bakı, 2004.
14.
Seyidov F.Ə. Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair.
Bakı: Sevinc, 1997.
15.
Mövlana Dərgahından Əsintilər. Bakı: Ġpək yolu, 2008.
16.
Ġslam əxlaqı. Bakı: 2008.
137
V fəsil
KLASSİK QƏRB VƏ RUSİYA PEDAQOJİ FİKRİNDƏ
TƏRBİYƏ MƏSƏLƏLƏRİNƏ BİR NƏZƏR
Əhatə olunan məsələlər:
5.1. Avropa klassiklərinin tərbiyə və təhsil haqqında fikirləri
5.2. Rusiya klassiklərinin tərbiyə haqqında fikirləri.
138
5.1. Avropa klassiklərinin
tərbiyə və təhsil haqqında fikirləri
Yan Amos Komenskinin tərbiyə haqqında fikirləri. XVII
əsrdə yaĢamıĢ çex pedaqoqu Yan Amos Komenski (1592-1670)
elmi pedaqogikanın banisi hesab olunur. O, 92 əsərin müəllifidir.
Komenskinin “Böyük didaktika” əsəri pedaqoji fikrin ən dəyərli
əsərlərindən biri hesab edilir. O bu kitabında didaktikanın nəzəri-
pedaqoji əsaslarını, kollektiv sinif dərs sisteminin pedaqoji əsasla-
rını iĢləmiĢdir.
Humanizm və demokratiklik Komenski dünyagörüĢünün əsa-
sını təĢkil edir. Y.A.Komenski pedaqogikasını təbiətəmüvafiqlik pe-
daqogikası adlandırırlar. Onun fikrinsə insan təbiətin bir hissəsi ol-
duğundan onun tərbiyəsi də təlimi də təbiətin qaydalarına tabe ol-
malıdır: “Təbiət hər yerdə bizə nümunə göstərir”. O, təbiəti müəllim
hesab edir və Siseronun “.... əgər bir rəhbər kimi biz təbiətin
arxasınca getsək, heç bir zaman azmarıq” – fikrinə haqq qazandırır.
Buradan belə nəticə çıxır ki, uĢaq da təbiətin bir hissəsi olduğundan,
onun tərbiyəsi də təbii yolla getməlidir. Məktəb bütün qaydalarını
dəqiq olaraq təbiətdən götürməlidir. “Balıqlar suya, ağaclar meĢə-
yə, otlar çəmənliyə toplaĢdığı kimi, uĢaqlar da məktəbə toplaĢ-
malıdır”. Komenski fərdi təlimin əleyhinə çıxmıĢ, sinif-dərs siste-
mini, kollektiv təlimin zəruriliyini əsaslandırmıĢdır. Y.A.Komenski
dövrünün məktəb sistemini yaratmıĢ, onun məqsəd və vəzifələrini
müəyyənləĢdirmiĢdir. O, məktəbi insanlıq, humanizm, əməksevərlik
tərbiyə edən iĢ emalatxanası adlandırmıĢdır. O, elə məktəblər
açmağı tələb edirdi ki, orada hər iki cinsdən olan bütün gənclər bir
yerdə elmləri öyrənə bilsinlər. Məktəbin əsas vəzifəsi cəmiyyətdə
ümumi müdrikliyi yaymaqdan ibarətdir. Y.A.Komenski yaĢ dövrlə-
rinə uyğun olaraq məktəb sistemini belə vermiĢdir: 1) 0-6 yaĢa
qədər – uĢaqlıq – “Ana qucağı məktəbi” – ailədə tərbiyə; 2) 6-12
yaĢ – yeniyetmə - ana dili məktəbi – hər hansı yaĢayıĢ məntəqəsində
yerləĢən məktəb; 3) 12-18 yaĢ – gənclik – latın dili məktəbi – (gim-
naziya) – hər Ģəhərdə; 4) 18-24 yaĢ – kiĢiləĢmə - akademiya –
universitetlər.
139
Birinci mərhələ üçün Komenski “Ana qucağı məktəbi” adlı
vəsait də yazmıĢdır. “Ana qucağı məktəbi”ndə uĢaqların ətraf aləm-
lə tanıĢlığı, xarici hiss üzvlərini inkiĢafı nəzərdə tutulurdu.
Y.A.Komenski təlim prinsiplərinin mahiyyətini izah edərək,
aĢağıdakı kimi təsnif etmiĢdir:
1) əyanilik;
2) Ģüurluluq;
3) biliklərin möhkəmləndirilməsi;
4) sistemlilik və ardıcıllıq;
5) gücəmüvafiqlik.
Y.A.Komenski əyanilik prinsipini müəllimlər üçün “Qızıl
qayda” adlandıraraq yazırdı: “Mümkün olan hər Ģeyi duyğularla
qavramağa təqdim etmək, yəni görünəni – görmə duyğusuna,
səsi – eĢitmə duyğusuna, iyi – iybilmə duyğusuna, dadı olanı –
dad duyğusuna, toxunula biləni – lamisə duyğusuna təqdim
etmək qoy müəllimlər üçün qızıl qayda olsun”.
Y.A.Komenski tərbiyə məsələlərinə öz pedaqoji nəzəriyyəsin-
də xüsusi yer ayırmıĢdır. O, hər bir xalqın gələcəyini və rifahını
yeniyetmələrin düzgün tərbiyəsində görürdü.
Y.A. Komenski uĢaqların tərbiyəsində nümunəyə böyük əhə-
miyyət verir və deyirdi: “Axı uĢaqlar meymun kimidirlər. Onlar
yaxĢı və pis nə görsələr kənardan təhrik olmasa da, onu təqlid
etməyə səy edirlər. Bu yolla onlar dərketmədən qabaq təqlid et-
məyi öyrənirlər. Mən bu zaman istər həyatdan, istərsə də tarix-
dən götürülmüĢ nümunələri nəzərdə tururam və ilk növbədə
həyatdan alınmıĢ nümunələri əsas götürürəm. Çünki onlar
uĢaqlara yaxındır və daha qüvvətli təsir göstərir. Belə ki, hər
kəsdən əvvəl qoy valideynlər nümunə göstərsinlər. Özləri ev
intizamını ciddi gözləsinlər. Müəllimlər isə qoy baĢqaları
arasında öz əxlaqı ilə seçilən ən yaxĢı adamlar olsunlar”.
Y.A. Komenski, tərbiyənin qarĢısına aĢağıdakı vəzifələri qo-
yurdu:
1. Bizi əhatə edən xarici aləmi dərk etdirmək;
2. Ġnsanın
nə etməli olduğunu öyrətmək;
3. Dinə sadiq, mömin insanlar yetiĢdirmək.
Y.A.Komenskiyə görə tərbiyənin aĢağıdakı metodları vardır:
1) ġəxsi nümunə; 2) nəsihət; 3) təmrinlər; 4) rəğbətləndirmə; 5) cəza.