115
оynamıĢ, оnun kamilləĢməsində, böyük bir alim, Ģair оlmasında
Təbrizli müəllimi ġəmsəddin Məhəmməd ibn Əli ibn Məlikdad
Təbrizi (1185-1247) haqqında son dərəcə çox qiymətli fikirlər
söyləmiĢ, duyğulu düĢüncələrini sonsuza qədər ifadə etmiĢdir.
Yüksək ilahiyyat təhsili görmüĢ, əxlaqi, mənəvi elmləri də-
rindən öyrənmiĢ hələ gəncliyində “MürĢüdi-kamil” ünvanı almıĢ,
ġəms Təbrizi adı ilə məĢhur olmuĢ müəllim, alim, mütəfəkkir öz
müridi Cəlaləddin Ruminin istedad və bacarığını, fitri qabiliyyətini
yüksək dəyərləndirmiĢ, həm özünün və həm də Mövlananın qeyri
adi keyfiyyətlərə malik оlduğuna da iĢarələr etmiĢdir. ġəms Təbrizi
özünün “Məqalət” əsərində belə yazmıĢdır: “Mənim Təbrizdə Əbu-
bəkr adlı bir şeyхim var idi. Оndan dərs aldım, bir çох biliklər öy-
rəndim. Fəqət məndə bir şey var idi ki, оnu şeyхim görə bilmirdi.
Zatən оnu heç kim görə bilməmişdi. Оnu хudavəndigarım Möv-
lana görə bildi”.
Həqiqətən də ġəms Təbrizi tarixdə çox mürəkkəb təbiətli, ma-
raqlı, sirrli, fenomen Ģəxsiyətlərdən biri olmuĢdur. Hətta mənbələrə
görə onun adı çəkildiyində belə, insanın iç dünyasında bir Ģeylər ol-
muĢ, insanın ruhu aydınlanmıĢ, qəlbi fərəhlənmiĢdir. Onun fikirlə-
rini tam mənasında baĢa düĢüb anlamaq, özünün kimliyi, Ģəxsiyyəti
haqqında bu günə qədər geniĢliyi ilə ətraflı tədqqiat aparılmamıĢ və
öyrənilə də bilinməmiĢdir.
ġəms Təbrizi böyük filosof-Ģair, ilahiyyatçı, təsəvvüf elminin
ən görkəmli nümayəndələrindən biri olmuĢdur. O bir yerdə durma-
mıĢ, daim səyahətlər etmiĢ, adına “ġəmsəddin Pərəndə” (“Uçan
günəĢ”) də deyilmiĢ, ġərq ölkələrini gəzmiĢ, Bağdadda, DəməĢqdə
böyük alimlərlə görüĢüb tanıĢ olmuĢ, elm-mərifət məclislərinə qa-
tılmıĢdır. O bəĢəri hiss və duyğularla yaĢamıĢ bütün insanları varlığı
ilə, necə deyərlər, ”yaradılanı yaradandan ötrü sevmiĢ” və ətrafında-
kılara da sevdirmiĢdir.
ġəms Təbrizi mənəviyyat aləminin böyük ustadı və böyük
insanı olmuĢ onun haqqında dövrünün mütəfəkkirləri dəyərli fikrilər
söyləmiĢ, ona ünvanlanan Ģeirlər yazmıĢlar:
“MürĢüd-i kamil-i mükəmməldir,
Sözləri mücməl-i müfəssəldir,
116
NəĢ`əsini verdi molla Hünkar Rumiyə,
Onu inkar edən məəttəldir”.
“ġəms Təbrizi”, yəni “Təbrizin günəĢi” adı da onun Ģəxsiy-
yətinə, mərifətinə uyğun bir addır. Təbrizdən doğan düĢüncə, duyğu
da eĢq günəĢi idi. Əbədiyyən də bu günəĢ Təbrizdən parlayacaq.
ĠĢin çox maraqlı tərəfi budur ki, ġəms hələ o zaman - XIII əsrdə -
“Təbrizdə elə böyük Ģəxsiyyətlər var ki, məndən də yüksək mə-
qamdadırlar”- demiĢdir. ġəms bütün davranıĢlarında, yaradıcı
fəaliyyətində Təbrizi həmiĢə ucaltmağa çalıĢmıĢdır. ġəmsin anlat-
dığından belə çıxır ki, dünyanın elm, mənəviyat mərkəzi Təbriz
olmuĢdur. Təsadüfi deyildir ki, Mövlana da öz Ģeirlərində Təbrizi
çox öymüĢdür. Demək olar ki, Mövlananın əksər qəzəllərində Təb-
riz Ģəhərinin adı keçməkdədir. Mövlana yazır:
“Aç da bir karvan yükün ey sariban
Yar yurdu Ģəhri Təbrizdir, dayan!
Cənnətin kəndisidir Təbrizimiz.
Sirr mülkü anmıĢıq Təbrizi biz,
Göylərin sonsuzluğundan sevgilər,
Hər zaman olsun Sizə, Təbrizlilər!”
Bu misralarda Mövlana Təbrizi “Sirr mülkü” (“Sirrlər Ģəhəri”)
olaraq görür. Məhz Təbriz mühiti ġəms Təbrizi kimi böyük alimi,
mütəfəkkiri yetiĢdirmiĢdir. Həqiqətən də Təbriz elm, mədəniyyət,
mənəviyat və eĢq günəĢləri yetiĢdirən bir Ģəhər olmuĢdur.
ġəms Təbrizi ilə ünsiyyət və münasibətlər Rumiyə mistik
idrakın yeni bir yolunu tapmaqda kömək etmiĢdir. Buna baxmaya-
raq, onun bütün ideya və nəzəri fikirləri yalnız Rumi öldükdən
sonra Mövləvilik adı ilə formalaĢmıĢdır. Mövlana ərəb sözüdür.
Ana dilimizdə onun tam qarĢılığı “yüksəlmiĢ” deməkdir. Yəni
hissən, fikrən, ruhən yüksək mənəvi ucalığa varmıĢ insan.
ġəms dünyasında Ģeir, musiqi və səmavi rəqs əsas yer tut-
muĢdur. “Səm`a” ərəb dilində “dinləyiĢ” deməkdir. Mövlana ġəmsi
dinlərkən ruhundakı titrəyiĢləri “səma” rəqsinə yükləmiĢdir. ġəmsin
səsi də çox təsirli və cəlbedici olmuĢdur. ġəmsin səs dinamikləri
Mövlananı öz təsiri altına almıĢdır. Bu geniĢ diapazonlu ġəmsin sə-
sindəki mənalı fikirlər, ilahi Ģeirlər Mövlananı elə hərəkətə, elə vəc-
də gətirmiĢdir ki, bütün Ģeirlərini bir musiqi, bəstə üzərində yazmıĢ-
dır. Mövlananın Ģeirində yalnızca sözlər həyəcana gəlib rəqs etmir,
117
Ģeirin özü də rəqs edir. Hər Ģey rəqs edir, fikirlər, sözlər, vergül və
nöqtələr. ġəms Mövlananın ruhunu ehtizaza gətirmiĢ, onu rəqs,
musiqi sevdası ilə doldurmuĢdur. “Səmaazənlik” də bəĢəriyyəti
bəsirət qulağı ilə dinləmək anlamlna gəlir. Dinləyərək hisslər alə-
mində aləmin sirlərinə qovuĢmaq deməkdir. Bu üzdən də “Səma-
azənlik” ġəmsdən sonra da dərin bir fəlsəfi mahiyət daĢımıĢdır. ĠĢin
maraqlı cəhəti budur ki, islam aləmində ilk dəfə olaraq qadınlar da
ġəmsin istəyi ilə səmazənliyə qatılmıĢlar. ġəms Təbrizinin bu gö-
rüĢü o dövrdə Hacı BektaĢ Vəli tərəfindən yaradılan BektaĢiliyə də
təsir göstərmiĢ və qadınlarla kiĢilər fırlanaraq xüsusi rəqslər etmiĢ,
səmazənlik etmiĢ və bu gün də bu davam etməkdədir.
ġəmsin Mövlanaya öyrətdiyi təlimlərdən birisi də musiqi
olmuĢdur. Ġnsanın bütövləĢməsində, kamilləĢməsində musiqini
duymaq, ondan həzz almaq, həzin Ģeir və rəqsin ahəngi altında
xüsusi emosional hallar keçirmək insanı yeni bir aləmdə kök-
ləyir, insanın ruhunun zənginləĢməsində, qəlbinin tərbiyəsində
mühüm rol oynayır. ġəmsin bu təlimi, bu fəlsəfəsi üzərinə
mənbərdə vaizliklə məĢğul olan Mövlana məscidi buraxıb musiqi
öyrənir, Ģeirlərinə bəstələr yapır. Bu gün muğamlarımızda Mövlana
Cəlaləddin Ruminin bir neçə bəstəsi vardır. Onlardan ən önəmlisi
“ġur” muğamındakı “Səmai-ġəms” Ģöbəsidir ki, Cəlaləddin Rumi
bunu öz ruhunun memarı olan müəllimi ġəms Təbriziyə ithaf et-
miĢdir. (“Səmai-ġəms” - “ġəmsin səmavisi”, rəqsi “ġəmsi dinləmə”
anlamına gəlir. Bu gün o “Simai-ġəms” kimi tələffüz olunur). Sə-
mavi mərasimlərində “Səmai-ġəms” muğamınının ahəngi ilə “Sə-
mazənlik”lə - yəni çalmaq, oxumaq və rəqs etməklə məĢğul olmuĢ-
lar. XX əsrdə dahi bəstəkarımız Üzeyir Hacıbəyli muğamlarımıza
yeni bir ruh, yeni həyat vermiĢ, muğamlarımızı dərin həyat lövhələ-
ri, insan duyğuları ilə yükləyərək muğamlarımızın forma və məz-
munu daha da dərinləĢmiĢ və ġəms təlimlərinə daha çox yaxın-
laĢmıĢdır.
ġəms Təbrizinin zahiri və daxili gözəlliyi, yüksək insani
keyfiyyətləri, etiqadına dərindən sədaqəti Rumini özünə heyranlıqla
cəlb etmiĢdir. Onun müəlliminə məhəbbəti adi insani duyğulardan
da yüksəkdə dayanmıĢdır. Rumi onu özünün mürĢidi, müəllimi elan
edərək, bütün elmi fəaliyyətini dayandırmıĢ, mədrəsədəki iĢini bu-
raxmıĢ və özünü bütünlüklə duyğularının, qəlbinin ixtiyarına ver-
Dostları ilə paylaş: |