Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə32/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   176

 

98 


Qurana  görə,  müsəlmanın  məsuliyyət  hissi  Allahdan  qorx-

maq,  onun  əmrlərinə  hörmət  göstərmək  və  bu  əmrləri  gecikdirmə-

dən  yerinə  yetirmək,  qadağan  etdiyi  Ģeylərdən  uzaq  olmaq  islam 

əxlaqının vacib Ģərtlərindən sayılır. 

Digər bir mühüm Ģərt müsəlmanın digər məxluqata qarĢı son 

dərəcə mərhəmətli, ədalətli və Ģəfqətli davranması, zəiflərə, möhtac 

olanlara  yardım  etməsi,  ana  və  ataya  diqqətli  və  qayğıkeĢ  olması, 

onların həmiĢə könüllərini alması istəyidir. Bütün bunlarla bərabər, 

insanın öz hiss, iradə və duyğularına hakim olması, təvazökar, səbr-

li, ədəbli və insaflı olması kimi keyfiyyətlərdir. 

Bütün  bu prinsip və Ģərtlərə baxdıqda  Ġslam əxlaqının  saf və 

sağlam  olduğunu,  fikirdə,  sözdə  və  əməldə  həmiĢə  xeyirxah  oldu- 

ğunu,  daim  yaxĢı  bir  niyyətə-Allah  rizasına  önəm  verildiyini  görə 

bilirik.  Peyğəmbərimizin  (s)  “Əxlaqınıızı  gözəlləĢdirin”,  “Allahın 

və  Rəsulunun  əxlaqı  ilə  əxlaqlarının”-deyə  tövsiyələrdə  bulunması 

müsəlman əhlinin daima əxlaq və tərbiyəsini gözəlləĢdirməsi vacib-

liyini önə sürməsidir. 

Qurana görə, Allah insanı yaratmıĢ, ona bilik və idrak vermiĢ, 

bütün kainatı ona tabe etmiĢdir ki, o yer üzünün ən Ģərəfli məxluqu 

olsun. Allahın yer üzündəki sirlərini aĢkar etsin və Onu tanıtdırsın. 

Bunun  üçün  isə  bilik  lazımdır.  Odur  ki,  Quran  biliksizliyə  qarĢı 

çıxır və bunun ilkin yolunu oxuyub-yazmaqda görür. 

Quran  bilənlərlə  bilməyənlərin  bərabər  olmadığını  elan  et- 

məklə  insanları  bilik  qazanmağa  səsləyir:  “De  ki:  “heç  bilənlərlə 

bilməyənlər  (alimlə  cahil)  eyni  ola  bilərmi?!  (Allahın  ayələrindən, 

dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”. 

Ġnsanın gözəl bir əxlaqa sahib olması üçün “Qurani-Kərim”də 

bir xeyli əmrlər mövcuddur ki, biz onlardan “Ə1-Ġsra” surəsinə nə-

zər  yetirsək,  Allah  Taalanın  kəlamlarında  insan  əxlaqının,  ümumi-

likdə,  islam  tərbiyəsinin  əsas  keyfiyyətlərini  görə  bilərik:  “Rəbbin 



yalnız Ona ibadət etməyi və valideynlərə yaxĢılıq etməyi (onlara 

yaxĢı baxıb gözəl davranmağı) buyurmuĢdur. Əgər onların biri 

və  ya  hər  ikisi  sənin  yanında  (yaĢayıb)  qocalığın  ən  düĢkün 

çağına yetərsə, onlara: “Uf!» - belə demə, üstlərinə qıĢqırıb acı 

söz söyləmə. Onlarla xoĢ danıĢ!”.“Onların hər ikisinə acıyaraq 

mərhəmət  qanadının  altına  alıb:  “Pərvərdigara!  Onlar  məni 

körpəliyimdən (nəvaziĢlə) tərbiyə edib bəslədikləri kimi, sən də 


 

99 


onlara rəhm  et!” “Qohum əqrabaya da, miskinə də (pulu qurtarıb 

yolda  qalan)  müsafirlərə  də  haqqını  ver.  Eyni  zamanda  (mal-döv-

lətini əbəs yerə) sağa-sola da səpələmə!”. “Həqiqətən, (malını əbəs 

yerə) sağa-sola səpələyənlər ġeytanın qardaĢlarındandır. ġeytan isə 

Rəbbinə  qarĢı  nankordur!”.  “Əgər  Rəbbindən  dilədiyin  bir  mərhə-

məti (ruzini) gözləmək məqsədilə onlardan (kömək göstərilməsi la-

zım olan Ģəxslərdən) üz çevirməli olsan (onlara bir Ģeylə kömək et-

mək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə 

də  məcburiyyət  qarĢısında  qalıb  gözlərinə  görünmək  istəməsən), 

heç olmasa, onlara (darıxmayın, Allah mənə ruzi bəxĢ edər, mən də 

sizə verərəm  kimi) xoĢ bir söz de!”. “Nə əldən  çox bərk ol,  nə də 

əlini  tamamilə  açıb  israfçılıq  et.  Yoxsa  həm  qınanarsan,  həm  də 

peĢiman olarsan”.  ”Zinaya da  yaxın  düĢməyin.  Çünki  o çox çirkin 

bir  əməl  və  pis  yoldur!”.  “Allahın  haram  buyurduğu  cana  haqsız 

yerə qəsd etməyin...”, “...yetimin malına həddi buluğa çatana qədər 

yaxın  düĢməyin...”,  “Ölçəndə  ölçüdə  düz  olun,  (çəkəndə)  düzgün 

tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha 

yaxĢıdır!”,  “(Ey  insan!)  Bilmədiyin  bir  Ģeyin  ardınca  getmə...”. 

“Yer  üzündə  təkəbbürlə  gəzib  dolanma.  Çünki  sən  nə  yeri  yara 

bilər, nə də (boyca)  yüksəlib dağlara çata bilərsən”. “Bütün bunlar 

rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis Ģeylərdir”. 

Ġslamiyyətdə  elmə  qiymət  həmiĢə  çox  yüksək  dəyərləndiril-

miĢdir. Qurana görə, Allah insanı yaratmıĢ, ona idrak vermiĢ, bütün 

kainatı ona tabe etmiĢdir ki, Allahın yer üzündəki sirlərini aĢkar et-

sin. Quranda insan biliyi hər Ģeyə qadir olduğu göstərilmiĢ və o elm 

əhlini yüksək tutaraq Allah və mələklərdən sonra üçüncü yerdə zikr 

etmiĢdir. 

“Qurani-Kərim”də və hədislərdə “əl-elm” istilahında daha çox 

iman, təqva və salehlik nəzərdə tutulsa da, bu istilah dünyəvi məna-

ları da qoruyub saxlayır. Ġslamın bu mənbələri elə bir psixoloji, mə-

nəvi və intellektual ab-hava təlqin edir ki, burada həm dini, həm də 

dünyəvi  elmlərə  təhrik  vardır”.  Elmin  insanı  kamilləĢdirməsi  üçün 

əsas  Ģərt  biliklə  əməlin  uyğunluğudur.  Əməlsiz  elm  və  ya  elmsiz 

əməl  faydasızdır.  Elmin  məqsədi  faydalı,  səmərəli  iĢlər  görmək, 

insanların rifahını yüksəltməkdir. 

Həzrət Peyğəmbər (s) buyururdu ki, elmi əldə edən, Allah yo-

lunda  onu  arayan,  Allaha  ibadət  emiĢ  olur,  onu  öyrədən  sədəqə 



 

100 


vermiĢ olur, onu haqq edib kimsələrə çatdıran yaxĢılıq etmiĢ olur. 

Qiyamət günündə üç sinif bağıĢlanılırlar: 



1) Peyğəmbərlər; 2) Alimlər; 3) ġəhidlər. 

Quran  bütün  gücü  ilə  bilikisizliyə  qarĢı  çıxır  və  bunun  ilkin 

yolunu oxuyub-yazmaqda, öyrənməkdə görür. Ġslamda elm iki yerə 

bölünür: 



l.  Zahiri  elm;  2.  Batini  elm.  Zahiri  elm  ibadətlə  bağlı  olan 

elmdir. 


Burada  hədis  (yəni,  Həzrəti  Məhəmmədin  sözləri,  davranıĢı 

ilə bağlı məlumatlar), Quranın təfsiri (yəni açıqlanması), fiqh (islam 

hüquq  elmi)  daxildir.  Batini  elm  özü  də  iki  yerə  ayrılır:  Elmi-

müamilə və elmi mükaşefə. 

Elmi müamilədə insan riyadan, lovğalıqdan, paxıllıq və qey-

bətlərdən uzaqlaĢıb özünü tərbiyə, özünütəkmilləĢməyə istiqa- mət-

lənir. Bu elm insanlara gözəl əxlaqın, mənəvi sərvətlərin nədən iba-

rət olmasını göstərir və bu sərvətlərə yiyələnmənin yollarını da tanı-

dır. 

Bu  elm  sahəsində  insanların  maddi  və  mənəvi  həyatı  təhlü- 



kələrdən  qoruna  bilir,  hər  cür  günahlardan,  xəta  və  xəstəliklərdən 

uzaqlaĢması mümkün olur. 



Elmi-mükaĢefə isə qəlbə ilahidən gələn bir nurdur, xüsusi is-

tedaddır,  fitri  qabiliyyətlərdir.  Elmi-mükaĢefə  bu  istedadlı  insan- 

ları, fitrən qabil olan adamların fəaliyyətləri inkiĢaf etdirməklə məĢ-

ğul olur. 

Quran  ayələrinin  insanlarımıza  daha  aydın  və  ana  dilində 

çatdırılması üçün ġərqdə Azərbaycan daha öncül mövqelərdə dura-

raq Quranın tərcüməsi iĢinə baĢlamasıdır. 

Mənbələrin verdiyi məlumata görə, Azərbaycanda Quranı ilk 

dəfə Azərbaycan dilinə tərcümə etdirən XV əsrdə Ağqoyunlu Uzun 

Həsən olmuĢdur. XX əsrdə isə Bakı milyonçusu, maarifpərvər Ģəx-

siyyət Hacı Zeynalabdin Tağıyev olmuĢdur. O, 1907-ci ildə Qura-

nın  tərcümə  və  təfsirini  Azərbaycan  dilinə  çap  etdirmiĢdir.  Quranı 

tərcümə edənlər Bakı Quberniya Qazisi Məhəmməd Kərim Cəfər-



zadə və məĢhur din xadimi Axund Əbu Turab olmuĢdur. 

H.Z.Tağıyev üç cilddə nəĢr etdirdiyi bu müqəddəs kitabı 1907-

ci  ildə  bir  nüsxəsini  Rus  çarına,  bir  nüsxəsini  Ġran  Ģahına,  bir  nüs-

xəsini isə türk sultanı Sultan Əbdül Həmidə hədiyyə olaraq göndər-




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə