Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə22/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   176

 

68 


-tərbiyə mərkəzləri olan Xanegah, Təkyə, Zaviyə və Dərgahlar orta 

əsrlərin bilik , elm, maarif və mədəniyyət mərkəzləri kimi fəaliyyət 

göstərmiĢlər. 

 

4.1.6. Kitabxanalar bir elm, tədris mərkəzi kimi 

 

Məscid, Xanegah və Təkyələrdən baĢqa o dövrdə kitab evləri, 



kitabxanalar  da  yaradılırdı  ki,  bu  yerlərdə  də  bilikli  insanlar  elm 

həvəskarlarına müəyyən təhsil verirdilər. Belə müəssisələr sırasında 

Bağdadda  Harun  ər  RəĢid  (787-809)  tərəfindən  qurulan  “Dar  ol- 

hekmə”  idi.  Bura  bir  kitab  evi,  elm  mərkəzi,  tərcümə  yeri  idi. 

Burada qədim yunan filosofların əsərləri ərəb dilinə tərcümə edilir, 

nüsxələri  çoxaldılır  və  yayılırdı.  Yaxın  və  Orta  ġərq  ölkələrinin 

alimləri  bu  elm  mərkəzindən  istifadə  edib  faydalanmıĢlar.  Mənbə-

lərin  verdiyi  məlumata  görə  bu  hikmət  evi  Hülaküların  hücumuna 

qədər  (1258)  qalmıĢdır.  Həmin  ildə  Nəsirəddin  Tusi  Bağdadda 

olmuĢ, heç Ģübhəsiz o da bu elm mərkəzindən istifadə etmiĢdir. 

Belə kitab evi elm mərkəzlərindən ən məĢhuru IX əsrdə Bağ-

dadda yaradılmıĢ “Beyt ol-hekmə” (830) idi ki, (“Hikmət xəzinəsi”) 

bu öncə bir kitab evi, elm, tədqiqat mərkəzi kimi qurulsa da gələcək 

“Mədrəsə”  təhsilinə  bir  baĢlanğıc  idi.  “Beyt  ol-hekmə”də  idman 

zalı, ədəbiyyat salonu, Əl-kimya emalatxanası, rəsədxana, xəstəxa-

na fəaliyyət göstərirdi. Burada tərcüməçilər var idi ki, yunan, latın, 

pəhləvi, fars dilində olan ədəbiyyat ərəbcəyə tərcümə edilir, çoxal-

dılıb yayılırdı. 

Burada riyaziyyat, fəlsəfə, ritorika, psixologiya, əxlaq, coğra-

fiya,  qrammatika  və  musiqi  sahələrində  Sokrat,  Platon,  Aristotel, 

Arximed  eləcə  də  tibbə  dair  Hiroqliyus  və  Calinus  kimi  qədim 

yunan  alimlərinin  əsərləri  geniĢ  miqyasda  tərcümə  edilmiĢdir.  Bu 

tərcümələr  Yaxın  ġərqdə,  Qafqazda  geniĢ  yayılaraq  tədris  müəs-

sislərində dərs vəsaiti kimi istifadə olunmuĢdur. Hələ IX əsrdə Əbu 

Nəsr Farabi Aristotelin əsərlərini sadələĢdirmiĢ, ona Ģərhlər yazmıĢ, 

onları  ġərqə,  bizlərə  çatdırmıĢdır.  Təsadüfi  deyil  ki,  hələ  öz  döv-

ründə  Farabiyə  Aristotelin  “Birinci  müəllim”  ünvanından  sonra 

“Ġkinci müəllim” və ya “Ġkinci Aristotel” ünvanı verilmiĢdir. 

Bir çox Azərbaycan alim və Ģairlərinin - Nizami Gəncəvinin, 

Xaqani  ġirvaninin,  Xətib  Təbrizinin,  Bəhmənyarın  və  baĢqalarının 




 

69 


əsərlərindən  məlum  olur  ki,  onlar  qədim  yunan  fəlsəfəsini  yaxĢı 

bilmiĢ və ondan faydalanmıĢlar. 

Pedaqoji fikrimizin və elmimizin inkiĢafında, maarif və mədə-

niyyətin  yayılmasında  erkən  orta  əsrlərdə  yaranmıĢ  kitab  evləri  və 

kitabxanaların  böyük əhəmiyyəti olmuĢdur. Alimlərin,  elmi  sevən-

lərin baĢ vurduqları əsas yer kitab evləri və kitabxanalar olmuĢdur. 

Ġslam  əhli  kitabı  həmiĢə  sevmiĢ  və  onu  yüksək  dəyərlən-

dirmiĢdir. Kitabın dəyərini yüksək qiymətləndirənlərdən biri böyük 

alim  Əl-Cahiz  olmuĢdur.  O  demiĢdir  ki,  kitab  susduğunuz  zaman 

səssiz, danıĢdığınız zaman danıĢan, məĢğuliyyətiniz varkən söhbətə 

baĢlamayan,  çalıĢan  zaman  sizi  yalnız  buraxan,  özünüzə  qarĢı  heç 

vaxt  minnətçi  olmayan,  sizi  yoldan  çıxarmayan  bir  dost,  bezdirib 

usandırmayan, sizi aldadıb yalan söyləməyən bir yoldaĢdır. 

Kitab evləri, kitabxanalar elm adamlarının həmiĢə sevimli ye-

ri olmuĢ, onlar kitaba son dərəcə böyük qiymət vermiĢ və kitab oxu-

mağa sərf etdiyi vaxtları ən dəyərli və qiymətli vaxt hesab etmiĢlər. 

Xəlifələrdən birisi gecə söhbəti keçirmək üçün hər gecə alimlərdən 

birini  yanına  dəvət  edərmiĢ.  Saray  xidmətçisi  alimin  yanına  gəlib 

dəvəti  söyləmək  istərkən  alimi  kitablar  arasında  mütaliə  etdiyini 

görmüĢ və Xəlifənin istəyini ona çatdırmıĢdır. Alim isə - “Xəlifəyə 

söyləyin ki, indi yanımda bir qrup hikmət adamları, müdrik insanlar 

vardır,  onlarla  söhbət  edirəm.  Onlarla  söhbəti  bitirib  gələrəm”  - 

demiĢdir. Xidmətçi alimin sözlərini xəlifəyə bildirərkən, o heyrətlə 

soruĢmuĢdur:  -  “Yanındakı  o  dəyərli  alimlər  kimlərdir,  əcaba”? 

Xidmətçi bildirmiĢ: - “Vallahi  ya əmir əl-Mömin yanında heç kim 

yox  idi”  -  deyincə,  xəlifənin  marağı  daha  da  artmıĢ  və  demiĢ:  ”Nə 

edirsən  et,  onu  bu  saat  mənim  yanıma  gətir”.  Nəhayət,  alim 

xəlifənin yanına gəlmiĢdir. Xəlifə maraq və təəccüblə soruĢmuĢdur: 

-“Sənin yanındakı o müdrik insanlar kim idi?”. Alim demiĢdir: 

-  “Ey  Mömünlərin  əmiri!  Onlar:  -  söhbətlərindən  heç  zaman 

doymadığımız,  üz-üzə  olarkən  əmniyyətli  və  təhlükəsiz  olan,  baĢ-

baĢa  qaldığımız  zaman  dadlı,  xoĢ  sözləri  ilə  dərdlərimizi  dağıdan, 

bizə ümid və güc verən, öz elmləri  ilə bizi əvvəlkilərin  bilik,  ağıl, 

ədəb və doğru görüĢlərindən yararlandıran, bizə doğru yol göstərən 

sədaqətli  yoldaĢlardır.  Onlar  –  “ölüdür,  desəm  yalan  olar,  dirilərə 

bənzəyir  desəm  məni  qınamazlar...”.  Xəlifə  alimin  bu  sözlərindən 




 

70 


onun  kitabları  qəsd  etdiyini  anlamıĢ  və  gecikməsini  əsaslı  hesab 

etmiĢ, ona mükafat vermiĢdir. 

Ġlk  dövrlərdə  maarifpərvər  Ģəxslər  özləri  əlyazmaları,  kitab-

ları,  yazılı  mənbələri toplayaraq kitab  evləri  və kitabxanalar  yarat-

mıĢ  və  bunu  xalqın  istifadəsinə  vermiĢdir.  Bitləmus  xanədanında 

Ġskəndəriyyə  kitabxanası  və  Abbasilər  dövründə  Bağdadda  “Beyt 

ol-hikmə” və digərləri belə qurulmuĢdur. 

Kitab  toplanıĢı  və  kitab  evlərinin  yaradılması  -  Bağdaddakı 

“Beyt  ol-hikmə”  (təsisi:830),  “Dar  ol-elm”  (Elmlər  akademiyası. 

təsisi: 993), Nəcəfdə “Heydəriyyə” (Ġmam Əlinin qəbrinin yaxınlı-

ğında  MəĢhədi  ġərif  tərəfindən  qurulmuĢdur.Tarixi  dəqiq  bəlli 

olmasa da çox qədimdir), Qahirədəki “Dar-ol-Hikmə” (təsisi:1005) 

böyiik  Ġslam  Universitetlərinin  yaranmasının  nüvəsi  olmuĢdur. 

Buna  görə  də  bu  müəssisələrin  funksiyaları  haqqında  bir  çox 

tarixçilər, tədqiqatçılar fikir ayrılığına da  gəlmiĢlər: Bunlar mədrə-

sədirmi, yoxsa kitabxanadır? Digər tərəfdən də bu müəssisələr istər 

dövlət tərəfindən qurulsun, istərsə də fərdlər tərəfindən qurulsun bu 

növdən  olan  quruluĢlara  örnək  olmuĢdur.  Beləcə  kitab  evləri,  elm 

evləri,  kitabxanalar  islam  aləminin  hər  yerində-o  cümlədən  Azər-

baycanda  -  Marağada,  Təbrizdə,  Gəncədə,  Naxçıvanda,  Bərdədə, 

Ərdəbildə,  Dərbənddə,  Həmədanda,  ġirvanda,  ġamaxıda  yaradıl-

mıĢdır ki, onlar da pedaqoji fikrin formalaĢmasında, inkiĢafında, el-

min yayılmasında, insanların təhsilə, maarifə cəlb edilməsində, yeni 

tədris müəssisələrinin açılmasında böyük rol oynamıĢdır. 

Azərbaycanda,  o  cümlədən  ġamaxı  və  Gəncə  Ģəhərlərində 

Bağdadda “Beytül-hikmə” tipli elmi kitabxanaların təĢkili daha çox 

diqqəti cəlb etmiĢdir. Böyük alim və ədib Əbül-üla Gəncəvinin ġa-

maxı kitabxanasında pedaqoji fəaliyyəti və naxçıvanlı alim Həddad 

ibn  Bekran  Əbül-Fəzl  ən  NəĢəvinin  Gəncə  kitabxanasında  müdir 

vəzifəsində  iĢləməsi  həmin  kitabxanaların  Bağdaddakı  “Beytül-

hikmə”  kimi  elmi  müəssisələr  funksiyası  daĢıdığını  bildirir.  Azər-

baycanda kitabxanalar əslində elmi-tədqiqat və tədris iĢlərini birləĢ-

dirən mərkəzlər kimi inkiĢaf etmiĢdir. 

“Beyt ol-hekmə” və bunun kimi digər təhsil, mədəniyyət, elm 

mərkəzləri  (“Dar ol- elm”, “Dar ol-hekmə”, “Xəzanə-t  ol-hekmə”) 

hansı  ki,  onlara  ümumilikdə  “Fəlsəfə  evi”,  “Elm  evi”,  “Bilik  evi” 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə