86
dirmək, tərəqqi etdirmək idi. Özü deyirdi: “Rəbbim məni təhsillən-
dirdi (əddəbə) və mənim təhsilimi (tədib) ən mükəmməl qıldı, mən
bir müəllim olaraq göndərildim. Mən gözəl əxlaqı tamamlamaq
üçün gəldim”.
Məhəmməd Peyğəmbər təhsillənmə sözünü “ədəb”, “əxlaq”
kəlməsində iĢlətmiĢdir. Ədəb zehnin və ruhun tərbiyəsidir. Quranda
Peyğəmbərimizin vəzifəsinin öyrədici, tərbiyəedici olduğu göstəril-
məkdədir: “Ey Rəbbimiz! Onlara öz içlərindən özlərinə sənin ayə-
lərini oxuyacaq, onlara kitab və hikməti öyrədəcək bir elçi göndər”.
Ġslam təlim və tərbiyəsinin əsas məqsədi kamil bir insan
yetiĢdirməkdir. Elə bir insan ki, təkcə vətənində deyil, dünyanın
harasında olursa olsun, yüksək insani keyfiyyətlərə malik olsun.
Ġslam insanı maddə və mənadan, bədən və ruhdan mütəĢəkkil bir
varlıq kimi, bütov Ģəkildə görür və insanı bütün təmayül və davra-
nıĢları ilə birlikdə öyrənir. Ġslam təlim və tərbiyəsinin əsas vəzifəsi
insanı mükəmməlliyə, aliliyə, ən yaxĢıya, ən gözələ çatdırmaqdır.
Ġslamda təlim və tərbiyə sahəsində ilk əməli iĢi baĢladan elə
Məhəmməd Peyğəmbərin (s) özü olmuĢdur. O, yeni dinin təbliğat-
çısı, insanlara mənəviyyatı, əxlaqı yayan bir müəllim, eləcə də el-
min, biliyin müdafiəçisi olmuĢdur.
Məhəmməd Peyğəmbər (s) elm və biliyi, mənəviyyatı geniĢ
Ģəkildə yayır, əhalinin savadlanmasına çalıĢırdı. O, Bədr savaĢında
əsir alınan QüreyĢlərdən bir qisminin həyatlarını pul qarĢılığında
bağıĢlamıĢ, pulu olmayanları, amma yazıb oxumağı bilənlərin hər
birindən biliklərini digər müsəlmanlara öyrətməsini istəmiĢdir. Bu-
na görə hər əsir həyatı qarĢılığında on müsəlmana yazıb oxumaq öy-
rədirdi.
Göründüyü kimi, Allahın Rəsulu peyğəmbərliyinin hər anını
insanlara öyrətməklə dəyərləndirmiĢdir; həm özü öyrətmiĢ, həm də
bilənlərin bilməyənlərə öyrətməsini əmr etmiĢdir. Buna görə də,
“Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir”-sözüylə də elm
öyrənməyə insanları təşviq etmiş, insanların gözünü açmışdır”.
Azərbaycan Qaraqoyunlu dövlətinin baĢçısı, maarifpərvər
hökmdar, “Həqiqi” təxəllüsü ilə dəyərli qəzəllər, rübailər, tuyuqlar
yazıb, böyük “Divan” yaradan Mirzə Cahan ġah Həqiqi öz “Di-
van”ında Məhəmməd Peyğəmbərin (s) maarifpərvərliyini, tərəqqi-
pərvərliyini, biliksevərliyini belə misralarla tərif etmiĢdir:
87
Ey aləmlərin Ģahı, ey xətəməl-ənbiya,
Ey övliyalar sirrin bilən, ey Məhəmməd əl-Mustafa
Sənin ləli-gövhər kəlamların həqiqəti qıldı bəyan,
Camalının Ģəm"i yolumuzu iĢıqlatdı, oldun bizə rahnüma
EĢq günəĢi camalının iĢığından aldı ziya
Ey gözlərə nur bəxĢ edən, ey PadiĢahi-ənbiya.
Həzrət Peyğəmbər (s) bir tərəfdən bilikləri yayır, insanlara
“Nur bəxĢ edib” onları cəhalətdən qurtarır, digər tərəfdən də bilən-
lərin bildiklərini baĢqalarına öyrətməsini əmr edir, ehtiyac duyulan
bölgələrə müəllim göndərmə vəzifəsini yerinə yetirirdi. Peyğəmbə-
rin təĢviqiylə elm adamları hər yerdə rəğbətlə qarĢlanırdı.
Peyğəmbərimiz (s) hər zaman zülmə, ana-ataya üsyan edənlə-
rə, rüĢvətə, lovğalıq və təcəssüsə (baĢqalarında ayıb axtarma, qey-
bət), təfriqəyə qarĢı mübarizə aparmıĢ, bunların əksinə olaraq millət
içərisində düzlük və doğruçuluğu əliaçıqlığı, mərhəməti, qonĢu haq-
larına piayət etməyi, düzgün dost seçməyi, cihad etməyi, xoĢ rəftarlı
olmağı, gözəl əxlaq sahibi olmağı təbliğ etmiĢdir.
Peyğəmbərimiz (s) özü də əxlaqca insanlara nümunə idi. Mü-
qəddəs kitabımızda peyğəmbərimizə xitabən deyilir: “Doğrudan da,
sən böyük əxlaq sahibisən! (Böyük bir din üzərindəsən!)” Peyğəm-
bərimiz (s) buyurmuĢdur: “Sizin ən xeyirliniz əxlaqca ən gözəl
olanıdır”.
Peyğəmbərimiz (s) ona vəhy edilənləri yaymıĢ, katiblərinə
yazdırmıĢ, təhsili, tərbiyəni, mənəvi, əxlaqi məsələləri xalq arasında
təbliğ etmiĢ, Allahın kəlamlarını kütlələrə yaymıĢ, onları yazdır-
mıĢdır.
Bütün bunların nəticəsində Quran adlı müqəddəs bir kitabın
meydana gəlməsinə səbəb olmuĢdur. “Quran” (نارق( özü də “Qər'ə”
(هعرق( sözünün kökündən əmələ gələrək, “Oxumaq”, “Tələffüz
etmək” mənasını verir.
BaĢqa sözlə, Quran həm filoloji, həm pedaqoji cəhətdən
“Oxumaq”, “Qiraət” deməkdir. Çünki Quran özü bir təlim, tərbiyə
vasitəsidir. Quran “Ümmül-Kitab” (Kitabların anası), “KəĢfül-Hə-
qayiq” (Həqiqətlərin kəĢfi), “Məcmueyi-Xeyrül Kəlam” (Xeyirli
sözlər, kəlamlar toplusu) kimi gözəl sözlərlə adlandırılmıĢdır.
Elmin dəyəri və önəmi haqqında Peyğəmbərimizin (s) çoxlu
hədisləri vardır. O belə deyirdi: “BeĢikdən qəbrədək öyrən”, “Elmi-
88
mi artıraraq Allaha yaxın olmadığın günün Ģəfəqi lənətlənsin”.
“Elmi aramayan ölür”, “Alimləri eĢidin, çünki onlar dünyanın çıra-
ğı, axirətin nurudurlar”, “Elm öyrənmək üçün yola çıxan kimsə
evinə dönüncəyə qədər Allah yolundadır”, “Elm arayanları mələklər
qanadlarıyla qoruyur”, “Elmi əldə edin, Allah yolunda onu əldə
edən xeyir iĢləmiĢ olur, ondan bəhs edən, Rəbbini öymüĢ olur, sədə-
qə vermiĢ olur; onu haq edən, kimsələrə verən, yaxĢılıq etmiĢ olur”.
“Elm Çində də olsa get dalınca öyrən”.
Məhəmməd Peyğəmbərin (s) Ģəxsi nümunəsi və hədislər,
peyğəmbərimizin səhabələri Ġslamda ən gözəl tərbiyə vasitəsidir.
Ġslam dininin banisi Məhəmməd Peyğəmbər (ə.s) bacarıqlı bir siya-
sətçi, qanunĢünas, bəlağətli natiq, gözəl əxlaq müəllimi, safürəkli
dindar, ləyaqətli baĢçı, mehriban rəhbər, böyük islahatçı, cəsur
sərkərdə, mahir cəngavər olmuĢ və həmiĢə qalibiyyət onun tərəfində
olmuĢdur. Peyğəmbərimizin (s) əxlaqi keyfiyyətləri haqqında danıĢ-
saq, deyə bilərik ki, o bir əxlaqilik, mənəviyyat timsalı kimi tərbiyə
iĢində gözəl nümunə ola bilər.
“Qurani-Kərim”də Peyğəmbərimizə (s) xitabən-“Sən böyük
əxlaq üzərindəsən”-buyurulur. Peyğəmbərimiz müsəlman ümməti
üçün “Usuvəti-həsənə” (“Gözəl nümunə”) hesab edilir. Ġslam tərbi-
yəsinin ən gözəl nümunəsi Ģübhəsiz Məhəmməd Peyğəmbərin (s)
həyatı, fəaliyyəti, daha sonra bir sıra din böyüklərinin, elm-idrak
sahiblərinin və görkəmli Ģəxsiyyətlərin həyat tərzi, yaĢantısı, nümu-
nəsidir. Peyğəmbər (s) öz müdrik kəlamlarında tərbiyə məsələsinə
geniĢ yer vermiĢdir. O özü hər yerdə, hər iĢdə nəzakət qaydalarını
gözləmiĢ, bəd əməllərdən uzaq olmağı, əmanətə xəyanət etməməyi,
hamının hörmətini qazanmağı tövsiyə etmiĢdir. Peyğəmbərimiz (s)
ədəb, əxlaq haqqında deyirdi: “Kiçiklərimizin halına acımayan, bö-
yüklərimizin Ģərəfini bilib haqlarını təslim etməyən bizdən (əhli
sünnətdən) deyildir”.
Ġki adamın barıĢması, onların aralarının düzəlməsi, namaz qıl-
maqdan, oruc tutmaqdan xeyirlidir. Ġki cür adama Allah qiyamət
günü rəhm etməz: yaxın adamlarının əhvalını soruĢmayana və pis
qonĢuya; Allah lənət eləsin ana ilə övladın, qardaĢ ilə qardaĢın
arasına girib, onları bir-birindən ayıranlara; atanın öz oğluna əvəz-
siz olaraq verdiyi, bağıĢladığı Ģeylərin ən üstünü tərbiyədir; Allaha
doğru sözdən daha qiymətli bir sədəqə yoxdur; Düzgün olun, çünki
Dostları ilə paylaş: |