Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə3/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

 

sosial ziddiyyətlərin artması tərbiyə sistemini sərtləĢdirdi. UĢaqlara 



verilən fiziki cəza müntəzəm olaraq tətbiq olunmağa baĢladı. Ġbtidai 

icma dövrünün sonunda tərbiyənin kollektiv ənənələri uĢaq və yeni-

yetmələr üçün özünəməxsus “gənclər evi”nin meydana gəlmə- sinə 

səbəb  oldu.  “Gənclər  evi”  insanlara  müəyyən  əmək  vərdiĢləri  və 

bacarıqların,  ayinlərin  (mərasimlərin)  öyrədilməsi  məqsədilə  təĢkil 

edilmiĢdi. Burada tərbiyənin baĢlıca forması keçirilən birgə oyun və 

məĢğələlərdən ibarət idi. 

Patriarxal  qəbilə  quruluĢunda  “gənclər  evi”  müxtəlif  forma- 

larda təĢkil olunurdu. Oğlanların tərbiyə edilməsi iĢi ilə ağsaqqallar 

və kahinlər məĢğul olurdular. Əmlak təbəqələĢməsinə görə kasıblar 

və icmanın daha imkanlı üzvləri üçün ayrı-ayrı “gənclər evi” mey- 

dana gəldi. 10-15 yaĢına çatmıĢ hər iki cinsdən olan bütün yeni- yet-

mələr inisiasiya-özünü böyüklərə təqlidetmə mərhələsindən keçirdi-

lər. Oğlanlarda isə bu mərhələ mürəkkəb olduğundan uzun- müddət 

davam edirdi. Ġnisiasiya dini mərasim formasında keçiri- lərək ənə-

nəvi dini nəğmələr, mərasim rəqsləri və sehirli ovsunlarla müĢayiət 

olunurdu. Ġbtidai icma dövründə tərbiyə iĢi mürəkkəb- ləĢmiĢ, çox-

sahəli və planlı xarakter almıĢdı. 

UĢaqlara əmək bacarığı və vərdiĢləri aĢılanmaqla yanaĢı, həm 

də  onlara  dini  mərasim  qaydaları  öyrədilirdi.  Böyüyən  gənc  nəslin 

tərbiyəsində Ģifahi xalq yaradıcılığı- nağıllar, oyun və rəqslər, musi-

qi və nəğmələr mühüm rol oynayırdı ki, bu da onların əxlaqını, dav-

ranıĢını, mənəvi xarakter keyfiyyətlərini müəyyən edirdi. 

Qəbilə icmasının sonrakı inkiĢaf mərhələsində gənclərin hərbi 

tərbiyəsinin əsası qoyuldu. Oğlanlara ox atmaq, nizədən istifadə et-

mək,  at  çapmaq  və  s.  kimi  bacarıqları  əhatə  edən  hərbi  tərbiyə 

verilirdi. 

Sonralar isə onlara ilkin bilik verməklə yanaĢı, yazının əmələ 

gəlməsi  ilə  əlaqədar  olaraq  yazmağı  öyrətmək  də  tərbiyə  iĢinin 

məzmununa  daxil  edildi.  Ġbtidai  icmanın  sonlarında  ailə  tərbiyəsi 

tərbiyə iĢinin ümumi formasına çevrildi. Tərbiyənin məzmunu daha 

da  geniĢləndi  və mürəkkəbləĢdi. Tərbiyə ictimai  fəaliyyətin xüsusi 

forması kimi fərqləndirildi. 

 

 



 

10 


 

1.3. Antik yunan fəlsəfəsində tərbiyə 

 

1.3.1. Sparta tərbiyə sistemi 

 

Qədim  yunan  filosofu  Aristotelə  görə,  Sparta  vətəndaĢlarının 

tərbiyəsində  daha  çox  hərbi  icma  üzvləri  hazırlamaq  məqsədi  əsas 

yer tuturdu. Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər, gələcək qul-

darlar yetiĢdirməkdən ibarət idi. Ona görə də quldar övladlarının fi-

ziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi. 



Plutarx  yazırdı  ki,  “yeni  doğulan uĢaqları ağsaqqallar  nəzər-

dən  keçirirdilər.  Əgər  o,  (uĢaq)  möhkəm  və  ahəngdar  quruluĢlu 

olardısa,  onu  tərbiyə  etmək  üçün  atasına  qaytarar,  zəif  və  eybəcər 

uĢaqları  Tayqet  yanındakı  uçurumdan  atardılar.  Onlar  zənn  edirlər 

ki, belə uĢağın həyatı nə onun özünə, nə də cəmiyyətə mənfəət verə 

bilməz. Çünki  təbiət  ona  əvvəldən qüvvət  və  yaxĢı  bədən quruluĢu 

verməmiĢdir”. 

Spartalılar 7 yaĢa qədər ailədə məĢhur dayələrin himayəsində 

tərbiyə  alırdılar.  Lakin  sonralar dövlət  gənc nəslin tərbiyə  və  təlim 

vəzifəsini  öz  üzərinə  götürdü.  Belə  tərbiyə  uzunmüddətli  olub  üç 

mərhələni əhatə edirdi: 

a) 7 yaşdan 14 yaşadək; 

b) 14 yaşdan 20 yaşadək; 

c) 20 yaşdan 30 yaşadək. 

Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi. Bu 

məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər təyin olunurdu 

ki, onlara pedanom deyilirdi. 



Birinci mərhələdə uĢaqlar pedanomun-tərbiyəçinin rəhbərliyi 

altında tərbiyə alırdılar. Onlar birlikdə yaĢayır, oxu və yazı vərdiĢ- 

lərinə yiyələnirdilər. Fiziki hazırlığa isə xüsusi yer verilirdi, belə ki, 

oğlanların  bədəni  möhkəmləndirilir,  habelə  onlara  soyuğa,  aclığa, 

ağrılara və susuzluğa tab gətirmək aĢılanırdı. Gənc spartalılar qaç-

mağa, hoppanmağa, əlbəyaxa vuruĢma zamanı müxtəlif vasitələrdən 

istifadə etməklə yanaĢı, hərbi mahnılar oxumağa da hazırlanırdılar. 

Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə veri- 

lirdi. Onları müxtəsərliyə, öz fikrini qısa və yığcam söyləməyə alıĢ-

dırırdılar. 




 

11 


Tərbiyənin  ikinci  mərhələsində  uĢaqların  savad  təliminə 

musiqi və nəğmə məĢğələləri də əlavə edilirdi. Tərbiyə üsulları get-

dikcə sərtləĢirdi. Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət baĢçıla-

rının  bilavasitə  onlarla  söhbətləri  zamanı  həyata  keçirilirdi.  Gənc-

lərə yaĢlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi, la-

kin  onların  cinsi  həyat  sahəsindəki  fəaliyyəti  heç  bir  qadağa  ilə 

məhdudlaĢdırılmırdı  və  bu  hal  qüsur  da  hesab  edilmirdi.  YaĢlılar 

tərəfindən pis hərəkətlər kəskin Ģəkildə mühakimə edilir və onların 

qarĢısı  sərt cəza tədbirləri ilə  alınırdı.Əfsanəvi  qanunverici  Likurq 

spartalıları  sərxoĢluqdan  qorumaq  üçün  “ayıqlıq  dərsləri”  təĢkil 

etmiĢdi. Bu “dərslərdə” qullar içməyə məcbur edilirdi ki, spartalılar 

sərxoĢluğun  nə  qədər  iyrənc  və  çirkin  bir  iĢ  olduğunu  gözləri  ilə 

görsün  və  buna  Ģəxsən  əmin  olsunlar.  UĢaqların  tərbiyə-  sindəki 

mühüm məsələlərdən biri onların tikanlı, lakin zərif formada və bir 

neçə sözdə çox Ģeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri 

idi.  Yeniyetmələrə  verdikləri  cavablarda  dəqiq  və  müxtəsər  olmaq 

öyrədilirdi ki, buna “lakonik nitq” deyilirdi. 

Likurq  pul  sikkəsini  hörmətdən  salsa  da  “söz  sikkəsi”  ilə 

baĢqa cür davrandı. O, istəyirdi, bir neçə sadə sözdə çox dərin məna 

ifadə olunsun. UĢaqlar uzun müddət dinməz dayanmağı öyrənib, də-

rin mənalı cavab verməyə alıĢırdılar. Ona görə də belə yığcam danı-

Ģan adamların vətəninin adından “lakonik danışıq” anlayıĢı ya- ran-

mıĢdır.  Sonralar  spartalılar  bu  xüsusiyyəti  daha  da  inkiĢaf  etdi- 

rirdilər. Spartada tərbiyə ənənələri daha çox avtoritar xarakter daĢı- 

yır, sərt fiziki və hərbi tərbiyə əsas yer tutur, savad təliminə, təhsilə 

də  kifayət  qədər  diqqət  yetirilmirdi.  Fiziki  tərbiyədə  dövlət  üçün 

möhkəm bədənli döyüĢçülər yetiĢdirilməsi nəzərdə tutulurdu. Spar- 

tada mükəmməl Ģəxsiyyət dedikdə, fiziki cəhətdən möhkəm döyüĢ- 

çü  nəzərdə  tutulurdu.  Belə  tərbiyə  sisteminin  hərtərəfliliyi  qədim 

dövrlərdə  formalaĢmıĢ  dövlət  sistemi  ilə  Ģərtlənirdi.  Dövlətin  əsas 

vəzifəsi isə qulları itaətdə saxlamaq idi. 



 

1.3.2. Afina tərbiyə sistemi 

 

Afinada  hərtərəfli  inkiĢaf  etmiĢ  Ģəxslər  tərbiyə  etmək  vəzi- 

fəsi  qarĢıya qoyulmuĢdu.  Onlar həm  fiziki,  əxlaqi, həm  də əqli cə-

hətdən  inkiĢaf  etmiĢ,  gözəl  zövqə  malik  insanlar  olmalı  idilər.  Bu 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə