Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə30/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   176

 

92 


dövrün  tərbiyəsi  haqqında  islamiyyətdə  dəyərli  fikirlər,  hökmlər 

vardır.  Ġslam insanı  doğuĢdan ölənə qədər oxuyub-öyrənmədə, tək-

milləĢmədə, inkiĢafda görür və deyir-“beşikdən qəbrədək öyrən”. 

Məhəmməd  Peyğəmbər  (s)  insanın  kamilləĢmə  prosesini  üç 



mərhələyə  7-7  yaĢ  dərəcələrinə  ayırmıĢ  və  demiĢdir:  övlad  öz 

həyatının birinci 7 ilində Ģah, ikinci 7 ilində (7-14 yaĢ) nökər, müti, 

üçüncü  7  ilində  (14-21  yaĢ)  məsləhətçi,  məsul  Ģəxs  hesab  olunur. 

Beləliklə,  21  yaĢa  qədər  insanın  həyat  yolu-Ģahlıq,  nökərlik  və 

məsləhətçi, məsul Ģəxs dövrlərinə bölünür. 

“ġahlıq”  dövründə  uĢaq  azad,  sərbəst  Ģəkildə,  sevgi  və  mə-

həbbətlə böyüyərsə, böyüklər onun tərbiyəsinə, inkiĢafına diqqət və 

qayğı göstərərsə, istək və ehtiyaclarını yerinə yetirərsə, onun fiziki 

və  mənəvi  inkiĢafı  üçün  hər  cür  Ģərait,  xüsusilə  oyun  Ģəraiti,  fəal 

hərəkətlilik  yaradarsa  o  çox  sadə  halda  ikinci  yaĢ  dövrünə  itaət 

mərhələsinə gəlib çatacaq, valideynlərinin, müəllim və tərbiyəçiləri-

nin  sözlərini  eĢidəcək,  düzgün  psixoloji  müvazinətə  malik  olacaq, 

özünü normal idərə edə biləcəkdir. 

Həzrəti  Məhəmməd  (s) kəlamlarının birində buyurur: “UĢa-

ğın kiçik yaĢlarında coĢğun, çevik, qaynayıb-daĢan olması yaxĢıdır, 

çünki belə uĢaq böyüyəndə sakit və özünü idarə etməyə qadir olur”. 

Belə  olan  halda  yeniyetmə  ikinci  yaĢ  dövründə  tərbiyəçilərin  ona 

verdiyi  ədəb,  əxlaq,  iradə  tərbiyəsini  layiqincə  qəbul  edəcək,  öz 

üzərində  çalıĢacaq,  ağlı  ilə  hərəkət  edib  nəfsinə  qalib  gələcək, 

övladlıq borcunu yerinə yetirəcəkdir. Bu dövrdə o ətrafındakılardan 

müəyyən  Ģeyləri  soruĢur,  öyrənir  və  baĢqalarına  da  öyrədə  bilir. 

Onun fəaliyyətinə istiqamət vermək, vaxtına nəzarət etmək lazımdır 

ki, o daha səmərəli və faydalı olsun. 

Beləliklə,  yeniyetmə  normal  Ģəkildə  üçüncü  yaĢ  dövrünə-ka-

millik dövrünə girəcəkdir. Peyğəmbərimiz (s) bu üç dövr haqqında 

mürəbbilərin  vəzifələrini  bir  hədisdə  belə  müəyyənləĢdirmiĢdir: 

“Qoy sənin övladın yeddi il oynasın,  sonrakı  yeddi ili də ədəb öy-

rənsin, tərbiyə alsın və sonra onu özünün müĢavirin və yoldaĢın he-

sab et”. 

Ġslam  tərbiyəsi,  hər  Ģeydən  öncə,  islam  əxlaqının  tərbiyə 

edilməsini  nəzərdə  tutur.  Bu  isə  yalnız  insanda  islam  görüĢlərinin, 

dini  Ģüurun  tərbiyə  edilməsi  və  ya  islam  əxlaqının  aĢılanması  ilə 

məhdudlaĢmır. Buraya:  dini və dünyəvi  elmlərin  öyrədilməsi, etik, 




 

93 


estetik, əxlaqi tərbiyənin aĢılanması, vətənpərvərlik  hisslərinin for- 

malaĢdırılması da daxildir. 

Əxlaq  alimləri  tərbiyə  məsələsində  iki  əsas  görüĢü  ələ 

almaqdadırlar. Birinci görüĢə görə, insan doğuĢdan tərbiyəli, ya da 

tərbiyəsiz  olur  və  o  sonradan  dəyiĢilə  bilməz.  Digər  görüĢ  isə,  bu-

nun tam əksi olaraq, tərbiyəni insan həyatı üçün vacib amil sayır və 

insanın anadangəlmə tərbiyəli və  ya tərbiyəsiz olması ilə bağlı gö-

rüĢləri qəbul etmir. Ġmam Qəzzali bu məsələdə fərqli görüĢə sahib-

dir və tərbiyə məsələsində insanları dörd qrupa ayırmaqdadır: 

a)

 



Düzü-əyridən,  doğrunu-səhvdən  ayıra  bilməyəcək  qədər 

qəlbi  saf,  təmiz  olan  insanlar.  Belə  insanların  tərbiyələndirilməsi 

olduqca asan və rahat olur. 

b)

 



YaxĢını-pisdən,  xeyiri-Ģərdən  ayıra  bildiyi  halda  hər  za-

man pis iĢ görən insanlar. Belə insanlarların tərbiyələndirilməsi çə-

tin olsa da mümkündür. 

c)

 



Pisi  yaxĢı,  yaxĢını  da  pis  olaraq  qəbul  edənlər.  Bunların 

tərbiyələnmələri çox mürəkkəb və uzun müddətli bir iĢdir. 

d)

 

Anadan  olandan  pislik  içərisində  böyümüĢ,  mayası  Ģərlə 



yoğrulmuĢ,  pis  əməlləri  ilə  öyünməyi  sevən,  bədxah  ruhlu  kimsə-

lərdir.  Bunların  da  tərbiyələndirilməsi  çox  çətin  və  uzun  müddətli 

bir iĢdir. 

Qəzzali  elmin  fəzilətini  deyilə  biləcək  ən  gözəl  sözlərlə  bu 

Ģəkildə ifadə etmiĢdir: “Elmi tələb etmək, öyrənmək ibadət, araĢdır-

maq  cihad,  bilməyən  birisinə  öyrətmək  sədəqə,  onu  elm  əhli  üçün 

istifadə etmək isə Allaha yaxınlıqdır”. 

Əqlin fəzilətini heç kəs Qəzzali kimi mənalı Ģərh etməmiĢdir. 

O demiĢdir:“ Ġnsanın arzu və istəkləri əsasən üç Ģey üzərində cəmlə-

Ģir. Onlardan birincisi var-dövlətdir. Var-dövlət arzusu insana Ģərəf 

gətirməz. Ġkincisi elmdir. Elm insana ən uca amalına çatmaq qüdrəti 

bəxĢ  edər.  Üçüncüsü  isə  sağlamlıq  və  uzun  həyatdır.  Bu  üç  Ģey 

içərisində  insan  üçün  ən  faydalısı  elmdir.  Onun  üstünlüyü  sadəcə 

olaraq  dünya  deyil,  axirət  həyatında  da  görünməkdədir”.  Qəzzali 

elmi  hər  Ģeyin  əsası,  əməli  isə  onun  meyvəsi  olaraq  görməkdədir. 

Ona görə, elmin ümumi faydasını dünya və axirət üzərində yekun-

laĢdırmaq olar. 

1.

 



Dünya faydası: Elm qəlb gözünü açaraq insanı zülmətdən 

aydınlığa çıxarır. 




 

94 


2.

 

Axirət  faydası:  Ġnsan  elmlə  Allahı  tanıyıb  onun  təkliyini 



dərk edir. Allaha itaət edib onun halal-haramına riayət edir. 

Bütün bunlardan sonra belə bir qənaət hasil olur ki, Qəzzaliyə 

görə  elmin  özü  hədəf  deyil,  insanın  məqsədinə  çatması  üçün  bir 

vasitədir. 

Ġslam  tərbiyəsi  insanın  əqlinin,  ruhunun  və  cisminin  bərabər 

səviyyədə  inkiĢafını  nəzərdə  tutur.  Ġslama  görə,  bədən  elə  bir 

qəlibdir  ki,  ruh  buraya  tökülür.  Bədənə  və  ruha  ağıl  rəhbərlik  edir 

və islamın müqəddəs kitabında da deyildiyi kimi Allah ağıldan daha 

dəyərli  bir  Ģey  yaratmamıĢ  və  insanlara  -  “mən  sənə  ağıl  verdim, 

ağlını işlət”- demiĢdir. 

Ġslam  tərbiyəsinin  səciyyəvi  xüsusiyyətlərindən  irəli  gələn 



islam tərbiyəsinin prinsiplərini aĢağıdakı kimi qruplaĢdırmaq olar: 

1.  Ġslamda  tərbiyənin  ilahi  səciyyə  daĢıması.  Yəni  Ġslamda 

əxlaqi hökmlər Allah tərəfindən nazil olmuĢ və insan Allahın tələb- 

lərinə uyğun olaraq öz iĢini, həyat tərzini qurmalıdır. 

2. Ġslamda tərbiyənin insan fitrəti ilə bağlılığı. Ġnsanda olan 

insanlıq xisləti elə insan doğulanda onun fitrətində bu potensial im-

kan  kimi  mövcuddur  və  bu  insanı  ən  yüksək  əxlaqi  keyfiyyətlərə, 

yüksək təkamül dərəcəsinə çatdırmağa qadirdir. Ġnsanda olan bu po-

tensial  imkan  düzgün  istiqamətləndirilsə,  tərbiyə  edildikdə  həqiqi 

təkamülə yetiĢər. 

Ġnsan  ilk  yaradılıĢından  kamil  insan  kimi  formalaĢana  qədər 

müəyyən inkiĢaf yolu keçir, torpaq və ruh ünsürlərindən ibarət olur 

ki, bu ünsürlər insanın cismində birləĢir, onun meyl, arzu və istək-

lərini müəyyən edir. Ruhani ünsür insanın əzəli fitrətini təĢkil edir. 

Ona  görə  də  islam  tərbiyəsində  ruh  tərbiyəsinə,  mənəvi  tərbiyəyə 

xüsusi diqqət yetirilir. 



3. Ġslamda tərbiyənin ümumi səciyyə daĢıması. Ġslam tərbi-

yəsi milli mənsubiyyətindən, sosial vəziyyətindən, irqindən, cinsin-

dən asılı olmayaraq bütün müsəlmanlara aiddir

4. Ġslamda tərbiyənin bütöv səciyyə daĢıması. Ġslam insanın 

həyat tərzini, düĢüncə və davranıĢını bir birindən təcrid edilmiĢ hal-

da  deyil,  onları  vəhdətdə,  bütöv  halda  götürür  və  onlarla  sıx  bağlı 

Ģəkildə həyata keçirir. 



5.  Ġslamda  tərbiyənin  üsul  və  vasitələrinin,  məzmun  və 

formalarının  vəhdətdə  olması.  Ġslam  tərbiyəsi  insanın  zehni,  fizi-


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə