Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə31/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   176

 

95 


ki,  əxlaqi,  estetik tərbiyəsini  vəhdətdə  götürür,  insanları  kamilliyə, 

çalıĢqanlığa,  halal  və  haramı  seçmək  üçün  gərgin  axtarıĢa,  böyük-

lərə  hörmət  etməyə,  kiçiklərə  qayğı  göstərməyə,  düĢünərək  danıĢ-

mağa, pis əməllərdən çəkinməyə hazırlıq təlqin edir. 



6. Ġslamda tərbiyəyə həm fərdi, həm də ictimai məsuliyyət 

kimi yanaĢılması. Hər bir fərd öz nəfsini təmizləmək, özünü tərbi-

yə  etmək  üçün  məsuliyyət  daĢıyır.  Ona  görə  də  müsəlman  Allah-

Taalanın,  Quranın  buyurduğu  yolla  getməlidir.  Tərbiyənin  ictimai 

məsuliyyət kimi dəyərləndirilməsi o deməkdir ki, hər bir müsəlman 

öz  müsəlman  qardaĢının  təlimi  və  tərbiyəsi  üçün  müəkəlləfdir  və 

dindaĢının həmiĢə doğru yolda olmasını istəyir. 

Elmi  pedaqogikada  mühüm  yer  tutan  tərbiyə  prinsiplərinin 

əksəriyyəti islam  tərbiyəsinin də prinsiplərinə aid ola bilər.  Tərbi-



yədə yaĢ, fərdi, cinsi xüsusiyyətlərin nəzərə alınması, sözlə əmə-

lin vəhdətinin gözlənilməsi, ardıcıllığa əməl edilməsi, hörmət və 

tələbkarlığın  tətbiq  edilməsi,  hər  bir  uĢağın  gələcəyinə  nikbin 

yanaĢılması ilə bağlı Quranda xeyli ayələr vardır. 

Ġslam  tərbiyəsində  tərbiyənin  üsulları  “Qurani-Kərim”-də, 

Məhəmməd  Peyğəmbərin  (s)  hədislərində  öz  əksini  tapmıĢdır.  Bu 

üsulların ən baĢlıcası inandırmaqdır, Ģüura, ağıla və davranıĢa təsir 

göstərmək  üsullarıdır.  Ġslam  tərbiyəsinin  üsulları  sırasında  əxlaqi 

söhbət və mühazirələr, təbliğatlar, dini-əxlaqi rəvayətlərin nəql edil-

məsi,  Ġslam  tarixi  və  peyğəmbərlərin  həyat  və  fəaliyyətindən  söh-

bətlərin  aparılması,  hədislər  əsasında  tərbiyə,  müqayisələr  və  bilik 

əsasında  mübahisələr  aparmaq,  əxlaqi-dini  misallar  çəkmək,  Ġslam 

müqəddəslərinin  nümunəsində  tərbiyə  etmək,  təlqin  və  təmrinlər, 

islami Ģərtlərə uyğun əməli iĢlərin görülməsi, habelə islam tələbləri 

əsasında gündəlik rejimə əməl etmək üsullarıdır. 

Ġslam  tərbiyəsində  ən  qüvvətli  və  əsas  üsullardan  biri  isə 

Məhəmməd  Peyğəmbərin  (s)  nümunəsində  tərbiyədir.  Peyğəmbə- 

rimizin həyat və fəaliyyəti ən gözəl əxlaq və ən gözəl tərbiyə nümu- 

nəsidir. Quranın “Əl-HəĢr” surəsində deyilir: “...Peyğəmbər sizə nə 

verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin” 

Düzgün  əxlaq  və  davranıĢa,  yaxĢı  mənəviyyata  sahib  olmaq, 

ilk  növbədə,  islam  qaydalarına,  Allahın  kəlamlarına,  Məhəmməd 

Peyğəmbərin (s) hədislərinə dərindən inamdan və etiqaddan, onlara 

əməl  etməkdən  irəli  gəlir.  Gözəl  əxlaqa  sahib  olmaq  müqəddəs 



 

96 


kitabımızda  deyildiyi  kimi,  “Allahın  əxlaqı  ilə  əxlaqlanmaqdır”. 

“Həqiqətən  Allahın  rəsulu  Allaha  və  qiyamət  gününə  ümid  bəslə-

yənlər (Allahdan, qiyamət  günündən qorxanlar)  və Allahı çox zikr 

edənlər üçün gözəl nümunədir”. 

Ġslam tərbiyəsi üsulları sırasında həvəsləndirmə, rəğbətləndir-

mə, tənbeh kimi stimullaĢdırıcı üsullar da vardır. Ġslam tərbiyəsində 

həvəsləndirmə  üsulu  kimi  yaxĢı  iĢlər  görməyə,  gələcəkdə  hökmən 

fayda görəcəyinə inandırmaq, pis əməllərinə görə isə müəyyən cəza 

çəkəcəyinə inandırmaqdır. Ġslam hər hansı psixi, fiziki cəzaları rədd 

edir. Ġslamda məcbur etmə, zor iĢlətmək kimi üsullar yoxdur. Ġslam 

dinimiz  tənbeh  zamanı  tərbiyəçinin  qəzəbli  vaxtda  deyil,  sakit 

vaxtda, düĢüncəli Ģəkildə, ehtiyatla hərəkət etməsini məsləhət görür. 

Ġslam  tərbiyəsində  tərbiyəçilərin  özləri  tərbiyəli  olmalı,  yük- 

sək  mənəvi  keyfiyyətlərə  sahib  olmalıdırlar.  Ġslam  tərbiyəsində 

yumĢaqlıq,  mehribanlıq,  xoĢ  rəftar  əsas  yer  tutur.  Ġslam  biliciləri 

ədəb haqqında belə demiĢlər: “Ədəb danıĢdığın zaman dilini, yalnız 

qaldığın  zaman  qəlbini  saxlamaqdır”.  “Ədəb  səndən  böyük  olana 

hörmət göstərmək, səndən kiçik olana Ģəfqət etmək, fağır olanlar ilə 

gözəl davranmaqdır”. 

 

 



4.4. Qurani-Kərimdə tərbiyə və öyrətmə,  

öyrənmə məsələləri 

 

Qurani-Kərim  bir  milyarddan  artıq  insanın  etiqad  etdiyi 

islam dininin müqəddəs kitabıdır. Ġlahi gözəlliyə malik olan bu əsər 

Ulu  Tanrının  öz  möcüzəsi  kimi  milyonlarla  insanın  qəlbinə  hakim 

kəsilmiĢ, onların  qanına  hopmuĢ, beyninə nüfuz  etmiĢdir. Məhəm-

məd  Peyğəmbərə  (s)  23  il  ərzində  nazil  olan  Quran  114  surədən, 

6236 ayədən 77934 sözdən ibarətdir. 

Quranın  bütün  ayələri  tərbiyəvi,  əxalqi  mahiyyətdədir.  Bu 

ayələr iki qismə bölünür: 

1)

 

Ġnsanları yaxĢı iĢlər görməyə ruhlandıran ayələr; 

2)

 

Ġnsanları pis iĢlərdən çəkindirən ayələr. 

Birinci  qisim  ayələr:  Möminləri  öz  dinlərinə  və  din  qardaĢ- 

larına məsuliyyətlə yanaĢmağa, Allahın sözünə tabe olmağa çağırır; 




 

97 


ən  yaxĢı  təqlid  nümunəsi  ardınca  getməyə  səsləyir;  düzgün  yol 

tutmağa  və  ayrı-ayrı  adamların  istəklərinə  uymamağa  sövq  edir; 

yaxĢı əməllər sahibi olmağı tövsiyə edir, halal və təmiz nemətlərdən 

yeməyə çağırır; təvazökar və sadə olmağa, xeyir iĢlər görməyə, əda-

lətli olmağa, düz və doğru olmağa çağırır; özündə gözəl xasiyyəti, 

halallığı, qənaətcilliyi tərbiyə etməyi, uĢaqların valideynlərinə qayğı 

və hörmətlə yanaĢmağı vacib bilir

Əmanətə sədaqətli, əhdə vəfalı olmağı, xərclərdə nə simic, nə 

də  bədxərc  olmağı  öyrədir;  pisliyin  müqabilində  yaxĢılıq  etməyi, 

birləĢməyi  tövsiyə  edir;  icazəsiz  baĢqasının  evinə  girməməyə,  biri 

ilə  qarĢılaĢarkən  salam  verməyə,  verilən  salamı  hörmətlə  almağa 

çağırır; kiĢilərə qadınla zərif bir məxluq kimi nəzakətlə rəftar etmə-

yi, onun ehtiramını saxlamağı, mal-dövlət məsələlərində onlara gü-

zəĢtə getməyi tövsiyə edir. 



Ġkinci  qisim  ayələrdə  isə  insanı  pis  davranıĢlardan,  ədəbsiz 

hərəkətlərdən çəkindirir. Onlara xəsislik etməməyi, bir-birinin eybi-

ni, sirrini açmamağı, qeybətini etməməyi, xainləri müdafiə etməmə-

yi,  sələmdən  gəlir  götürməməyi,  yetimlərin  malını  və  baĢqalarının 

malını  yeməməyi,  zinakarlıq  etməməyi,  dünya  malına  uymamağı 

tövsiyə edir. 

Ġslam  əxlaqı  “Qurani-Kərim”ə  əsaslanır.  “Qurani-Kərim”  də 

hər əmr inananlar üçün bir müqəddəs vəzifədir. “Qurani-Kərim”də 

Peyğəmbərimizə  (s)  xitabən  deyilir:  “Doğrudan  da,  sən  böyük  bir 

əxlaq sahibisən! (Böyük bir din üzərindəsən!). 

Ġslam əxlaqının digər bir yönü də davranıĢlardakı niyyət duy-

ğusudur.  Peyğəmbərimiz  buyurur  ki,  (s)  “Əməllər  niyyətlərə  gö-

rədir”. Müsəlman üçün bu niyyətin ən böyük  yönləndiricisi “Allah 

rizası”nı  gözləmə  duyğusudur,  könlündə  sadəcə,  Allah  rizasını  və 

onun  sevgisini  qazanmaq  arzusunu  daĢımaqdır.  Necə  ki,  “Qurani-

Kərim”də  deyilir:  “Allah  rizasını  qazanmaq  uğrunda  yeməyi  yox-

sula, yetimə və əsirə yedirərlər. 

Biz sizi ancaq Allah rizasından ötrü yediririk. Biz sizdən (bu 

ehsan  müqabilində)  nə  bir  mükafat,  nə  də  bir  təĢəkkür  istəyirik”. 

Niyyət və Allah rizası duyğuları ilə bərabər insanın Allah qarĢısında 

öz əxlaqı və davranıĢlarına görə məsuliyyət  daĢıma duyğusu islam 

əxlaqının təməl prinsiplərindəndir. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə