Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə56/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   176

 

171 


lamaqdan ibarətdir.. 

Bəhmənyar sanki təhsilimizin bu günkü problemlərini görərək 

“Ət- təhsil” əsərində deyirdi: “Fikir əqlin faydalandığı bir qüvvədir. 

Fikir zehnin elə hərəkətidir ki, onlardan mətləblərə gedib çıxılır”.Bu 

gün  məktəblilərimizin  fikirləĢmək,  düĢünmək  qabiliyyətini  inkiĢaf 

etdirmək  pedaqoji  elmimizin  qarĢısında  duran  ən  vacib  məsələlər-

dən birisidir. Bəhmənyardan səkkiz yüz il sonra alman alimi A.Dis-

terveq  deyirdi  ki,  uĢaqlara  fikirləri  deyil,  fikirləĢməyi  öyrərtmək 

lazımdır. Bəhmənyar bunu da qeyd edir ki, fikir, düĢüncə əqlin inki-

Ģafına qüvvətli təsir göstərir. Bütün bu fikirlər təlim nəzəriyyəsində 

biliyin  Ģagirdlərə  sadə,  anlaĢıqlı  bir  dillə  çatdırılmasını,  öyrənmə 

prosesində  təfəkkür  fəaliyyətinin  inkiĢafına  diqqət  yetirilməsini 

tələb edən müddəalardır. 

Bəhmənyar  ümumiyyətlə  biliyi  iki  qismə  bölür:  məlum  və 

məchul biliklər. O qeyd edir ki, insan yalnız “duyğudan gələn, ya-

xud  duyğunun  təsdiqlədiyi  Ģeyə  inanır”.  Çünki  hissi  qavrayıĢın 

verdiyi bilik məlumdur, gerçəkliik bilavasitə hissi - əyani obrazlarla 

qəbul  olunur.  Bilik  hisslərlə  qavramlmalıdır.  Nəzəri  elmlərin  hələ 

dərk  edilməmiĢ  müddəaları  isə  məchuldur.  Məntiqin  faydası  məhz 

fikrin  məlumdan məchula keçmək  yollarıını  göstərməkdir.  Bu mə-

nada  təlim  prosesində  Ģagirdlərin  duyğularına,  hisslərinə  təsir  gös-

tərmək üçün, biliyin yaxĢı mənimsənilməsi üçün “Əyanilik” prinsipi 

mövcuddur.  Təlimdə  əyanilikdən  istifadə  etmək  hiss  və  duyğulara 

təsir göstərməkdir ki, bunun sayəsində bilik möhkəm mənimsənilir 

və  uzun  müddət  yadda  qalır.  Elə  bu  məntiqə  yüksək  qiymət  verən 

təlim  nəzəriyyəsinin banisi, “Böyük didaktika”nm  müəllifi çex pe-

daqoqu  Y.A.  Komenski  yazırdı  ki,  “mümkün  olan  hər  Ģeyi  duyğu-

larla  qavramağa  təqdim  etmək,  qoy  müəllimlər  üçün  qızıl  qayda 

olsun, yəni görünəni görmə duyğusuna, səsi-eĢitmə duyğusuna, iyi-

iybilmə duyğusuna, dadı olanı dad duyğusuna, toxunula biləni-lami-

səyə təqdim etmək lazımdır”. 

Bəhmənyar insanın ağıl və zəkasına əxlaqi dəyər vermiĢdir. O 

ağıl və zəkanı insanın var dövlətindən daha üstün olduğunu göstər-

miĢdir.  Bəhmənyar  göstərirdi  ki,  insanın  əsas  zənginliyi  onun  elm 

və  təhsil  sahibi  olmasındadır.  Ġnsan  var-dövlət  toplamaqla  deyil, 

elmə, təhsilə yiyələnməklə zənginləĢə bilər. Əsil yoxsulluq insanın 

mənəvi  cəhətdən  yoxsulluğudur.  Bəhmənyar  deyirdi:  “Var  dövləti 



 

172 


dəfn  etmək  olar,  amma  ağılı  yox,  ağıl  insanın  qəriblikdə  ən  yaxĢı 

dostu və müdafiəçisidir”. 

Bəhmənyar  kamil  insanın  yetiĢməsində  tərbiyəyə  üstünlük 

verir  və  deyirdi:  “Ġnsan  ən  yaxĢı  əxlaqi  keyfiyyətləri  bu  dünyada 

tərbiyə  ilə  qazana  bilər”.  Bəhmənyar  tərbiyəyə  üstünlük  verdiyi 

kimi,  əxlaqi  keyfiyyətlərin  bir  çoxunun  anadangəlmə  olduğunu  da 

bildirirdi. O buraya əxlaqi saflığı, xeyirxahlığı, mərdliyi, əliaçıqlığı, 

əməksevərliyi, ağıllılığı, insansevərliyi və s. aid edirdi. 

Bəhmənyar  yetiĢən  gənc  nəslin  fiziki  sağlamlığına  fikir 

verilməsini, onların fiziki tərbiyəsi ilə məĢğul olmağı vacib sayır və 

bildirirdi  ki,  ən  böyük  gözəllik  insanın  sağlamlığıdır.  O,  gözəlliyi 

fəlsəfi aspektdən təhlil etsə də, fikirləri pedaqoji üçün də dəyərlidir. 

Bəhmənyar bildirir ki, sağlamlığından istifadə etməyən insanın ruhu 

xəstədir, o xoĢbəxt ola bilməz. O deyirdi: ”Gözəllik xeyirxahlıqdır” 

. Bu fikirlərdən görmək olur ki, Bəhmənyar biliyin də, əxlaqın da, 

gözəlliyin də xeyirxahlığa xidmət etdiyini göstərmiĢdir. 



Nizami Gəncəvinin tərbiyə haqqında fikirləri. Nizami Gən-

cəvi  özünün  zəngin  və  hərtərəfli  yaradıcılığı  ilə  bəĢəriyyəti  daim 

düĢündürən  humanist,  əxlaqi  ideyaları  tərənnüm  etmiĢdir.  Ədalət, 

sülh,  insanpərvərlik,  mərhəmət,  mənəviyyat,  xeyirxahlıq,  əməkse-

vərlik, dostluq, qardaĢlıq və s. əxlaqi keyfiyyətlər Nizami yaradıcılı-

ğında əsas yer tutur. Buna görə də Nizaminin əsərləri səkkiz əsrdən 

artıqdır ki, həmiĢə olduğu kimi, bu gün də aktual və müasirdir. Ni-

zamini  tarix  boyu  dünyada  Ģöhrətləndirən  onun  Xəmsə  adlı  beĢ 

əsəridir.  Nizaminin  əsərləri  qüvvətli  tərbiyəedici  gücə  malik  oldu-

ğundan uzun illər boyu dahi sənətkarın əsərləri nəsillərin tərbiyəçisi 

olmuĢ, yeni nəsillər ondan müdrik məsləhətlər almıĢ, dəyərli öyüd-

lər qazanmıĢlar. 

Nizami  poeziyası  adamları  xeyirxahlığa,  yaxĢılığa,  darda 

qalanların  əlindən tutub kömək etməyə  çağırır. Nizaminin  fikrincə, 

sən baĢqasına kömək  edərsənsə, baĢqası da bir  gün sənə köməyini 

əsirgəməz. Bu mənada Nizami yazır: 



Bacarsan hamının yükünü sən çək, 

Ġnsana ən böyük Ģərəfdir əmək 

Sən də əldən düĢüb yorulsan əgər 

Sənin də yükünü bütün el çəkər. 


 

173 


Nizaminin  fikrincə,  yaxĢılıq  etməyi  bacarmaq  insan  üçün 

mənəvi  zənginlikdir.  Belə  mənəvi  kamilliyə  çatmağı,  xeyirxah 

olmağı,  baĢqalarına  yaxĢılıq  etməyi  bacarmaq  lazımdır.  Bu  fikir 

aĢağıdakı misralarda öz ifadəsini belə tapmıĢdır: 



YaxĢılıq etməsən əgər insana 

Böyüklük Ģərəfi verilməz sana (Leyli və Məcnun) 

Yaxud da: 



Səadət kamalla yetiĢir baĢa 

Xalqa hörmət elə, ədəblə yaĢa. (Leyli və Məcnun) 

Nizami əsərlərində haqqında danıĢılan, təbliğ edilən xeyirxah-

lıq, yaxĢılıq tək bir adama,  yaxud ayrı-ayrı fərdlərə göstərilən mü-

nasibət olmayıb ictimai məna daĢıyır: 



ÇalıĢ öz xalqının iĢinə yara 

Geysin əməlindən dünya zər-xara. 

ġairin öz dövründə adamlarda görmək istədiyi və mənəvi key-

fiyyət  hesab  etdiyi  xeyirxahlıq,  yaxĢılıq,  anlayıĢları  heç  bir  zaman 

məhdudluq  bilmir, həmin fikirlər bu gün də  aktual  və  mənəvi  key-

fiyyət  sayılır  və  məktəblilərin  mənəvi  tərbiyəsində  Nizami  irsinin 

böyük rol oynadığını təsdiq edir. 

Nizami insanları yaxĢılığa, xeyirxahliğa çağırdığı kimi, adam-

larda bu mənəvi keyfiyyətləri qiymətləndirməyin vacib olduğunu da 

əxlaqi keyfiyyət hesab edir. 

Nizami Ģeirlərindən, ayrı-ayrı əsərlərindən gətirilən missallar-

dan aydın olur ki, Nizami pedaqoji ideyalarında tərbiyənin məqsədi 

xoĢbəxtliyin yalnız tək-tək adamlarla bağlı olmadığını, onun bütöv 

bir cəmiyyətə bağlı olduğunu göstərməkdir. Əlbəttə, insanların xoĢ-

bəxtliyi, cəmiyyətin xoĢbəxtliyinə gətirib çıxarır. Nizami insan xoĢ-

bəxtliyindən  danıĢarkən  heç  bir  millət  fərqini,  cinsi  ayrılığı,  sinfi 

mövqeyi nəzərə almır. 

ġairin  əsərlərindən  belə  nəticəyə  gəlmək  olur  ki,  Nizaminin 

bütün  Ģeirləri  mənəvi,  əxlaqi  fikirlərlə  yoğrulmuĢ,  onun  misraları 

insanları humanizmə, ədalətə, qayğı və mərhəmətə, nikbinliyə, doğ-

ru və dürüst olmağa, əməksevərliyə, vətənpərvərliyə və s. ən yüksək 

əxlaqi , mənəvi keyfiyyətlərə səsləyir. 

Nizami elmə, biliyə  yüksək  əxlaqi qiymət  verir.  Elmsiz insa-

nın  qüvvətsiz  olduğunu  bildirir.  Nizami  xalqı  öz  taleyinə  laqeyd 

qalmamağa,  hüquqlarını  baĢa  düĢüb,  haqlarını  tələb  etmək  üçün 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə