Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu


оynamıĢ, оnun kamilləĢməsində, böyük bir alim, Ģair оlmasında



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə38/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   176

 

115 


оynamıĢ, оnun kamilləĢməsində, böyük bir alim, Ģair оlmasında 

Təbrizli  müəllimi ġəmsəddin Məhəmməd ibn  Əli  ibn Məlikdad 

Təbrizi  (1185-1247)  haqqında  son  dərəcə  çox  qiymətli  fikirlər 

söyləmiĢ, duyğulu düĢüncələrini sonsuza qədər ifadə etmiĢdir. 

Yüksək  ilahiyyat  təhsili  görmüĢ,  əxlaqi,  mənəvi  elmləri  də-

rindən  öyrənmiĢ  hələ  gəncliyində  “MürĢüdi-kamil”  ünvanı  almıĢ, 

ġəms  Təbrizi  adı  ilə  məĢhur  olmuĢ  müəllim,  alim,  mütəfəkkir  öz 

müridi Cəlaləddin Ruminin istedad və bacarığını, fitri qabiliyyətini 

yüksək  dəyərləndirmiĢ,  həm  özünün  və  həm  də  Mövlananın  qeyri 

adi keyfiyyətlərə malik оlduğuna da iĢarələr etmiĢdir. ġəms Təbrizi 

özünün “Məqalət” əsərində belə yazmıĢdır: “Mənim Təbrizdə Əbu-

bəkr adlı bir şeyхim var idi. Оndan dərs aldım, bir çох biliklər öy-

rəndim. Fəqət məndə bir şey var idi ki, оnu şeyхim görə bilmirdi. 

Zatən  оnu  heç  kim  görə  bilməmişdi.  Оnu  хudavəndigarım  Möv-

lana görə bildi”

Həqiqətən də ġəms Təbrizi tarixdə çox mürəkkəb təbiətli, ma-

raqlı, sirrli, fenomen Ģəxsiyətlərdən biri olmuĢdur. Hətta mənbələrə 

görə onun adı çəkildiyində belə, insanın iç dünyasında bir Ģeylər ol-

muĢ,  insanın ruhu aydınlanmıĢ, qəlbi fərəhlənmiĢdir. Onun fikirlə-

rini tam mənasında baĢa düĢüb anlamaq, özünün kimliyi, Ģəxsiyyəti 

haqqında bu günə qədər geniĢliyi ilə ətraflı tədqqiat aparılmamıĢ və 

öyrənilə də bilinməmiĢdir. 

ġəms Təbrizi böyük filosof-Ģair, ilahiyyatçı, təsəvvüf elminin 

ən görkəmli nümayəndələrindən biri olmuĢdur. O bir yerdə durma-

mıĢ,  daim  səyahətlər  etmiĢ,  adına  “ġəmsəddin  Pərəndə”  (“Uçan 

günəĢ”) də deyilmiĢ, ġərq ölkələrini gəzmiĢ, Bağdadda, DəməĢqdə 

böyük  alimlərlə  görüĢüb  tanıĢ  olmuĢ,  elm-mərifət  məclislərinə  qa-

tılmıĢdır. O bəĢəri hiss və duyğularla yaĢamıĢ bütün insanları varlığı 

ilə, necə deyərlər, ”yaradılanı yaradandan ötrü sevmiĢ” və ətrafında-

kılara da sevdirmiĢdir. 

ġəms  Təbrizi  mənəviyyat  aləminin  böyük  ustadı  və  böyük 

insanı olmuĢ onun haqqında dövrünün mütəfəkkirləri dəyərli fikrilər 

söyləmiĢ, ona ünvanlanan Ģeirlər yazmıĢlar: 

“MürĢüd-i kamil-i mükəmməldir, 

Sözləri mücməl-i müfəssəldir, 



 

116 


NəĢ`əsini verdi molla Hünkar Rumiyə

Onu inkar edən məəttəldir”. 

“ġəms  Təbrizi”,  yəni  “Təbrizin  günəĢi”  adı  da  onun  Ģəxsiy-

yətinə, mərifətinə uyğun bir addır. Təbrizdən doğan düĢüncə, duyğu 

da  eĢq  günəĢi  idi.  Əbədiyyən  də  bu  günəĢ  Təbrizdən  parlayacaq. 

ĠĢin çox maraqlı tərəfi budur ki, ġəms hələ o zaman - XIII  əsrdə - 

“Təbrizdə elə böyük Ģəxsiyyətlər var ki, məndən də yüksək mə-

qamdadırlar”-  demiĢdir.  ġəms  bütün  davranıĢlarında,  yaradıcı 

fəaliyyətində  Təbrizi  həmiĢə  ucaltmağa  çalıĢmıĢdır.  ġəmsin  anlat-

dığından  belə  çıxır  ki,  dünyanın  elm,  mənəviyat  mərkəzi  Təbriz 

olmuĢdur.  Təsadüfi  deyildir  ki,  Mövlana  da  öz  Ģeirlərində  Təbrizi 

çox öymüĢdür. Demək olar ki, Mövlananın əksər qəzəllərində Təb-

riz Ģəhərinin adı keçməkdədir. Mövlana yazır: 



“Aç da bir karvan yükün ey sariban 

Yar yurdu Ģəhri Təbrizdir, dayan! 

Cənnətin kəndisidir Təbrizimiz. 

Sirr mülkü anmıĢıq Təbrizi biz, 

Göylərin sonsuzluğundan sevgilər, 

Hər zaman olsun Sizə, Təbrizlilər!” 

Bu misralarda Mövlana Təbrizi “Sirr mülkü” (“Sirrlər Ģəhəri”) 

olaraq  görür.  Məhz  Təbriz  mühiti  ġəms  Təbrizi kimi  böyük  alimi, 

mütəfəkkiri  yetiĢdirmiĢdir.  Həqiqətən  də  Təbriz  elm,  mədəniyyət, 

mənəviyat və eĢq günəĢləri yetiĢdirən bir Ģəhər olmuĢdur. 

ġəms  Təbrizi  ilə  ünsiyyət  və  münasibətlər  Rumiyə  mistik 

idrakın  yeni  bir  yolunu  tapmaqda  kömək  etmiĢdir.  Buna  baxmaya-

raq,  onun  bütün  ideya  və  nəzəri  fikirləri  yalnız  Rumi  öldükdən 

sonra  Mövləvilik  adı  ilə  formalaĢmıĢdır.  Mövlana  ərəb  sözüdür. 

Ana  dilimizdə  onun  tam  qarĢılığı  “yüksəlmiĢ”  deməkdir.  Yəni 

hissən, fikrən, ruhən yüksək mənəvi ucalığa varmıĢ insan. 

ġəms  dünyasında  Ģeir,  musiqi  və  səmavi  rəqs  əsas  yer  tut-

muĢdur. “Səm`a” ərəb dilində “dinləyiĢ” deməkdir. Mövlana ġəmsi 

dinlərkən ruhundakı titrəyiĢləri “səma” rəqsinə yükləmiĢdir. ġəmsin 

səsi  də  çox  təsirli  və  cəlbedici  olmuĢdur.  ġəmsin  səs  dinamikləri 

Mövlananı öz təsiri altına almıĢdır. Bu geniĢ diapazonlu ġəmsin sə-

sindəki mənalı fikirlər, ilahi Ģeirlər Mövlananı elə hərəkətə, elə vəc-

də gətirmiĢdir ki, bütün Ģeirlərini bir musiqi, bəstə üzərində yazmıĢ-

dır. Mövlananın Ģeirində yalnızca sözlər həyəcana gəlib rəqs etmir, 




 

117 


Ģeirin özü də rəqs edir. Hər Ģey rəqs edir, fikirlər, sözlər, vergül və 

nöqtələr.  ġəms  Mövlananın  ruhunu  ehtizaza  gətirmiĢ,  onu  rəqs, 

musiqi  sevdası  ilə  doldurmuĢdur.  “Səmaazənlik”  də  bəĢəriyyəti 

bəsirət  qulağı  ilə  dinləmək  anlamlna  gəlir.  Dinləyərək  hisslər  alə-

mində  aləmin  sirlərinə  qovuĢmaq  deməkdir.  Bu  üzdən  də  “Səma-

azənlik” ġəmsdən sonra da dərin bir fəlsəfi mahiyət daĢımıĢdır. ĠĢin 

maraqlı cəhəti budur ki, islam aləmində ilk dəfə olaraq qadınlar da 

ġəmsin  istəyi  ilə  səmazənliyə  qatılmıĢlar.  ġəms  Təbrizinin  bu  gö-

rüĢü o dövrdə Hacı BektaĢ Vəli tərəfindən yaradılan BektaĢiliyə də 

təsir  göstərmiĢ  və  qadınlarla  kiĢilər  fırlanaraq  xüsusi  rəqslər  etmiĢ, 

səmazənlik etmiĢ və bu gün də bu davam etməkdədir. 

ġəmsin  Mövlanaya  öyrətdiyi  təlimlərdən  birisi  də  musiqi 

olmuĢdur.  Ġnsanın  bütövləĢməsində,  kamilləĢməsində  musiqini 

duymaq, ondan həzz almaq, həzin Ģeir və rəqsin ahəngi altında 

xüsusi  emosional  hallar  keçirmək  insanı  yeni  bir  aləmdə  kök-

ləyir,  insanın  ruhunun  zənginləĢməsində,  qəlbinin  tərbiyəsində 

mühüm  rol  oynayır.  ġəmsin  bu  təlimi,  bu  fəlsəfəsi  üzərinə 

mənbərdə  vaizliklə  məĢğul  olan  Mövlana  məscidi  buraxıb  musiqi 

öyrənir, Ģeirlərinə bəstələr yapır. Bu gün muğamlarımızda Mövlana 

Cəlaləddin  Ruminin  bir  neçə  bəstəsi  vardır.  Onlardan  ən  önəmlisi 

“ġur”  muğamındakı  “Səmai-ġəms”  Ģöbəsidir  ki,  Cəlaləddin  Rumi 

bunu  öz  ruhunun  memarı  olan  müəllimi  ġəms  Təbriziyə  ithaf  et-

miĢdir. (“Səmai-ġəms” - “ġəmsin səmavisi”, rəqsi “ġəmsi dinləmə” 

anlamına  gəlir.  Bu  gün  o  “Simai-ġəms”  kimi  tələffüz  olunur).  Sə-

mavi  mərasimlərində  “Səmai-ġəms”  muğamınının  ahəngi  ilə  “Sə-

mazənlik”lə - yəni çalmaq, oxumaq və rəqs etməklə məĢğul olmuĢ-

lar.  XX  əsrdə  dahi  bəstəkarımız  Üzeyir  Hacıbəyli  muğamlarımıza 

yeni bir ruh, yeni həyat vermiĢ, muğamlarımızı dərin həyat lövhələ-

ri,  insan  duyğuları  ilə  yükləyərək  muğamlarımızın  forma  və  məz-

munu  daha  da  dərinləĢmiĢ  və  ġəms  təlimlərinə  daha  çox  yaxın-

laĢmıĢdır. 

ġəms  Təbrizinin  zahiri  və  daxili  gözəlliyi,  yüksək  insani 

keyfiyyətləri, etiqadına dərindən sədaqəti Rumini özünə heyranlıqla 

cəlb  etmiĢdir.  Onun  müəlliminə  məhəbbəti  adi  insani  duyğulardan 

da yüksəkdə dayanmıĢdır. Rumi onu özünün mürĢidi, müəllimi elan 

edərək,  bütün  elmi  fəaliyyətini  dayandırmıĢ,  mədrəsədəki  iĢini  bu-

raxmıĢ  və  özünü  bütünlüklə  duyğularının,  qəlbinin  ixtiyarına  ver-



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə