158
A.S.Makarenkonun tərbiyə sistemində digər əsas məsələ-
lərdən biri “perspektiv xətlər sistemi”dir. Görkəmli pedaqoq qeyd
edirdi ki, insan öz gələcəyində sevindirici bir Ģey görməsə, dünyada
yaĢaya bilməz. Ġnsanın həyatının əsil stimulu sabahkı sevincdir. Pe-
daqoji prosesdə bu sabahkı sevinc çox mühüm əhəmiyyətə malikdir.
Odur ki, qarĢıya hər zaman yeni-yeni məsələlər qoyulmalı və
onların əldə edilməsi uğrunda mübarizə aparılmalıdır. Bu sistem
uĢaqları həmiĢə fərəhli və gümrah saxlayır, onları yaradıcılıqla
iĢləməyə, dayanmadan irəli getməyə alıĢdırar. Bu çox ciddi, düĢü-
nülmüĢ, planlı iĢ üsuludur.
A.S.Makarenko insanın tərbiyə və yenidəntərbiyə edilməsində
əməyin rolunu yüksək qiymətləndirirdi. O, deyirdi ki, intizam
tərbiyənin təkcə vasitəsi deyil, həm də tərbiyənin nəticəsidir.
Pedaqoqun fikrincə, günahkar və intizamsız adamları cəzasız
buraxmaq olmaz. Əsas məsələ cəzanı necə tətbiq etməkdədir. Cəza
sistemsiz, mənəvi cəhətdən təhqiredici və tələsik olmamalıdır, cəza
fərdi səciyyə daĢımalı və günaha müvafiq verilməlidir. Cəza ver-
məzdən əvvəl izahat iĢi aparılmalıdır.
A.S.Makarenko intizam tərbiyəsində cəzalandırma ilə yanaĢı,
rəğbətləndirmənin böyük əhəmiyyət kəsb etdiyini əsaslandırmıĢdır.
O, rəğbətləndirməyə müəllifin tərifini, yoldaĢların ehtiramını, əmrlə
təĢəkkür verməyi, uĢaqlara məsul iĢlər tapĢırmağı aid edirdi.
A.S.Makarenko uĢaqlara təsir göstərən tədbirlər sırasında
ictimai rəyin, Ģəxsi nüfuzun və nümunənin, sərəncamın, inandırma
və izahatın, ənənə və rejimin əhəmiyyətini xüsusi vurğulayırdı.
A.S,Makarenko yazırdı: “Normal uĢaqlar və normal vəziyyətə
gətirilmiĢ uĢaqlar tərbiyənin daha çətin obyektləridir. Onların xasiy-
yəti çox yumĢaq, tələbləri müxtəlif, mədəniyyəti dərin, münasibət-
ləri müxtəlifdir. Onlar sizdən güclü iradə, yüksək həyəcan deyil,
yüksək texnika tələb edirlər”.
A.S.Makarenko koloniya və kommunada iĢləyərkən fiziki tər-
biyənin gəzinti, turizm, oyun, idman, gimnastika vasitələrindən ge-
niĢ istifadə etmiĢ, bədii tərbiyəni əqli, əxlaqi, fiziki tərbiyə ilə əlaqə-
ləndirmiĢdir.
159
TapĢırıqlar
Təqdim olunan bu məsələlərlə bağlı aidiyyatı üzrə baĢqaları ilə
fikir mübədiləsi aparmağa çalıĢın. Bu prosesdə fəallığınızı qiymətlən-
dirin. Məsləhətdir ki, V fəslin məzmununa daxil edilmiĢ materialı bir
daha nəzərdən keçirəsiniz.
1.
Y.A.Komenskinin tərbiyə haqqında fikirləri.
2.
C.Lokkun tərbiyə haqqında
fikirləri
3.
Helvetsinin pedaqoji fikirləri
4.
Deni Didronun pedaqoji görüĢləri
5.
J.J.Russonun tərbiyə haqqında fikirləri
6.
A.Disterveqin tərbiyə və təhsil haqqında fikirləri
7.
Ġ.H.Pestalotsinin tərbiyə haqqında fikirləri.
8.
Ġ.F.Herbartın tərbiyə haqqında fikirləri
9.
K.D.UĢinskinin tərbiyə haqqında fikirləri
10.
A.S.Makarenkonun tərbiyə haqqında fikirləri.
Ədəbiyyat
1.Mərdanov M.C. Azərbaycan təhsil tarixi. 3 cilddə. Bakı: Təhsil,
2012 .
2. Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006.
3. Rüstəmov F.A. Pedaqogika tarixi. Bakı: Nurlan, 2010.
4. Rüstəmov F.A. ġərqdə pedaqogika tarixi. Bakı, 2002.
5. Komenski Y.A. Böyük didaktika. Bakı: Nurlan, 2012.
6. Makarenko A.S. SeçilmiĢ əsərləri. Bakı: Maarif, 1985.
7. Seyidov Ə.Y. Pedaqogika tarixi. Bakı: Maarif, 1968.
160
VI fəsil
AZƏRBAYCAN MÜTƏFƏKKİRLƏRİ
TƏRBİYƏ VƏ TƏHSİL HAQQINDA
Əhatə olunan məsələlər:
6.1. XI – XII əsr Azərbaycan klassikləri tərbiyə və təhsil haqqında.
6.2. Erkən orta əsrlər dövründə Azərbaycan klassik pedaqoji fikri.
6.3. XIX əsr və XX əsrin birinci yarısında görkəmli Azərbaycan
maarifpərvərlərinin tərbiyə və təhsil haqqında fikirləri.
161
6.1.
XI-XII əsr Azərbaycan klassikləri
tərbiyə və təhsil haqqında
Qətran Təbrizinin tərbiyə və təhsil haqqında fikirləri. XI
əsr Azərbaycan xalqının ictimai-bədii, pedaqoji təfəkkür tarixinin
görkəmli nümayəndələrindən biri Qətran Ġbn Mənsur Təbrizidir
(1012-1088) O, təkcə Azərbaycanda deyil, bütün Yaxın ġərqdə
mədhiyyələr yazan, dəyərli fikirlər söyləyən, hikmətli sözlər deyən
böyük mütəfəkkir kimi tanınmıĢdır.
O Təbrizdə, Gəncədə, Naxçıvanda yaĢayıb yaratmıĢ qüdrətli
Azərbaycan sənətkarı olmuĢdur. Qətran Təbrizinin “Divan”ını ilk
dəfə toplayıb nəĢr etdirən Məhəmməd Əli Naxçıvani olmuĢdur .
Qətran Təbrizi öz Ģeirlərirıdə Azərbaycan hökmdarlarının
qəhrəmanlığını, Ģücaətini, ədalətini, vətənpərvərliyini, əxlaqi, mənə-
vi keyfiyyətlərini mədh etmiĢdir.
Qətranın yaradıcılığında həm yüksək bədiilik, həm tarixi ha
disələrin təsviri, həm tarixilik, həm də tərbiyəvi əxlaqi keyfiyyət-
lərin Ģərhi yüksək dərəcədədir. Qətran Təbrizinin “Divan”ını oxu-
duqca gözümüz qarĢısında yalnız yüksək ilhama malik bir Ģair de-
yil, həm də bir pedaqoq, müəllim, tərbiyəçi, qədim Yunan və ġərq
elm və mədəniyyətinə dərindən bələd olan görkəmli bir alimin
siması canlanır.
Qətranın Ģeirləri əxlaqi, mənəvi, ibrətamiz fikirlərlə zəngindir.
O həyat haqqında fikirlərini mənsub olduğu sadə xalq kütləsinə
müraciətlə belə deyir:
“Ey ciyəri yanan, bu bağdan meyvə axtarma. Bu bağ ancaq
ikiqapılı bir söyüdlükdür. Bihudə danışma ki, bağban arxada durub.
Torpaq kimi aram ol, yel kimi ötüb keç”.
ġair demək istəyir ki, yaĢadığımız həyat olum və ölüm adlı iki
qapısı olan söyüdlükdən ibarətdir. Olum qapısmdan bu söyüdlüyə
daxil olan insan dadlı meyvələr axtarır, nəsə bir Ģeylər toplamaq
istəyir. Lakin nəzərə almır ki, bu bağ söyüdlükdür. Bu söyüdlükdən
dərilmiĢ “meyvə” heç nəyə yaramayacaq. Buradan heç nə apara
bilməyəcəkdir. Əcəl adlı bağban pusquda durmuĢ, insanı ölüm qa-
pısından içəri atmaq üçün fürsət gözləyir. ġair bildirir ki, bu həyatda