6
1.2. İbtidai icma quruluşunda tərbiyə
Maddi və mənəvi mədəniyyət abidələrinin, habelə folklor
nümunələrinin öyrənilməsi bəĢər sivilizasiyasının ilkin çağlarında
tərbiyənin meydana gəlməsi ilə bağlı müəyyən fikirlər irəli sürməyə
imkan verir. Ġbtidai icma dövründə ilkin pedaqoji təsəvvürlərin
yaranması və təĢəkkülü ayrı-ayrı xalqların qədim adət və ənənələri,
mərasim və ayinləri, əyləncə və oyunları ilə sıx bağlı olmuĢdur.
Kökləri əsrlərin dərinliklərinə gedib çıxan xalqın həyat müĢa-
hidələrinin və empirik təcrübənin məhsulu olan atalar sözləri, zərb
məsəllər, mərasimlər, xalq oyunları, əyləncələr qədim insanların
tərbiyə ilə bağlı fikirlərinə parlaq sübutdur. Bu günə qədər insanın
mənĢəyi ilə bağlı bir çox nəzəriyyələr mövcuddur. Ənənəvi konsep-
siyalar arasında təkamül-bioloji (ġ.Leturno, S.Simpson, A.Espi-
nas) və psixoloji (P.Monro) nəzəriyyə mühüm yer tutur.
Təkamül-bioloji nəzəriyyənin nümayəndələri insanların ibti-
dai icma dövründəki tərbiyəvi fəaliyyəti ali heyvanların öz balaları-
na göstərdikləri instinktiv qayğıya bənzədir, heyvanlar aləmində də
tərbiyənin mövcud olduğunu söyləyirlər. Bu alimlər tərbiyənin Ģü-
urlu səciyyəsini inkar edir və onu qeyri-mütəĢəkkil, kortəbii bir
hadisə hesab edirlər.
P.Monro tərbiyənin meydana çıxmasını yalnız uĢaqların bö-
yükləri Ģüursuz surətdə təqlidində görürdü. O, bununla bağlı yazır-
dı: “Ġbtidai insan üçün yalnız yaĢadığı zaman mövcuddur. Onun
Ģüurunda keçmiĢ və gələcək anlayıĢları demək olar ki, yoxdur. Tər-
biyə isə yalnız ətraf mühitə uyğunlaĢmaqdan ibarətdir”. Ġnsanın
mənĢəyi və tərbiyənin yaranması ilə bağlı dini təlimlərdə dəyərli
fikirlər vardır. Y.A.Komenski “Böyük didaktika”nın III fəslində
“Ġnsanın ən ali, ən kamil, hər Ģeydən üstün məxluq olması” müd-
dəasını irəli sürərək insanın həqiqi layiq olduğu ucalığa çatması
üçün son məqsədi uğrunda ləyaqətlə mübarizə aparmağa səsləyir.
Ġnsanın son məqsədi isə bu həyatdan kənardadır.
Y.A.Komenskiyə görə, bu həyat yalnız əbədi həyata hazır-
lıqdır.Y.A.Komenski əbədiyyata hazırlığın üç mərhələsini göstər-
miĢdir: özünüdərk, özünüidarə və Allaha doğru cəhd. Sonra o, fik-
7
rini davam etdirir: “Ġnsan Ġlahəyə bənzəyir. Ġnsan da müqəddəs
olmağa çalıĢmalıdır”. Necə ki, “Müqəddəs kitab”da deyilir: “Allahı-
nız kimi siz də müqəddəs olun”.
Bir çox müasir pedaqoq-tədqiqatçılar tərbiyənin mənĢəyi mə-
sələsini nəzərdən keçirərkən bəzi ali heyvanlarda və insanda Ģüurlu
fəaliyyətin formaları arasında varisliyin zəruri olması fikri ilə razıla-
Ģırlar. Lakin bununla belə onlar xüsusi fəaliyyət növü kimi meydana
gələn insan tərbiyəsini fərqləndirən sosial xarakteristikaları da xü-
susi vurğulayırlar.
Deməli, insanın tərbiyə fəaliyyəti onun əmək fəaliyyətinin
zəruru bir hissəsidir.Tərbiyə fəaliyyəti insanın öz nəslinin davam
etdirilməsinə xidmət edir. Bu əməyin nəticəsi maddi nemətlər və
dəyərlər deyil, yaxĢı təhsil-tərbiyə almıĢ insandır. Tərbiyə mənəvi
istehsal sahəsinə aiddir. Buna görə də insan nəslinin davamının əbə-
di və təbii Ģərti olan uĢaqların tərbiyəsi insanın təĢəkkülünün ilk
mərhələsində əmələ gəlmiĢ, bir ictimai üsulun digəri ilə əvəz edil-
məsindən asılı olmayaraq bütün bəĢər tarixi boyunca davam etmiĢ
və edəcəkdir.
Ġbtidai icma dövründə tərbiyə xüsusi fəaliyyət növü kimi
meydana gəlmiĢdir. Bu cəmiyyətdə tərbiyə sadə, bəsit xarakter daĢı-
yırdı. Həmin dövrdə uĢağın tərbiyəsi onun bəslənməsindən və böyü-
dülməsindən, habelə yaĢlı nəslin təcrübəsinin böyüyən gənc nəslə
verilməsindən ibarət idi.
Kortəbii Ģəkildə yaranmıĢ tərbiyənin məqsədi insanı sadə hə-
yat tərzi keçirərək dünyanı dərk etməyə yönəltmək idi. Adi Ģüur sə-
viyyəsində pedaqoji fikrin ünsürləri tədricən inkiĢaf edirdi. Sonralar
onlar praktik təcrübədə tərbiyəyə çevrilərək adət-ənənələrdə və
folklorda özünü təzahür etdirirdi.
Getdikcə tərbiyə insanların fiziki, əqli, mənəvi, emosional
baxımdan böyüməsi və inkiĢafı kimi meydana gəlirdi. Ġbtidai insan-
ların tərbiyəsi kortəbii və sistemsiz səciyyə daĢıyırdı.
Ġbtidai insanların ictimai-sosial təcrübəsi və təfəkkürü zəngin-
ləĢdikcə onun məzmunu və tədqiq üsulları da mürəkkəbləĢirdi.
Ġlk vaxtlar tərbiyə xüsusi fəaliyyət növü kimi deyil, həyat təc-
rübəsinin ötürülməsi kimi baĢa düĢülürdü. Bu dövrdə tərbiyənin
mühüm xarakterik xüsusiyyətlərindən biri ondan ibarət idi ki, uĢaq-
ların tərbiyəsi ümumi və təbii səciyyə daĢıyırdı. Bütün uĢaqlar qrup
8
və ya kollektiv Ģəkildə birgə tərbiyə olunurdular. Bununla da uĢaq-
lar icmanın ictimai əmək həyatına müstəqil olaraq hazırlanır dılar.
Tərbiyə sahəsində uĢaqların cinsi və yaĢında müəyyən fərdi
fərqlər özünü göstərirdi. Oğlanlarla qızların tərbiyəsindəki əsas fərq
əməyin təbii bölgüsündə meydana gəldi. Ġbtidai icma cəmiyyətində
tərbiyənin digər xarakterik xüsusiyyəti ondan ibarət idi ki, həmin
dövrdə uĢaqların tərbiyə edilməsi üçün xüsusi müəssisələrin yara-
dılmasına ehtiyac yox idi. O dövrdə tərbiyə əmək adamlarının fəa-
liyyəti və onların təbiət qüvvələri ilə apardığı mübarizə ilə sıx bağlı
idi. Tərbiyənin forma və metodları sadəliyi ilə seçilirdi. Ġlk vaxtlar-
da uĢaqların tərbiyəsi bəĢər cəmiyyəti həyatının əmək prose- sindən
ayrılmırdı. Tərbiyə icma həyat tərzindən irəli gələrək bu cür möv-
cudluq üsuluna zəmin yaradır və onu möhkəmləndirirdi. Ġbtidai ic-
ma cəmiyyətinin sonrakı mərhələsində tərbiyənin mənĢəyində yeni
mərhələ yarandı. Ġnsanların sosial məĢğulluğunun əhatə dairəsi
məhz bu mərhələdə daha da gücləndi.
Getdikcə tərbiyənin mütəĢəkkil formalarının ünsürləri mey-
dana gəldi. Tədricən tərbiyə iĢi xüsusi Ģəxslərin əlində cəmləĢməyə
baĢladı. Tərbiyə iĢi 9 yaĢdan baĢlayaraq 11 yaĢadək davam edirdi.
Kiçik yaĢlı uĢaqlar analarının nəzarəti altında zəruri əmək vərdiĢlə-
rinə yiyələnirdilər. Bu dövrdə azyaĢlı uĢaqlar oyunda böyüklərin hə-
yatını təqlid edirdilər. UĢaqlar yaĢlıların ictimai həyat fəaliyyətində
yaxından iĢtirak etməklə, hər gün onlarla ünsiyyətdə olmaqla tərbi-
yə olunur və onlardan öyrənirdilər. Bununla da, uĢaqlar əmək fəa-
liyyətinə, kollektiv əməyə hazırlanırdılar.
Bu cəmiyyətdə hər Ģey kollektiv xarakter daĢıyırdı. Əməkdə
iĢtirak edən və böyüklərlə gündəlik ünsiyyətdə olan uĢaqlar həyat
üçün zəruri vərdiĢ və əmək bacarığını mənimsəyir, müvafiq məra-
simlərin icra edilməsi qaydaları ilə tanıĢ olur, özünün bütün vəzifə-
lərini böyüklərin tələbinə uyğunlaĢdırırdılar. Ağsaqqallar və din
xadimləri isə uĢaqlar tərəfindən icmanın müəyyən etdiyi qadağa-
ların pozulmamasına nəzarət edirdilər.
Erkən ibtidai icma dövründə tərbiyənin səviyyəsi çox aĢağı
idi. Ġcmanın kiçik yaĢlı üzvlərinə nəzərə çarpacaq dərəcədə davranıĢ
sərbəstliyi verilirdi, bununla yanaĢı onlara sərt cəzalar da tətbiq olu-
nurdu. UĢaqlar mütəmadi olaraq ciddi fiziki cəza veriləcəyi ilə qor-
xudulurdu. Tədricən icmanın təbəqələĢməsi və insanlar arasında
Dostları ilə paylaş: |