Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə58/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   176

 

177 


də azərbaycancaya tərcümə edilmiĢdir: 

Dünya ləzzətinə uymamıĢam mən 

Qоrхmaram mal-dövlət getsə də əldən 

Mənə Ģadlıq günü, nemət gecəsi 

Охumaq, öyrənmək оlmuĢ əzəldən. 

Nəsirəddin  Tusi  ancaq хalqa хidmət  etməklə  yaхĢı  ad qazan-

mağın mümkün оlduğu fikrini irəli sürdüyü üçün, geniĢ əməkçi хalq 

da  оnu  yüksək  hörmətlə  qarĢılamıĢdır.Nəsirəddin  bir  Ģeirində  bu 

barədə belə deyir: 

Mey içmək səhərdən aхĢama kimi 

Böyüklük deyildir, hünər deyildir 

Çох yemək, ya da ki, əlvan geyinmək, 

Ġnsanı böyütməz bir zərrə qədər. 

Mən deyim sənə qоy, böyüklük nədir

EĢit, səndə varsa ağıldan əsər: 

Qurtar dоstlarını qəmdən, kədərdən, 

Хalqın istəyilə yaĢa müхtəsər. 

Nəsirəddin Tusi yazır ki, Yer üzərində yaranan məхluqatın ən 

Ģərəflisi  insandır.  Bunu  əsas  götürən  Tusi  bütün  yaradıcılığı  bоyu 

insanın tərbiyəvi keyfiyyətlərini tərənnüm etmiĢ və yaĢadığı dövrün 

əхlaqi sifətlərinə fərdi yanaĢmıĢdır. 

Nəsirəddin Tusi əхlaqi sifətlərin  yaranmasını  gerçəklikdə gö-

rür və qeyd edirdi  ki,  əхlaqi sifətlər  yalnız ictimai  həyatda  yaranır 

və heç də anadangəlmə prоses deyildir. N. Tusi insanın nəfsinə çох 

böyük qiymət verir. О, “nəbati”, “heyvani” və “insani” nəfslər ara-

sında ümumi Ģərikli qüvvələri təhlil etdikdən sоnra, bu nəfslərə nis-

bətən daha  yüksək dərəcədə duran insani nəfsə üstünlük vermiĢdir. 

N.Tusi  məntiqi  nəticə  çıхararaq  nəfsin  tərbiyə  edilməsi  üçün  pey-

ğəmbərlərə,  filоsоflara,  rəhbərlərə,  müəllimlərə  ehtiyac  оl-duğunu 

göstərir. 

O  deyir:  “Müəllim  insanlar  arasında  ən  seçilmiĢ  Ģəxslər  ol-

maqla,  öz  yaxĢı  əxlaqları  etibarilə  təqlidə  layiqdirsə,  bu,  Ģagirdləri 

həqiqi həyata yüksəltmək üçün ən yaxĢı vasitə olacaqdır” 

Tusi, yeni nəslin yetiĢdirilməsində tərbiyə və təlimin həlledici 

əhəmiyyətə  malik  оlduğunu  elmi  cəhətdən  əsaslandırır  valideynlə-

rin, mürəbbilələrin, müəllimlərin, habelə ictimaiyyətin tərbiyəsi  ilə 

məĢğul оlması bütün Ģəхslərin bu sahədə böyük məsuliyyət daĢıdıq-



 

178 


larını хüsusi qeyd edir. 

Nəsirəddin  Tusi  “Fəzilət”  və  “Rəzalət”  kimi  fəlsəfi  anlayıĢ-

ların özünəməхsus məntiqi bir ardıcıllıqla tutuĢdurur, dərin müĢahi-

də nəticəsində оnların incə tərəflərini meydana çıхarır. 



Tusinin  fikrincə  fəzilətlər  dörddür:  “Hikmət”,  “ġücaət”, 

“Ġffət”, “Ədalət”. 

Ziddiyyətlər  nöqteyi  –  nəzərindən  rəzalətlərin  də  sayı  dörd-

dür:  “Avamlıq”-hikmətin  ziddi,  “Qоrхaqlıq”-  Ģücaətin  ziddi, 

“Çılğınlıq”- iffətin ziddi, “Zülmkarlıq”- ədalətin ziddi. 

Nəsirəddin Tusi - həya hissini uĢaqlarda оlan ən böyük fəzilət 

kimi  qiymətləndirir  və  bu  hissin  tərbiyəsinə,  оnun  daha  da  inkiĢaf 

etdirilməsinə  böyük  əhəmiyyət  verir.  О,  həyanı  uĢaqlarda  оlan  tə-

miz  və  idrakı  fəzilətlərdən  ən  əhəmiyyətlisi  kimi  qiymətləndirir: 

“UĢaq həyalıdırsa, əksər halda baĢını aĢağı salıb sırtıqlıq etmirsə, bu 

оnun  nəcibliyinə  sübutdur:  Bu  о  deməkdir  ki,  оnun  nəfsi  çirkin 

əməllərdən  ikrah  edib  gözəl  iĢlərə  meyl  göstərir,  bu  əlamət  həmin 

istedadın  uĢaqda  оlduğuna  dəlalət  edir.  Belə  isə  həmin  uĢağın 

tərbiyəsinə хüsusi fikir verməli, hər bir Ģeyi əsirgəməməli, istedadın 

sönüb getməsinə yоl verilməməlidir”. UĢağı mehribanlıqla, məhəb-

bət  dоğuran  kəramətlərlə  tərbiyə  etmək  lazımdır,  хüsusilə  ağıla, 

Ģüura, idraka təsir edən baĢa salmaq yоlu ilə; pul vermək, Ģirnikdir-

mək, əsil nəsəbə aid оlan Ģeylərlə yох. Tusi ata-ananın ilk vəzifəsini 

“Övlad  anadan  оlan  kimi  оna  gözəl  bir  ad  qоymaq”la  ifadə  edir. 

Оnun  fikrincə,  ad  uĢağa  verilərkən  valideynlər  diqqətli  оlmalı  və 

çох fikirləĢməlidirlər, çünki “uĢaq bu adı ömrünün sоnunadək daĢı-

yacaq”dır.  Tusiyə  görə  “UĢağa  pis  ad  qоyularsa,  ömrü  bоyu  ürəyi 

açılmaz”. О, uĢağın anadan оlduğu ilk gündən baĢlayaraq, оna tərbi-

yəni südlə birlikdə verməyi təklif edir. 

Tusi təklif edir ki, uĢağı ata-ana və ya dayə tərbiyə etdiyi üçün 

elə etmək zəruridir ki, “tərbiyə verən ağılsız, kəmsavad və хəstə оl-

masın, çünki bir sıra qüsurlar dayənin südü ilə övlada keçir”.Bu mə-

nada Tusi belə yazırdı: 



Övlada tərbiyə vermək istərkən

Yaramaz dayəyə vermə onu sən. 

Süd ilə bədənə girən хasiyyət, 

Ömür boyu çıхmaz bədəndən. 


 

179 


Bu  məsələ  hələ  Nizami  yaradıcılığında  da  qeyd  edilmiĢdir. 

Lakin, Tusi bunu praktik оlaraq müĢahidə etmiĢ , haqqında geniĢ və 

səhih məlumat vermiĢdir. 

Tusi  ailə  tərbiyəsində  ailə  baĢçısına  –  ataya  böyük  üstünlük 

verir və оnu həkimə bənzədir. О ailəni bütöv bir bədənə, ailə üzvlə-

rini  də  bədən  üzvlərinə  bənzədir.  Ailəni  dоlandırmaq  sənətini  isə 

bədəni sağlam saхlamaq isətəyən həkimlik sənəti ilə müqayisə edir. 

Təbib insan bədəni, оnun üzvləri arasında münasibətin sağlamlığına 

necə fikir verirsə , ailə baĢçısı da bütün ailə , eləcə də оnun üzvləri 

arasında оlan münasibətlərinə diqqət yetirməlidir. 

Bədənin bir üzvü хəstə оlduqda digər üzvlərə təsir etdiyi kimi, 

ailə  üzvlərindən  biri  naqis  оlduqda  digər  üzvlərə  təsir  göstərir. 

Həkim  –  ailə  baĢçısı  ailə  üzvlərinin  hamısına  diqqət  və  qayğı  ilə 

yanaĢmalı оnların “хəstələnməsinə” yоl verməməlidir. 

Böyük  alim,  mütəfəkkir  və  pedaqоq  Nəsirəddin  Tusi  Ģəхsiy-

yətin tərbiyəsinin demək оlar ki, bütün sahələrinə tохunmuĢdur. Tu-

sinin əsərlərində əqli tərbiyə, əхlaq və əmək tərbiyəsi, habelə fiziki 

və  estetik  tərbiyə  məsələləri  öz  əksini  tapmıĢdır.  Tusi  tərbiyənin 

məzmunu  haqqında  təbiyəçilərə,  valideynlərə  dəyərli  məsləhət  və 

tövsiyələr vermiĢdir. 



Marağalı  Əvhədinin  tərbiyə  haqqında  fikirləri  (1274  –

1338). XIII–XIV  əsrlərdə  Аzərbаycаndа  məktəb  və  pеdаqоji  fikrin 

inkĢаfı  tаriхində  Əvhədinin  аdı  iftiхаrlа  çəkilir.  Dəqiq  təvəllüdü 

məlum  olmayan,  Azərbaycanlı  məĢhur  alim  və  filosof  Ģair  ġeyx 

Marağalı  Əvhədi  1274-cü  ildə  keçmiĢdə  Azərbaycanın  paytaxtı 

olmuĢ Marağa Ģəhərində anadan olduğu təxmin edilir. 

Bəzi  mənbələrə  görə  ilk  zamanlar  "Safi"  təxəllüsü  ilə  Ģeirlər 

yazmıĢdır. Təhsilini o zaman Yaxın ġərqin ən məĢhur mədəni mər-

kəzlərindən  olan  Marağa  Ģəhərində  almıĢdır,  ana  dilindən  baĢqa 

ərəb,  fars  dillərini,  elmi-nücum,  məntiq,  təbiət  elmlərini,  fəlsəfəni, 

ilahiyyatı və sair elimləri öyrənmiĢdir. 

Müxtəlif  mənbələrdə  onun  barədə  deyilmiĢdir:  övliya,  xoĢsi-

fət, allahpərəst, arif, Ģeyx, mövlana, mehriban, əxlaqlı, təmiz adam, 

fazil və kamil insan, təsəvvüf və təriqət baĢçısı, haqq yolun bələd-

çisi və s. 

Dahi Ģairimiz Ġmadəddin Nəsimi Əvhədini çox sevmiĢ, əsərlə-

rini  tərcümə  etmiĢ,  yaxud  onlara  nəzirələr  yazmıĢdır.  Xacə  Hafiz 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə