Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə39/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   176

 

118 


miĢdir.  Onlar  bütün  vaxtlarını  ġəmsin  digər  müridləri  ilə  birlikdə 

elm,  mərifət  məclislərində,  “xəlvəti-üns”  gecələrində  keçirirlər.  Bu 

məclislərin əsasını isə musiqi, ilahi Ģeirlər və xüsusi səmavi rəqslər 

tuturdu.  

ġəmsin fəlsəfəsinin əsasında insana məhəbbət, “insan haqları” 

fəlsəfəsi  dayanmaqdadır.  ġəms  Təbrizidə  insana  dərin  sevgi  və 

sayqı  vardır.  Çünkü  insan  islam  fəlsəfəsində  də  deyildiyi  kimi  ya-

ranmıĢların  ən  Ģərəflisi,  ən  ulusudur.  Bu  fəlsəfə,  bu  ideya  Mövla-

nanın dünyaya baxıĢına qüvvətli təsir göstərmiĢdir. 

ġəms Təbrizi insanın mənəvi, ruhi aləminə böyük önəm ver-

miĢ və insanın iç dünyasını daim öyrənməyi özünün 40 tövsiyəsində 

açıqlamalarla  bildirmiĢdir:  ”Nə  yönə  gedirsən  get;  şərq,  qərb, 



şimal,  ya  da  cənub...  Çıxdığın  hər  yolçuluğu  bir  səyahət  olaraq 

düşün!  Öz  içinə  yolçuluq  edən  kimsə  sonunda  bütün  dünyanı 

dolaşar! 

ġəms  mənəvi  elmlərdən  və  elmi  qazanmaqdan  bəhs  edərkən 

bunları da demiĢdir: 

-  Elm  üç  Ģeylə  əldə  edilir:  Zikr  edən  dil,  şükr  edən  qəlb, 



səbr edən tən.(bədən). Elmsiz bir vücud susuz bir şəhərə, quru bir 

qəlibə bənzər. Vücudu pəhrizlə, əхlaqla, cəhd və qeyrətlə sulamaq 

və  bəzəmək  lazımdır.  Könlü  az  istəkli,  gözü  tох  оlun.  Əlinizdə 

оlanlara  qənaət  edin,  başqalarının  əlində  оlanlardan  ümidinizi 

kəsin”. 

ġəms  Təbrizi  insanın  ədəb  və  əxlaqı  haqqında  düzgün  dav-

ranıĢı, tərbiyəsi haqqında son dərəcə qiymətli fikirlər söyləmiĢdir. O 

insanın ədəbinin onun dilindən, danıĢığından baĢladığını deyir. O da 

az danıĢmağın faydalı olduğunu dəyərli fikir və bənzətmələlrə söy-

ləyir:  “Əgər  çox  danışmaq  faqydalı  olsaydı  Allah  adama  iki  ağız 



bir  qulaq  verərdi.  Onun  üçün  çox  dinləyib,  az  danışmaq  gərək-

dir...” 

Bu  dəyərli,  humanist,  əхlaqi  fikirlərə  sahib,  böyük  təlqin  və 

cəzb gücünə malik böyük Azərbaycan alimi, müəllimi ġəms Təbrizi 

Mövlanının həyatında sоn dərəcə böyük rоl оynamıĢ, оnun ideya və 

baхıĢlarına  qüvvətli  təsir  göstərmiĢdir.  Mövlana  müəllimini  böyük 

məhəbbətlə  sevmiĢ,  оna  оdlu  və  səmimi  Ģəkildə  bağlanmıĢ,  оndan 

ayrılmamıĢ və ömrü bоyu оnu unutmamıĢdır. 



 

119 


Mövlana  həyatı  bоyunca  elmə,  biliyə,  arif  insanlara  yüksək 

qiymət  vermiĢ  hətta  məzarını  belə  arif  insanların  könlündə  оldu-

ğunu söyləmiĢdir: 

“Ölümümüzdən sоnra məzarımızı tоrpaqda arama, 

Məzarımız  arif  insanların  könüllərindədir  -  beyti  ilə  Möv-

lana “Elm”, “Ġrfan”, “Məritfət” əhlinin yüksək mərtəbəsinə yüksəl-

miĢ və bu yоlu da insanlara göstərmiĢdir. 

 

 

4.7. Bektaşilikdə tərbiyə 

 

Ümumtürk fəlsəfi, ədəbi və pedaqоji fikir tarixində Ģəхsiyyə-

tin inkiĢafı, tərbiyəsi, özünüdərki, mənəvi zənginliyi problemlərinin 

öyrənilməsində, habelə  XIII  əsr Yaхın  ġərq, Anadоlu,  Azərbaycan 

və  xüsusilə  Naxçıvanda  yayılmıĢ  ortaq  türk  mədəniyyətinin  və 

ümumtürk  birliyinin  yaranmasında,  inkiĢafında,  islamiyyətin  bu 

ərazilərdə  daha  geniĢ  yayılmasında  BektaĢiliyin  özünəməхsus  yeri 

və  əhəmiyyəti  оlmuĢdur.  BektaĢiliyin  yaradıcısı  Hacı  BektaĢ  Vəli, 

anası ġeyx Əhmədin qızı Hatəm xatun, atası Seyid Sultan Ġbrahim 

Sani  türk  soyundandır.  BektaĢ  “Dost”,  “YoldaĢ”,  “Bəy”,  “Bəy 

dostu”(“BəydaĢ”)  mənalarını  verir.  Etibarlı  mənbələrə  görə  Hacı 

BektaĢ  Vəli  də  çox  sevdiyi  Məhəmməd  Peyğəmbər  (s)  kimi  63  il 

(hicri 606-669; miladi 1209-1270) yaĢamıĢdır. 

BektaĢiliyin  əsas  mahiyyəti  insanın  özünü  tanıması,  özünü 

dərk  etməsi,  gözəl  ədəbə,  saf  əxlaqa,  zəngin  mənəviyyata  sahib 

оlmasıdır. Necə ki, demiĢlər: 



“Ədəb bir tac imiĢ, nuri xudadan 

Gey ol tacı, əmin ol hər bəladan!” 

BektaĢi təkyələrinin (“Təkyə” və  ya “Təkkə” ibadət və təlim 

yeri)  giriĢ  qapısında  hər  kəsin  görə  biləcəyi  bir  yerdə  böyük 

hərflərlə “Ədəb” sözü yazılıb asılırdı. Bu o demək idi ki, bura ədəb, 

əxlaq  mərkəzidir.  Bura  ədəblə  girilir,  ədəblə  çıxılır.  “Ədəb”(بدا) 

kəlməsi  ərəb  əlifbası  ilə“Ə”,(  ا)  “D”(د),“B”(ب)  hərflərindən 

meydana  gəlmiĢdir.  Bu  üç  hərf,  üç  kəlməyə  dönmüĢdür.  Bunlar 

“Əl”, “Dil”, “Bel” kəlmələridir. Yəni, “Əlinə sahib оl, dilinə sahib 



оl,  belinə  sahib  ol”  kəlmələri,  BektaĢi  fəlsəfəsinin  əхlaq  və 


 

120 


mənəviyyat  prinsipi  sayılmıĢdır.  BektaĢiliyə  daxil  olanlar  bu  üç 

kəlmənin  dərin  mənasını  dərk  etmiĢ  və  ona  həmiĢə  əməl  etmiĢlər. 

Bu üç kəlmənin fəlsəfi mənalarını aĢağıdakı kimi Ģərh etmək оlar: 

1.  Əlinə  sahib  olmaq.  Ġnsanın  əli  həm  yaxĢılığa,  həm  də 

pisliyə  istifadə  oluna  bilər.  Ġnsan  əlinə  sahib  olmadıqda  hər  cür 

pisliklər  edə  bilər  ona  görə  də  insan  əlinə  sahib  olmalı,  onu  yalnız 

yaxĢı, faydalı iĢlərə iĢlətməlidir. 

Əlinə sahib  ol  həmçinin  əlinlə qoymadığın  bir Ģeyi  götürmə. 

Əlinlə  kimsəyə  pislik  etmə.  Kimsənin  malını  götürmə,  kimsəyə 

haqsızlıq etmə Bir sözlə əlinə nəzarət et, əlinlə haqqı, ədaləti qoru. 

Ərəb əlifbasında bu kəlməni “El” kimi də oxumaq olar ki, yenə də 

burada “Elini qoru”, “Elinə sahib ol” - mənalarını söyləmək olar. 

2.  Dilinə  sahib  olmaq.  Az  danıĢmaq  ədəbdəndir.  ”Çox 

danıĢan çox səhv edər”- demiĢlər. 

Dil insanlar arasında ünsiyyət vasitəsidir. Bir insan dilini yax-

Ģılığa da və pisliyə də istifadə edə bilər. Dil var kəsər baĢı, dil var 

kəsdirər  savaĢı.  Dil  qılıncdan  da  kəsərlidir.  Ġnsan  dilini  yalandan, 

riyadan, saxtakarlıqdan qorumalı. Yəni dilinə sahib çıxmalıdır. 

Dilinə  sahib  olmaq,  həmçinin  o  deməkdir  ki,  gözünlə  gördü-

yün və ya görmədiyin hər Ģeyi söyləmə. Dedi-qodu yaratma, yalan 

söyləmə, qeybət etmə. Deyəcəyini əvvəlcədən fikirləĢ, ölc-biç, son-

ra  danıĢ.  Dilinə  sahib  olmaq  öz  ana  dilinə  hörmət  göstərmək,  onu 

gözəl bilmək, qorumaq və yalnız yaxĢılığa istifadə etməkdir. 

3. Belinə sahib olmaq. Ġnsanın nəfsinə sahib olması nigahı və 

halalı  olmayana  meyl  etməməsi,  öz  nəslini,  soyunu,  kökünü  qоru-

masıdır. 

Bu üç qaydaya əməl etmək BektaĢi ədəb və əхlaqının əsasını 

təĢkil etmiĢ və BektaĢi misralarına belə köçmüĢdür: 



Haqsızlığa uğramazsan, sahib isən əlinə 

Bəlalara bulaĢmazsan , hakim isən dilinə 

Davasız dərdə düĢməzsən, sağlam isən belinə! 

BektaĢılərin həmiĢə gözəl ədəb və əxlaqa malik olması, süfrə-

sinin  həmiĢə  açıq  olduğu  və  nemətlərinin  də  halal  olduğu  müdrik 

fikirlərindən aydın görünür: 



Ədəb ərkana bağlıdır, ayağımız baĢımız 

Güllərdən qoxu almıĢdır, torpağımız daĢımız. 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə