493
Bədii özfəaliyyət və estetik tərbiyə yönümlü dərnəklər.
Xalq oyunları, mahnıları, dram məktəblərdə geniĢ yayılmıĢdır.
Bu dərnəklər Ģagirdlərdə bədii yaradıcılıq qabiliyyətini inkiĢaf
etdirir. Onlar müxtəlif musiqi alətlərində çalmağı,oxumağı, rəqs
etməyi öyrənirlər. Dərnəyin üzvləri məktəb tədbirlərində, müxtəlif
musiqi olimpiadalarda, bayramlarda fəal iĢtirak edirlər.
Bədii özfəaliyyət dərnəklərinin təĢkili aĢağıdakı formalar üzrə
həyata keçirilə bilər:
1.
Ədəbi dərnəklər.
2.
Dram dərnəkləri.
3.
Təsviri-incəsənət dərnəkləri.
4.
Vokal dərnəkləri.
5.
Musiqi dərnəkləri.
6.
Xoreoqrafiya dərnəkləri.
7.
Kino və fotoqrafiya dərnəkləri.
8.
Tətbiqi sənət dərnəkləri.
9.
Digər dərnəklər.
ġagirdlərin estetik tərbiyəsini düzgün qurmaq üçün dram dər-
nəklərinin xüsusi əhəmiyyəti vardır. Dram dərnəklərinin təĢkilində
aĢağıdakı tələblər nəzərə alınmalıdır:
1.
Dram dərnəkləri üçün əsərlərin seçilməsi zamanı uĢaqların
yaĢ, bilik və bacarıq səviyyələri nəzərə alınmalıdır.
2.
Dərnək üzvlərinin seçilməsi zamanı bədii ədəbiyyata daha
çox maraq göstərən, nitqində, ifadə tərzində qüsurlar olmayan,
dərslərindən yüksək qiymətlər alan Ģagirdlərə üstünlük verilməlidir.
3.
SeçilmiĢ əsər üzərində dərnək üzvlərilə birlikdə iĢləmək
lazımdır. Əgər belə olarsa, hansı rolun kimə tapĢırılması daha düz-
gün müəyyənləĢdirilər.
4.
MəĢğələlərdə “səhnə danıĢığı” ilə bağlı əvvəlcədən hazır-
lanmıĢ tədrislər əsasında spesifik xarakterli iĢ aparılmalıdır.
5.
Dram əsərlərində cərəyan edən hadisələri daha dolğun
təqdim etmək üçün texniki vasitələrlə yanaĢı, musiqi alətlərində
daha yaxĢı çalmaq səriĢtəsi olan Ģagirdlərin gücündən lazımi
qaydada istifadə edilməlidir.
6.
Məktəb səhnəsində tamaĢaya qoyulacaq dram əsərlərinin,
yaxud müvafiq parçaların mövzusuna uyğun dekorasiya və paltar-
ların hazırlanması və ya əldə edilməsi unudulmamalıdır.
494
7.
Hər bir obrazın daxili aləminin açılmasında mühüm əhə-
miyyət kəsb edən qrim əməliyyatı da düzgün aparılmalıdır.
8.
MəĢqlər cədvəl üzrə vaxtlı-vaxtında normal otaq Ģəraitində
keçirilməlidir.
9.
HazırlanmıĢ nümunələrin premyerasına mütəxəssislərin,
ədəbiyyat müəllimlərinin, məktəb rəhbərlərinin dəvət olunması va-
cibdir.
TamaĢa və parçaların nümayiĢindən sonra dərnək üzvlərinin
iĢtirakı ilə təhlillər aparılmalı, deyilmiĢ müsbət və mənfi cəhətlər
obyektiv qiymətləndirilməlidir.
Xor dərnəyi də Ģagirdlərin estetik tərbiyəsi baxımından əhə-
miyyətlidir. ġagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin inkiĢafın-
da mühüm rol oynayan xor dərnəkləri Ģagirdlərin estetik hisslərinin,
bədii zövqlərinin inkiĢafına qüvvətli təsir göstərir.
Kollektiv oxu zamanı yaranan xor qədim tarixə malikdir. Xor-
la oxu tarix boyu ayrı-ayrı xalqların məiĢətinə daxil olmuĢ və əmək
cəbhəsində, mübarizə meydanında, mərasim məclislərində insan-
ların yaxın dostu olmuĢdur.
Bədən tərbiyəsi və idman dərnəkləri
Bu dərnəklərdə Ģagirdlər müxtəlif idman növləri ilə məĢğul
olur, öz sağlamlıqlarını möhkəmləndirirlər. Belə dərnəklərdə iĢtirаk
edən məktəblilərin əksəriyyəti idman sahəsində nailiyyətlər də qa-
zanırlar.
Suallar və tapĢırıqlar
1. Sinifdənxaric tərbiyə iĢlərinin mahiyyəti və məqsədi haqda nə
deyə bilərsiniz?
2. Sinifdənxaric tərbiyə iĢlərinin təĢkili formaları barədə danıĢın.
3. Sinifdənxaric tərbiyə iĢlərinin təĢkilinə verilən tələblər han-
sılardır?
4. Sinifdənxaric tərbiyə iĢləri ilə məktəbdənkənar tərbiyə iĢlərinin
ümumi və frəqli cəhətləri hansılardır?
5. Sinifdənxaric tərbiyə iĢlərinin təĢkilində dərnəklərin yeri barədə
danıĢın.
6. Sinifdənxaric tərbiyə iĢlərinin təĢkilində disputların rolu barədə
fikirlərinizi açıqlayın.
495
7. Məktəbdənkənar tərbiyə iĢlərinin mahiyyəti və məqsədi haqda nə
deyə bilərsiniz?
8. Məktəbdənkənar təhsil müəssisələrinin təsnifatı və iĢinin
məzmunu barədə danıĢın.
9. Disputların və müzakirələrin təĢkili və keçirilməsi metodikasına
Ģərh verin.
10. Ekskursiyaların təĢkili və keçirilməsi metodikasının xüsusiyyət-
lərini göstərin.
11.Sinifdənxaric tərbiyəvi tədbirlər və Ģagirdlərin hərtərəfli inki-
Ģafında onların rolu barədə danıĢın.
Ədəbiyyat
1.
Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006.
2.
Əliyev Həmzə. Pedaqoji ustalığın əsasları. Dərs vəsaiti. Bakı,
1999.
3.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1991.
4.
Həmzəyev M.Ə. YaĢ və pedaqoji psixologiyanın əsasları. Bakı:
2003.
5.
Hüsеynzаdə R.L. Qədim və orta əsrlərdə Аzərbаycаndа tərbiyə,
təhsil və pedaqoji fikir. Bаkı: Nurlar, 2007.
6.
Hüseynzadə R.L. Ġsmayılova M.C.Tərbiyə iĢi və onun metodikası.
Bakı: Nurlar, 2012.
7.
Ağayev M.H. Təlim tərbiyə prosesində Heydər Əliyev irsindən
istifadə. (Metodik vəsait) Bakı: ADPU, 2009.
8.
Ağayev M.H. Pedaqoji fikir tarixində tərbiyə və təhsil. Bakı:
ADPU, 2011.
9.
Əliyev Ġ.Ġ. Azərbaycan etnopedaqogikası. Bakı: Nurlan, 2009.