95
ki, əxlaqi, estetik tərbiyəsini vəhdətdə götürür, insanları kamilliyə,
çalıĢqanlığa, halal və haramı seçmək üçün gərgin axtarıĢa, böyük-
lərə hörmət etməyə, kiçiklərə qayğı göstərməyə, düĢünərək danıĢ-
mağa, pis əməllərdən çəkinməyə hazırlıq təlqin edir.
6. Ġslamda tərbiyəyə həm fərdi, həm də ictimai məsuliyyət
kimi yanaĢılması. Hər bir fərd öz nəfsini təmizləmək, özünü tərbi-
yə etmək üçün məsuliyyət daĢıyır. Ona görə də müsəlman Allah-
Taalanın, Quranın buyurduğu yolla getməlidir. Tərbiyənin ictimai
məsuliyyət kimi dəyərləndirilməsi o deməkdir ki, hər bir müsəlman
öz müsəlman qardaĢının təlimi və tərbiyəsi üçün müəkəlləfdir və
dindaĢının həmiĢə doğru yolda olmasını istəyir.
Elmi pedaqogikada mühüm yer tutan tərbiyə prinsiplərinin
əksəriyyəti islam tərbiyəsinin də prinsiplərinə aid ola bilər. Tərbi-
yədə yaĢ, fərdi, cinsi xüsusiyyətlərin nəzərə alınması, sözlə əmə-
lin vəhdətinin gözlənilməsi, ardıcıllığa əməl edilməsi, hörmət və
tələbkarlığın tətbiq edilməsi, hər bir uĢağın gələcəyinə nikbin
yanaĢılması ilə bağlı Quranda xeyli ayələr vardır.
Ġslam tərbiyəsində tərbiyənin üsulları “Qurani-Kərim”-də,
Məhəmməd Peyğəmbərin (s) hədislərində öz əksini tapmıĢdır. Bu
üsulların ən baĢlıcası inandırmaqdır, Ģüura, ağıla və davranıĢa təsir
göstərmək üsullarıdır. Ġslam tərbiyəsinin üsulları sırasında əxlaqi
söhbət və mühazirələr, təbliğatlar, dini-əxlaqi rəvayətlərin nəql edil-
məsi, Ġslam tarixi və peyğəmbərlərin həyat və fəaliyyətindən söh-
bətlərin aparılması, hədislər əsasında tərbiyə, müqayisələr və bilik
əsasında mübahisələr aparmaq, əxlaqi-dini misallar çəkmək, Ġslam
müqəddəslərinin nümunəsində tərbiyə etmək, təlqin və təmrinlər,
islami Ģərtlərə uyğun əməli iĢlərin görülməsi, habelə islam tələbləri
əsasında gündəlik rejimə əməl etmək üsullarıdır.
Ġslam tərbiyəsində ən qüvvətli və əsas üsullardan biri isə
Məhəmməd Peyğəmbərin (s) nümunəsində tərbiyədir. Peyğəmbə-
rimizin həyat və fəaliyyəti ən gözəl əxlaq və ən gözəl tərbiyə nümu-
nəsidir. Quranın “Əl-HəĢr” surəsində deyilir: “...Peyğəmbər sizə nə
verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin”
Düzgün əxlaq və davranıĢa, yaxĢı mənəviyyata sahib olmaq,
ilk növbədə, islam qaydalarına, Allahın kəlamlarına, Məhəmməd
Peyğəmbərin (s) hədislərinə dərindən inamdan və etiqaddan, onlara
əməl etməkdən irəli gəlir. Gözəl əxlaqa sahib olmaq müqəddəs
96
kitabımızda deyildiyi kimi, “Allahın əxlaqı ilə əxlaqlanmaqdır”.
“Həqiqətən Allahın rəsulu Allaha və qiyamət gününə ümid bəslə-
yənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr
edənlər üçün gözəl nümunədir”.
Ġslam tərbiyəsi üsulları sırasında həvəsləndirmə, rəğbətləndir-
mə, tənbeh kimi stimullaĢdırıcı üsullar da vardır. Ġslam tərbiyəsində
həvəsləndirmə üsulu kimi yaxĢı iĢlər görməyə, gələcəkdə hökmən
fayda görəcəyinə inandırmaq, pis əməllərinə görə isə müəyyən cəza
çəkəcəyinə inandırmaqdır. Ġslam hər hansı psixi, fiziki cəzaları rədd
edir. Ġslamda məcbur etmə, zor iĢlətmək kimi üsullar yoxdur. Ġslam
dinimiz tənbeh zamanı tərbiyəçinin qəzəbli vaxtda deyil, sakit
vaxtda, düĢüncəli Ģəkildə, ehtiyatla hərəkət etməsini məsləhət görür.
Ġslam tərbiyəsində tərbiyəçilərin özləri tərbiyəli olmalı, yük-
sək mənəvi keyfiyyətlərə sahib olmalıdırlar. Ġslam tərbiyəsində
yumĢaqlıq, mehribanlıq, xoĢ rəftar əsas yer tutur. Ġslam biliciləri
ədəb haqqında belə demiĢlər: “Ədəb danıĢdığın zaman dilini, yalnız
qaldığın zaman qəlbini saxlamaqdır”. “Ədəb səndən böyük olana
hörmət göstərmək, səndən kiçik olana Ģəfqət etmək, fağır olanlar ilə
gözəl davranmaqdır”.
4.4. Qurani-Kərimdə tərbiyə və öyrətmə,
öyrənmə məsələləri
Qurani-Kərim bir milyarddan artıq insanın etiqad etdiyi
islam dininin müqəddəs kitabıdır. Ġlahi gözəlliyə malik olan bu əsər
Ulu Tanrının öz möcüzəsi kimi milyonlarla insanın qəlbinə hakim
kəsilmiĢ, onların qanına hopmuĢ, beyninə nüfuz etmiĢdir. Məhəm-
məd Peyğəmbərə (s) 23 il ərzində nazil olan Quran 114 surədən,
6236 ayədən 77934 sözdən ibarətdir.
Quranın bütün ayələri tərbiyəvi, əxalqi mahiyyətdədir. Bu
ayələr iki qismə bölünür:
1)
Ġnsanları yaxĢı iĢlər görməyə ruhlandıran ayələr;
2)
Ġnsanları pis iĢlərdən çəkindirən ayələr.
Birinci qisim ayələr: Möminləri öz dinlərinə və din qardaĢ-
larına məsuliyyətlə yanaĢmağa, Allahın sözünə tabe olmağa çağırır;
97
ən yaxĢı təqlid nümunəsi ardınca getməyə səsləyir; düzgün yol
tutmağa və ayrı-ayrı adamların istəklərinə uymamağa sövq edir;
yaxĢı əməllər sahibi olmağı tövsiyə edir, halal və təmiz nemətlərdən
yeməyə çağırır; təvazökar və sadə olmağa, xeyir iĢlər görməyə, əda-
lətli olmağa, düz və doğru olmağa çağırır; özündə gözəl xasiyyəti,
halallığı, qənaətcilliyi tərbiyə etməyi, uĢaqların valideynlərinə qayğı
və hörmətlə yanaĢmağı vacib bilir;
Əmanətə sədaqətli, əhdə vəfalı olmağı, xərclərdə nə simic, nə
də bədxərc olmağı öyrədir; pisliyin müqabilində yaxĢılıq etməyi,
birləĢməyi tövsiyə edir; icazəsiz baĢqasının evinə girməməyə, biri
ilə qarĢılaĢarkən salam verməyə, verilən salamı hörmətlə almağa
çağırır; kiĢilərə qadınla zərif bir məxluq kimi nəzakətlə rəftar etmə-
yi, onun ehtiramını saxlamağı, mal-dövlət məsələlərində onlara gü-
zəĢtə getməyi tövsiyə edir.
Ġkinci qisim ayələrdə isə insanı pis davranıĢlardan, ədəbsiz
hərəkətlərdən çəkindirir. Onlara xəsislik etməməyi, bir-birinin eybi-
ni, sirrini açmamağı, qeybətini etməməyi, xainləri müdafiə etməmə-
yi, sələmdən gəlir götürməməyi, yetimlərin malını və baĢqalarının
malını yeməməyi, zinakarlıq etməməyi, dünya malına uymamağı
tövsiyə edir.
Ġslam əxlaqı “Qurani-Kərim”ə əsaslanır. “Qurani-Kərim” də
hər əmr inananlar üçün bir müqəddəs vəzifədir. “Qurani-Kərim”də
Peyğəmbərimizə (s) xitabən deyilir: “Doğrudan da, sən böyük bir
əxlaq sahibisən! (Böyük bir din üzərindəsən!).
Ġslam əxlaqının digər bir yönü də davranıĢlardakı niyyət duy-
ğusudur. Peyğəmbərimiz buyurur ki, (s) “Əməllər niyyətlərə gö-
rədir”. Müsəlman üçün bu niyyətin ən böyük yönləndiricisi “Allah
rizası”nı gözləmə duyğusudur, könlündə sadəcə, Allah rizasını və
onun sevgisini qazanmaq arzusunu daĢımaqdır. Necə ki, “Qurani-
Kərim”də deyilir: “Allah rizasını qazanmaq uğrunda yeməyi yox-
sula, yetimə və əsirə yedirərlər.
Biz sizi ancaq Allah rizasından ötrü yediririk. Biz sizdən (bu
ehsan müqabilində) nə bir mükafat, nə də bir təĢəkkür istəyirik”.
Niyyət və Allah rizası duyğuları ilə bərabər insanın Allah qarĢısında
öz əxlaqı və davranıĢlarına görə məsuliyyət daĢıma duyğusu islam
əxlaqının təməl prinsiplərindəndir.
Dostları ilə paylaş: |