Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə54/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   176

 

165 


Daha  sonralar,  M.S.Ordubadi,  H.Araslı  X.Təbrizi  haqqında  məqa-

lələr yazmıĢ, X.Təbrizinin həyatı və yaradıcılığı haqqında professor 

Malik Mahmudov dəyərli monoqrafiya yazmıĢdır. 

Xətib  Təbrizi  ilk  təhsilini  Təbrizdə  almıĢ,  burada  ərəb,  fars 

dillərini  öyrənmiĢ  daha  sonra  Bəsrədə  ərəb  filologiyası  sahəsində 

mükəmməl bilik əldə etmiĢdir. 

X.Təbrizi  Suriyanın  müxtəlif  Ģəhərlərini  dolaĢmıĢ,  elimini 

artırmıĢ, DəməĢqə gəlmiĢ, burada “Bağdad tarixi”nin müəllifi məĢ-

hur tarixçi Xətib Bağdadi ilə tanıĢ olmuĢdur. On ildən artıq səyahət 

edərək  görkəmli  alimlərlə  görüĢən  X.Təbrizi  Misirdən  Bağdada 

qayıtmıĢ və HinduĢah Naxçivaninin verdiyi məlumata görə Bağdad 

Nizamiyyə mədrəsəsi açılan kimi-yəni 1067-ci ildə Nizam-əl-Mülk 

Xətib Təbrizini Nizamiyyə mədrəsəsinə dəvət etmiĢdir. Böyük Ģərq-

Ģünas  alim  Ġ.Y.Kraçkovskinin  də  qeydinə  görə  Xətib  həmçinin 

ədəbiyyat  elmləri bölümünün dekanı  və professoru kimi  də fəaliy-

yətə baĢlamıĢdır. 38 yaĢlı Xətib Təbrizinin ġərqin bu böyük mədrə-

səsində  ədəbiyyat  bölümünün  rəhbəri  seçilməsi,  zəngin  kitabxa-

nanın  midiri  təyin  edilməsi  onun  nə  qədər  bilikli,  zəki,  parlaq  bir 

Ģəxsiyyət olmasından xəbər verir. 

Xətib Təbrizi ömrünün sonuna qədər 40 il bu vəzifədə çalıĢ-

mıĢdır ki, bu da ġərqin yalnız çox nadir simalarına nəsib ola bilərdi. 

Xətib Təbrizinin elmi-pedaqoji irsi  olduqca zəngin və rənga-

rəngdir. O, ömrünün sonuna qədər elmi-pedaqoji fəaliyyətini dayan-

dırmamıĢ  və  dəyərli  əsərlər  və  Ģərhlər  yazmıĢdır  ki,  bu  əsərlərdə 

ədəbiyyat  və  dilçiliyin  tədqiqi  ilə  bərabər  ġərq  xalqlarının  adət  və 

ənənələri, etnoqrafiyası, əxlaqi- mənəvi təfəkkürü öz əksini tapmıĢ-

dır. 

Xətib Təbrizi islam qaydaları, Ģəriət qanunları ilə ciddi maraq-



lanmıĢ və hətta bu barədə iki böyük əsər yazmıĢdır. Onlardan birin-

cisi “Təfsir əl-Quran”dır (“Quranın açıqlaması”). Ġkincisi isə Qura-

nın elmi qrammatik cəhətdən təhlilinə-həsr edilmiĢ “Ġrab əl-Quran”-

dır (“Quranda hallanma”). 

Xətib Təbrizi alim, tədqiqatçı, Ģərhçi olmaqla bərabər həm də 

böyük Ģair olmuĢdur. X. Təbrizi Sultan Alparslanın vəziri Nizam əl-

Mülkə böyük bir qəsidə həsr etmiĢdir. Xətib öz qəsidəsini Nizam əl-

Mülkün  müdrik  fəaliyyətinə  həsr  edərək  onun  sayəsində  xalqın 

vəziyyətinin yaxĢılaĢdığını, elmə, maarifə yüksək qiymət verdiyini, 



 

166 


onun  “zəkası  ilə  dünyanın  iĢıqlandığını,  arzuların  həqiqətə  çevril-

diyini” söyləyir. 

Xətib yazdığı Ģərhlərində məzmuna əsas fikir vermiĢ, formanı 

ikinci planda görmüĢdür. O, bu dünyagörüĢündən çıxıĢ edərək deyir 

ki, insanın da dəyəri onun formasında deyil, məzmunundadır. 

Xətib  Təbrizi  insanlarda  gözəl  estetik  duyğuların  tərbiyə 

olunmasını istəyir və Ģeirin tərbiyəvi rolunu yüksək qiymətləndirir. 

Bu  cəhətdən  o,  öz  Ģeirlərində  Ģairlərin  yüksək  sənətkarılığa,  incə 

zövqə, estetik duyğulara malik olmasını tələb edir və Ģeirlərində də 

belə hisslərin təbliğ olunmasını təqdir edir. 

Xətib  Təbrizi  Ģeirlərin  təhlilinə  bir  çox  yönlərdən-pedaqoji, 

psixoloji, dilçilik, etnoqrafik, ədəbiyyatĢünaslıq, tarix, folklor cəhət-

lərindən  yanaĢmıĢdır.  Bu  onun  dərin  və  hərtərəfli  biliyə  bələd  ol-

masından,  pedaqoji  iĢdə  çalıĢmasından,  müəllimlik  fəaliyyətindən 

irəli gəlmiĢdir. 

Xətib Təbrizinin əsərlərində meydana çıxan mühüm cəhətlər-

dən biri onun özünün həyata, cəmiyyətə olan baxıĢlarını ifadə etmə-

si  və  əxlaqi-etik  fikirlər  irəli  sürməsidir.  Alimin  pedaqoji  ustalığı 

ondadır  ki,  o  özünün  fikirlərini  təhlil  etdiyi  Ģeirlərin  məzmunu  ilə 

əlaqələndirməyi bacarmıĢdır. 

Xətib Təbrizi insanın formalaĢmasında, tərbiyə olunub ərsəyə 

çatmasında  ictimai  mühitin  roluna  yüksək  qiymət  verir.  Xətib 

Təbrizinin fikirlərindən  aydın olur ki,  cəmiyyətin əyrilikləri insan-

ların tərbiyəsinə qüvvətli təsir göstərir. O, bu fikri ilə mühitin insan 

tərbiyəsində  roluna  yüksək  qiymət  verir.  Pozulmalara  müqavimət 

göstərməyi  alim  insanların  elmi  biliklərə  yiyələnməsində  görürdü. 

Yalnız elm, bilik vasitəsi ilə insanlar zamanın hadisələrini dərk edə 

bilərlər, mühitin onların qarĢısına çıxardığı çətinliklərə sinə gərərək 

aciz və zəif qalmazlar. 

Xətib Təbrizi aza qane olmağın, dünya malına uymamağm tə-

rəfində  olmuĢdur.  O,  “Sitq  əz-Zənd”in  Ģərhi”ndə  Əbul-Əlanın  bir 

beytini  Ģərh  etmiĢdir:  “Torpaq  sənə  minnətdarlıq  edir:  çünki  sən 

onun hədiyyəsini götürmürsən, (əksinə)ona bəxĢiĢlər verirsən”. Xə-

tib Təbrizi bu beyti əxlaqilik, könül toxluğu baxımından Ģərh edərək 

qeyd  edir  ki,  “Bütün  dünya  malını  verən  torpaqdır”.  Xətib  Təbrizi 

insanın  torpağa  əyilməsini,  əməklə,  əməli  iĢlə  məĢğul  olmasını 

torpağın bütün nemətlərin anası olduğunu söyləyir. 



 

167 


Xətib  insanları  öz  vətənində  kortəbii  surətdə  deyil,  ağılla 

sevməyə çağırırdı. Məhz buna görə də, alim vətənpərvərliyi insanın 

ağlının  kamilliyində,  insanın  mərdliyində  görürdü.  Öz  vətəninə, 

xalqına biganə olanları böyük mütəfəkkir Ģiddətlə tənqid edərək ya-

zırdı: “Öz qəbilənin, xalqının olduğu bir ölkədən Ģikayətlənmə, ya-

xın adamlarının yaĢadığı torpağa qarĢı biganə olma”. Xətib Təbrizi 

vətənpərvərliyi  insanın  ən  ali  keyfiyyəti  hesab  edir  və  əsil  insan 

dedikdə ilk öncə onun vətənə məhəbbətini nəzərdə tuturdu: “Vətənə 

məhəbbət  insanın  ən  Ģərəfli  və  ən  qüdrətli  xüsusiyyətidi”.  Alimin 

fikrincə  əgər  insanlar  bir-biri  ilə  sıx  ünsiyyətdə  olsalar,  bu  onlar 

üçün fayda gətirər: “Təfriqəçilik isə yalnız pislik gətirə bilər”. Bu-

nunla  da  alim  xalqı,  millətləri,  ölkələri  parçalayan,  xanlıqlar  təĢkil 

edib qanlı vuruĢmalar aparan orta əsrlərin hakimlərini tənqid edirdi. 

Ġnsanpərvərlik  Xətibin  fikrincə,  vərənpərvərlik  kimi  müqəd-

dəsdir. O, insanların bir-biri ilə mehriban, xoĢ ünsiyyətdə olmasını 

təbliğ  edirdi:  “Ġnsanlarla  xoĢ  ünsiyyətdə  olanlar  onların  ən  Ģərəfli-

sidir” - deyiridi. 

Xətib  Təbrizi  öz  əsərlərində  insanları  əməksevərliyə,  əməli 

fəaliyyət  göstərməyə səsləyirdi. O insanları əzmlə, iradə ilə fəaliy-

yət göstərməyə çağıraraq deyirdi ki, “Ġnsan öz fikrində, əqidəsində 

möhkəm  olmalıdır”.  Alim  insanların  səbrlə  və  təmkinli  olmalarına 

böyük əhəmiyyət  verir və qeyd edirdi ki,  insan bir iĢ  görmək istə-

dikdə təmkinli və səbrli olmalı, heç vaxt tələsməməlidir. O deyirdi: 

“Ġnsan öz iĢində ola bilsin ki, tələsməsə, öz ehtiyacını tələsik etmə-

sə,  daha  tez  müvəffəqiyyət  qazana  bilər.  Amma,  iĢində  tələsərsə 

(bu) tələskənlik onun istədiyini gecikdirər”. 

Xətib Təbrizi  qənaətcilliyi bir əxlaqi keyfiyyət  hesab edir və 

bunu  varlanmağın  yeganə  yolu  hesab  edir  və  “Qənaət  ən  böyük 

dövlətdir”  -  deyirdi.  Bu  gün  pedaqogika  elmimizdə  qənaətcillik 

tərbiyəsi yeni pedaqoji təfəkkürdən irəli gəlmiĢ və insanın ən nəcib 

əxlaqi  keyfiyyətlərindən  biri  sayılmaqdadır.  X.Təbrizi  əsərlərində 

qənaət  və  qənaətcillik  tərbiyəsi  haqqında  dəyərli  əxlaqi  fikirlər 

söyləyir:  “Ġnsan  baĢqalarına  əl  uzatmaqdansa,  özgənin  malına  göz 

dikməkdənsə  az  yeməyə  və  yararsız  cod  geyimə  səbr  etsə,  heç 

kimin malına ehtiyacı olmaz. Bu isə insanın öz nəfsinə qarĢı cihad 

etməsi  kimidir”.  Göründüyü  kimi  X.Təbrizi  qənatəcilliyin  yolunu 

da  göstərərək  bildirir  ki,  baĢqasına  möhtac  olmaqdansa  aza  qane 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə