44
Kutilərdə isə qüvvətli hərbi dəstələrin olması burada hərbi
təlimin səviyyəsindən, vuruĢ texnikasmdan xəbər verir. Kuti hərbi
dəstələrinin baĢçısına Nippur Ģəhərində mixi yazılarla yazılmıĢ bir
abidə də qoyulmuĢdur ki, üstündə yazılmıĢdır: “Qüdrətli Kutium və
dünyanm dörd səmtinin hökmdarı”. Yenə də möhtəĢəm bir abidənin
qoyulması Ģübhəsiz xüsusi təlim, təhsil görmüĢ bir memarın,
mühəndisin iĢidir. Belə bir abidənin yaradılması və oradakı məntiqi
yazılar insanların xüsusi bir təhsil keçdiyini deməyə əsas verir.
Zaman keçdikcə Azərbaycanm dövlətçilik mədəniyyəti daha
da yüksəlmiĢ, ölkə ərazilərində daha təkmil və daha geniĢ əraziləri
əhatə edən yeni dövlətlər yaranmıĢdır. Eramızdan əvvəl I minillikdə
- bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında
Manna, Ġskit (Skit, Skif) Ģahlığı, Atropatena və Albaniya kimi
qüvvətli dövlətlər yaranmıĢdır. Bu dövlətlər Azərbaycanda dövlət
idarəçiliyi mədəniyyətinin, maarifinin daha da yüksəldilməsində,
ölkənin iqtisadi- mədəni tarixində, mühüm rol oynamıĢlar.
Manna ərazisində tapılmıĢ eramızdan əvvəl VIII əsrə aid qab-
lardan birinin üzərində saz və və ya tənburu xatırladan bir musiqi
alətində çalan insan Ģəkli təsvir olunmuĢdur. Musiqiçinin aləti tutma
qaydası və onun çalğı manerası ifaçının Azərbaycan ərazisində
yaĢadığına Ģübhə yeri qoymur.
Urmiyanın ətrafında miladdan əvvəl IX-VIII əsrlərə aid əldə
edilmiĢ arxeoloji tapıntılar - qızıl cam, qızıl döĢlük, qızıl bilərzik,
gümüĢ piyalə və onların üzərindəki naxıĢlar Mannada rəssamlığın,
sənətkarlığın, incəsənətin olmasından xəbər verir. Mannalıların əlif-
bası və yazısı olmuĢdur. Manna-Mad dövlətinin bilavasitə qonĢulu-
ğunda ġumer, Akkad, Babil, Ġlam, Assur, Hurri, Urartu kimi böyük
xalqlar, hökümətlər olmuĢdur ki, onların hərəsinin özünəməxsus
rəsmi dövlət dili, əlifbası, yazısı, mədəniyyəti, təhsili olmuĢdur. Be-
lə bir dövr, mühit və Ģəraitdə Yaxın ġərq məntəqəsinin ən qüdrətli
höküməti olmuĢ Assur höküməti ilə yanaĢı yaĢamıĢ, həmiĢə onlara
qarĢı uğurla mübarizə aparmıĢ Manna dövləti kimi mütərəqqi xalq
daxilindən doğan qüdrətli bir dövlətin rəsmi idari dövlət dili, yazısı
və əlifbasının olmaması mümkün ola bilməzdi.
Cənubi Azərbaycan alimi Doktor Məhəmmədtağı Zöhtabi
“Ġran türklərinin əski tarixi” (Təbriz,1379 hicri) adlı kitabında yazır
ki, Mannalıların müəyyən yazı və əlifbaya malik olmalarını bəzi
45
Assur mənbələrindən görmək olur. Bu əlifbanın və yazının necə
olduğu məlum olmasa da, hər halda Assur mənbəyi göstərir ki,
Manna hakim dairələri və Ģahlarının müəyyən yazısı olmuĢdur.
Zöhtabi yazır ki, bu əlifba mixi, yazının isə Ġlam dilində olması eh-
timalı güclüdür.
Mannalıların yazısı olması haqqında tapılmıĢ maddi - mədə-
niyyət nümunələri də bunu təsdiq edir. Urmu gölünün qərbində
Zeyvə məntəqəsindən tapılmıĢ xəzinə Ģeyləri içərisində olan bir
gümüĢ boĢqabdakı yazı diqqəti cəlb edir. Rus alimi Ġ.Dyakonovun
ehtimalına görə bu heroqlif yazı Mannalılara aiddir. Ola bilsin ki,
bu heroqlif deyil müəyyən əlifbadan ibarət yazıdır, bəlkə də heroq-
lifdən əlifbaya keçid dövrünə aid tarixi bir yazıdır.
Görkəmli Qazax alimi, Ģairi, türkoloq Oljas Süleymenov “Az-
ya“ əsərində türk xalqlarına məxsus maraqlı bir məlumatı yazır ki,
onun bilavasitə xalqımızın yazı mədəniyyəti ilə bağlılığı vardır:
“Eramızdan əvvəl III əsr Çin salnaməçisi göstərir ki, Kanqyu
(“Kanqlı”) xalqı ənənəvi Çin yazısından fərqli olaraq eninə - hori-
zontal xətlə yazırmıĢ”. Kanqlı tayfası bu gün Azərbaycanda yaĢayan
Kəngərlilərin qədim adıdır. Onlar barədə hələ bizim eradan əvvəl I
əsrdə və bizim eranm I əsrində Strabon və Plini yazmıĢdır. Eramızın
ilk əsrlərində Çin, Bizans, Alban, ərəb tarixçiləri öz əsərlərində
Kəngərlilər haqqında maraqlı məlumatlar vermiĢlər. Kəngərlilər
“Kitabi-Dədə-Qorqud”da “Kanqlı” adı altında xatırlanır. Türk Ģu-
meroloq alimi Ġlmiyyə Müəzzəz internet çıxıĢında və “Kəngərlər”
adlı kitabında maraqlı bir məsələyə toxunmuĢ və demiĢ ki, ġumerlər
özlərinə Kəngər demiĢlər.
Mannalıların zəngin Ģifahi xalq ədəbiyyatı - ağız ədəbiyyatı
olmuĢdur. Bu xalqın müxtəlif məzmunlu nağılları, dastanları, müx-
təlif janr xalq Ģeirləri, bayatıları olmuĢdur ki, bu ədəbiyyat nümunə-
ləri gənc nəslin mənəvi tərbiyəsində demək olar ki, dəyərli pedaqoji
əsərlər sayıla bilər. Əlimizdə o dövrün ədəbiyyatına dair nümunələr
olmasa da qədim alimlərin yazılarından onlar barədə müəyyən mə-
lumat, təsəvvür əldə etmək mümkündür. Qədim yunan və rum tarix-
çiləri yazırlar ki, Manna Ģahlarının saraylarında Ģairlər olmuĢdur ki,
onlar mövzularını, öz Ģeirlərini milli, Ģifahi xalq dastanları və
rəvayətlərindən almıĢlar.
46
Eramızdan əvvəl VI əsrin əvvəllərində artıq Midiya dövlətinin
qüdrəti artmıĢ və əraziləri xeyli geniĢlənmiĢdi. Jan ġarden “Səyahət-
namə”sində yazır ki, Midiya Ģahlarının möhüründə yunan yazıları və
təsvirləri var idi. Möhürdəki yazının Dağyanus olduğu xatırlanır.
Midiya iki yerə - “Böyük Midiya” və “Kiçik Midiya”ya bö-
lündü. “Kiçik Midiya” Atropatena adlandı ki, bu Azərbaycanın cə-
nubunda yerləĢirdi. Atropatenanın xeyli inkiĢaf etmiĢ kənd təsərrü-
fatı, sənayesi var idi. Atropatenanın qonĢu ölkələrlə geniĢ ticarət
əlaqələri mövcud idi. Bu ölkənin 30-dan artıq iri Ģəhərləri yaran-
mıĢdı, xalqın yüksək əxlaqı, mənəviyyatı və mədəniyyəti var idi.
Atropatenanın özünəməxsus dili, yazısı, adət və ənənəsi var idi.
Əhalisi əkinçiliklə, maldarlıqla, ticarətlə, toxuculuqla məĢğul idi.
Atropatena dövlətində sinfi cəmiyyət, təbəqələĢmə sürətlə inkiĢaf
etdiyindən yüksək səviyyəli mütəxəssislərə ehtiyac duyulurdu. Bu
sahədə lazımi ixtisaslı kadr “Saray məktəbi”ndə hazırlanırdı. Bura-
da hakim sinfin uĢaqları 16 yaĢdan baĢlayaraq müvafiq ixtisas təhsi-
li alırdılar.
Atropatena ilə bərabər Azərbaycanın Ģimalmda Albaniya döv-
ləti də mövcud idi ki, buranın mərkəzi əvvəlcə Qəbələ sonra Bərdə
Ģəhəri olmuĢdur. Albaniya dövründə Azərbaycanın dövlət idarəçili-
yi, maarif və mədəniyyəti xeyli yüksəldi. Alban hökmdarları ölkə-
nin dünyəvi və dini baĢçısı hesab olunurdular. Onlar, eyni zamanda,
qanunlar verir, ölkənin hərbi qüvvələrinə baĢçılıq edirdilər. Dövlə-
tin ordusu 80 min nəfərdən artıq idi. Alban dövləti hərbi-fiziki ha-
zırlığa xüsusi diqqət yetirir, onun döyüĢçüləri düz qılınclarla düĢ-
mənlərə qarĢı amansız olmuĢ, vuruĢlardan Ģərəflə çıxmıĢlar. DüĢ-
mənlərə qarĢı döyüĢdə kiĢilərlə bərabər qadınlar da döyüĢür və igid-
lik göstərirdilər. Albanlar beĢ yaĢından baĢlayaraq iyirmi dörd yaĢı-
na kimi kamandan ox atmağı, nizə tullamağı və at çapmağı, hətta
qaçıĢ hərəkətlərini də öyrənirdilər.
O dövrdə Sasanilərin siyasətinə qarĢı ZərdüĢt dininə qarĢı
xristianlıq geniĢ yayılırdı və IV əsrdə Albaniyda xristianlıq dövlət
dininə çevrilmiĢdi. Burada kilsə məktəblərində Ġncil Alban dilinə
tərcümə edilərək ana dili üzrə dərs vəsaiti kimi istifadə edilir və Al-
ban əlifbasının yaranma prosesi qüvvətlənirdi.
Beləliklə V əsrdə 52 hərfdən ibarət alban əlifbası meydana
gəldi və VI-VII əsrlərdə artıq zəngin alban ədəbiyyatı yaranmıĢdı.
Dostları ilə paylaş: |