Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə42/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   176

 

127 


“B” hərfi “bismillahi rəhmani” kəlməsindən, 

Açar kimi vəhy olmuĢdur Allah səsindən, 

“Bismillah” kimi olmamıĢdır heç bir açar

O, sözlər ölkəsinin qapısın hər zaman açar”. 

Hürufilər  sözləri  varlığın  əsası  kimi  qəbul  edirlər.  Sözlər 

“Quran”da və Quran vasitəsilə Allahdan gələn vəhylər dünyanı ya-

ratmıĢdır. Allahın Qurandakı sözlər vasitəsilə insanda təcəlla etməsi 

Hürufilik ideyasının əsasını təĢkil edir. 

Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilərək açar hesab edi-

lir. Bu Qurandakı Fatihə surəsinin ayətlərini, insanın üzündəki yed-

di nöqtə 7 rəqəminə iĢarət edir ki, insan da həqiqət üçün açar hesab 

edilir. 

Hərflərin  və  rəqəmlərin  texniki  tərəfləri  ilə  bağlı  görüĢləri 

inkiĢaf  etdirməklə  hərfləri  müqəddəsləĢdirən,  hürufiliyi  bir  fəlsəfi-

dini  fikir  sistemi  olaraq  quran,  yayan  Ģəxs  azərbaycanlı  Fəzlulluah 

Nəimi Astarabadi (1340-1394) olmuĢdur. Bəzi mənbələrə görə As-

tarabad və ya Astabad Naxçıvanda Araz çayı sahilində Ģəhər olmuĢ-

dur. Bu Ģəhər sonralar Araz çayının sularına qərq olmuĢdur. 

Nəimi  ömrünün  müəyyən  hissəsini  səyahətdə  kеçirmiĢdir. 

1369-cu ildə Ġsfahana, 1373-cü ildə Məkkəyə səfər еtdiyi məlumdur. 

Ġsfahana bir nеçə dəfə səyahət еtmiĢdir. Hətta müəyyən müddət Ġsfa-

han ətrafındakı  Toğçı  adlı  yеrdə məskən saldığı,  bir mağarada inzi-

vaya çəkildiyi, sonra hürufilik еtiqadını yaymağa baĢladığı və burada 

ətrafına xеyli mürid topladığı barədə məlumatlar da mövcuddur. 

Nəimi bir nеçə dili və bir sıra еlmləri, o cümlədən qədim yu-

nan və Ģərq fəlsəfəsini, Quranı və dini еlmləri mükəmməl mənimsə-

miĢdi. 


Nəimi öz hürufi düĢüncələrini “Cavidan-namə”(Əbədilik haq-

qında), “ƏrĢ-namə”(Səltənət haqqında), “Məhəbbət-namə”, “Novh-

namə”  (Yuxu  görmə  haqqında),  “Ġskəndər-namə”,  “Vəsiyyət-na-

mə”, “Nəsihət-namə” adlı əsərlərində izah etmiĢdir. Nəiminin əsər-

ləri  Ġstanbulda  “Aya-Sofiya”  kitabxanasında,  Paris  Milli  kitabxa-

nasında,  Britaniya  muzeyində,  Kembric  Universitetində,  Tehran 

Milli kitabxanasmda, Ġrəvan Mətndaranında və digər kitabxanalarda 

saxlanılır. Nəiminin həyatında Bakının xüsusi rolu  olub.  Belə ki,  o 

burada  hürufi  hərəkatının  mərkəzini  yaratmıĢdı.  Əli-ül  Əlanın 



 

128 


“Qiyamətnamə”  əsərində  göstərilir  ki,  Fəzlullah  Nəimi  Bakıdan 

getdikdən sonra da bu mərkəz hürufiliyi yaymıĢ və təbliğ etmiĢdir: 



Bakı tərəfdən səs gəlsə ayağa dur, əlini-əlinə vurub sevin

Ora bizim sevimli yerimiz özü getsə də yeri orada qalır. 

“Ġnsan  yer  üzünün  əĢrəfidir!”  Quran  ayəsindən  irəli  gələrək, 

hürufilər  insan  Ģəxsiyyətinə  yüksək  qiymət  verir  və  belə  hesab 

edirdilər  ki,  Quran  ayələri  elə  insanın  üzündə  yazılmıĢdır.  Ġnsanın 

burnu ərəb əlifbasında “Əlif”dir ( ا ) burunım yanları “Lam” (  ل ), 

gözlər “he” (H) dir. “Əlif”, “Lam “ he” “Allah” - kəlməsini yaradır. 

Nəimi  Teymirilər  tərəfindən  Naxçıvanda  edam  edilmiĢdir. 

Nəsimi bu hadisədən çox mütəəssir olmuĢ və bu münasibətlə yanğı 

və iztirab hissi ilə dolu məĢhur “Ayrılır” rədifli qəzəlini yazmıĢdır: 

Еy müsəlmanlar, mədəd ol yari-pünhan ayrılır, 

Ağlamayım nеyləyim, çün gövdədən can ayrılır. 

Еy sənəm, hicran əlindən nalеyi-zar еylərəm, 

Gözlərimdən sanasan dəryayi-ümman ayrılır. 

Nəiminin  qəbri  hal-hazırda  Naxçıvanda  Culfa  rayonunun 

Xanağa  kəndində,  Əlincə  çayının  sol  sahilində  Əlincə  qalası  ilə 

üzbəüz  yamacda  yеrləĢən  köhnə  qəbristanlıqdadır.  Qəbrin  üstündə 

kərpicdən tikilmiĢ künbəz vardır və o, ziyarətgaha çеvrilmiĢdir. 

Nəiminin  ideyaları,  əqidə  düĢüncəsi  onun  davamçısı  və  mü-

ridi XV əsrin böyük Azərbaycan Ģairi Nəsimi (1369-1417) tərəfin-

dən geniĢ yayılmıĢ və davam etdirilmiĢdir. 

Nəsimi ġamaxıda o dövrün ən yaxĢı universitetlərinin tələbinə 

cavab verəcək bir dərəcədə kamil təhsil almıĢdır. O, klassik ġərq və 

qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiĢ, 

Ġslam  və  Xristianlıq  dinlərinin  əsaslarına  yaxından  bələd  olmuĢ, 

tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə də-

rindən  yiyələnmiĢdir.  O,  dilləri  elə  yaxĢı  öyrənmiĢdi  ki,  Azərbay-

can, fars və ərəb dillərində eyni dərəcədə gözəl Ģeirlər  yaza bilirdi. 

Onun  azərbaycanca  Ģeirlərinin  dili  həm  zənginliyi,  həm  də  xalq 

nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri və zərb-məsəllər, hikmətli 

sözlər  burada  çoxluq  təĢkil  edir.  Nəsiminin  rübailəri  Azərbaycan 

xalq  Ģeiri  nümunələri  olan  bayatılara  çox  yaxındır.  Nəsiminin 

poeziyasında Azərbaycanın, eləcə də digər ġərq ölkələrinin məĢhur 

alim və Ģairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sina-

nı, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəi-




 

129 


mini, ġeyx Mahmud ġəbüstərini, Əvhədi Marağalını və baĢqalarını 

göstərə bilərik. 

Hürufilik böyük ideya cərəyanı və möhtəĢəm hərəkat kimi ilk 

dəfə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Naxçıvanda 

və Astrabadda (Fəzlullah Nəiminin vətənində) yayılmıĢdır. 

Bütövlükdə  insan  Ģəxsiyyəti,  onun  yüksək  dəyərləndirilməsi, 

humanizm  ideyaları  Nəsimi  yaradıcılığının  əsas  ana  xəttini  təĢkil 

etmiĢdir. O yazırdi: 



Ey daĢa, turabə gövhər deyən insan

Ġnsan öz lütfü-hüsnüylə gövhər deyilmi. 

Bu gün pedaqoji elmin  ən mühüm problemlərindən biri kimi 

təhsilin  humanist,  demokratik  prinsiplər  əsasında  qurulması,  insan 

Ģəxsiyyətinə böyük hörmət və məhəbbət Nəsimi ideyaları ilə həma-

həng səsləĢir. 

Nəsiminin  “Bəhrül-əsrar”əsəri  bir  çox  illər,  hətta  XVIII-XIX 

əsrlərə qədər məktəb və mədrəsələrdə tədris edilmiĢdir ki, buradakı 

qəsidələr didaktik və tərbiyəvi əhəmiyyətli olmuĢdur. 

Filosof-Ģairin poeziyası çox tez bir zamanda Orta Asiya, Tür-

kiyə  və  Ġran  xalqları  arasında  geniĢ  yayılmıĢdır.  Həllac  Mənsurla 

birlikdə  onun adı  öz  əqidəsi  uğrunda qeyri-adi  sədaqət  və  cəsurluq 

rəmzinə  çevrilmiĢdir.  Onun  əsərləri  bir  çox  dillərə  çevrilmiĢ  və 

həmin dillərdə  yazıb-yaradan Ģairlər onu təqlid etmiĢlər. Nəsiminin 

Ģeirlərini  xalq  arasında  avazla  oxumaq  və  onun  hürufi  ideyalarını 

təbliq etmək üstündə bir çoxları əzablara qatlaĢır, hətta canlarından 

da belə keçmiĢlər. 

ġairin əsərləri ilə tanıĢ olduqda Nəsimi ġamaxıda o dövrün ən 

yaxĢı  universitetlərinin  tələbinə  cavab  verəcək  bir  dərəcədə  kamil 

təhsil  almıĢdır.  O,  klassik  ġərq  və  qədim  yunan  fəlsəfəsini,  habelə 

ədəbiyyatını  dərindən  mənimsəmiĢ,  Ġslam  və  Xristianlıq  dinlərinin 

əsaslarına  yaxından bələd olmuĢ, tibb, astronomiya və astrologiya-

ya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmiĢdi. O, dilləri 

elə  yaxĢı  öyrənmiĢdi  ki,  Azərbaycan,  fars  və  ərəb  dillərində  eyni 

dərəcədə  gözəl  Ģeirlər  yaza  bilirdi.  Onun  azərbaycanca  Ģeirlərinin 

dili  həm  zənginliyi,  həm  də  xalq  nitqinə  yaxınlığı  ilə  seçilir,  atalar 

sözləri,  zərb-məsəllər,  hikmətli  sözlər  burada  çoxluq  təĢkil  edir. 

Nəsiminin  rübailəri  Azərbaycan  xalq  Ģeiri  nümunələri  olan 

bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, elə-




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə