Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə167/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   163   164   165   166   167   168   169   170   ...   176

 

515 


Deduksiya  –  (latınca  deducto  –  nəticə  çıxartma)  –  təfəkkür  prosesində 

ümumidən  xüsusiyə  doğru  çıxarılan  məntiqi  nəticədir.  Bilik  və 

məlumatın  daha  çox  ümumi  olandan  daha  az  daha  az  ümumi 

olana  hərəkəti  olub,  mühakimələrdən  nəticə  çıxarmağa  deyilir. 

BaĢqa  sözlə,  deduksiya  nəticə  çıxarmadan  ibarət  olan,  ümu-

midən xüsusiyə gedən əqli nəticədir. Biliyin ümumidən xüsusiyə 

getməsi  onun  psixi  proseslərdən,  əqli  fəaliyyətin  quruluĢundan 

asılılığı ilə izah olunur. Antonimi “induksiya”dır.  



De-institutlaĢdırma  –  dövlət  uĢaq  müəssisələrindən  uĢaqların  ailələrə 

verilməsi siyasətidir. Bu proses xüsusi proqram  əsasında həyata 

keçirilir.  Proqramın  əsas  məqsədi  BMT-nin  UĢaq  Hüquqları 

Konvensiyasında  təsbit  olunmuĢ  uĢağın  Ģəxsiyyətinin  tam  və 

ahəngdar  inkiĢafı  üçün  ailə  mühitində  xoĢbəxtlik,  məhəbbət  və 

anlaĢma  Ģəraitində  böyüməsinin  zəruriliyi  nəzərə  alınaraq, 

dövlət uĢaq müəssisələrində olan uĢaqların ailələrə verilməsi və 

alternativ  qayğının  təĢkili  mexanizmlərinin  yaradılması  və 

səmərəli iĢləmənin təmin edilməsidir. 

Dəyər  –  fəlsəfə,  etika,  estetika  və  sosiologiyada  gerçəkliyin  müəyyən 

hadisələrinin  cəmiyyət  üçün  sosial-tarixi  əhəmiyyəti  və  fərd 

üçün Ģəxsi məna daĢıyan anlayıĢ kimi xarakterizə olunur. Dəyər 

insanların qarĢılıqlı münasibətlərinin və Ģəxsiyyətin davranıĢının 

sosial tənziminin əsas amili kimi çıxıĢ edir.  

Dəyər meyli – Ģəxsiyyətin, cəmiyyətin sosial, siyasi və əxlaqi normalarına 

olan münasibətlər sistemidir.  



Distant  (məsafədən)  təhsil  –  tədris  prosesinin  elektron,  telekom-

munikasiya, proqram – texniki vasitələr əsasında təĢkil olunduğu 

təhsilalma formasıdır. 

Dissertasiya  –  müvafiq  elmi  dərəcə  almaq  üçün  təqdim  edilən  elmi 

tədqiqat iĢidir. 



Dissertant – dissertasiya iĢini yerinə yetirən Ģəxsdir. 

Divergent  təfəkkür  – yaradıcı təfəkkürdür, yaradıcı fəaliyyətin ayrılmaz 

hissəsidir.  C.Gilfordun  intellektin  struktur  modelinin  əsas  anla-

yıĢlarından biridir.  

Doktorantura  –  ali  təhsilin  ən  yüksək  səviyyəsi,  doktorluq  elmi  də-

rəcəsinin  alınmasını  həyata  keçirən  yüksək  səviyyəli  elmi-pe-

daqoji kadr hazırlığı formasıdır. 

Dosent  –  ali təhsil  müəssisələrində  müəllimlərə  verilən  ad  və  seçkili  və-

zifədir. 



DünyagörüĢ  –  ətraf  aləmə  münasibəti  ifadə  edən  inam  və  biliyin  ümu-

miləĢdirilmiĢ formasıdır.  




 

516 


Eksteriorizasiya  –  əməliyyatların  daxili,  fikri  planından  əĢyalarla  icra 

olunan  priyom  və  əməliyyatlar  formasında  həyata  keçirilən 

xarici əməliyyatlara keçiddir.  

Elmlər  doktoru  –  elm  sahələri  üzrə  doktoranturada  verilən  ən  yüksək 

elmi dərəcədir. 



Emosionallıq – insanın emosiya və hisslərinin keyfiyyət və dinamikasını, 

məzmununu  müəyyən  edən  xüsusiyyətlərinə  deyilir.  Emosio-

nallığın mahiyyəti subyekt üçün xüsusi əhəmiyyət daĢıyan hadi-

sə  və  situasiyaların  inkiĢafından  ibarətdir.  O,  Ģəxsiyyətin  əsas 

xüsusiyyətləri  –  əxlaq  normaları,  motivasiya  sahəsi,  dünyagö-

rüĢü, dəyər meyli və s. ilə bağlıdır.  



Epistemologiya  –  bilik  və  öyrənmənin  mahiyyəti  və  təbiəti,  xüsusilə  də 

onun  etibarlılığı  və  ya  məhdudiyyətləri  ilə  əlaqədar  araĢdırma, 

nəzəriyyə və ya Ģəxsi inanclardır. 

Evdə  təhsil – müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin 

evdə təĢkili formasıdır. 



Əqidə  –  Ģəxsiyyəti  öz  dəyərlər  sisteminə  uyğun  olaraq  hərəkət  etməyə 

sövq edən dərk olunmuĢ tələbatdır. Möhkəm əqidənin formalaĢ-

ması  üçün  ilk  Ģərait  erkən  uĢaqlıqda  yaranır.  Bu  yaĢda  həyat 

tərzi  və  ailə  ənənələri,  ətrafdakılara  münasibətin  xarakteri  daha 

çox əhəmiyyət kəsb edir. Əsl əqidə yeniyetməlik və ilk gənclik 

dövründə  yaranır.  Bu  isə  bu  yaĢda  ətraflı  və  dərin  biliklərə 

yiyələnmək,  ətrafa  Ģüurlu  tənqidi  münasibətin,  təfəkkürün  in-

kiĢaf etmiĢ formalarının yaranması, dünyagörüĢün və fəal həyat 

mövqeyinin formalaĢması ilə bağlıdır.  

Əlavə təhsil – vətəndaĢların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə 

əlavə  təhsil  proqramları  əsasında  verilən  təhsildir.  Müasir 

dövrdə əlavə təhsil və peĢəkarlıq səviyyəsinin inkiĢaf etdirilməsi 

fasiləsiz təhsilin tərkib hissəsi olmaqla, peĢə-ixtisas müəssisəsini 

bitirən  və  təhsil  haqqında  dövlət  sənədi  olan  hər  bir  vətəndaĢın 

fasiləsiz təhsil almaq imkanları sistemi kimi baĢa düĢülür. Əlavə 

təhsilin ixtisasartırma,  təkmilləĢdirmə,  stajkeçmə,  yenidənhazır-

lanma,  yaĢlıların  təhsili  və  s.  kimi  istiqamətləri  müəyyənləĢ-

dirilmiĢdir. 

Əvvəlki  biliklər  –  hər  bir  fərdin  əvvəlki  təcrübəsindən  öyrəndiklərinin 

məcmusudur.  Bu,  Ģagirdin  yeni  öyrəndiyi  konsepsiyanı  əvvəlki 

biliklər  sistemi  ilə  inteqrasiya  etməsini  təmin  etmək  üçün  həl-

ledici əhəmiyyətə malikdir. 




 

517 


Əyani-əməli  təfəkkür  –  cisimlərlə  real  Ģəkildə  yerinə  yetirilən  iĢ  və 

əməliyyatların iĢtirakı ilə cərəyan edən və əyani surətlərlə əmə-

liyyat  aparmağı  müvəffəqiyyətin  zəruri  Ģərti  kimi  özünə  daxil 

edən fikri prosesdir. 



Fəaliyyət  –  insanın  tələbat  əsasında  əmələ  gələn,  yüksək  mərhələ  kimi 

Ģüur  tərəfindən  tənzim  olunan  spesifik  zahiri  fəallığı,  baĢqa 

sözlə,  aktivliyin  zahiri  formasıdır.  Onun  özünəməxsus  motiva-

siya,  məqsəd  və  instrumental  əsasları  vardır.  Fəaliyyət  xarici 

aləmin  dərk  olunmasına,  yaradıcı  surətdə  əks  olunmasına  və 

dəyiĢdirilməsinə  yönəlir.  Fəaliyyətin  strukturunda  məqsədə  çat-

ma üsulları, Ģərait və nəticə anlamları xüsusi yer tutur.  

Fəaliyyət  tədqiqatları  –  səmərəliliyi  yüksəltmək  üçün  müəllimlərin  öz 

iĢlərinin  bəzi  aspektlərini  sistematik  araĢdırmasıdır.  Fəaliyyət 

tədqiqatı müəllimlər tərəfindən həyata keçirilən öyrətmə haqqın-

da  məsələlərin  fundamental  öyrənilməsidir.  Fəaliyyət  tədqiqatı 

sualın, yaxud problemin müəyyən edilməsini, sonra isə müvafiq 

məlumatların toplanmasını və təhlil edilməsini əhatə edir. 



Fəaliyyətin  birgə  tədqiqatı  –  öz  iĢinin  bəzi  aspektlərinin  səmərəliliyini 

yaxĢılaĢdırmaq  üçün  iki  və  ya  daha  çox  müəllim  tərəfindən 

aparılan  sistematik  elmi  tədqiqatdır.  Fəaliyyətin  elmi  tədqiqatı 

sualın,  yaxud  problemin  müəyyən  edilməsi,  sonra  isə  müvafiq 

məlumatların  toplanması  və  analizini  əhatə  edir.  Bu,  ona  görə 

fəaliyyətin  elmi  tədqiqatı  adlanır  ki,  iĢtirakçılar  öz  iĢlərinin 

müəyyən cəhətlərini öyrənirlər və əldə edilən nəticələrdən özləri 

istifadə edirlər. O, ənənəvi, hamı tərəfindən qəbul edilmiĢ tədqi-

qatlardan  fərqlənir,  çünki  iĢtirakçılar  bu  halda  öz  iĢlərinin 

aspektlərini öyrənir və nəticələrdən özləri istifadə edirlər. 



Fəallıq  –  subyektin  xüsusi  vəziyyətidir.  O,  daxilən  subyektin  dünyaya 

münasibəti ilə Ģərtlənir, zahirən davranıĢ proseslərində reallaĢır. 

Fəallıq  müasir  psixologiyanın  əsas  kateqoriyalarından  biridir. 

Onun  motivasiya,  məqsəd  və  instrumental  əsasları  zahiri  tərəf-

ləri (fəaliyyət) ilə bilavasitə bağlıdır.  

Fənlərarası kurikulum – xüsusi bir mövzu və ya problem üzərində diqqəti 

cəmləĢdirmək  üçün  məzmunun  iki  və  ya  artıq  fənn  sahəsindən 

əldə edildiyi tədris planını tərtib etməyin üsuludur. Fənlər arasın-

dakı ümumilik diqqət mərkəzində dayanır. 



Fənlərin  sərhədlərindən  kənar  kurikulum – bu yanaĢmaya görə fənlər 

arasındakı  əlaqələr  geniĢ  və  mürəkkəbdir.  Mahiyyət  etibarı  ilə 

bu kurikulum fənlərin hüdudlarından kənarda olur. Müxtəlif fən-

lərə aid olan, iki və ya daha çox fənlərarası yanaĢmalar üçün də 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə