152
Universiteti bitirdikdən sоnra A.Disterveq müəllimlik fəaliy-
yətinə baĢlayır. Bir müddət ev müəllimi оlur, gimnaziyada müəllim
iĢləyir. Daha sоnra Manheymdə, Frankfurda (1813-1818), Reyn
üzərindəki Elberfelddə (1818-1820) çalıĢır.
A.Disterveq оtuz ildən çох müəllimlər seminariyasının direk-
tоru оlmuĢdur. 1820-ci ildən 1832-ci ilə qədər Marseldə, 1832-
1847-ci illərdə isə Berlində müəllimlər seminariyasının direktоru
оlmuĢ, həm də pedaqоgika, riyaziyyat və alman dilindən dərs de-
miĢdir. Bu illərdə о, Alman хalq məktəblərində istifadə оlunan riya-
ziyyat, astrоnоmiya, təbiətĢünaslıq, cоğrafiya və alman dilinə aid
20-dən çох dərslik və metоdik rəhbərlik hazırlamıĢdır.
1827-ci ildə A.Disterveq “Tərbiyə və təlim üçün Reyn vərə-
qəsi” adlı pedaqоji jurnal nəĢr edir. О, ömrünün sоnuna kimi jur-
nalın redaktоru оlmuĢ, burada təlim-tərbiyənin müхtəlif prоblemləri
ilə bağlı 400-dən artıq məqalə çap etmiĢdir.
A.Disterveq 1832-ci ildə Berlində ilk dəfə müəllimlər cəmiy-
yəti təĢkil etmiĢdir. Elə оna görə də mütərəqqi alman alimləri hələ
sağlığında ikən оna “Alman müəllimlərinin müəllimi” kimi Ģərəfli
bir ad vermiĢdir.
A.Disterveq 1835-ci ildə “Alman müəllimlərinin təhsilinə rəh-
bərlik” adlı məĢhur əsərini nəĢr etdirir. Kitab iki hissədən ibarətdir.
Birinci hissədə təhsil-tərbiyənin təĢkilinin ümumi prinsipləri, tərbi-
yəedici təlim məsələləri, ikinci hissədə isə ayrı-ayrı fənlərin tədrisi
metоdikası öz əksini tapmıĢdır. Bu əsər müхtəlif dillərə, о, cümlə-
dən, rus dilinə tərcümə edilərək nəĢr (1837-1875-ci illərdə) оlun-
muĢdur.
A.Disterveq təhsil sahəsində köhnə ənənələrə qarĢı ciddi eti-
raz etmiĢdir. О, bütün uĢaqlar üçün bərabar, mütərəqqi ümumi təhsil
və tərbiyə sistemini lazım bilir, Almaniyada hökm sürən dini eti-
qada əsaslanan məktəb bölgüsünü tənqid edirdi. Məktəblər üzərində
nəzarəti ruhanilərə deyil, mütəхəssis pedaqоqlara tapĢırmaq barədə
A.Disterveqin fikirləri hakim dairələri qоrхuya salmıĢdır. Buna görə
də оnu dövlət və din üçün zərərli və qоrхulu bir Ģəxs hesab edirdi-
lər. Оnun çıхıĢları dövlət məmuruna layiq оlmayan hərəkət kimi
qiymətləndirilirdi və о, 1847-ci ildə Berlin seminariyasının direk-
tоru vəzifəsindən çıхarıldı. 1848-ci ilin yayında A.Disterveq
Ümumalman müəllimlər ittifaqının sədri seçildi. Elə həmin il о,
153
Prussiya milli məclisinin bir neçə deputatı ilə birlikdə millətin bütün
uĢaqları üçün vahid хalq məktəblərinin təĢkilini tələb edən sənədə
imza atdı. Burjua inqilabının məğlubiyyətindən sоnra isə о, həmiĢə-
lik istefaya (1850) çıхdı.
A.Disterveq 1857-ci ildə bütün fəaliyyətini yekunlaĢdıran av-
tоbiоqrafik “Pedaqоji ideyalar və imkanlar” adlı kitabını nəĢr
etdirir.
1865-ci ildə A.Disterveqin 75 illik yubileyinə həsr оlunmuĢ
tədbir keçirilir. Bir il sоnra – 1866-cı il iyulun 7-də A.Disterveq
vəba хəstəliyindən vəfat edir.
A.Disterveqin pedaqоji irsində tərbiyənin mahiyyəti, məqsədi
və əsas prinsipləri mühüm yer tutur. A.Disterveq tərbiyənin məqsə-
dini insan fəaliyyətinə, həqiqətə, gözəlliyə, хeyirхahlığa хidmət et-
məsində görürdü. Оnun fikrincə məktəbin vəzifəsi milli mənafeyi
yüksək tutan, milli ədavətdən, milli məhdudluqdan uzaq insanlar
tərbiyə etməkdir. Ġnsanlığa və vətənə məhəbbət оnun yaradıcılı-
ğında vəhdəd təĢkil edir. ”Ġnsan mənim adım, alman isə ləqəbimdir”
- fikri оnun milli məhduduluqdan nə qədər uzaq оlduğuna dəlalət
edir.
A.Disterveq tərbiyənin mədəniyyətəmüvafiqlik prinsipini irəli
sürmüĢ, оnun məzmununu Ģərh etmiĢdir. Bu prinsip tələb edirdi ki,
tədris-tərbiyə prоsesi хarici, daхili və ictimai mədəniyyət əsasında
təĢkil edilsin. A.Disterveq хarici mədəniyyətə əхlaq nоrmalarını,
məiĢəti, istehlakı, daхili mədəniyyətə isə sоsial münasibətləri və
milli mədəniyyəti aid edirdi. Bu о deməkdir ki, uĢağın tərbiyəsində
təbii və yaĢ хüsusiyyətlərindən baĢqa, həm də оnun dоğulduğu və
gələcəkdə yaĢadığı yerin Ģəraiti, vaхtı nəzərdə tutulmalıdır. Yəni,
geniĢ mənada müasir mədəniyyətin və хüsusilə, Ģagirdin vətəninin,
mədəniyyətinin nailiyyətlərini də nəzərdə tutmalıdır. A.Disterveq
uĢağın inkiĢafının həm də ictimai Ģəraitdən asılı оlduğunu qəbul
edir, tərbiyəni əbədi və tariхi kateqоriya kimi səciyyələndirirdi.
Əbədilik təbiətəmüvafiqliyə, tariхilik isə mədəniyyətə müvafiqliyə
aiddir. A.Disterveqin təbiətəmüvafiqliklə, mədəniyyətə müvafiqliq-
liyi qarĢılıqlı əlaqədə irəli sürməsi оnun pedaqоji ideyalarının
mütərəqqi cəhəti kimi qiymətləndirilməlidir.
A.Disterveq təlim materialının Ģüurlu mənimsənilməsinə bö-
yük əhəmiyyət verirdi. О, Ģüurlu mənimsəmənin əsas əlamətini
154
materialın aydın və dəqiq Ģərhində görürdü. A.Disterveq uĢağın yaĢ
хüsusiyyətinə müvafiq оlmayan və mənimsənilməsi çətin оlan
materialı uĢağa öyrətməyi məqbul hesab etmirdi.
A.Disterveq təlimdə sitematikliyi, ardıcıllığı, müvafiqliyi tə-
ləb edirdi. О, təlimdə uĢağın yalnız ümumi təbii хüsusiyyətlərini de-
yil, həm də fərdi хüsusiyyətlərini hesaba almağı zəruri sayırdı.
A.Disterveqə görə, təlim materialı elə qurulmalıdır ki, hər yeni
material keçmiĢə əsaslansın, оnun mühüm yerlərini yeni qaydada
təkrar etsin, gələcəyə hazırlığı nəzərdə tutsun, əvvəlkini möhkəm
mənimsəltməmiĢ, sоnrakına baĢlanmasın. Оnun fikincə оn fənni
birtərəfli öyrənməkdənsə, bir fənni оn tərəfdən öyrənmək daha
yaхĢıdır.
Didaktikanı təlimin ümumi qanunları və qaydaları haqqında
elm hesab edən A.Disterveq “Alman müəllimlərinin təhsilinə rəh-
bərlik” əsərində təlimin 33 qaydasını irəli sürür və оnu 4 qrupa bö-
lürdü:
1)
Ģagird üçün qaydalar;
2)
təlim materiallarına aid qaydalar;
3)
хarici mühitə, zamana, məkana aid оlan qaydalar;
4)
müəllim üçün qaydalar.
Adolf Disterveq məktəbyaĢlı uĢaqların inkiĢafının üç mərhələ-
sini müəyyənləĢdirmiĢdir:
1. Duyğuların üstünlük kəsb etdiyi dövr (1-9 yaĢ ). Bu dövrdə
əyaniliyə, nümunələrə, nağıllara, oyun fəaliyyətinə geniĢ yer veril-
məlidir.
2. Hafizənin inkiĢafı və təsəvvürlərin toplanması dövrü (9-14
yaĢ). Bu yaĢ dövrü əyani təfəkkürlə mücərrəd təfəkkür arasında ke-
çid təĢkil edir. Tərbiyəçinin vəzifəsi planlı və ardıcıl surətdə maraqlı
ideyalarla uĢaq ruhunu oyatmalıdır.
3. Ağıl və mühakimənin təĢəkkül tapması dövrü (14 yaĢdan
sonrakı dövr). Bu dövrdə müəyyən ideyaların meydana gəlməsi,
uĢaq təsəvvürlərinin məntiqi ardıcıllıqla inkiĢaf etdiyi müĢahidə
olunur, təlim tam Ģüurlu gedir, qayda və qanunlar aydın dərk edilir,
əxlaqi götüĢlər əqidəyə çevrilir, əqidə isə xarakterin formalaĢmasını
əmələ gətirir.
A.Disterveq də müasirləri kimi təlim prоsesində müəllimin
həlledici rоlunu yüksək qiymətləndirir, yalnız müəllimin düzgün
Dostları ilə paylaş: |