162
insan “torpaq kimi təvazökar” olmalı, aza qane olmalı, maddiyyətə,
dünyagirliyə, mala, pula hərisliyə, meyl etməməlidir.
“Kim ki, mal toplamaqdan ötrü dərd, qəm və əzab çəkir,
Mal-dövləti gedəcək ona ancaq əzabı qalacaqdır” - deyir .
Qətranın Ģeirlərindən duyulur ki, dövlətçilikdə, hökmdarların
dövləti idarə etməsində ilk növbədə onların ağılı, biliyi, maarifçili-
yi, ədaləti böyük rol oynayır. Qətran hökmdarları tərif etməklə san-
ki onları dövləti ağılla, mənəviyyatla, elm və biliklə idarə etməyə
çağırır. Qətran Azərbaycan hökmdarlarını dostluğa və birliyə çağı-
rıb, ölkədə vahid qüdrətli bir dövlət yaratmağı zəruri hesab edirdi.
“Ġndi ki, Ģirlə aslan bir yerə yığıldı,
Ġndi ki, ayla günəĢ bir yerə qovuĢdu,
DüĢmənlərin bədəni əriyib məhv olacaqdır,
DüĢmənlərin bədəni qəm və həsrət çəkəcəkdir” .
Qətran dəyərli bir əxlaqi keyfiyyət kimi dostluğa, səxavət və
vəfaya yüksək qiymət verərək düĢmənə qarĢı birgə müqavimət gös-
tərməyi məqsədə uyğun hesab edir. O ġah Əbülxəlil Cəfərin
dostluğunu belə mədh etmiĢdir:
“Səxavəti, vəfası, hövsələsi və böyüklüyünə görə Hamının
könlu onun dostluğuna minnətdardır.
O, zamanın ayı və yer üzünün günəĢidir!
Zaman və zəmin kimi də həmiĢəlik olsun!”
Q.Təbrizinin Ģeirləri demək olar ki, tərbiyənin bütün sahə-
lərini əhatə edir. Q.Təbrizi Ģeirlərində mənəvi keyfiyyətlərinə üstün-
lük vermiĢdir. Bu mənəvi keyfiyyətlər sırasında vətənpərvərlik,
qəhrəmanlıq, şücaət, cəsarət, düşmənə qarşı amansızlıq, dostluqda
sədaqət, comərdlik, insanpərvərlik, sülhsevərlik, səxavət, əliaçıq-
lıq, fədakarlıq, xeyirxahlıq, ədalət və s. kimi sifətlər mühüm yer
tutur.
Q. Təbrizi öz qəhrəmanlarının bu və ya digər əxlaqi, mənəvi
keyfiyyətlərinin tarixi Ģəxsiyyətlərin nümunəsində Ģərh edir. Bu da
Ģairin geniĢ məlumatlılığını göstərməklə bərabər, həm də onların
gözəl, əxlaqi sifətlərini oxuculara açıqlayır, onlardan nümunə götür-
məyə təĢviq edir..
Qətran Təbrizi əxlaqa, mənəviyyata zidd sifətləri qəbul etmir.
O, tamahkarlıq, ədalətsizlik, qorxaqlıq, bədxahlıq, avamlıq, hiylə-
gərlik, yalançılıq, xəsislik, dikbaĢlıq kimi mənfi keyfiyyətləri bədii
163
pedaqoji təfəkkürlə pisləyir, insanları saf mənəvi keyfiyyətlərə
çağırır. Məsələn, bir yerdə belə yazır:
“HəmiĢə nadanlar mənfəət tamahı ilə ziyan çəkərlər” .
Qətran Təbrizi Ģeirlərində estetik və ekoloji tərbiyə motivləri
də öz ifadəsini tapmıĢdır. O, təbiət gözəlliklərini vəsf etməklə oxu-
cuda estetik hisslər oyadır. Onun Ģeirlərində yüzlərlə bitki və hey-
van növünün adı çəkilir, onların obrazlı təsviri verilir və insanlara
sevdirilir. Biz Təbrizinin Ģeirlərini oxuduqca təbiəti daha çox sevir,
onun gözəlliklərini daha artıq qiymətləndirməyə baĢlayırıq. Onun
Ģeirlərində bahar mənzərələri, bu fəsildə təbiətdə baĢ verən dəyiĢ-
mələr böyük məharətlə təsvir olunaraq estetik tərbiyənin mühüm
bir tərəfi kimi öz ifadəsini tapır:
“Yenə bülbül gəldi, qara qarğa qərib düĢdü,
Od gülü uzaq, bənövĢə gülü yaxın oldu.
Səba yeli bağa çox nadir, bəzəkli,
Əlvan naxıĢlı minlərlə zərxana döĢədi” .
ġair həmçinin payız, qıĢ, yay fəsillərinin də xüsusiyyətlərini
bədii lövhələrlə təsvir edərək insanda bədii, estetik hisslər yaradır.
Qətran Təbrizi insanın formalaĢmasında, müəyyən məqama,
rütbəyə çatmasında irsi amillərə üstünlük verir. O bu amillərin ya
bitki və güllərin timsalında ya da bir baĢa açıq Ģəkildə əsil nəcabəti,
kökü tərif edir və “Ot kökü üstə bitər” misalına tərəfdar çıxır. ġairə
görə hər cismin öz təbiəti var və o ancaq öz təbiətinin xüsusiy-
yətlərini təzahür etdirə bilər:
“Hər qırmızı mərcan olmaz, hər yaĢıl mina olmaz,
Dağda olan hər bir daĢ yaquti - rummani ola bilməz.
Sədəfə düĢən hər damla nadir mirvari ola bilməz”.
Q.Təbrizi sanki bir təbiətĢünas alim kimi müxtəlif misallarla
hər fəslin özünə xas təbiətə, irsiyyətə malik olmasını da göstərir:
“YaxĢı fidan ancaq yaxĢı ağacdan əmələ gələ bilər/YaxĢı ağac
da ancaq yaxĢı fidan yetirər”.
Bu beyt irsi xassələrin nəsildən-nəsilə keçməsi fikrini daha
aydın ifadə edir. Q.Təbrizi Ģeirlərində açıq-aydın göstərir ki, əsil
nəcabətlilər yüksək rütbələrə çatır və yüksək mənəvi keyfiyyətlərə
sahib olurlar.
Qətran Təbrizi bənzətmələrində ədaləti ƏnuĢirəvan Ģaha, Ģan
Ģöhrəti, Ģövkəti Sultan Süleymana, biliyi Sultan Süleymanın vəziri
164
Asəfə, Buqrata, gözəlliyi Yusifə, pəhləvanlığı Ġsfəndiyara, Rüstəm
Zala, səxavəti, bəxĢiĢ verməyi Hatəmə, ağılda Ġskəndərə, mal
verməkdə Bəhram gur Ģaha, əxlaqi kamilliyi Məhəmməd peyğəm-
bərə(s), fəzilətdə Murtuzaya (birinci Ġmam Əlinin adlarından biri),
Ģüurluluğu Əflatuna, ölkələri fəth etməkdə Sultan Mahmud Qəznə-
viyə bənzədir. Qətran mədh etdiyi qəhrəmanları habelə camalda
Leyli, məhəbbətdə Məcnun, rəssamlıqda Mani, uzun ömürlülüyü
Nuh peyğəmbərin ömrü ilə müqayisə edir. Daha sonra qəhrəmanlar
siyasətdə Sama, Calalda CəmĢidə, ibadət və itaətdə Cəfəri-Təyyara
(Məhəmməd peyğəmbərin əshabələrindən biri), kiĢilikdə Heydər
Kərrara (Məhəmməd Peyğəmlərin kürəkəni), ehsan verməkdə Nil
və Hirmən çaylarına, fərasətdə HuĢənğə, iğidlikdə Rüstəm Zala
bənzədir.
Beləliklə deyə bilərik ki, Qətran Təbrizi böyük Ģair olmaqla
bərabər, bir pedaqoq, metodist, tərbiyəçi olaraq XI əsr pedaqoji fikir
tariximizdə mühüm yer tutmaqdadır.
Xətib Təbrizinin müəllimlik fəaliyyəti və tərbiyə haqqında
fikirləri. Maarif, mədəniyyət və pedaqoji fikir tariximizin görkəmli
nümayəndələrindən biri XI əsrdə yaĢayıb yaratmıĢ, ədəbiyyatĢünas,
dilçi, Ģərhçi, müəllim və pedaqoq Xətib Təbrizidir.
Dövrünün alimləri Xətib Təbrizini “Ədəbiyyat, qrammatika
və leksioqrafiya elmlərinin baĢçısı”, “Ensiklopedik zəka”, “Fazil”,
“ġeyx”, “Ərəb elmlərinin rəhbəri və ədəbiyyatĢünaslığın bayraq-
darı”, “Əxlaq və mənəviyyat Ģərhçisi” kimi adlandırmıĢlar. Bu dahi
Azərbaycan alimi ġərqin müsəlman xalqlarının elm, maarif və
mədəniyyətinin inkiĢafında böyük xidmətləri olmuĢdur. O, qırx
ildən artıq “Nizamiyyə” mədrəsəsində ədəbiyyat elmləri bölməsinin
rəhbəri, professoru və mədrəsənin zəngin kitabxanasının müdiri
olmuĢdur. Təbrizdə doğulan və böyüyən, 10 il Suriya və Misiri do-
laĢan, böyük alimlərlə görüĢən və ömrünün çox hissəsini Bağdadda
keçirən Xətib Təbrizi öz dəyərli əsərləri ilə, öz Ģərhləri ilə mühüm
əxlaqi, etik, pedaqoji problemlərə toxunmuĢ, Ģəxsiyyətin inkiĢafı və
tərbiyəsi haqqında əhəmiyyətli fikirlər irəli sürmüĢ və uzun illər
onun Ģərhləri məktəb və mədrəsələrdə ġərq ədəbiyyatının klassik
nümunələri kimi tədris olunmuĢdur.
Xətib Təbrizinin həyat və yaradıcılığı haqqında Azərbaycanda
ilk məlumatı XV əsrdə yaĢamıĢ HinduĢah Naxçıvani vermiĢdir.