104
geymə ipək, gey yun).
Qaraqoyunlu CahanĢah Həqiqi isə deyir: “Nun” ( N ), “Mim”
(م), “Dal” (د)-a təhsin”. Bu hərflərin toplusu “Nəməd” (دمZ) sözünü
əmələ gətirir ki, bu da farsca “Yun” deməkdir. Ərəbcə dil qaydalarına
görə “Suf” kəlməsindən “Təsəvvüf” kəlməsini əldə etmək müm-
kündür. Ərəblər köynəyə “Kamis”, köynək geyənə “Təkəmməs”
dedikləri kimi “Suf”- yun köynəkdir, onu geyənə “Təsəvvüf” de-
miĢlər. ”Təsəvvüf” əhlinə daxil olan Ģəxslərə “Mütəsəvvüf” demiĢlər.
Azərbaycanın cənub hissəsi, Türküstan, Ġranın ġimalı-ġərqi
sufizmin əsas mərkəzi olmuĢdur ki, əsası VIII əsrdə qoyulmuĢdur.
Ədəbiyyatda təsəvvüf axını geniĢ və sürətlə yayılmıĢdır. Baba Kuhi
(933-1051), Hakim Sənai (1072- 1131), Əhməd Yəsəvi (1103 -
1166), Firudin Əttar (1119-1193) kimi böyük mütəsəvviflərdən
baĢlayıb Əbdürrəhman Cami (1414-1522) kimi böyük alim-Ģairlərə
qədər gəlib çıxmıĢ, sonra da davam etmiĢdir. XIII əsrdə təsəvvüf
ədəbiyyatının tanınmıĢ nümayəndələri “Kəlamlar” adı ilə Azərbay-
can dilində böyük “Divan” yaratmıĢ Beyrək QuĢçuoğlu, bu dövrün
görkəmli alim-Ģairləri olan Cəlaləddin Rumi, Hacı BektaĢ Vəli,
Yunus Əmrə, daha sonrakı əsrlərdə Qazi Bürhanəddin, Xətai, Nəi-
mi, Nəsimi, Həqiqi və baĢqaları olmuĢlar. “Qızıl gül kədərlə qönçə-
də bağlı qaldığı kimi; Mən də tənhalığı və tanrıya sitayiĢi seçmi-
Ģəm” - deyən ġeyx Nizami Gəncəvi, “Bir əlimizdə qədəh, birində
Quran;/Gah ayıq oluruq, gah sərxoĢ” - deyən Məhsəti Gəncəvi,
“Kimi huĢyar görsən sən, ona ver cami-mey, saqi; Bihəmdillah,
Füzuli məstdir vəhdət Ģərabından” - deyən Füzuli, “Mənim tanrım
gözəllikdir, sevgidir” - deyən Hüseyn Cavid, “Mənim ustadım
Hafizdir, məscidim isə meyxanədir”- deyən Mirzə ġəfi Vazeh
Ģeirlərində təsəvvüf düĢüncəsi hiss olunmaqdadır.
Təsəvvüfün iki önəmli cəhəti vardır: Tərbiyə almaq və bilik
qazanmaq. Təsəvvüf təlim və tərbiyəsində zikr etmək, təzkiyə (qəlbi
təmizləmə, paklanma), təsviyə (ruhən saflaĢma, zənginləĢmə), rəb-
banilik, mücahidə (nəfsə cihad etmək) etmək kimi əsaslar və gözəl
nümunə ideyası təsəvvüf həyatının əsas Ģərtlərindən sayılır. Təsəv-
vüf fikihlə, hədislə, təfsirlə və digər islami elmlərlə sıx bağlıdır.
Təsəvvüfdə bilik qazanmaq özünü tanımağa, özünü dərk et-
məyə xidmət edir. Təsəvvüf elmi insana öncə özünü tanıma, sonra
Allahını tanıma yollarını göstərir.
105
Böyük mütəsəvvüf ġihabəddin Sührəverdinin “Təsəvvüf”
anlayıĢının Ģərhindən anlamaq olur ki, bu pedaqoji dillə desək insa-
nın özünütərbiyəsi, özünükamilləĢdirməsi, özünütəsdiqi və mənən
zənginləĢməsidir. O belə deyir: “Sufilik edən kəs özünə hesabat (əl-
mühasebə), özünənəzarət (əl-müraqəbə) və özünümüĢahidə (əl-mü-
Ģahidə) yolu ilə rəzilliklərdən çəkinib nəfsini paklandırmalı və
kamilləĢdirməlidir”.
Təsəvvüf əhli göstərir ki, Ġman (Ġslamı, Quranı, peyğəmbəri
qəbul edənlər) və Ġslamdan (Ġslam qayda-qanunlarını yerinə yetirən-
lər) sonra Ġhsan (Allahı qəlblərində görüb, hiss edənlər) səviyyəsinə
yüksələnlər ən böyük, ən gözəl sevgili olan Allahı öz daxillərində
görmənin Ģövq və həyəcanı ilə yaĢaya bilirlər. Bu həyəcan isə
insanlara Allahın yaratdığı hər Ģeyi sevməkdir.Hər Ģeyi sevmək Al-
lahı sevməyə qayıdır. Bu sevginin içərisində ən gözəli və ən Ģərəfli-
si olan insanı sevmək, onu yüksək qiymətləndirməkdir Ġnsanoğlu-
nun ən uzun axtarıĢı “Özünü axtarıĢ” olmuĢdur. Təsəvvüf də insanın
kainatda özünü tanıma səylərinin nəticəsidir. Ġnsan özünü tanımağa
yönələrkən “Yaradan və yaranmıĢ” haqqında düĢüncə ilə baĢ-baĢa
qalır. Bu iki qavramın vəhdətdə, birlikdə qəbul edilməsi təsəvvüfün
əsasını təĢkil edir. “Vəhdəti-vücud” (“Tək varlıq”) anlayıĢı ilə var
olan tək “O”dur. Var olan “O”dursa, insan da “O”dur, “haq”da
“O”dur. Varlıq tək “O”dur. “O”na çatmağın yolu isə eĢqdir.
Təsəvvüf mahiyyətli Ģeirlərdə, Allahın dərkinə göstərilən
cəhdlər eĢq və məhəbbətlə eyniləĢdirilir və Allahın özü “Dost”,
“Yar”, “Haq”, “Sevgili” adlandırılır.
Təsəvvüf əhli yaĢarkən həyatdan mənəvi zövq və həzz alır,
dünyaya sevgi ilə baxır, bütün yaradılmıĢları Allah yaratdığı üçün
və Allah sevdiyi üçün sevir və hər bir maddiyyətdə məna axtarır.
“Təsəvvüf” nəfsə yenmək, dünya naz-nemətlərindən uzaq ol-
maq, dünya malından qaçınmaq, hər an əxlaqiləĢmə, mənəviyyatı
zənginləĢdirmə, “bilik müsəlmanın itiyidir”-deyə həmiĢə, hər yerdə
bilik axtarmalı, hər cür biliklərə yiyələnmək deməkdir.
Təsəvvüf təfəkkürü təkcə ədəbiyyatda, pedaqoji fikirdə deyil,
bütün sənət əsərlərində, belə düĢüncədə olan insanların bütün fəa-
liyyətində öz əksini tapmıĢdır. Erkən orta əsrlər dövründə milli üs-
lubda ucaldılmıĢ məscidlərdə, təkkələrdə, evlərdə, imarətlər və
mehmanxanalarda təsəvvüf təfəkkürü duyulmuĢdur.
106
XII əsr Naxçıvan memarlığında Əcəmi Əbu-Bəkr Naxçıvani
yaradıcılığı Ġslam əxlaqı və təsəvvüf düĢüncəsi ilə zəngidir. Onun
Naxçıvanda ucaltdığı Mömünə xatun türbəsi özünəməxsus memar-
lıq üslubu, təsvir və qavrayıĢlı görünüĢü ilə, on üzündə təkrarlan-
mayan mənalı naxıĢları, yazıları və kitabələri ilə bir mənəviyyat abi-
dəsidir. Türbənin yuxarı hissəsində “Allah” sözü yazılmıĢ və on
üzlü türbənin bütün kənarları “Yasin” surəsinin mətni ilə haĢiyələn-
miĢdir. Mömünə xatun türbəsinin bir kitabəsində yazılmıĢ müdrik
fikir Əcəminin fəlsəfi dünyabaxıĢı, əbədiyyət düĢüncəsi öz əksimni
tapmıĢdır:
“Təlatüm içrə biz, sükunətdə daim rüzigar;
Köçərik dünyadan, amma bu qalar yadigar”.
Bu dövrün sənətkarları gördükləri hər hansı bir iĢi və ya
yaratdıqları hər bir əsəri özlərində inandıqları ilahi bir güclə edir-
dilər. Onlar sənət əsərlərini Tanrı sənətinə uyğun olan bir ölçüdə,
gözəl biçimdə olması üçün çalıĢırdılar. Bu əsərləri Allahın qulları
bəyənsin deyə deyil, Allah bəyənsin deyə gözəl, sağlam və mükəm-
məl bir halda hazırlayırdılar.
Təsəvvüf erkən orta əsrlərin kamil insanının, bütöv hərtərəfli
irıkiĢaf etmiĢ Ģəxsiyyətin yetiĢməsinə öz qüvvətli təsirini göstərmiĢ-
dir ki, bu düĢüncə nümayəndələrinin ideya və baxıĢlarına, pedaqoji
düĢüncələrinə, tərbiyə haqqında fikirlərinə nəzər yetirək.
4.6. Mövləvilikdə tərbiyə
Mövlana Cəlaləddin Rumi (1207-1273) Хоrasanın Bəlх Ģəhə-
rində dünyaya gəlmiĢ, Kоnyada yaĢamıĢ və türk dünyasının böyük
mütəfəkkiri, təsəvvüf ədəbiyyatının görkəmli Ģairi kimi tanınmıĢdır.
“Ya оlduğun kimi görün, ya göründüyün kimi оl”!- məĢhur kəla-
mı Rumiyə məхsusdur. О, insanları təbiiliyə, səmimiliyə, çağırmıĢ,
hər cür sünilik, təkəbbür və lоvğalıqdan uzaq оlmağı məsləhət gör-
müĢdür. Оnun əхlaqi-didaktik fikirləri 25618 beytdən ibarət оlan
“Məsnəvi”sində və 30000 beytdən ibarət оlan “Divan-i Kəbir”
əsərində, habelə “Fihi Ma Fih”(“Nə varsa içindədir”), “Məclis-i
Səb`a”(“Yeddi məclis”) əsərlərində əksini tapmıĢdır.
Dostları ilə paylaş: |