124
görməməli; 12) Kərəm sahibi olmalı (ətrafındakı insanlarla xoĢ-
rəftar olmalı, onlara hədiyyələr verməli); 13) Təvəkkül sahibi ol-
malı; 14) Təslim və riza sahibi olmalı (haqqa təslim olmaq və daim
ondan razı qalmaq); 15) Qəzaya riza göstərməli; 16) Təvazökar
olmalı və əhdə vəfa göstərməli; 17) Səbrli, təmkinli olmalı; 18) Əhd
edib, söz verdiyini yerinə yetirməli.
BektaĢinin həmiĢə özündən əmin olması, son nəticədə bütöv
bir toplumun bir-birindən əmin olmasına gətirib çıxarır. “Müsəlman
kimdir?” sualına Məhəmməd Peyğəmbər (s) belə cavab verir: –
“Müsəlman, müsəlmanın əlindən, dilindən əmin olan kimsədir”.
Yəni əlinə, dilinə sahib olmaq müsəlman olmağın vacib Ģərti hesab
edilmiĢdir. Demək, BektaĢi tərbiyə sisteminin qaynağı Həzrəti
Peyğəmbərin (s) hədislərindən irəli gəlmiĢdir.
4.8. Hürufilikdə tərbiyə
Azərbaycanın orta əsrlər ictimai, dini-fəlsəfi, pedaqoji və
ədəbi-mədəni gеrçəkliyində sufizmin əhəmiyyətli qollarından biri
Hürufizmdir. Pantеist dini-fəlsəfi düĢüncəni əsas götürən bu cərə-
yan əsasən XIV-XV yüzilliklər Azərbaycan ədəbi-mədəni, ictimai-
siyasi və pedaqoji mühiti ilə o qədər sıx və əsaslı Ģəkildə qaynayıb
qovuĢur ki, onu nəzərə almadan həmin dövr ədəbi-pedaqoji fikri
dərk еtmək mümkün dеyildir.
Təkcə onu dеmək kifayətdir ki, orta əsr Azərbaycan ədəbiy-
yatının ən böyük ədəbi siması və bu dövr ana dilli Ģеirimizin ustadı
Ġmadəddin Nəsimi hürufizmin ən görkəmli nümayəndəsidir. Onun
bənzərsiz Ģеirlərinin çoxu hürufilik idеyalarının bədii ifadəsinə və
təbliğinə xidmət еdir.
Hürufi dedikdə hərf elmi ilə məĢğul olan, hərflərdə bir məna
axtaran, hərflərə müqəddəs varlıq kimi baxan inanc sahibi baĢa
düĢülür. Ümumiyyətlə ərəb əlifbasının hər bir hərfində bir məna
mövcuddur. Bu həm dini, fəlsəfi mənada bir məna, həm də “Əbcəd”
hesabında müəyyən bir rəqəmi, ədədi bildirir.
“Hüruf”- “Hərf” kəlməsinin cəmidir.Yəni “Hərflər”. Hürufili-
yə görə varlıq səslərdən ibarətdir. Səs və hərf sözlərdə öz əksini ta-
125
pır. Sözlər hərflər üzərində qurulur və insanlar tərəfindən ifadə
olunur.
Kainat Tanrının “Ol” kəlməsindən meydana gəlmiĢdir ki, bu
da səs vasitəsi ilə ifadə olunmuĢudr. Səsin iĢarəsi hərflərdir. Ona
gərə də hərflər müqəddəsdir. Hər bir hərfin mənası və bir anlamı
vardır. Ġnsan hərflərin daxili rəmz və mənalarını dərindən öyrənər-
kən ilahi aləmin sirlərini də öyrənmiĢ olur.
Məsələn, “Əlif” (ا) hərfi özündən sonra gələn heç bir hərflə bir-
ləĢmədiyi üçün çoxluğa yaxın düĢməmiĢdir, o təkdir. Bu hərf baĢ-
lanğıc hərfdir və Allahı simvolizə edər. BaĢlanğıc Allah olduğuna
görə, hər Ģey Ondan sonra gəlir. Təsəvvüfdə kamil, yetkin insan ərəb
hərfləri arasında Əlif (ا) hərfinin rəmzidir. Botanlka aləmində lalə
budağının dim dik olması ərəb əlifbasında “Əlif”lə müqayisə edilir.
Lalə kəlməsinin yazılıĢı ilə Allah kəlməsinin yazılıĢı eyni hərf-
lərlədir. Allah kəlməsində 1 Əlif, 2 Lam, 1 he hərfləri vardır. Əlif
hərfinin əbcəd dəyəri 1, lam hərfinin 30, he hərfinin isə 5-dir. Buna
görə də “Lalə” ilə “Allah” kəlmələrinin əbcəd hesabı ilə dəyəri 66-
dır. “Lalə” ərəb hərfləri ilə yazıldığında
tərs tərəfdən
oxunanda ortaya “Hilal” – yəni aypara kəlməsi çıxır
.
Qeyd edək ki, aypara islam aləmində geniĢ yayılmıĢ bir sim-
voldur. Aypara bayrağımız üzərində dalğalanır. Ayparanı qəbirüstü
daĢlarda, xalçalar, abidələr üzərində görmək olar. Nədir ayparanın
sirrı? Niyə bu qədər geniĢ yayılmıĢdır? Belə ki, aypara ərəbcə
“Hilal” deməkdir. “Hilal” ərəbcə yazılıĢına görə “h”, “l” “a” “l”
hərflərindən əmələ gəlir. “Allah” kəlməsi də bu hərflərdən düzəlir.
Hər iki sözdəki hərflərin cəmi “Əbcəd” hesabında “66”- dır. Demək
Aypara (Hilal) Ġslamiyyətdə Allahın simvolu kimi qəbul edilmiĢdir.
Yaxud, “Vav” hərfi də (و) müqəddəs hərflərdən sayılır. Öz ya-
zılıĢına və quruluĢuna görə əsas üç məna ifadə edir: 1)Ana bətnin-
dəki insanı xatrladır; 2)“O” - Allahın özünü xatırladır; 3)“Ol”-
Allahın ilk sözünü xatırladır. “Vav” əbcəd hesabında 6 rəqəmini
ifadə edir ki, bu həm kainatın simvolu, həm də imanın 6 Ģərtini (Al-
laha iman, Peyğəmbərlərə iman, Allahın kitablarına iman, Axirət
gününə iman, Qəzavü-qədərə iman, Allahın mələklərinə iman) ifadə
edir.
126
Ġslam alimlərinə görə təssəvvüfdə, əbcəd hesabında Allah
kəlməsinin qarĢılığı 66-dır. Bu bir birinə kilidlənmiĢ iki “Vav”
hərfinin yazılıĢı ilə meydana gəlib Allahı anladır. Ona görə də
“Vav” birliyi, bərabərliyi bildirir. “Vav” Allahın 99 adından biri
olan ”Vahid” ismini bildirir və “Vəhdət”in simvoludur. “Vav” həm
də qulu təmsil edir. Ana qarnındakı uĢağa bənzəyir. Ġnsan dünyaya
“Vav” formasında gəlir və sonra həyatı boyunca “əlif”- (ا ) kimi düz
olur, daha sonra da “Vav” formasında da əyilir, dünyadan köçür.
“Vav”-ın yazılıĢında bir gözəllik, estetika olduğundan xəttatlar da
ən çox “Vav” hərfi üzərində çalıĢmıĢlar. “Vav” hərfi həmçinin ərəb
əlifbasında v, o, ö, u, ü, səslərinin qarĢılığını veirir.
Ġbadət yerlərinin qapısı önündə, padĢah, Sultan saraylarının
namaz qılınan yerlərinin qapısı baĢında, ki bu qapı da adam
boyundan aĢağı yapılır və üstündə üz-üzə yazılmıĢ iki “vav” hərfi
yazılırdı. Bu Allahın simvolu kimi qəbul edilirdi və bura ibadət
üçün içəri girənlər baĢ əyərək bu qapıdan içəri keçərmiĢlər. Ġki
“vav”ın qarĢı qarĢıya yazılması həmçinin ürəyin, qəlbin simvolu
kimi də qəbul edilmiĢdir.
Hərflərin hikmətli mənasını biz Mövlana Cəlaləddin Ruminin
misralarında görürük:
“Ġnsan namazda kıyama durunca (ﺍ) “elif” olur. Rükuya eyi-
lincə (ﺪ) “dal” olur. Səcdəyə varınca (ﻣ) “mîm” olur. Beləliklə adəm
olur!”
Hürufilikdə, sufilikdə nöqtə vəhdət rəmzidir. Bеlə ki, qələmin
ucu kağıza və ya lövhəyə toxunduqda nöqtə əmələ gəlir və sonra
yazı yazılır. Dеməli, nöqtə yazının baĢlanğıcıdır. Varlığın baĢlanğıcı
da vəhdətə bağlıdır və ondan nəĢət еdir. Nöqtədən – baĢlanğıcdan
sonra əmələ gələn yazı-xətt isə varlığın tədricən nizamla zühur
olmasına iĢarədir
Hərflərin bir məna, ifadə kəsb etməsi hələ səhabələr dövrün-
dən məlum olmuĢdur. Həzrəti Əli (s) deyirdi “Bismillah” “ب” (Be)
hərfindən meydana gəlmiĢdir. Mən “Be” hərfinin altındakı nöq-
təyəm. “Be” hərfinin təsəvvüfdə müqəddəs bir hərf və bir açar ol-
ması haqqında XV əsrdə yaĢamıĢ Bərdəli ġeyx Ġbrahim Ġbn Mə-
həmməd Ġbn Hacı Ġbrahim Ġbn ġəhabəddin Bərdəinin (GülĢəni) də-
yərli misralan vardır:
Dostları ilə paylaş: |