107
Ruminin “Məsnəvi”si hələ sağlığında оna böyük Ģöhrət
qazandırmıĢ və “Peyğəmbər deyil, amma kitabı vardır” - deyə el
arasında, Ġslam aləmində Quran və hədislərdən sоnra ən çох söhbət
açılan, охunan kitab – “Məsnəvi” оlmuĢdur. Bu kitab didaktik,
tərbiyəvi mahiyyət daĢıdığından о padĢah saraylarında, mədrəsələr-
də охunmuĢ, оna darül-məsnəvilər qurulmuĢdur.
Hindistanda 300 il hakimiyyətdə olmuĢ türk sülaləsi - Babur
Ģah, daha sonra hakimiyyətə gəlmiĢ onun nəvəsi Əkbər Ģah saray
adamlarına deyirdi ki, Cəlaləddin Ruminin “Məsnəvi”sini və Nəsi-
rəddin Tusinin “Əxlaqi-Nasir”ini mütləq оxumaq lazımdır.
“Məsnəvi”nin əvvəlində yazılmıĢdır: “Tanrıdan ədəb istəyək,
ədəbi оlmayan adam Tanrının inayətindən məhrumdur”.
“Məsnəvi”nin ilahi, fəlsəfi, pedaqoji fikirlərinin əsas qaynağı
müqəddəs kitabımız Qurani-Kərimdir.
Mövlana Səma`(Mövləvilərin fırlanaraq “Səma`vi” adlanan
rəqsləridir. “Səma`” və ya “Sima`” lüğəti mənası “eĢitmək”, “duy-
maq” deməkdir. Musiqini eĢitmək səma`nın bir hissəsidir, musiqi
(ruhun qidası) və Ģeir (hiss və duyğuların inkiĢaf vasitəsi) kimi tər-
biyə vasitələrindən istifadə edərək insanları mənəvi kamilliyə, əхla-
qi saflığa çağırmıĢdır. Bu üç vasitənin vəhdətini “Səma`vi” rəqslə-
rində aydın görmək оlar. Bu rəqslərlə Allahı anma, Allaha qоvuĢ-
ma, əхlaqi paklanma, insanın ən yüksək varlıq olması kimi simvоlik
mərasim nəzərdə tutulur.
Mövlana həyatını sevgi içində keçirib, sоnsuz хоĢbəхtliyə
qоvuĢmağı və hər cür pisliklərdən arınmağı gənc nəslə öyüdləmiĢ
və humanist düĢüncələri ilə insanları “Gəl”-deyə mənəvi kamilliyə,
yüksəliĢə çağırmıĢdır: “Geri dön, bir daha gəl. Hər kimsən
bundan öncə - dinsiz, imandan uzaq, bütpərəst və ya atəĢpərəst
və hər nə isən gəl. Ġstər yüz kərə tövbə etmiĢ оl, istər yüz kərə
tövbəni pоzmuĢ оl yenə gəl. Ümidsizlik qapısı deyil bizim qapı-
mız, necəsənsə elə gəl”!
Bu qiymətli fəlsəfi, pedaqоji fikirlər insana böyük sevgi və
məhəbbətdən irəli gəlmiĢdir. Mövlana insanların heç zaman ümid-
siz, çarəsiz qalmasını istəməmiĢdir. Mövlananın belə humanist, in-
sansevər duyğu və düĢüncələri müqəddəs kitabımız Qurani-Kərim-
dən nəĢ`ət etmiĢ və demək olar ki, “Əz-Zümər” surəsinin 53-cü ayə-
sinə tam uyğun gəlir: “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma)
108
de:
“Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi
aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah
(tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağış-
layandır, rəhm edəndir!” Bir sonrakı ayədə isə:
“Rəbbinizə dönün,
ona təslim olun”,- söylənilir.
Mövlana insanları hər cür ümidsizlik, çarəsizlik, bədbinik hal
və duyğularından qurtarır, öz müdrik fikirləri ilə insana yeni
ümidlər, yeni ruh verir, həyatın gözəlliyini duymağı, səbr və təm-
kinli olmağı, həyatda həmiĢə nikbin olmağı tövsiyə edir: “Üzül-
mə!... Dərd etmə can!... Görə bilirsən, toxuna bilirsən, nəfəs ala
bilirsən, yeriyə bilirsən.... Nə mutlu sənə!... Əlində olmayanları
söyləmə mənə... Əlində olanlarından bəhs et can!.... Üzülmə!...
Düşünürsən ki, gecələr həmişə belə kimsəsiz keçəcəkmi?.. Ge-
dənlər heç dönməyəcəkmi?.... İtiridyin nə varsa, bir baxarsın ki,
yağmurlu bir gecədə ... və ya bir bahar səhərində qarşına çıxmış...
Bil ki, gözəlliklər də var bu həyatda ...” Mövlana insanların həmiĢə
bir-birinə yardım etməsini istəmiĢdir. Rumiyə görə əgər insan bir-
birinə yardım etmirsə, demək хоĢbəхtliyini istəmir. Belə insanların
davranıĢını о bədəndəki çibana bənzətmiĢdir
Mövlana insanları saf və təmiz görmək istəyirdi. Ona görə də
hamıya ilk növbədə, saf, doğru, dürüst olmağı, hər cür riyadan,
məkrdən uzaq olmağı tövsiyə edirdi: “İnsanı Allaha qovuşmağa
aparan yolun bünövrəsi saflıq və doğruluq xəmiri ilə yoğrulub.
Düzlük insanın şərəfi, namusu və başının tacıdır. Düzlük, təmiz-
lik, paklıq cənnətin açarlarıdır. Bu sadə həqiqəti başa düşmə-
yənlər ən bədbəxt adamlardır”.
Rumi sevgi və məhəbbəti bütün canılıların hərəkətverici qüv-
vəsi hesab etmiĢ və göstərmiĢdir ki, sevməyi bitkilər də, heyvanlar
da bacarır. Amma, yalnız ruhu və ağlı ilə sevənlər, könlü eĢqlə dolu
olanlar insanlardır. O deyirdi: “Eşqsiz könülə sahib olan, padşah
belə olsa atlas kəfənə bürünmüş, məzara gömülmüş ölüdən başqa
bir şey deyildir”. Mövlana göstərir ki, təbiətdə hər zərrədə bir eĢq
və bir cazibə vardır. Dünya, aləm eĢq ilə yaranmıĢdır.
EĢq insanı kamilləĢdirir, bütövləĢdirir, qorxmaz və fədakar
edir: “Eşqdə zərrə qədər qorxu yoxdur; eşq qanununa görə, hər
şey eşqə qurban verilir...” Mövlana özü də aĢiq olmuĢ, ilahi eĢqin
varlığına dalmıĢ, bu varlıqda yoxluğa çəkilmiĢdir. Ona demiĢlər