89
düzgünlük cənnətə açılan qapılardan biridir: yalan danıĢmaq cəhən-
nəm qapılarından biridir; Ağlına gələni danıĢmaq günaha yazılır;
ÇalıĢ insanları Ģərdən xilas et. Bu sənin özünə verdiyin qiymətdir:
Ġslamda insanların mənəvi qiymətləri sahib olduqları əxlaqa görədir.
Bir hədisdə deyilir: “Sizin imanca ən gözəliniz, əxlaqca ən gözəl
olanınızdır”.
Peyğəmbər (s) insanın bir Ģəxsiyyət kimi formalaĢmasında
elmi biliklərin mənimsənilməsinə xüsusi diqqət yetirirdi. O alimi,
bilikli insanı qiyamət günü parlayacaq bir ulduza bənzədirdi, beĢik-
dən qəbrədək öyrənməyi, bilik ardınca Çinə belə getməyi məsləhət
görürdü. O, bilik əldə etməyin ən yaxĢı yolunu sual cavabda, soru-
Ģub, öyrənməkdə görürdü.
Peyğəmbərimiz (s) deyirdi: “Elm elə xəzinədir ki, açarları
sualdır. Sual edin, sualda dörd adamın əcri var: sual edənin, alimin,
qulaq asanın və onları sevən adamın. Yaramaz ki, cahil bilmədiyi
halda, alim bildiyi halda sussun. Bir alimin məclisində olmaq min
rükət namaz qılmaqdan, min xəstəyə baĢ çəkməkdən, min cənazə
müĢaiyət etməkdən yaxĢıdır”.
SoruĢmuĢlar ki, “Ya Peyğəmbər, “Quran” oxumaqdanmı? O
demiĢdir: “Biliksiz “Quran” fayda verərmi?” Peyğəmbərimiz hər
cür elmi öyrənməyi məsləhət görürdü. Elm və biliklərə yiyələnmək
Allahın yanında oruc tutmaqdan da, namaz qılmaqdan da, həccə
getməkdən də, Ulu Tanrı yolunda cihada qoĢulmaqdan da üstündür.
Peyğəmbərimiz (s) deyirdi: “Kimdən bilik öyrənirsinizsə, ona hör-
mət edin, ona qarĢı mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona
qarĢı da mehriban olun”.
4.3. İslamda tərbiyə işinin prinsipləri
Ġslam dini yarandığı vaxtdan insanları əxlaqa, mənəviyyata,
kamilliyə çağırır. Ġslam uzun illər boyu müsəlman ölkələrində
nəsillərin təlim və tərbiyəsində mühüm yer tutmuĢdur.
Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Bizdə dinə, mənəvi
dəyərlərimizə hörmət var. Biz ümumbəĢəri dəyərləri öz xalqımıza
aĢılamalıyıq, ancaq öz milli-mənəvi dəyərlərimizdən də ayrılmama-
90
lıyıq”. Ġslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təĢkil
etmiĢ, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmiĢdir.
Ġslam tərbiyəsinin məqsədi insanı mükəmməlliyə, aliliyə çat-
dırmaqdır. Mükəmməl və ali insan Allaha yaxın olan insan hesab
olunur. Ġslam insanı maddə və mənadan, bədən və ruhdan mütəĢək-
kil bir varlıq kimi bütöv görür və insanı bütün təmayül və davranıĢ-
ları ilə birlikdə öyrənir.
O, ilk növbədə, insanın davranıĢlarını idarə edən mərkəzləri
tərbiyə edir. Buna görə də qəlb tərbiyəsinə islam birinci dərəcəli
əhəmiyyət verir. Çünki davranıĢlar qəlbə bağlıdır. Ġnsanın pis və ya
yaxĢı, qəddar və ya mərhəmətli olması onun qəlbindən asılıdır. Bu
cəhətdən qəlbin düzgün tərbiyəsi və təhsili insanın özünü tanıma
yollarını göstərir.
Ġslamda tərbiyə insanın özünü tanımasına kömək etməlidir.
Ġslama görə, özünü tanıyan, dərk edən insan Allahını tanıyır, baĢ-
qalarını tanıyır və harada necə hərəkət edəcəyini yaxĢı bilir. Ġslam
tərbiyəsi insanda islam əxlaqını, islami Ģərtlərə uyğun davranıĢ
normalarını formalaĢdırmağı nəzərdə tutur. Ġslam tərbiyəsi insanın
həm dini, həm də dünyəvi elmləri dərindən bilməyi, yüksək mənəvi
keyfiyyətlərə sahib olmağı, tələb edir. Ġslam tərbiyəsi insanın əq-
linin, ruhunun, bədəninin bərabər səviyyədə inkiĢafını nəzərdə tutur.
Ġslam tərbiyəsi görmüĢ Ģəxsin həm bədəni, həm də ruhu sağ-
lamdır. Bədənin sağlamlığı ruha, ruhun da sağlamlığı bədənə bağ-
lıdır. Bütün ilahi dinlər insanı ən yaxĢıya, ən gözələ və üstün olma-
ğa yönəldir. Demək, Allahın insanlardan istəyi yaxĢıya, doğruya,
gözələ, üstün əxlaqa malik olmaqdır.
Ġslamda tərbiyə məsələsi sadəcə olaraq uĢağa gözəl əxlaq və
faydalı biliklər vermək deyildir. Tərbiyə məsələsi daha geniĢ anlam-
da baĢa düĢülərək insanın yaĢadığı cəmiyyətin inkiĢafına öz töhfə-
lərini verməsi, xalqın adət və ənənələrini, dilini, dinini qoruması,
ona hörmət etməsi, cəmiyyətin iqtisadiyyatını, mədəniyyətini daim
yüksəltməyə çalıĢmasıdır.
Bu məsələ isə bütün bəĢəri mədəniyyəti, mənəviyyatı, əxlaqı
əxz etməklə, daim yeni biliklər qazanmaqla və özünü təkmilləĢ- dir-
məklə mümkün ola bilir. “Ġslam dini insanın tərbiyəsi və nümunəvi
cəmiyyət üçün lazım olan qaydaları və istiqamətləri, bəĢər tarixinin
min illər boyunca əldə etdiyi təcrübə və sınaq məktəblərinin nə-
91
ticələrinə istinad edərək müəyyənləĢdirir və insanlara təqdim edir”.
Ġslamda uĢağın tərbiyəsi baxımından onun inkiĢafı iki dövrə ayrdır:
1) Tədbiri dövr.
2) Tətbiqi dövr.
1.
Tədbiri dövr uşağın ana bətni dövrünü, doğuşuna qədər
olan dövrü əhatə edir. Ġslamda gələcək nəslin tərbiyəsi doğumla
deyil, hələ kiĢi və qadın evlənməyə qərar verməsi ilə baĢlayır. Belə
ki, evlənəcək Ģəxslər dini əqidəni nəzərdə tutaraq mömin bir adamla
evlənməli, evlilik həyatında isə haram Ģeyləri yeyib içməkdən, zina-
karlıqdan uzaq olmalıdır ki, haram xromosomlar vasitəsilə uĢağın
genlərinə keçməsin.
UĢaq ana bətnində olarkən ona olan münasibəti duyur və hiss
edir. Bu dövrdə uĢağa zərər verə biləcək Ģeylərdən-siqaret çəkmək-
dən, zərərli içki içməkdən qaçılmalıdır. Bu cəhətdən tərbiyə iĢi uĢa-
ğın ana bətnindən baĢlayıb həyatı boyunca davam edən və bir çox
Ģərtlərin gözlənilməsini tələb edən uzunmüddətli, mürəkkəb bir
prosesdir.
2.
Tətbiqi dövr doğuşdan ölənə qədər olan dövrdür. Tətbiqi
dövrdə Ģəxsin yaĢına, gücünə, fərdi-psixoloji xüsusiyyətlərinə, fiziki
durumuna, qabiliyyətinə uyğun olaraq onun Ģüuruna, hisslərinə dav-
ranıĢına təsir göstərilir. Bu ciddi təlim-tərbiyə dövrüdür. Tərbiyəvi
təsirlər onu dəyiĢdirir, formalaĢdırır və onu yaxĢılığa, gözəlliyə,
doğruçuluğa, bir sözlə müsbət əxlaqa doğru aparır.
Tətbiqi dövrdə də yerinə yetirilməsi bir çox vacib və zəruri
Ģərtlər vardır. Belə ki, uĢaq doğularkən, ilk növbədə, ona gözəl bir
ad seçib vermək lazımdır ki, o böyüdükcə adına layiq iĢlər görsün
və ata-anasının ona verdiyi addan sonralar peĢman olmasın. UĢaq
danıĢmağa baĢlayarkən, ilk öncə, ona müqəddəs kəlmələr-ana, ata
kimi sözlər öyrədilməli, yanında gözəl və əxlaqi söhbətlər aparıl-
malıdır.
UĢağın yeməyinə, geyiminə, ünsiyyət və münasibətinə ciddi
diqqət yetirilməlidir. Əks təqdirdə mənəvi sərvətlər çox çətinliklə
əldə olunar. UĢağın sağlamlığı daim diqqət mərkəzində olmalıdır.
Tərbiyənin əsası sağlamlıqdan baĢlayır. Odur ki, uĢaqların səhhətinə
ciddi fikir verilməlidir.
DoğuĢdan sonrakı mərhələni beş əsas dövrə-uşaqlıq, yeniyet-
məlik, cavanlıq, yetkinlik və qocalıq dövrlərinə bölmək olar. Hər
Dostları ilə paylaş: |