155
rəhbərliyi nəticəsində uĢağın Ģəхsi fəallığının artırılmasını mümkün
hesab edirdi. A.Disterveqə görə, günəş kainat üçün nə isə, müəllim
də məktəb üçün elədir, о bütün maşını hərəkətə gətirən qüvvənin
mənbəyidir. Müəllim bu maşına can və hərəkət verməyi bacarmaz-
sa, о, durğunluqda paslanacaqdır, məktəb isə bərbad оlan yerdə
müəllim müqəssirdir, yaхşı оlan yerdə müəllimə minnətdar оlmaq
lazımdır. A.Disterveq təlimdə yaхĢı iĢlənmiĢ tədris planına, prоq-
rama, dərsliyə böyük yer versə də, məktəbin bütün nailiyyətlərinin
müəllimdən asılı оlduğunu bildirmiĢdir.
A.Disterveq öz оrijinal nəzəri fikirlərini tətbiq etdiyi dərs
kitablarında və bütün pedaqоji fəaliyyətində həyata keçirmiĢ, bu-
nunla da Almaniyada хalq maarifinin inkiĢafına çох müsbət təsir
göstərmiĢdir. Оnun insanlıq tərbiyəsi kimi mütərəqqi ideyaları bu
gün də öz əhəmiyyətini itirməyib.
5.2. Rusiya klassiklərinin
tərbiyə və təhsil haqqında fikirləri
K. D. UĢinskinin tərbiyə haqqında fikirləri. Böyük pedaqoq
K.D.UĢinskinin (1824-1871) “İnsan tərbiyənin predmetidir”
pedaqoji-psixoloji əsəri XIX əsrin 60-cı illərində Rusiyanın
mütərəqqi ictimai fikrində mühüm rol oynamıĢdır. Bu əsərlə o,
tərbiyə haqqında yeni fikirlər irəli sürmüĢdür.
“Ġnsan tərbiyənin predmetidir” əsəri 81 fəsildən ibarət olub
2 hissəni: “Fizioloji hissə”ni və “Psixoloji hissə”ni təĢkil edir.
Burada irəli sürülmüĢ tərbiyəvi məsələlər həm fəlsəfi baxımdan
iĢıqlandırılır, həm də onların mahiyyəti açıqlanır.
“İnsan tərbiyənin predmetidir” traktatında təlim-tərbiyə
nəzəriyyəsini elmi cəhətdən əsaslandıran Konstantin Dmitriyeviç
Uşinski belə qənaətə gəlir ki, pedaqoji təcrübə ayrı-ayrı hallarda bir
deyil, bir neçə səbəbə malik olan çox mürəkkəb prosesdir.
”Əgər pedaqogika insanı hər cəhətdən tərbiyə etmək istəyirsə,
o, əvvəlcə insanı hər cəhətdən də öyrənməlidir” müddəasına uyğun
olaraq K.D.UĢinski aĢağıdakı məĢhur fikrini irəli sürür: “Tərbiyəçi
insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli
156
cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları və eləcə də böyük ruhi
tələbləri ilə tanıĢ olmalıdır. Tərbiyəçi insanı ailədə, cəmiyyətdə,
xalq arasında, bəĢəriyyət içərisində və öz vicdanı ilə üzbəüz dur-
duğu halda öyrənməlidir. O, insanı bütün yaĢlarda, bütün siniflərdə,
bütün vəziyyətlərdə, Ģadlıq və qəmginlik hallarında, yüksələn və
alçalan hallarda, bədəncə sağlam və xəstə olan vaxt, hədsiz ümidlər
içərisində və bütün insan təsəllilərinin gücsüz olduğu ölüm yata-
ğında olan zaman öyrənməlidir. O, ən çirkin və yüksək iĢlərin mey-
dana çıxması səbəblərini, cinayətlərin və yüksək fikirlərin baĢ ver-
məsi tarixini bilməlidir. Yalnız bu zaman o, insan təbiətinin özün-
dən tərbiyə vasitələrini əxz edə bilər bu vasitələr isə çoxdur”.
K.D.UĢinskiyə görə, səmərəli pedaqogikanın əsas yolu insanı
tərbiyə predmeti kimi əsaslı surətdə öyrənməkdən ibarətdir. Peda-
qoq alim K.D.UĢinski “İctimai tərbiyədə xəlqilik haqqında” əsərin-
də yazırdı: “Hamı üçün ümumi olan tək bircə fitri meyl var ki, tərbi-
yə ona hər zaman arxalana bilər. Biz buna xəlqilik adı veririk”.
K.D.UĢinskinin tərbiyə sistemində xəlqilik əsas ideyanı təĢkil
edir. Bu onun pedaqoji konsepsiyasının əsas mərkəzidir.
K.D.UĢinski xəlqiliyi hər bir xalqın öz tarixinə və həmin
xalqın səciyyəvi xüsusiyyələrinə müvafiq kimi baĢa düĢürdü. Onun
fikrincə, gənc nəslin tərbiyəsi xəlqilik üzərində qurulmalı və
uĢaqlarda milli iftixar hissi oyatmalıdır.
K.D.UĢinski yazırdı ki, hər xalqın özünəməxsus milli tərbiyə
sistemi vardır: ona görə ki, bir xalqın baĢqa xalqdan tərbiyə sistem-
lərini əxz etməsi mümkün deyildir. K.D.UĢinski əxlaq tərbiyəsinə
böyük əhəmiyyət vermiĢdir. Onun fikrincə, tərbiyənin məqsədi-həm
zehni, həm əxlaqi, həm də fiziki cəhətdən inkişaf etmiş və öz zəhməti
ilə xalqına fayda verən mükəmməl insan yetişdirməkdir.
Tərbiyə insanın formalaĢmasında həlledici rol oynayır, insan
tərbiyə nəticəsində insan olur. K.D.UĢinski tərbiyəni yalnız insan
cəmiyyətinə xas olan ictimai hadisə hesab etmiĢ və onu biolojiləĢ-
dirməyə çalıĢan hər cür təĢəbbüsə qarĢı çıxmıĢdır.
K.D.UĢinski gənc nəsildə vətənpərvərlik, xalqa bağlılıq, icti-
mai vəzifə hissi, insanpərvərlik, əqidədə möhkəmlik, iĢgüzarlıq, çə-
tinliklərlə mübarizə üçün yüksək iradə və əzm, əməyə sevgi, doğru-
çuluq, namuslu və intizamlı olmaq kimi müsbət əxlaqi keyfiyyət-
lərin tərbiyə edilməsini vacib sayırdı.
157
K.D.UĢinski Ģəxsiyyətin formalaĢmasında əməyi mühüm Ģərt
hesab edirdi. O, “Əməyin psixi və tərbiyəvi əhəmiyyəti” adlı məqa-
ləsində əməyi maddi sərvətlər yaradan mühüm Ģərt adlandıraraq
yazırdı: “Əgər tərbiyə insanı xoĢbəxt etmək istəyirsə, onu xoĢbəxt-
lik üçün tərbiyə etməməli, bəlkə də əmək həyatına hazırlamalıdır...
Tərbiyə insanda əməyə adət və məhəbbət inkiĢaf etdirməlidir”.
Fiziki əməyə böyük əhəmiyyət verən K.D.UĢinski onun zehni
əməklə birləĢdirilməsini faydalı hesab etmiĢdir. Onun fikrincə,
təlim əməkdir, özü də ağır zehni əməkdir; bu sahədə vərdiĢi olma-
yan adam daha tez yorulur, buna görə də uĢaqları zehni əməyə
tədricən alıĢdırmaq lazımdır.
K.D.UĢinski qeyd edirdi ki, ictimai tərbiyə sahəsində hər
kəsin öz yeri vardır. Lakin, bu orqanizmdə ən mühüm üzv müəllim-
dir, tərbiyəçidir. Tərbiyəvi təsir inkiĢaf etmiĢ xarakterin yeni təĢək-
kül edən xarakterə təsiri deməkdir, xarakter insanın Ģəxsiyyətin-
dədir. Ona görə də tərbiyədə hər Ģey tərbiyəçinin Ģəxsiyyətinə əsas-
lanmalıdır, çünki tərbiyə qüvvəsi ancaq insan Ģəxsiyyətinin canlı
mənbəyindən axır.
A.S.Makarenkonun tərbiyə haqqında fikirləri. A.S.Maka-
renkonun pedaqoji sisteminin əsas tələbi- kollektivdə, kollektiv
vasitəsi ilə, kollektiv üçün tərbiyə prinsipidir. O, deyirdi ki, bizim
tərbiyənin əsas vəzifəsi kolektivi ilk öncə təĢkil və tərbiyə etməkdir.
Kollektiv adamların təsadüfi toplanıĢı deyil, ümumi məqsədə çat-
maq üçün müəyyən səlahiyyət, məsuliyyət hiss edən adamların
birliyidir.
Kollektiv-mütəĢəkkil Ģəxslərin, kollektiv orqanlara malik Ģəx-
siyyətlərin məqsədə yönəlmiĢ kompleksidir. Kollektiv canlı ictimai
orqanizmdir, ona görə orqanizmdir ki, onun orqanları vardır, burada
vəkalət, məsuliyyət, hissələr arasında nisbət, asılılıq vardır; bunlar
olmazsa, kollektiv də ola bilməz, sadəcə qurum və ya yığım ola
bilər.
A.S.Makarenkonun tərbiyə sistemində “paralel təsir” prinsipi
mühüm yer tutur. Bu prinsipə görə, kollektiv üzvinə Ģəxsən peda-
qoji təsir etməklə yanaĢı, həm də kollektiv vasitəsi ilə də təsir edil-
məlidir. Onun tərbiyə sistemində əsas məsələlərdən biri humanizm-
dir, insanlara qayğıdır. O deyirdi ki, insandan mümkün qədər daha
çox tələb etmək və ona olduqca ehtiramla yanaĢmaq lazımdır.
Dostları ilə paylaş: |