Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə47/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   176

 

143 


da tərbiyəlidirlər. Dövlətlilərin uĢaqlarını tərbiyə etmək lazımdır. O 

zaman  dünya  baĢqa  Ģəkil  alar.  Ona  görə  də  J.J.Russo  Emili  varlı 

ailədən  götürmüĢdü. O, deyirdi  ki,  pozulmuĢ  cəmiyyət  insanları  da 

pozur,  belə  cəmiyyətdə  Emili  tərbiyə  etmək  olmaz.  Ona  saf  tə-

biətdə,  təbiətə  uyğun  tərbiyə  vermək  lazımdır.  Təbiətə  imkan  ver-

mək  lazımdır  ki,  uĢaqları  tərbiyə  etsin.  Bitkini  becərməklə,  insanı 



tərbiyə etməklə formalaşdırmaq olar. 

II.  Təbii  tərbiyə  nəzəriyyəsi. Russoya görə, uĢağın tərbiyəsi 

təbiətə uyğun olmalıdır. Russo azad tərbiyə tərəfdarı idi. Russo tər-

biyənin  psixoloji  cəhətdən  əsaslandırılmasını  müdafiə  edir,  uĢağın 

yaĢ xüsusiyyətləri ilə bərabər, həm də fərdi xüsusiyyətlərinin nəzərə 

alınmasını zəruri hesab edirdi. 

J.J.Russonun  nəzəriyyəsinə  görə,  təbii  tərbiyə  tərbiyəçinin 

uĢağı dərindən bilməsi, onun Ģəxsiyyətinə  yüksək dərəcədə hörmət 

etməsi  nəticəsində onu pis  təsirdən qoruya bilər.  J.J.Russo deyirdi 

ki, uĢaqlar tərbiyəni üç mənbədən: təbiət, əşya və insanlardan alır: 

1. Təbiət vasitəsi ilə tərbiyə insanın qabiliyyətlərini, hiss or-

qanlarını inkiĢaf etdirmək deməkdir



2.  ƏĢya  və  hadisələrlə  tərbiyə  uĢaq  Ģəxsiyyətinə  onu  əhatə 

edən  mühitlə  təsir  etmək  deməkdir.  Məsələn:  uĢaq  əlini  oda  vurur, 

əli yanır. Ona görə də ikinci dəfə əlini bir daha oda vurmur və bura-

dan da təbii olaraq əĢyalar vasitəsilə uĢaq tərbiyə olunur. 



3.  Ġnsanlarla  tərbiyə  uĢaq  Ģəxsiyyətinə  müəyyən  məqsədlə 

edilən  pedaqoji  təsirdir.  Russoya  görə,  alınan  bilik  və  vərdiĢlər 

insanlar tərəfindən verilən tərbiyəyə daxildir. 

Bu  üç  təsir  istiqamətdə,  vəhdətdə  həyata  keçirilərsə,  tərbiyə 

düzgün  gedər,  qarĢıya  qoyulmuĢ  məqsədə  nail  olmaq  olar.  Tərbi- 

yədə  ən  böyük  səhv  həddindən  artıq  tələsməkdir.  J.J.Russo  uĢağın 

təcrübəsini  həddindən  artıq  yüksək  qiymətləndirirdi.  Təbiətin  ver-

diyi  bizdən  asılı  deyildir.  Russonun  təbii  tərbiyə  nəzəriyyəsi  onu 

azad  tərbiyəyə  gətirib  çıxarırdı.  O  deyirdi:  “Təbiət  tələb  edir  ki, 

uĢaqlar böyük olmazdan əvvəl, uĢaq olsunlar!” 

Tərbiyənin vəzifələrinə J.J.Russo xoĢbəxtliyi, həm də ləyaqəti 

inkiĢaf  etdirməyi,  arzuları  məhdudlaĢdırmağı,  qüvvələri  inkiĢaf  et-

dirməyi  daxil  edirdi.  Belə  tərbiyə  olunan  Ģəxsiyyət  ləyaqətli,  xoĢ- 

bəxt, rəhmdil olmaqla sözün əsl mənasında insan kimi yetiĢir. 

J.J.Russonun fikrincə, kamil tərbiyə təbii tərbiyə olmalı, tərbi- 




 

144 


yə  olunanın  təbiətinə  tamamilə  cavab  verməlidir.  Tərbiyə  zamanı 

heç bir zor, təzyiq iĢlədilməməlidir. 



III.  Təbii  din  nəzəriyyəsi.  J.J.Russo  Allahın  varlığını  qəbul 

edirdi.  O,  tərbiyədə  uĢağın  yaĢ  xüsusiyyətlərini  nəzərə  almaq  tələ- 

binə  müvafiq  olaraq  insanın  inkiĢaf  dövrlərini  müəyyənləĢdirməyə 

nail olmuĢdur. 

O,  “Emil  və  ya  tərbiyə  haqqında”  adlı  pedaqoji  əsərində 

Emilin inkiĢafını dörd dövrə bölür. Əsər özü beĢ hissədən ibarətdir. 

Dörd  hissəsi  Emilin  tərbiyəsinin  dörd  dövründən,  beĢinci  hissə  isə 

qadın tərbiyəsindən, yəni Sofiyanın tərbiyəsindən bəhs edir. 

Beləliklə,  J.J.Russonun  fikrincə,  kamil  tərbiyə  təbii  öyrənmə 

ilə olmalı və tərbiyə olunanın təbiətinə tamamilə müvafiq olmalıdır. 

Tərbiyə zamanı heç bir zor, təzyiq iĢlədilməməlidir. 

Russo uĢağın nitq inkiĢafına xüsusi əhəmiyyət verirdi. O tələb 

edirdi  ki,  söz  aydın  deyilməli  və  əĢya  uĢağa  göstərilməlidir.  UĢaq 

nitqinin inkiĢafında Russo hər cür tələskənliyin əleyhinədir. Sözlə-

rin təhrif  edilərək tələffüz olunması  Russoya  görə uĢaqda pəltəklik 

yaradır. 

Russoya görə iki yaĢa qədər uĢaqlar həqiqi əqli qabiliyyətlərə 

malik  olmurlar.  Onlarda  təfəkkür,  hətta  yaddaĢ  belə  yoxdur.  Onlar 

yalnız səsləri, obrazları, duyğuları, rabitələri yadda saxlaya bilirlər. 

Onların bilikləri yalnız duyğularda əks olunur, təfəkkürə keçmir. Bu 

dövr  əqlin  yuxu  dövrüdür.  Madam  ki,  belədir,  onda  uĢaqlara  əqli 

məsələlərlə məĢğul olmağı təklif etməyin faydası yoxdur. 

Russoya  görə  fiziki  inkiĢaf,  əqli  inkiĢafla  sıx  bağlıdır.  Fiziki 

inkiĢaf əqli inkiĢaf mərhələsinə zəruri hazırlığı yerinə yetirir. 

UĢağın ağıllı və düĢüncəli olması üçün onun möhkəm, sağlam 

olmasına  çalıĢın.  Qoyun  o  iĢləsin,  hərəkət  etsin,  qaçsın,  qıĢqırsın, 

həmiĢə fasiləsiz hərəkətdə olsun. Qoyun o, güclü və qüvvətli adam 

olsun. Onda onun əqli də inkiĢaf edəcəkdir. Bədəni fiziki möhkəm-

ləndirməyə gəldikdə Russo burada uĢağın həddən artıq əzizlənməsi 

və  qəyyum  edilməsinin  əleyhinə  çıxır.  UĢağın  ilk  addımlarından 

müstəqilliyə öyrədilməsi vacibdir. UĢaq öz gücünə, qüvvəsinə inan-

malıdır. Russo qeyd edirdi ki, Emil ayaq açıb yeriyəndə onun qoru-

yucu papağı, təkərlərə bərkidilmiĢ səbəti olmayacaqdır. O, özü yeri-

məyi  öyrənəcək,  yıxılacaq,  duracaq,  lakin,  öyrənəcəkdir.  Qoy  uĢaq 

müstəqil  addım  atarkən  yıxılsın,  dizi  əzilsin,  əti  göyərsin  –  bütün 



 

145 


bunlar  bu  yaĢda  təhlükəli  deyil.  Çünki,  əzab  çəkmək  ilk  Ģeydir  ki, 

uĢaq ona alıĢmalı, öyrənməlidir. 

Russo  əmək  tərbiyəsinə  xüsusi  əhəmiyyət  verir  və  deyirdi: 

“Əlini  iĢsiz  baĢını  fikirsiz  qoyma”!  Oğlu  Emilə  məsləhət  görərək 

deyirdi  “Emil  kəndli  kimi  çalıĢmalı,  filosof  kimi  düĢünməlidir”. 

Russo  sənətkarlıq  əməyinə  xüsusi  qiymət  verərək  deyirdi  ki,  “Sə-

nətkar heç kimdən asılı deyildir”. 

UĢağa hansı peĢəni öyrətməli? Hər Ģeydən əvvəl daim faydalı 

olan peĢəni öyrətmək lazımdır. Bu peĢələr dəbdən, dövlətli adamlar-

dan  asılı  olmayaraq  mövcuddur.  Buna  görə  də  Emil  özünə  Ģərəfli, 

faydalı bir peĢəni seçməlidir. Russoya görə peĢələr içərisində ən Ģə-

rəflisi əkinçilikdir. Daha sonra dülgərlikdir. 

Fransız materalist  filosoflarının görkəmli  nümayəndələrindən 

biri  Klod  Adrian  Helvetsidir  (1715-1771).  Helvetsi  fitri  ideyaları 

rədd  edərək  tərbiyənin  rolunu  yüksək  qiymətləndirir  və  deyirdi: 

“Tərbiyə  hər  Ģeyə  qadirdir!”.  Onun  fikrincə  tərbiyə  hər  Ģeyi  həll 

edir, tərbiyə vasitəsilə dahilər yetiĢdirmək mümkündür. Bu isə onun 

idealist  –  “dünyanı  rəylər  idarə  edir”  baxıĢından  irəli  gəlirdi.  Hel-

vetsi yazırdı ki, insan biliyi onun duyğularının məhsulu olduğundan

tərbiyənin əsas vəzifəsi hiss orqanlarını tərbiyə və inkiĢaf etdirmək-

dən ibarətdir. Həqiqətlər nə qədər yüksək olursa olsun hamı tərəfin-

dən qavranıla bilər - deməklə insanlar arasında olan təbii fərqləri in-

kar edirdi. Helvetsinin fikrincə din xadimlərini məktəbdən qovmaq, 

köhnə  sxolastik  feodal  məktəbini  kökündən  dəyiĢmək,  məktəbləri 

dünyəvi  etməklə  dövlətin  ixtiyarına  vermək  lazımdır.  Helvetsi 

ictimai tərbiyəni ailə tərbiyəsindən üstün tutaraq məktəb tərbiyəsinə 

böyük əhəmiyyət verirdi. “Ağıl haqqında”, “Ġnsan, onun əqli qabi-

liyyətləri və tərbiyəsi haqqında” əsərlərni yazmıĢdır. 



Deni  Didro  (1713-1784),  fransız  materialist  filosoflarından 

biridir. D. Didro “Fəlsəfi düĢüncələr”, “Korların məktubu və gözlü-

lərə nəsihət” adlı əsərlərində feodal quruluĢunu tənqid edir, öz fikir-

lərində ardıcıl olaraq materiyanın  məhv olmamasını və  yaĢamasını 

möhkəm müdafiə edirdi. O, duyğuları qiymətləndirərək deyirdi, ağ-

lımız  hakim,  duyğularımız  isə  Ģahidimizdir.  Didro  tərbiyənin  əhə-

miyyətinə böyük qiymət verirdi, lakin Helvetsi kimi onu həddindən 

artıq ĢiĢirtmirdi. Helvetsiyə cavab olaraq deyirdi: 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə