Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə46/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   176

 

140 


Y.A.Komenski öz dövrü üçün əhəmiyyətli olan bir neçə dərs 

kitablarının  müəllifidir.  Bu  dərsliklər  içərisində  “Dillərin  açıq  qa-

pısı”,  “Real  aləm  Ģəkillərdə”  xüsusilə  fərqlənir.  “Dillərin  açıq  qa-

pısı” həm dilin qrammatikasını, həm də bilik sahələrini əhatə edir. 

“Real  aləm  Ģəkillərdə”  kitabı  Komenskinin  “Pansofiya”  (hamıya, 

hər  Ģeyi  öyrətmək)  ideyasına  uyğun  tərtib  edilən,  ibtidai  bilikləri 

əhatə  edən  uĢaq  ensiklopediyasıdır.  Pedaqogika  tarixçilərinin  fik-

rincə bu kitab məktəbi həyata, həyatı məktəbə gətirməkdir. 

Y.A.Komenski  təlim-tərbiyə  prosesində  müəllimin  roluna 

yüksək  qiymət  verir.  O  deyirdi  ki,  sən  ata  kimi  hərəkət  etməyi 

bacarmırsansa, müəllim kimi  fəaliyyət  göstərə bilməzsən. Müəllim 

uĢaqları öz nümunəsi ilə tərbiyələndirməlidir. Y.A.Komenski peda-

qoji  aləmdə  ümumbəĢəri  fenomendir.  Üç  əsrdən  artıqdır  ki,  onun 

pedaqoji sistemi, ideyaları yaĢayır. 



Con  Lokkun  tərbiyə  haqqında  fikirləri.  Con  Lokk  (1632-

1704)  Ģəxsiyyətin  tərbiyəsi  sahəsində  dolğun  nəzəriyyə  yaradan 

ingilis maarifçilərindən biridir. O, öz ideyalarını “Tərbiyə haqqında 

fikirlər” (1693) əsərində vermiĢdir. C.Lokkun fikrincə, bütün millə-

tin rifah halı uĢaqların tərbiyəsindən asılıdır, insanların onda doqqu-

zu tərbiyənin nəticəsində xeyirxah,  yaxud ziyankar, faydalı,  yaxud 

faydasız olur. 

Görkəmli  mütəfəkkirin  fikrincə,  tərbiyənin  əsas  məqsədi  və 

vəzifəsi ağıllı və planlı, ardıcıl iĢ aparmağı bacaran centlmen  yetiĢ- 

dirməkdir.  C.Lokk  qeyd  edirdi  ki,  “Əsl  centlmen  fiziki,  əqli  və 

mənəvi  cəhətdən  təkmilləşdirilmiş  bir  insan  olmalıdır”.  “İnsanın 

tərbiyəsi necədirsə, özü də elədir”

Onun  fikrincə,  “hər  cür  tərbiyənin  məhsulu  olan  müxtəlif 

ailələrdən  gəlmiĢ  müxtəlif  tərbiyəli  uĢaqlar  həqiqi  centlmenin 

yetiĢməsinə  mane  ola  bilər”.Ona  görə,  “həqiqi  centlmen  evdə 

yetiĢməlidir”. Tərbiyə haqqında mütərəqqi fikirləri ilə C.Lokk yeni 

tərbiyə sisteminin bünövrəsini qoymuĢdur. 

C.Lokkun sensualizmi də diqqəti cəlb edir. Onun sensualizmi 

tərbiyə  sisteminin  əsasını  təĢkil  etməklə  tərbiyənin  Ģəraitə  uyğun 

qurulmasına  zəmin  yaratmalıdır.  C.Lokk  fiziki  tərbiyəyə  də  üstün-

lük verir və “sağlam bədəndə sağlam ruh olar” deyirdi. 

C.Lokkun  pedaqoji  fikirləri  tərbiyə  prinsipləri  əsasında  hər- 

tərəfli inkiĢaf etmiĢ Ģəxsiyyətin inkiĢafında mühüm rol oynamıĢdır. 




 

141 


Xarakteri  düzgün  tərbiyə  etmək,  əxlaqlı,  intizamlı  insan  böyütmək 

tərbiyənin  əsas  vəzifəsidir.  Tərbiyənin  əsas  vasitəsi  isə  mühakimə 

deyil, məhz insanların canlı nümunəsi olmalıdır. 

Ġnsanların  müsbət  nümunəsi  tərbiyəyə  öz  təsirini  göstərir. 

UĢağın  tərbiyəsində  əsas  amillərdən  biri  onun  müsbət  vərdiĢlərə 

yiyələnməsidir.  Müsbət  adət  və  vərdiĢlər  uĢaqlara  erkən  yaĢlardan 

aĢılanmalıdır.  Tərbiyədə  müsbət  nəticələr  kobudluqla,  zorla  deyil, 

yumĢaq, xoĢ rəftarla əldə olunur. Odur ki, tərbiyə sahəsində müsbət 

vərdiĢləri uĢaqlara tədricən aĢılamaq lazımdır. 

C.Lokkun  fikrincə,  tərbiyənin  yaxĢı  nəticələr  verməsi  üçün 

uĢağın fərdi keyfiyyətləri  mütləq nəzərə alınmalıdır. Bu tərbiyənin 

metodunda  dəyiĢiklik  etməyi  zəruri  edir.  Çünki  uĢağa  onun  fərdi 

xüsusiyyətlərinə görə yaxınlaĢmaq lazımdır ki, tərbiyəçi öz metodu-

nu ona uyğun dəyiĢə bilsin. 

C.Lokk tərbiyə metodları dedikdə, qarĢıya qoyulmuĢ məqsədə 

çatmaq üçün tətbiq edilən tərbiyə vasitələrini baĢa düĢürdü. Tərbiyə 

vasitələrinə aĢağıdakıları aid edirdi: 

 valideyn nüfuzu; 

 məşq; 

 nümunə; 

 uşaqla müsahibə

 Mükafat (rəğbətləndirmə) və cəzalandırma

C.Lokk  qeyd  edirdi  ki,  yaxĢı  tərbiyə  almıĢ  iĢgüzar  insanlar 

cəmiyyət  üçün  böyük  alimlərdən  də  çox  xeyir  verə  bilərlər.  Fiziki 

və əxlaqi kamillik əldə etmək, habelə elmlərin öyrənilməsinin əxla-

qa və tərbiyəyə təsiri alimi düĢündürən mühüm məsələlərdən idi. 



Con Lokka görə, əmək tərbiyəsi ona görə zəruridir ki, o, uĢa-

ğı pis adətlərdən uzaqlaĢdırır, habelə onu iĢgüzar gələcəyə hazırla-

yır. UĢağı əməyə və sənətə hazırlayarkən onun maraqları da mütləq 

nəzərə  alınmalıdır. UĢaq üçün maraqsız olan, zorla  yerinə  yetirilən 

iĢ heç bir yaxĢı nəticə verməz. 

Con  Lokk  “Ağ  lövhə”  nəzəriyyəsini  irəli  sürmüĢdür.  Onun 

fikrincə  uĢaq  doğularkən  onun  beyni  ağ  lövhə  kimi  təmiz  olur. 

Sonra  ətraf  aləm  tədricən  ona  təsir  edir  və  xarakteri  formalaĢır.  O, 

həmin  nəzəriyyəsini  “Təcrübələr”  adlı  əsərində  belə  ifadə  edir:  in-

san  qəlbi  ağ  lövhə  kimidir.  Bu  nəzəriyyənin  öz  dövrü  üçün  böyük 

əhəmiyyəti  vardır.  Bu  nəzəriyyə  ilə  Con  Lokk  feodalizm  cəmiy-



 

142 


yətinə,  onun  qayda  və  qanunlarına  böyük  zərbə  vurmuĢdu.  O, 

bununla  fitri  qabiliyyətlər  nəzəriyyəsini  rədd  edirdi.  V.Q.Belinski 

Lokk  nəzəriyyəsinin  çatıĢmayan  cəhətlərini  tənqid  etmiĢdi.  O 

yazırdı ki, uĢaq beyni ağ lövhə deyil, imkanı olan toxumdur. UĢaq 

dünyaya  müəyyən  təbii  imkanlarla  gəlir,  həmin  təbii  imkanlar 

həyatda inkiĢaf edir. Con Lokk isə həmin nəzəriyyə ilə hər cür fitri 

istedadı inkar edirdi. 

Lokk  “Əqlin  tərbiyəsi”  əsərində  göstərir  ki,  heç  bir  xalqın 

övladı milliyyətindən, irqindən asılı olmayaraq ağılsız, qabiliyyətsiz 

doğulmur. Avropa və zənci qəbilələri bir-birindən fərqləndirən tər-

biyədir, ictimai mühitdir.. 

Con  Lokkun  fikrincə  uĢaqlarda  olan  bəzi  zərərli  keyfiyyətlər 

cəmiyyətdən  gəlir.  Ona  görə  də  hər  bir  valideynin  uĢağını  evdə 

tərbiyə etməsi yaxĢı olardı. 

Onun  pedaqoji  görüĢlərində  ailə  tərbiyəsi  mühüm  yer  tutur. 

C.Lokk tərbiyəçidən tərbiyə etdiyi uĢağın bütün fərdi xüsusiyyətini 

öyrənməyi  tələb  edirdi.  O,  insan  xarakterində  bir  sıra  mənfi  və 

müsbət  keyfiyyətləri sadalayır, tərbiyəçidən tələb edirdi ki, uĢaqda 

müsbət  keyfiyyətlərin  inkiĢafına  imkan  yaratsın.  Pis  adətləri  lap 

kiçik vaxtdan yerindəcə boğmaq lazımdır. 

Lokk  tərbiyəyə  yaradıcı  bir  proses  kimi  baxırdı.  Ona  görə 

uĢağın fərdi xüsusiyyəti həyatı boyu dəyiĢməz qalmır, səmərəli pe-

daqoji  təsirin  gücü  ilə  uĢaq  psixikasını  dəyiĢdirmək  olmaz.  Con 

Lokkun fikrincə, uĢaq xarakteri axan çaya bənzəyir. Çayın qarĢısın-

da  bənd  vurub  onun  istiqamətini,  məcrasını  dəyiĢdirmək  mümkün 

olduğu  kimi,  insan  xarakterini  də  tərbiyənin  gücü  ilə  dəyiĢdirmək 

olar. 

Beləliklə,  Lokk  XVII  əsrdə  geniĢ  vüsət  tapmıĢ  tərbiyəni  hər 



Ģey  hesab  edən  nəzəriyyənin  baĢında  durur,  onun  yaradıcısı  hesab 

olunurdu.  Jan  Jak  Russo,  Pestalotsi  də  onun  nəzəriyyəsindən  qida-

lanmıĢdır. 

Jan  Jak  Russonun  tərbiyə  haqqında  fikirləri.  XVII  əsr 

fransız maarifçilərindən biri də Jan Jak Russodur (1712-1778). O, 

təbii  hüquq,  təbii  tərbiyə  və  təbii  din  nəzəriyyələrini  irəli  sürmüĢ-

dür: 



I.  Təbii  hüquq  nəzəriyyəsi. J.J.Russoya görə, əmək adamla-

rını, onların uĢaqlarını tərbiyə etməyə ehtiyac yoxdur. Onlar onsuz 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə