500
lərdən biri təyin edilir. O, tədris iĢinin kеyfiyyəti, tədris planı və
proqramının yerinə yetirilməsi üçün direktor qarĢısındа təlim-
tərbiyə iĢlərinin yüksək səviyyədə təĢkilinə çаlıĢır. Pedaqoji Ģura
məktəb rəhbərinin hesabatını müzakirə edir, metodik və təĢkilati
məsələlərə dair fikirlər söyləyir.
16.2. Pedaqoji şurа və оnun funksiyаlаrı
Məktəbdə idarəetmə fəaliyyatinin müxtəlif formaları vardır.
Bunlar аĢаğıdаkılardır: məktəb Ģurası, pedaqoji Ģura, direktoryanı
müĢavirə, direktorun müavini yanında müĢavirə, operativ müĢavirə,
metod-seminarlar, kоmissiyaların iclasları, Ģagird komitəsinin iclası
və s.
Pedaqoji Ģura bir kollektivdə iĢləyən pеĢəkаr1аr Ģurasıdır. О
bilavasitə təlim və təhsil-tərbiyə prosesinin təĢkili ilə bağlı məsələləri
həll etməli, onu təkmilləĢdirmək yollarını müəyyənləĢdirməlidir.
Pedaqoji Ģuranın fəaliyyəti ümumtəhsil məktəbinin nizamna-
məsi ilə müəyyən olunur. Nizamnaməyə görə pedaqoji Ģura 3 nəfər-
dən artıq müəllim olan bütün ümumtəhsil məktəblərində yaradılır.
Pedaqoji Ģura daim fəaliyyət göstərən orqandır. Pedaqoji Ģuraya di-
rektor (sədr), onun müavinləri, müəllimlər, tərbiyəçilər, kitabxanaçı,
valideyn komitəsinin sədri, məktəb Ģurasının sədri daxildirlər.
Pedaqoji Ģuranın fəaliyyətində iki sahə ozünü göstərir:
1)
istehsalat-rəsmi sahə;
2)
elmi pedaqoji sahə.
Birinciyə məktəbin illik iĢ planının təsdiqi, rüblər üzrə məktə-
bin iĢinin yеkunlаrını müzakirə etmək, imtahanlara hazırlıq və onla-
rın təĢkili planının təsdiqi, Ģagirdlərin sinifdən-sinfə keçirilməsi və
məktəbi qurtаranların buraxılıĢı, dərs ilinin yekunları və Ģagirdlərlə
yayda iĢ daxildir. Elmi-pedaqoji sahəyə yuxarı orqanların göstəriĢ-
lərinin və elmi-tədqiqat iĢlərinin nəticələrinin müzakirəsi, qabaqcıl
təcrübənin məktəbdə tətbiqi, məktəbdə pedaqoji prosesin təhlili
daxildir.
Pedaqoji Ģuranın elmi-metodiki fəaliyyətinin inkiĢafi pedaqoji
kollektivin peĢə ixtisasının yüksək səviyyəsinə sübutdur. Belə mək-
501
təbdə istehsalat məsələləri operativ həll olunur.
Pedaqoji Ģuraların hazırlanmasını və keçirilməsini dörd
mərhələyə ayırmaq olar:
1)
il ərzində keçiriləcək pedaqoji Ģuraların planlaĢdırılması;
2)
konkret pedaqoji Ģuranın keçirilməsinə hazırlıq;
3)
pedaqoji Ģuranın bilavasitə keçirilməsi;
4) pedaqoji Ģuranın qərarlarının yerinə yetirilməsi üzrə iĢ.
Adətən tədris ili müddətində beĢ pedaqoji Ģura keçirilir. Be-
Ģinci pedaqoji Ģura tədris ilinin axırında üç iclasda keçirilir:
1)
imtahanlara buraxılıĢ;
2)
imtahanların gеdiĢi;
3)
buraxılıĢ imtahanlarının yekunları.
Birinci pedaqoji Ģura avqustun axırlarında keçirilir. О məktə-
bin illik iĢ planının təsdiqinə, məktəb direktorunun kеçən dərs ilinin
yekunları haqqında məruzəsinin müzakirəsinə, yeni tədris ilində
qarĢıda duran vəzifələrin müzakirəsinə həsr olunur. Sonrakı peda-
qoji Ģuralar, təlim və təhsil-tərbiyənin əsas problemlərini iĢləyib ha-
zırlayır. Əsas məqsəd nöqsanları aradan qaldırmaqdan ötrü prakti-
kaya tətbiq olunmaq üçün elmi cəhətdən əsaslandırılmıĢ tövsiyələr
hazırlamaqdan ibarətdir.
Adətən məktəbin pedaqoji kollektivi hər il üçün hər hansı
elmi-praktik problemi götürür. GötürülmüĢ mövzu pedaqoji Ģurala-
rın fəaliyyətinin istiqamətini müəyyən edir.
Tutaq ki, məktəb cari ildə aĢagıdakı iki problem üzərində
iĢləmək qərarına gəlir:
1)
Təlim prosesinin fəallaĢdırılması;
2)
ġagirdlərin əxlaq tərbiyəsi məsələləri.
Ġl ərzində keçiriləcək pedaqoji Ģuraların gündəliyi də bu prob-
lemlərlə bağlı olmalıdır. BaĢqa sözlə desək, bütün pedaqoji Ģuralar
tematik cəhətdən bir-biri ilə bağlı olmalıdır. Pedaqoji Ģuralarda əx-
laq tərbiyəsinin müxtəlif aspektləri, təlim prosesinin fəallaĢdırılma-
sının müxtəlif məsələləri müzakirə üçün pedaqoji Ģuranın gündəliyi-
nə çıxarılır. Hər bir məsələ üzrə məruzəçilər və əlavə məruzəçilər
təyin olunur.
Fənn metodik birləĢmələrinin iĢi və müəllimlərin özünütəhsili
də pedaqoji Ģuralarda həll olunan problemlərlə tematik cəhətdən
bağlı olmalıdır (fənlərin xüsusiyyətlərini, ayrı-ayrı müəllimlərin
502
fərdi hazırlığını və maraqlarını nəzərə almaqla).
Ümumiyyətlə pedaqoji Ģuranın fəaliyyaəti aĢağıdakı vəzifələ-
rin həllinə yönəldilməlidir:
1)
dövlət standartlarına cavab verən tədris planlarının, proq-
ramlarının, dərsliklərin və tədris vəsaitlərinin müzakirəsinə, qiymət-
ləndirilməsinə və seçilməsinə, təlim və təhsil-tərbiyə prosesinin
forma və metodlarının tətbiqinə;
2)
perspektiv, illik, cari iĢ planlarının yerinə yetirilməsinə,
təlim və təhsil-tərbiyə iĢinin keyfiyyətini yüksəltmək üzrə məktəbin
pedaqoji kollektivinin iĢinin müzakirəsinə;
3)
müəllimlərin, tərbiyəçilərin ixtisasını yüksəltməyə, yaradı-
cı fəallığı inkiĢaf etdirməyə, pedaqoji kоllеktivdə innovasiya mühi-
tini formalaĢdırmağa, qabaqcıl pedaqoji təcrübəni öyrənməyə, ümu-
miləĢdirməyə və yaymağa, yeni peadqoji texnologiyalardan istifadə
etməyə;
4)
müəllimlərin, Ģagirdlərin, valideynlərin rəyini nəzərə al-
maqla pedaqoji iĢçilərin attestasiyasını keçirməyə, attestasiya texno-
logiyasını təkmilləĢdirmək üzrə təkliflər irəli sürməyə, təhsili idarə-
etmə orqanları qarĢısında müəllimlərə kateqoriyalar, dərəcələr ver-
mək üzrə vəsadət qaldırmağa;
5)
təcrübə kеçməyə, ixtisasartırma kurslarına, magistraturaya
göndəriləcək müəllimlərin namizədliyini müzakirə və təsdiq etmə-
yə, ən yaxĢı müəllimləri maddi və mənəvi mükafatlandırmanın
müxtəlif formalarına təqdim etməyə və s.
Pedaqoji Ģuranın iĢini yüngülləĢdirmək üçün məktəbdə direk-
tor və onun müavinlərinin yanında müĢavirələr keçirilir. Ġdarəetmə
sistemində bu formalar da özünü doğrultmuĢ formalardır.
Məktəb Ģurasının və pedaqoji Ģuranın fəaliyyəti bir-birini
təkrar etməməlidir, əksinə bir-birini tamamlamalıdır.
Təcrübə göstərir ki, məktəb Ģurası idarəetmədə faydalı orqana
çevrilmiĢdir. Üç sektordan ibarət olan məktəb Ģurası daha effektli-
dir: 1) pedaqoji sektor; 2) valideyn sektoru; 3) Ģagird sektoru.
1.
Pedaqoji sektor kadr məsələləri ilə məĢğul olur (dərs
yükünü bölür, sinif rəhbərlərini təyin edir, ayrı-ayrı sahələrə məsul
Ģəxsləri təyin edir), müəllimlərin ixtisasını artırmaqla, onların attes-
tasiyası ilə məĢğul olur, ictimai nəzarəti həyata keçirir. Pedaqoji
sektor pedaqoji Ģura tərəfindən seçilir.
Dostları ilə paylaş: |