503
2.
Valideyn sektoru valideyn komitəsini yaradır. Sektor
uĢaqların qidalanmasına, məktəbin təmiri məsələlərinin həllinə kö-
mək edir, valideynlərin pedaqoji biliklərə yiyələnməsini təĢkil edir,
valideynlərlə iĢ aparır, tərbiyəvi tədbirlərin keçirilməsinə kömək
göstərir və s. Valideyn sektorunun Ģurası sinif valideyn kоmitələri-
nin nümayəndələrindən seçilir və ümumməktəb valideyn yığınca-
ğında təsdiq olunur.
3.
ġagird sektoru Ģagird komitəsini yaradır.
16.3. Məktəbdə mеtоdik işlərin plаnlаşdırılmаsı
Məktəbdə metodik iĢin təĢkili formaları dinamikdir, onlar bir
çox amillərdən asılı olaraq dəyiĢir və yeniləĢir. Həmin amillər içəri-
sində aĢağıdakıları göstərmək olar:
1)
təhsil sahəsində dövlətin siyasəti, qanunvericilik aktları və
sənədləri;
2)
müəllimlərin pedaqoji mədəniyyətinin səviyyəsi, onların
Ģəxsiyyət və peĢə-fəaliyyət göstəricilərinin diaqnostik ölçülməsi
prosesində аĢkаr edilmiĢ metodik hazırlığı;
3)
məktəb kollektivində əxlaqi-psixoloji mühit, metodik iĢin
təĢkili üçün maddi-texniki imkanlar;
4)
məktəbdаxili pedaqoji təcrübənin öyrənilməsi, müəllimlə-
rin fəallığı, metodik iĢi həyata keçirmək üçün məktəb rəhbərlərinin
peĢə hazırlığı;
5)
məktəb kollektivində konkret situasiya: müəllimlər arasın-
dakı, müəllimlərlə Ģagirdlər arasındakı, müəllimlərlə rəhbərlər ara-
sındakı münasibətlər.
Bir çox məktəblərdə məktəb rəhbərlərinin və pedaqoqların
təĢəbbüsü ilə metodiki Ģuralar yaradılır. Məktəb Ģuralarından və pe-
daqoji Ģuradan fərqli olaraq metodiki Ģuranın yeganə funksiyası hər
bir müəllimin fəaliyyətinin elmi-metodiki səviyyəsini yüksəltmək-
dir. ĠĢin effektliyi minimum iki səbəbdən asılıdır:
1) metodĢuraya kim rəhbərlik edir;
2) onun üzvlərinin tərkibi neçədir.
Metodiki Ģuraya təhsilin müxtəlif pillələrini, müxtəlif profilli
504
fənləri təmsil edən ən təcrübəli müəllimlər daxil olur. Bunlar müx-
təlif metodiki birliklərin rəhbərləri ola bilər. Adətən metodĢuraya
direktorun tədris-tərbiyə iĢləri üzrə müavini rəhbərlik edir.
Məktəbin metodiki Ģurası müəllimlərin pedaqoji ixtisasının
təkmilləĢdirilməsinin taktika və strategiyasını müəyyən edir. Meto-
diki Ģura metodbirləĢmələrdə, kоmissiyalarda müzakirə olunan mə-
sələləri müəyyənləĢdirir, seminarların, praktikumların, lektoriyala-
rın proqramlarını, məktəbdə metodiki iĢin ümumi proqramını iĢlə-
yib hazırlayır və müzakirə edir.
Məktəbdə metodiki iĢin aĢağıdakı formaları vardır:
1)
fənn metod birləĢmələri;
2)
məktəbdə vahid metodiki gün;
3)
problem seminarlar və praktikumlar;
4)
gənc müəllim məktəbi;
5)
qabaqcıl təcrübə məktəbi;
6)
müəllimlərlə fərdi iĢ;
7)
açıq dərslərin keçirilməsi;
8)
elmi-pedaqoji konfranslar və pedaqoji mühazirələr;
9)
rollu və iĢgüzar oyunlar;
10)
pedaqoji situasiyaların modelləĢdirilməsi və təhlili;
11)
müəllimlərin yaradıcı hesabatları;
12)
pedaqoji konsiliumlar və s.
Məktəbdə metodiki iĢin ən geniĢ yayılmıĢ formalarından biri
müəllimlərin fənn metodbirləĢmələridir. MetodbirləĢmələr fənn
müəllimlərini və ibtidai sinif müəllimlərini birləĢdirir. MetodbirləĢ-
mənin optimal tərkibini 4-5 nəfər eyni fənn müəllimi təĢkil edir.
Böyük Ģəhər məktəbləri ayrıca və ya 2-3 kənd məktəbində birləĢmiĢ
metodbirləĢmə yarada bilər.
MetodbirləĢmələrin iĢinin məzmunu çoxcəhətlidir. Onlar tə-
lim-tərbiyə iĢinin və Ģagirdlərin biliklərinin keyfiyyətini yüksəltmək
məsələlərini, təcrübə mübadiləsinin təĢkili, qabaqcıl pedaqoji təcrü-
bənin və pedaqoji elmin nailiyyətlərinin tətbiqi məsələlərinə baxır,
yeni proqramların və dərsliklərin ən çətin bölmələrini və mövzuları-
nı müzakirə edir və s.
MetodbirləĢmənin iĢi xüsusi plan əsasında həyata kеçirilir.
Planda yeni tədris ili üçün məqsəd və vəzifələr formalaĢdırılır, əsas
təĢkilati-pedaqoji tədbirlər müəyyənləĢdirilir (kabinetlərin tərtibati,
505
didaktik materialın ekspertizası, yoxlama yazı iĢlərinin mətnlərinin,
mövzularının təsdiqi və s.), elmi-metodik məruzələrin, fənlər üzrə
açıq dərslərin və sinifdənxaric məĢğələlərin tеmаtikаlаrı təsdiq
olunur, Ģagirdlərin bilik, bacarıq və vərdiĢlərinə nəzarətin formaları
və müddəti müəyyən edilir.
Metodiki iĢin səmərəli formalarından biri vahid metodik gü-
nün (məktəbin bütün pedaqoji iĢçiləri üçün rübdə bir dəfə) keçiril-
məsidir. Vahid metodik günlərin mövzuları qabaqcadan müəllim-
lərə çatdırılır.
Vahid metodiki günün iĢinin məzmununa daxildir: açıq dərs-
lərin və sinifdənxaric iĢlərin keçirilməsi, onların geniĢ təhlili və mü-
zakirəsi, yeni metodik ədəbiyyatın xülasəsi, metodiki günə yеkun
vurulması (iclas, «dəyirmi masa» va ya «mətbuat konfransı» forma-
sında). Bu formalarda müəllimlər metodik mövzular üzərində iĢlərin
yеkunlаrı haqqında çıxıĢ edir. Məktəb rəhbərləri isə keçirilən təd-
birin ümumi təhlilini aparır və ona qiymət verirlər.
Problem seminarlar və praktikumlar müəllimlərin nəzəri
va praktiki hazırlığının vəhdətdə aparılmasına yönəldilmiĢdir. Müa-
sir pedaqoji nəzəriyyələrin öyrənilməsi problem seminarların iĢinin
məzmununu təĢkil edir. Onların müzakirəsi müəllimin özünütəhsili
iĢinə çох kömək edir.
Qabaqcıl təcrübə məktəbi metodik iĢin forması kimi əsas
etibarilə fərdi və kollektiv hamiliyin məqsəd və vəzifələrini realizə
edir. Qabaqcıl təcrübə məktəbinin əsas məqsədi təcrübəli müəlli-
min, məktəb rəhbərlərinin az tacrübəli müəllimə metodiki köməyin-
dən ibarətdir. Belə məktəbin yaradılması könüllülük əsasında baĢ
verir.
Qabaqcıl təcrübə məktəbi strukturunda gənc müəllim məktəbi
də yaradıla bilər. Gənc müəllimlər təcrübəli müəllimin və ya
məktəb rəhbərlərindən birinin rəhbərliyi altında birləĢirlər. ĠĢ xüsusi
plan əsasında aparılır. Plana dərsin və sinifdənxaric iĢin məqsədinin
qoyulması qaydası və metodikası, sinif rəhbərinin iĢinin planlaĢdı-
rılması xüsusiyyətləri və s. kimi məsələlərin müzakirəsi daxil edilir.
Məktəblərə eksperimentlərin təĢkili ilə bağlı müəyyən hüquq-
ların verilməsilə əlaqadar olaraq problem qrupların (innovasiya
qruplarının) fəaliyyəti geniĢ maraq doğurur. Müəllimlərin belə qru-
pu həm məktəb rəhbərlərinin, alim-pedaqoqların, həm də müəl-
Dostları ilə paylaş: |