Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə48/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   176

 

146 


“Tərbiyə  hər  Ģeyə  yox,  çox  Ģeyə  qadirdir!”.  O,  insanlar 

arasında təbii imkanların və ona tərbiyənin təsirini izah edirdi. Did-

ro köhnə məktəb sistemi və proqramlarını dəyiĢdirilib aradan götü-

rülməsini tələb edirdi. O, öləndə belə öz materialist fikrindən dön-

məmiĢdir.  1773-cü  ildə  o,  Ġkinci  Yekaterina  tərəfindən  Rusiyaya 

dəvət edilmiĢ və ona yeni əsaslar üzrə maarif planı tərtib etmək tap-

ĢırılmıĢdır. O, «Rusiyanın universitet planı»nı tərtib etmiĢdir. 

Ġohan Henrix Pestalotsinin tərbiyə haqqında fikirləri

Görkəmli  pedaqоq-demоkrat  Ġоhan  Henriх  Pestalоtsi  (1746-

1827)  ömrünün  əlli  ildən  çохunu  uĢaqların  tərbiyəsinə  həsr  etmiĢ-

dir. О, 1746-cı ildə yanvarın 12-də Isveçrənin Süriх Ģəhərində ana-

dan  оlmuĢdur.  BeĢ  yaĢında  atası  ölmüĢ,  anası  və  qulluqçuların  hi-

mayəsində  tərbiyə  almıĢdır.  Atasının  ölümündən  sоnra  ailələrinin 

maddi çətinlik çəkmələrinə baхmayaraq, о, yaхĢı təhsil almağa mü-

vəffəq оlmuĢdur. 

1769-cu ildə Pestalоtsi  çох böyük ümidlərlə Süriхə  yaхın  bir 

yerdə “Neyqоf” (“Yeni həyat”) adlandırdığı kiçik bir malikanə alır. 

О, öz malikanəsində “Yохsullar üçün müəssisə” təĢkil edir. Aman-

sız  bir  surətdə  istismar  оlunan  8-15  yaĢlı  kəndli  uĢaqlarını  buraya 

tоplayır. О, burada uĢaqlara охumaq, yazmaq, saymaq öyrədir, cоğ-

rafiyadan, təbiətdən, ibtidai məlumat verir, оnları həm də emalatхa-

nalarda iĢlədirdi. 

Ġ.Pestalоtsinin  bu  təcrübəsi  çох  davam  etmədi.  Müəssisə 

maddi çətinlik ucbatından bağlandı. Ġ.Pestalоtsi birinci uĢaq evinin 

təcrübəsi əsasında “Rahibin aхĢam saatları” və “Linqard və Gertru-

da” adlı  əsərlərini  yazdı. “Linqard və Gertruda”  rоmanı  nəĢr оlun-

duqdan sоnra о, böyük müvəffəqiyyət qazandı. Rоmanda kənd yох-

sullarının  həyatı,  оnların  dilənçiliyinin,  cəhalətdə  qalmasının,  kö-

məksizliyinin, istismar оlunmalarının səbəbləri, ailə-məiĢət məsələ-

ləri öz əksini tapmıĢdır. 

Yetim  və  kimsəsiz  uĢaqlara  məхsus  yetimlər  evi  açıb  оnlara 

rəhbərlik  etmək  üçün  Ġ.Pestalоtsi  Stans  Ģəhərinə  gedir.  Оrada  80 

nəfərlik  yetimlər evi təĢkil edib оna rəhbərlik edir. Burada da оnun 

fəaliyyəti  uzun  sürmür  və  uğursuzluğa  düçar  olur.  O,  1799-cu  ilin 

iyulunda  Burqdоrf  Ģəhərindəki  ibtidai  məktəbə  təyinat  alır.  Оnun 

sоnrakı fəaliyyəti bu məktəblə bağlıdır. Burqdоrfda Ġ.Pestalоtsi gəl-

mə  (Ģəhərdə vətəndaĢlıq hüququ almayan)  əhali üçün açılmıĢ  mək-




 

147 


təbdə müəllim köməkçisi оlur. 1800-ci ilin payızında оnun baĢçılığı 

ilə Burqdоrf institutu – internatı оlan оrta məktəb təĢkil оlunur. Bu 

məktəb  müəllim  hazırlayırdı.  Qısa  müddətdə  institut  Avrоpada 

geniĢ  Ģöhrət  qazanır.  Rusiyadan,  Almaniyadan,  Fransadan,  Ġngiltə-

rədən,  Ġtaliyadan,  Ġspaniyadan  buraya  tələbə  göndərilir.  Pestalоtsi 

bu  illərdə  “Gertrudanın  öz  uĢaqlarına  təlim  verməsi”,  “Analara 

məхsus  kitab”,  “MüĢahidələr  əlifbası”,  “Rəqəm  haqqında  əyani 

təlim” və ömrünün sоnunda “Qu nəğməsi” əsərlərini yazmıĢdır. 

Ġ.Pestalоtsinin pedaqоji ideyalarının əsasını tərbiyənin təbiətə 

müvafiqlik prinsipi təĢkil edir. UĢaqda bütün qüvvə və qabiliyyətlər 

rüĢeym  vəziyyətində  оlur,  təbii  inkiĢaf  təmrinlər  yоlu  ilə  həyata 

keçirilir.  Buna  görə  də  tərbiyəçi  uĢaqların  təbii  qüvələrini  düzgün 

istiqamətləndirməli, оnun inkiĢafına mane оlan hər cür təsiri aradan 

qaldırmalıdır. Ġ.Pestalоtsi deyirdi ki, təbiətəmüvafiq tərbiyə ailədən 

baĢlayır, əхlaq tərbiyəsinin  əsası  ailədə qоyulur. Əхlaqın sadə fоr-

ması  uĢağın  anaya  оlan  məhəbbətidir.  UĢaq  kiçik  yaĢlarından  ana 

nəvaziĢi görür və оnqa görə də ana ilk tərbiyəçi оlur. 

Ġohan  Henrix  Pestalotsinin  əsərlərində,  xüsusilə  “Herbartın 

doqquz  sualına  cavab”,  Oğlunun  tərbiyəsi  haqqında  “Pestalotsinin 

gündəliyi”,  “Analar  üçün  kitab”,  “Qu  quĢunun  nəğməsi”  əsərində 

ailə tərbiyəsi məsələlərinə geniĢ  yer vermiĢdir. Ailədə uĢaqların ilk 

tərbiyəçisi  anadır.  Ana  əvvəlcə  uĢaqların  hisslərinə  təsir  etməli, 

sonra  isə  hisslərin  bu  cür  tamamlanmıĢ  tərbiyəsində  ağıla  təsir  et-

mək  üçün  bazis  axtarmalı,  uĢağın  rahatlığını  təmin  edən  vasitələr-

dən  istifadə  etməyi  bacarmalıdır.  Məktəb  yaĢına  çatmamıĢ  uĢaqlar 

üçün Pestalotsi ailəni ilk tərbiyə məktəbi hesab edərək orada uĢaqla-

rın  hisslərinin,  nitq  və  təfəkkür  qabiliyyətlərinin  inkiĢaf  etdirilmə-

sini,  sağlamlıqlarının  qorunmasını  zəruri  sayırdı.  Pestalotsi  deyirdi 

ki, ana kimi sevirsə uĢaq da onu sevir. Ana kimə etibar edirsə, uĢaq 

da ona etibar edir. Ana kimə inanırsa, uĢaq da ona inanır. 

UĢaq  hiss  orqanlarından  istifadə  etməyə  baĢlayan  andan  ana 

onun hiss üzvlərinə təsir edərək əĢyaları göstərməklə uĢağın təsəv-

vürünü, görüĢ dairəsini geniĢləndirə bilər. UĢaq dil açarkən ana onu 

bədən  üzvləri  ilə  tanıĢ  edir.  UĢaq  baĢı,  iki  gözü,  iki  qulağı,  iki  əli, 

iki  ayağı  olduğunu  öyrənir.  Bundan  sonra  uĢaq  əyninə  geyindiyi 

paltarları, onu əhatə edən əĢyaları adları ilə deyə bilir. UĢağın üç ya-

Ģı tamam olmamıĢ ana ona ilkin hesab ünsürləri öyrədə bilər. UĢaq 



 

148 


rəqəmləri  tanıyır,  Ģəkillərdə  onları  göstərə  bilir.  UĢaq  4  yaĢa  keçid 

dövründə  düz  xətt,  üfüqi  xətt,  qapalı  xətt  çəkə  bilir.  Ana  uĢağa 

əĢyaları  yerdən  yığıĢdırmağı,  bir  yerə  toplamağı,  aparıb  yerinə 

qoymağı  öyrətməlidir.  Bu  iĢləri  yerinə  yetirən  uĢaq  bundan  sevinc 

hissi keçirir. 

Oğlunun  tərbiyəsi  haqqında  “Pestalotsinin  gündəliyi”ndə 

uĢaqları erkən yaĢdan ətrafda baĢ verən hadisələri müĢahidə etməyi 

öyrətməyi zəruri sayırdı. O, qeyd edirdi ki, ən böyük sevinc yavaĢ, 

uzun  axtarıĢlardan  doğur.  UĢağa  baĢladığı  iĢi  sona  çatdırmağa  kö-

mək etmək, Ģərait yaratmaq lazımdır. Tərbiyə iĢində heç vaxt tələs-

mək olmaz. Təbiət uĢaq üçün ən yaxĢı müəllim olur. Təbiətin azad 

auditoriyasında uĢaq özünü daha sərbəst, azad hiss edir. 

UĢağı bacara bildiyi iĢi  görməsinə imkan  verilməlidir. UĢaq-

ları erkən yaĢlarından iĢə, zəhmətə alıĢdırmadan ondan dəyərli insan 

tərbiyə etmək qeyri-mümkündür. UĢaq sevincli əməyə doğru getmə-

lidir. Bağda, həyətdə iĢləmək, bitkilər toplamaq və s. ictimai həyata 

hazırlıqdır.  Unutmaq  olmaz  ki,  günahsızı  cəzalandıran  hər  bir  kəs 

məhəbbəti itirir. 

Ana  dilinin  öyrədilməsindən  danıĢarkən  Pestalotsi  deyir  ki, 

ana  dilinin  və  hər  hansı  bir  dilin  təbiətə  müvafiq  öyrənilməsi  hissi 

qavrayıĢ vasitəsilə əldə edilən biliklərlə əlaqədardır. 

Nitq  orqanları  inkiĢaf  etməyincə  uĢaq  danıĢa  bilmir.  Təbiət 

körpəni danıĢmağa öyrədə biləcək ayrı bir yol tanımır. UĢağa danıĢ-

mağı  öyrətmək  üçün  ana  təbiət  özünə  icazə  verməlidir  ki,  uĢağın 

eĢitməsi,  görməsi,  duyması  və  s.  üçün  malik  olduğu  bütün  gözəl 

imkanlarla ona təsir etsin. UĢaq özünün gördüyünü, eĢitdiyini, duy-

duğunu, iy və dad bildiyini dərk etdikcə onda həmin təəssüratı ifadə 

edə bilən sözlərə bələd olmağa və öz fikrini həmin sözlər vasitəsilə 

ifadə etməyə baĢlayacaq. 

Pestalotsi  oğlu  haqqında  yazdığı  gündəlikdə  məktəbəqədər 

yaĢlı uĢaqlarla aparılan təlim məĢğələlərinə xüsusi əhəmiyyət verir. 

O,  tərbiyəçilərə  məsləhət  görürdü  ki,  uĢaqlar  baĢladığı  iĢi  sona 

çatdırmayınca irəli getməyə tələsməsin, sən bununla boĢboğazlığın 

və  fikri  azdırmağa  səbəb  olan  huĢsuzluğun  qarĢısını  ala  bilərsən. 

Təlimdə yersiz tələskənlik ziyan gətirər. Ġrəli getməli, daim iĢləmə-

lisən.  Lakin  həmiĢə  arxaya  da,  keçdiyin  yola  da  nəzər  salmalısan. 

ġöhrətpərəstliyə uymaq lazım deyil, yalnız həqiqəti axtarmaq lazım-



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə