Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə21/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   176

 

65 


məĢğul  olur,  onların  ev  tapĢırıqlarının  yerinə  yetirilməsinə  nəzarət 

və  köməklik  edir,  asudə  vaxtlarını  səmərəli  və  mənalı  təĢkil  edir-

dilər.  UĢaqlar  yaxĢı  əməllərinə  görə  rəğbətləndirilirdi.  “Quran”ın 

müəyyən  hissəsini  öyrəndikdən  sonra  bir  günlük  tətil  verilməsi, 

tərifləmək, “Afərin” demək, təbəssümlə qarĢılamaq, müəllimin əvə-

zinə  “Quran”  oxumağa  icazə  vermək,  müəllimin  köməkçisi  təyin 

etmək-kimi  rəğbətləndirmə  üsulları  var  idi.  UĢaqlar  səhərdən 

axĢama kimi məktəbdə olurdular. 

Beləliklə,  deyə  bilərik  ki,  məktəblər  ilk  vaxtlarda  insanlarda 

yazıb  oxumaq  missiyasını,  yerinə  yetirirdisə  və  ya  dini  yaymaq, 

təbliğat vasitəsi kimi fəaliyyət göstərirdisə, daha sonralar cəmiyyə-

tin inkiĢafı, insanların dünyagörüĢünün geniĢlənməsi artıq məktəbin 

belə bir vəzifə və funksiyasını qane etmirdi. Ona görə də daha yük-

sək təlim və tərbiyə müəssisələrinə ehtiyac duyulur, islam aləminin 

hər  yerində  müsəlmanların  təhsillənməsi,  elmə  yiyələnib,  tərəqqi 

etməsi islamın baĢlıca Ģərti hesab olunur və elmə, biliyə yiyələnmə 

müsəlmanın baĢlıca vəzifəsi hesab olunurdu. 

 

4.1.5. Xanegah, Təkyə (Təkkə), Zaviyə və Dərgahlarda təhsil 

 

IX əsrin sonları, X əsrin əvvəllərində Yaxın və Orta Asiyada, 



daha  sonralar  Azərbaycanda  sufizm  hərəkatı  baĢlandı.  Xanegahlar, 

Təkyələr  (buna  təkkə  də  deyilir),  Zaviyələr,  Dərgahlar  sufizmin 

həm ibadət yerləri, həm də təlim, tədris yerləri, təhsil ocaqları hesab 

olunurdu.  Bura  insanlar  toplaĢır,  söhbət  edir,  ġeyxin  ibrətamiz, 

nəsihətverici, təhsilləndirici söhbət və moizələrini dinləyirdilər. 

XII əsrin sonlarında, xüsusilə XIII  -XIV əsrlərdə Azərbayca-

nın bir çox qədim Ģəhərlərində Xanegahlar geniĢ yayılmıĢdı “Xane-

gah” kəlməsinin mənası “Ġbadət yeri”, “Ġbadət evi” deməkdir. 

Naxçıvan  ərazisində  Xanegahlar,  Təkyə  və  Zaviyələr  daha 

çox  idi.  Bu  Xanegahlarda  müəyyən  din,  əqidə  və  ya  təriqət  təbliğ 

olunurdusa da, həm də burada insanlar təhsil alır, müəyyən bilik və 

dünyagörüĢə  yiyələnirdilər.  Naxçıvan  MR-run  Culfa  rayonunda, 

Əlincə çayının sahilindəki Xanağa kəndi orta əsrlərin Xanegahından 

qalmıĢdır.  Bu  Xanegah  iki  mərtəbədən  ibarətdir.  Alt  mərtəbə  sər-

dabə  adlanır  ki,  Nəiminin  qəbri  buradadır.  Ġkinci  mərtəbədə  kitab-

xana,  təlim-məĢğələ  otağı,  yığıncaq  otağı  və  baĢqa  otaqlar  vardır. 



 

66 


Abidə 8 guĢədən ibarət olub qırmızı və ağ biĢmiĢ kərpiclə tikilmiĢ 

və yaĢıl kaĢilərlə bəzədilmiĢdir. Abidənin üzərində çox əzəmətli bir 

künbəz  vardır.  Məqbərənin  qarĢısında  müxtəlif  fiqurlarla  nəqĢ 

edilmiĢ  10  metr  yüksəkliyində  4  sütun  ucalır.  Bu  Xanegahın  qapı 

yerinin  üstündən  düĢmüĢ  yazılı  bir  daĢ  kitabə  bu  gün  Xanegah 

məqbərəsində saxlanılmaqdadır. Vaxtilə buradakı Xanegaha dövrün 

bilikli  adamları,  Ģair  və  ziyalıları  toplaĢır,  burada  Ģeir  məclisləri, 

dini,  elmi  söhbət  və  müzakirələr  keçirirdilər.  Hürufilik  təriqətinin 

banisi Nəiminin məzarı da Xanegahdadır. 

Naxçıvan  Ģəhərindəki  Zaviyə  məhəlləsində  BektaĢilərə  məx-

sus Zaviyə (“Künc”, “GuĢə” mənasını verir) məscidi erkən orta əsr-

lərin qiymətli memarlıq abidəsidir. Zaviyə BektaĢilərin həm ibadət 

yeri, həm də təlim-tədris mərkəzi olmuĢdur. Bura toplaĢanlar müx-

təlif  elm,  bilik  sahələrinə  dair  təriqət  baĢçılarından,  dövrün  böyük 

alimlərindən dərs almıĢlar. Zaviyədə təlim, təhsil məsələlərinə geniĢ 

yer verildiyindən buraya mədrəsə də deyilmiĢdir. 

“Xəlvətilik”  təriqətinin  banisi,  XV  əsrdə  Bakıda  yaĢayıb-

yaratmıĢ,  xeyli  məktəb  və  mədrəsələr  açmıĢ  ġeyx  Seyid  Yəhya 

Bakuvi Təkyələr kompleksi olan ġirvanĢahlar sarayı məkanında da 

böyük Xanegah yaratmıĢdır. Onun burada yaĢadığı dövrdə 20 minə 

yaxın müridi olmuĢdur. Özü, farsca, ərəbcə, türkcə əsərlər yaratmıĢ, 

dini-didaktik Ģeirlər yazmıĢdır. 

1000-ci  ildə  NiĢabur  Ģəhərinə  gəlmiĢ  məĢhur  azərbaycanlı 

ədib  və  Ģair,  məĢhur  mühəddis  Baba  Kuhi  (vəf.təxm.1019)  burada 

sufizmin  fəal  iĢtirakçısı  olmuĢdur.  Xorasanın  ən  görkəmli  sufi 

Ģeyxlərindən  olan  Sulaminin  xanegahına  rəhbərlik  etmiĢdir.  Xane-

gaha  rəhbərlik  edən  Ģəxs  dərin  elmə,  biliyə  və  ən  əsası  isə  mü-

dərrislik  bacarığına  malik  olurdular.  Təsəvvüf  ədəbiyyatı  adlanan 

ilk  sufi  ədəbiyyatının  nümunələrinə  də  Baba  Kuhinin  əsərlərində 

rast gəlmək olur. 

Bu gün Azərbaycanın bir çox yerlərində o cümlədən Lerikdə, 

Cəlilabadda, Biləsuvarda və baĢqa yerlərdə Xanegah adı ilə kəndlər 

vardır  ki,  həmin  kəndlərdə  də  mövcud  olmuĢ  Xanegahların  izi  bu 

gün də görünməkdədir. 

Bir çox Xanegahların nəzdində və ya ayrılıqda Təkyələr fəa-

liyyət göstərirdi. Təkyə farsca “söykənmə”, “istinad etmə”, “sığına-

caq” deməkdir. 



 

67 


Təkyələrdəki nəzəri təlim alanlar praktik olaraq Təkyənin zikr 

ayinlərinə  qoĢulur,  təsəvvüf  adətlərini  icra  edirdi.  Zikr  ayinlərində 

bəstəli  ilahilər  oxunur,  səma  rəqsləri  ifa  olunur,  Ģeir  və  musiqi 

dinlənilirdi. BaĢqa sözlə təkyə həm də bir ədəbiyyat, incəsənət, mə-

dəniyyət ocağı  kimi  fəaliyyət  göstərirdi.  Praktik  fəaliyyəti uğursuz 

olan  tələbələrin  nəzəri  biliklərinə  etibar  edilmir  və  onlar  yenidən 

çiləyə  çəkilirdilər.  Təlimdə  uğur  qazanan  tələbələr  öncə  zahidlik 

mərtəbəsinə yüksəlir, sonra təhsilini davam etdirərək ġeyx rütbəsinə 

qədər  yüksələ  bilir  və  mürĢidliklə,  yəni  müəllimliklə  məĢğul  ola 

bilirdilər.  ġeyx  yol  göstərən,  öyrədən,  istiqamət  verəndir.  Mürid 

ġeyxə bağlı, ondan öyrənən tələbədir. Məktəbdə müəllim kimdirsə 

təriqət  ocağında  da  ġeyx  odur.  Məktəbdə  müəllim  insanın  ağlına 

təsir  göstərirsə,  ocaqda  ġeyx  insanın  ruhuna,  mənəvi  aləminə  təsir 

göstərir. Bəzən mədrəsəni bitirmiĢ Ģəxslər də təkyələrə gəlirdilər. 

Təkyələrin bütün xərclərini vəqflər və Xanegah təriqət üzvləri 

ödəyirdilər.  Təkyələrdə  təsəvvüf  həyatına  məcazi  mənada  “Mey-

xana”, “Xərabat” da deyilirdi. Bir çox klassik ədəbiyyat nümunələ-

rimizdə də təsəvvüf ideyalarından irəli gələn bu ifadələr iĢlənmiĢdir. 

Dahi  Füzulinin  –  “Meyxanələri  fəth  edək  fatihələrlə”  misrası, 

yaxud,  “Gah məmur qılar badə məni, gah xarab; Görünüz gah qu-

ran, gah yıxan memarı” beyti buna misal oal bilər. 

Beləliklə deyə bilərik ki, pedaqoji, psixoloji, didaktik, mənəvi 

və  tibbi  məsələlərə  varıncaya  qədər  geniĢ  bir  xidmət  sahəsi  olan 

təkyələr  o  dövrün  özünəməxsus,  səciyyəvi  məktəbidir,  klubudur, 

istirahət  yeridir,  gözəl  sənətlər  akademiyasıdır,  ədəbiyyat  və  fikir 

ocağıdır,  mənəviyyat  qaynağıdır.  Təkyə  Quranın  tövsiyə  etdiyi  bir 

metod ilə hikmət və gözəl öyüdlə insanları dinə, həqiqətə, mərifətə, 

elmə və biliyə çağırırdı. Təkyələrdə insanlar özlərinə sığınacaq tap-

mıĢ,  yolçular,  yoxsullar,  evsizlər  təkyələrdə  öz  rahatlığını  və  əm-

niyyətini təmin edə bilmiĢlər. Təkyələr həm də insanların bir-birilə 

ünsiyyət,  xəbərləĢmə  mərkəzi  idi.  Təkyələr  bəzi  zamanlar  xəstələr 

üçün də bir Ģəfa mərkəzi olmuĢdur. Burada daha çox təlqin yolu ilə, 

ġeyxin məsləhət və tövsiyələri ilə insanlar Ģəfa tapmıĢlar. 

Ġbadət  və idrak ocaqlarından biri də müəyyən bir ġeyxin  adı 

ilə adlandırılan Dərgahlardır. Dərgah “Qapı önü” mənasını verir ki, 

burada insanlar öz tərəfdarlarını tapmıĢ, ünsiyyət qurmuĢ, öyrənmiĢ, 

bilik qazanmıĢlar. Deyə bilərik ki, erkən orta əsrlərin ibadət və təlim 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə