12
cür adamların hakim təbəqədən seçilməsi və tərbiyə olunması nə-
zərdə tutulurdu. Ardıcıl təlim-tərbiyə təcrübəsinin əsasını yarıĢ
prinsipi (aqonistika) təĢkil edirdi. UĢaqlar, yeniyetmələr və gənclər
həmiĢə gimnastikada, rəqsdə, musiqidə yarıĢır, öz bilik, bacarıq və
vərdiĢlərini kütlə qarĢısında nümayiĢ etdirirdilər.
Afinada uĢaqlar 7 yaĢa qədər ailədə tərbiyə alırdılar. Bundan
sonra oğlan uĢaqları məktəbə gedir, qızlar isə ailədə tərbiyə almaqla
ev iĢlərinə alıĢdırılırdı. Varlı ailələrdən olan oğlanlara xüsusi peda-
qoq nəzarət edirdi.
Tərbiyəçi pedaqoqlar təsərrüfatda iĢləyə bilməyən, fiziki cə-
hətdən zəif, quldarlar üçün faydasız hesab olunan qullardan olurdu.
Tərbiyəçi müsbət keyfiyyətlərin daĢıyıcısı olmadığından çox vaxt
onun tabeliyində olan uĢaqlar da həmin keyfiyyətləri mənimsəyir-
dilər.
Afinada uĢaqlar 7 yaĢdan 13-14 yaĢa qədər qrammatika və
kifara (musiqi) məktəblərində təhsil alırdılar ki, həmin məktəblər
xüsusi adamlar tərəfindən açılırdı. Bu məktəblərdə təhsil pullu olur-
du. AĢağı təbəqənin uĢaqları orada az hallarda oxuya bilərdilər.
UĢaqları didaskal-müəllim oxudurdu.
Kifara məktəbində uĢaqlara musiqi, nəğmə, bədii qiraət öyrə-
dilirdi. Bununla da uĢaqlara ədəbi və musiqi təhsili verilirdi. Mək-
təb proqramının alfa və omeqası Homerin poemalarının öyrə- dil-
məsindən ibarət idi. Bununla bağlı, qədim yunan mütəfəkkiri Plato-
nun fikrincə,“Elladanı Homer tərbiyə etdi”.
Homerin “İliada” və “Odisseya” poemaları yalnız savad və
musiqi təlimində didaktik material olmayıb, həm də yeniyetmələri
həyati münasibətlərlə tanıĢ edir, onları əxlaq ənənələrinə daha da
yaxınlaĢdırırdı.
Musiqi məktəblərində təlim sinkretik xarakter daĢıyırdı. Yəni
Homerin poemalarının hekzamentləri musiqinin müĢayiəti ilə uza-
da-uzada söylənilirdi. Oğlanlar 13-14 yaĢlarında palestra adlanan
məktəblərdə oxumağa davam edir, fiziki təmrinlərlə ciddi məĢğul
olurdular. Orada onlara beş bacarıq-qaçmaq, hoppanmaq, güləş-
mək, ox atmaq, üzmək öyrədilirdi. Bütün bunlar gələcək döyüĢçü
üçün vacib Ģərtlər idi.
“Ġdeal vətəndaĢlıq məktəbini”- kifara (musiqi) va palestranı
(gimnastika) bitirənlər üçün təhsilin növbəti pilləsi-gimnasi (son-
13
ralar gimnaziya) hesab olunurdu. Afinada qadın təhsili və tərbiyəsi-
nin məzmunu və vəzifələri olduqca sadə idi. Afina tərbiyə siste-
mində qızların ailə qurana qədər evdə tərbiyə alması nəzərdə
tutulurdu. Onlar ailədə sadə oxu və yazı vərdiĢlərinə yiyələnir,
musiqi təlimi keçirdilər.
Qızlar adamlar arasında çox nadir hallarda, məsələn, dini
mərasinlərdə görünərdilər. Onlar yalnız ev iĢləri ilə məĢğul olur-
dular. Spartada olduğu kimi, Afinada da qullar “danışan alət” ad-
landırılırdı. Afina ilə Sparta təhsil sisteminin arasındakı bir fərq
odur ki, spartada tərbiyə müəssisələri dövlətin əlində olduğu halda,
Afinada qrammatika, kifara və palestra məktəbləri xüsusi adamların
ixtiyarında idi. Spartada tərbiyə daha çox hərbi-fiziki xarakter daĢı-
dığı halda, Afinada isə əksinə, zehni və estetik tərbiyəyə üstünlük
verilirdi. Afina məktəblərində özünütəkmilləĢdirmə amillərinə üs-
tünlük verilirdi. Afina təhsil sistemi hərtərəfli Ģəxsiyyət kimi fiziki
cəhətdən sağlam, zahiri və daxili gözəlliyi özündə birləĢdirən adam-
lar yetiĢdirməyi bir vəzifə kimi qarĢıya qoymuĢdu. Bu vəzifənin
yerinə yetirilməsində Afina dramı mühüm rol oynamıĢdır.
Afina dramları Ģəxsiyyətin intellektual və mənəvi inkiĢafına
müsbət təsir göstərmiĢdir. Dramlarda dövrün əsas idealı-quldarlıq
dövrünün azad vətəndaĢı, polisin siyasəti və etikasının müdafiəçisi,
onun mənəvi sərvətlərinin daĢıyıcısı obrazı öz əksini tapmıĢdır.
Dramlardakı qəhrəmanlar öz vətənləri yolunda canından keçməyə
hazır olan vətənpərvərlərdir. Bu da Afina təhsil sisteminin müsbət
məziyyətlərindəndir.
TapĢırıqlar
AĢağıdakıların hər biri üzrə elmi Ģərh verməyə çalıĢın:
1.
Ġbtidai icma quruluĢunda tərbiyə.
2.
Quldarlıq dövründə tərbiyə.
3.
Sparta tərbiyə sistemi.
4.
Sparta tərbiyə sistemində yaĢ bölgüsü.
5.
Afina tərbiyə sistemi və bu sistemdə yaĢ dərəcələri.
6.
Sokrat, Platon və Aristotel Ģəxsiyyətin inkiĢafı və tərbiyəsi
haqqında
14
Ədəbiyyat
1. Qasımova L.N., Rəhimova R.M. Pedaqogika (dərs vəsaiti). Bakı:
Bakı Universiteti, 2003.
2. Rüstəmov F.A. Pedaqogika tarixi . Bakı: Nurlan, 2010.
3. Rüstəmov F.A. ġərqdə pedaqogika tarixi. Bakı: Nurlan, 2002.
4. Rüstəmov F.A. Pedaqogika tarixi. Bakı: Nurlan, 2010.
5. Hüseynzadə R.L. Qədim və orta əsrlərdə Azərbayсanda tərbiyə,
təhsil və pedaqoji fikir. Bakı: Nurlar, 2007.
6. Məmmədov T. M. Azərbaycan psixoloji fikir tarixində Ģəxsiyyət
problemi. Bakı: Mütərcim, 2011.
7. Məmmədov K.A. ġərq pedaqoji fikir tarixindən (tədris vəsaiti).
Bakı: Mütərcim, 2011.
8. Əlibəyzadə E.M. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi
(Ġslamaqədərki dövr). Bakı: Gənclik, 1998.
9. Seyidov Ə. Pedaqogika tarixi. Bakı: Maarif, 1968.
10. Seyidov F.Ə. Soy kökümüzdən gələn pedaqoji fikir. Bakı, 2004.