Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə33/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   176

 

101 


miĢdir. 

Sultana  göndərilən  bu  hədiyyyə,  xüsusi  nüsxə  olaraq  qızıl 

suyu ilə yazılmıĢ, almaz qaĢlarla bəzədilmiĢ və qalın gümüĢ qutuda 

yerləĢdirilərək  Xeyriyyə  Cəmiyyətinin  üzvü  müəllim  və  pedaqoq, 

görkəmli  Ģair,  ictimai  xadim  Abdulla  ġaiqin  qardaĢı  Axund  Yusif 

Talıbzadə (Yusif Ziya adı ilə də məĢhurdur) tərəfindən 1907-ci ilin 

19 avqustunda Sultan Əbdül Həmidə təqdim edilmiĢdir. 

Böyük  ədib  və  Ģairimiz  Abdulla  ġaiq  böyük  qardaĢı  Axund 

Yusif  Talıbzadənin  Türkiyə  səfəri  haqqında  belə  yazmıĢdır:  “Bakı 

qazisi  Mir  Məhəmməd  Kərim  Mir  Cəfərzadə  Quranı  Azərbaycan 

dilinə  tərcümə  edib  məĢhur  sərvətdar  Hacı  Zeynalabdın  Tağıyevin 

pulu  ilə  çap  etdirmiĢdir.  Hacı  tərcümənin  əlli  nüsxəsini  qızıl  suyu 

ilə  çap  etdirib  qiymətli  cildə  tutdurmuĢdur.  Bu  nüsxələrdən  birinin 

cildini  qalın  gümüĢdən  yapdırıb  ortasına  da  “La  ilahə  illəllah, 

Mühəmmədən  Rəsulillah”  sözlərini  yazdırmıĢ  və  qardaĢım  Axund 

Yusif Talıbzadə vasitəsilə həmin nüsxəni Türkiyə Sultanına hədiyyə 

göndərmiĢdir”. 

Osmanlı  arxivində  mühafizə  edilən  yazılı  bir  sənədə  əsasən 

Axund  Yusif  Talıbzadə  -  Xeyriyyə  Cəmiyyətinin  idarə  iĢlərində 

vəzifə  daĢıdığını,  ziyalı  bir  ailədən  gəldiyini,  Rus  ali  məktəbindən 

məzun  olduğunu,  müsəlman  əhalisinin  mənən  və  dinən  xilafət 

məkanına  daha  qüvvətli  bağlanması  və  onların  aydınlanması  üçün 

nəĢr  etdirdiyi  günlük  “Təzə  həyat”  qəzetində  yazarlıq  yapdığını 

saray nazirlərinə bildirdikdən sonra, Bakıda Ġslam Xeyriyyə Cəmiy-

yətinin qurucusu və rəhbəri olan Hacı Zeynalabdin Tağıyevin təqib 

etməyə  çalıĢdığı  xətti  hərəkəti  saray  üzvlərinə  belə  bildirmiĢdir:      

1)  Ġndiyə  qədər  Qafqaz  Türkləri  yazıĢmalarında  yalnız  farscadan 

istifadə  etmiĢlər.  Bundan  sonra  farscanın  yerinə  ana  dilimiz  olan 

türkcənin istifadə edilməsi və geniĢləndirilməsi; 2)Məktəb kitabları-

mızın  türk  dilində  yazılması;  3)  Məktəblərimizin  proqramlarının 

Osmanlı  Maarif  proqramına  müvafiq  tərtib  edilməsi;  4)  Mərkəzi 

idarəsi  Bolqarıstanın  Varna  Ģəhəri  ilə  Ġranın  Urmiyə  Ģəhərlərində 

yerləĢən Erməni-Amerikan və Erməni-Proteston Komitələri Qafqaz 

və  Azərbaycan  türklərini  xilafət  məqamına  bağlılıqdan  və  müqəd-

dəs qaye olan Ġslam ittihadından uzaqlaĢdırmaq üçün ərəbcə, türkcə, 

farsca və kürdcəyə vaqif olan ermənilər Qafqaza zərərli nəĢriyyatlar 

soxurlar.  Bunları  bir  an  öncə  təsirsiz  hala  gətirmək  və  Qafqaz 



 

102 


müsəlmanlarına  təsirini  önləmək  üçün  qarĢı  nəĢriyyatda  bulun-

mağımız gərəkir; 5) Qafqazdan Ġrana, Misirə və Avropaya fərarilik 

edib,  oralarda  tutulmayanların  bir  daha  Qafqaza  dönmələrinə  izin 

verilməməsi;  6)  Uyğun  bilinən  məktəb  müdirləri  və  müəllimlərin 

Osmanlı  hökümətindən  Qafqaza  göndərilməsinin  təmin  edilməsi;   

7)  Dini  kitabların  və  təfsirlərin,  peyğəmbərimizin  hədisləri,  əxlaqi 

kitablar və bu mövzuda yararlı təmimlərin yayınlanması . 

Axund Yusif Talıbzadə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti-

nin  və  onun  sədri  H.Z.Tağıyevin  həyata  keçirmək  istədiyi  əsas 

məsələləri  bu  Ģəkildə  saray  üzvlərinə  anlatdıqdan  sonra  Qurani  - 

Kərimin  Hacı  tərəfindən  hazırlatdırılmıĢ  üç  cildlik  türkcə  təfsirini, 

onun  (H.Z.Tağıyevin)  yazdığı  bir  məktubla  birlikdə,  Osmanlı 

Dövlətinin PadĢahı II Əbdülhəmidə təqdim etmiĢdir. 

Sultan  Əbdülhəmid  də  bunun  əvəzində  brilyantla  iĢlənmiĢ 

Osmanlı dövlətinin ən böyük, ən üstün medalını - birini H.Z.Tağı-

yevə, o birini də Axund Yusif Talıbzadəyə təqdim etmiĢdir. 

 

TapĢırıqlar 

 

AĢağıdakılarla bağlı Ģərh verin: 

1. Ġslamiyyətdə tərbiyə məsələləri. 

2. Ġslam tərbiyəsinin üsulları. 

3. Ġalam tərbiyəsinin prinsipləri. 

4. Qurani Kərimdə tərbiyə məsələləri. 

5. H.Z.Tağıyevin maarifçilik fəaliyyəti haqqında. 

6. H.Z.Tağıyev və Quranı-Kərimin tərcüməsi haqqında. 

 

Ədəbiyyat 

 

1.

 



Qurani-Kərim. Bakı: AzərnəĢr, 1992. 

2.

 



Ot  kökü  üstə  bitər:  Akademik  Kamal  Talıbzadə  ilə  müsahibə. 

“Xalq” qəz. Bakı, 5 iyun 1999. 

3.

 

Talıbzadə  Kamalın  təqdimatında  Abdulla  ġaiqin  “Sultana 



Quran aparılması” məqaləsi. “Elm” qəz. mart 1992, № 6 (403). 

4.

 



Talıbzadə K.A. Axund Yusif Talıbzadə. “Odlar yurdu” qəz. 10-

17 sentyabr 1992, № 26; 24-30 sentyabr, 1992, № 27. 

5.

 

Həbibov  Ġsa.  Kamal  Talıbzadəyə  məktub  (21  may,  1987-ci  il, 



Naxçıvan Ģəhəri), Abdulla ġaiqin Mənzil Muzeyinin arxivi, qovluq. 


 

103 


 

6.

 



ġeyxülislam AllahĢükür PaĢazadə. Qafqazda Ġslam: Tarixilik və 

müasirlik. Bakı: Azərbyacan Dövlət NəĢriyyaü, 1991. 

7.

 

Hacı  Sabir  Həsənli.  Ġslam  mədəniyyətində  elm.  Bakı:  Elm  və 



həyat, 1998. № 5. 

8.

 



Məmmədov K.A. ġərq pedaqoji fikir tarixindən (Tədris vəsaiti). 

Bakı: Mütərcim, 2011. 

9.

 

Hüseynzadə  R.L.  Bakı  milyonçusu,  maarifpərvər  xeyriyyəçi 



H.Z.Tağıyevin Sultana hədiyyəsi // Azərbaycan məktəbi, 2011, № 3. 

 

 



4.5. Təsəvvüfdə tərbiyə məsələləri 

 

Erkən  orta  əsrlər  dövründə  Azərbaycanın  ictimai-siyasi,  mə-

dəni-maarif  həyatında,  Ģəxsiyyətin  tərbiyə  və  təlimində,  pedaqoji 

fikrində sufilik hərəkatı geniĢ vüsət almıĢdır ki, bu hərəkatın mahiy-

yətini  bilmədən  o  dövrün  ədəbiyyatını,  mədəniyyətini,  mənəviy-

yatını, pedaqoji fikirlərini anlamaq çətin olar. 

Ġslamda  yaranmıĢ  mistik  hərəkat  sufilik  adlanmıĢdır.  “Misti-

ka” ingiliscə “Tanrıya dönüĢ” anlamını verir. Sufilik özünə məxsus 

bir  həyat  olmaqla  maddiyyəti  özündən  uzaqlaĢdırmaq  və  hər  cür 

maddi istək və arzuya qarĢı daxili mübarizədir. Təsəvvüf Ġslam qay-

naqlı  olub,  müsəlmanların  mənəvi  həyatının  təbii  nəticəsi  olaraq 

meydana çıxmıĢdır. Təsəvvüfün əsas nüvəsi Quran və hədislərdir. 

Təsəvvüfün  özünə  məxsus  tərbiyə,  əxlaq  prinsipləri  mövcud 

olmuĢdur.  Təsəvvüf  bir  ədəbdir,  pis  xasiyyətləri  tərk  edib,  gözəl 

xasiyyətlər  qazanmaqdır,  kimsədən  inciməmək,  kimsəni  incitmə- 

məkdir, nəfsə qarĢı bir mübarizədir, hər kəsin yükünü çəkmək, kim-

səyə  yük  olmamaqdır,  bütün  insanlara  sevgi  ilə  baxmaq  və  onları 

özünə dost bilməkdir. 

Təsəvvüf  sözünün  kökü  haqqında  müxtəlif  fikirlər  vardır. 

Bunların ən tutarlısı dil qaydalarına və tarixi gerçəkliyə uyğun olan 

“Təsəvvüf”  ün  kökü  olan  “Sufi”  sözünün  “Suf”  sözündən  (yəni 

“Yun”)  alındığını  söyləyən  görüĢdür.  ġihabəddin  Sührəverdi  bu 

mövzuda bir çox fikirləri təhlil etmiĢ və göstərmiĢdir ki, Sufilər yun 

paltar  geydiklərindən  onlara  sufi  deyilmiĢdir.  MəĢhur  hurufi  Ģair 

Nəsimi bu mənada demiĢdir: “Geymə atlas, gey gilən Ģali sən” (yəni 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə