Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə17/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   176

 

53 


“Avesta”da mənəvi dəyərlər – xeyirxah fikir, xeyirxah söz və 

xeyirxah  əməl  üçlüyündə  öz  ifadəsini  tapır.  Burada  əxlaqi-mənəvi 

proses  üç  mərhələyə  bölünür:  Əvvəlcə  xeyirxah  fikir  yaranmalı, 

sonra  bu  fikir  sözdə  ifadə  edilməli  və  nəticədə  xeyirxah  əməldə 

özünü göstərməlidir. Bu üç mənəvi keyfiyyət ailə münasibətlərində, 

icmada  və  vilayətdə  hər  zaman  öz  əksini  tapmalıdır.  “Avesta”da 

deyilir ki, “Tərbiyə həyatın ən zəruri sütunu hesab edilməlidir. Hər 

kəsi elə tərbiyə etmək lazımdır ki, o oxumağı, yazmağı bacarmaqla 

yüksək pilləyə qalxa bilsin”. 

“Avesta”da  tərbiyə  məsələləri  maddi  və  mənəvi  təmizliyə 

əsaslanır. Yəni 1) fiziki təmizlik (bədən, geyim, ev-eĢik təmizliyi); 

2) mənəvi təmizlik (əqidə və əməllərin saflığı). Burada insanın həm 

bədəninin təmizliyi, ev-eĢik, geyim təmizliyi həm də mənəvi təmiz-

lik  – yəni insanın daxili təmizliyi nəzərdə tutulur. “Avesta” da insa-

na qiymət, insan Ģəxsiyyəti yüksək dəyərləndirilir, onun ağlına, yax-

Ģı əməllərinə inam, xeyirxahlığa çağırıĢ, günahsız, pak yaĢamaq an-

layıĢı  təlqin  edlir.  “Yəsnə”nin  19-cu  bəndində  deyilir:  “Uğurlu  dü-

Ģüncə  nədir?  Müqəddəs  kəlam.  Uğurlu  əməl  nədir?  Müqəddəs 

yaranmıĢları  üstün  tutaraq  onlara  sitayiĢ  etmək”.  33-cü  bənddə  bu 

fikir daha da inkiĢaf etdirilir:  “Yalan din  əleyhinə öz sözü, düĢün-

cəsi və əməli ilə mübarizə edənlər, eləcə də öz adamlarına yaxĢılıq 

öyrədənlər  Ahura  Məzdanm  istədiyini  yerinə  yetirmiĢ  olurlar”. 

Burada  “Xeyirxahlıq”,  “YaxĢılıq”  bir  əxaqi  kateqoriya  kimi  xeyir-

xah idrak və xeyirxah fikirdən irəli gəlmiĢdir. Ona görə də ZərdüĢt 

insanları fikrində, sözündə, əməlində xeyirxahlığa, yaxĢılığa çağırır. 

Burada  göstərilir  ki,  dünyanın  sonunda  hər  kəs  öz  əməllərinə, 

əqidəsinə  görə  cavab  verəcəkdir.  Ona  görə  də  insanın  düĢüncəsin-

dən irəli gələn söz və əməl xeyirli və faydalı olmalıdır. 

ZərdüĢt  “əkini  və  bol  məhsullu  tarlanm  da  gözəl  ailənin”  də 

əsasını  düzlük  və  gözütoxluqda  görürdü.  Bunların  hər  ikisi  insanı 

nəfsə  qalib  gəlməyə,  intizamlı  və  mütəĢəkkil  olmağa  sövq  edir. 

“Avesta”da  insanları  zəhmətə,  əməyə,  müqəddəs  yola  dəvət,  düz-

lüyə,  doğruçuluğa  qüvvətli  təlqin  vardır:  “Kim  taxıl  səpir,  məhsul 

becərirsə,  o  möminlik,  düzlük,  doğruçuluq,  təmizlik  əkib  becərir, 

həyata, insanlara xoĢbəxtlik və səadət gətirir”. ZərdüĢt kəlamlarında 

pəhrizkarlıq düzlük və doğruçuluğun əsası kimi təlqin edilir: “Düz-

lüklə pəhrizkarlıq birləĢəndə əsl insanlıq cilvələnir. Gəlin hamımız 



 

54 


üz tutub bu səmtə yollanaq”. 

Beləliklə,  deyə  bilərik  ki,  ZərdüĢt  məktəbləri  Azərbaycanda 

məktəb təhsilinin təĢəkkülündə, inkiĢafında mühüm mərhələni təĢkil 

etmiĢ  və  ZərdüĢtün  müqəddəs  kitabı  “Avesta”  insanların  mənəvi, 

əxlaqi  keyfiyyətlərinin  formalaĢmasında,  inkiĢafında  və  təkmilləĢ-

məsində  böyük  əhəmiyyət  kəsb  etmiĢdir  ki,  bu  da  Azərbaycan 

məktəb və pedaqoji fikir tarixinin mühüm qolunu təĢkil etməkdədir. 

 

TapĢırıqlar 

 

AĢağıdakılarla  bağlı  məlumatları  müxtəlif  mənbələrdən  əldə 

etməyə çalıĢın. Topladığınız informasiyalar üzərində iĢləyin və onları 

sistemə salaraq formalaĢdırmaqda olduğunuz banka daxil edin.  

1.

 



Ġslamiyyətdən öncə Azərbaycanda təhsil. 

2.

 



Qədim Azərbaycan dövlətlərində tərbiyə və təhsil. 

3.

 



QədimAzərbaycanda yazı mədəniyyəti. 

4.

 



Azərbaycanda ZərdüĢt məktəbləri. 

5.

 



ZərdüĢt məktəblərində təhsil sistemi. 

6.

 



“Avesta”da tərbiyə məsələləri. 

7.

 



“Avesta”da mənəviyyat və əxlaq məsələləri. 

 

Ədəbiyyat 



 

1.  Əhmədov  H.M.  Azərbaycan  məktəb  və  pedaqoji  fikir  tarixi. 

Bakı: Təhsil, Elm, 2001 

2.  Yəqubi  Ə.  R.  Azərbyacnda  təlim-tərbiyə  mədəniyyəti,  təhsil  və 

pedaqoji fikir tarixi. Bakı: Nurlan, 2005. 

3. ġəfizadə B.C. Azərbaycan ədəbiyyat tarixi. Bakı: Adiloğlu, 2003. 

4. Rüstəmov F.A. ġərqdə pedaqogika tarixi. Bakı: Nurlar, 2002. 

5.Hüseynzadə  R.L.  Qədim  və  orta  əsrlərdə  Azərbaycanda  tərbiyə, 

təhsil və pedaqoji fikir. Bakı: Nurlar, 2007 . 

6. Seyidov F.Ə. Soy kökümüzdən gələn pedaqoji fikir. Bakı, 2004. 

7.  Seyidov  F.Ə.  Türk  xalqlarının  tərbiyə  və  məktəb  tarixinə  dair. 

Bakı: Sevinc, 1997. 

8. Əlibəyzadə E.M. Azərbaycan хalqının mənəvi mədəniyyət tariхi 

(islamaqədərki dövr). Bakı: Gənclik, 1998. 

 

 

 




 

55 


 

 

 

IV fəsil 

 

İSLAMİYYƏTDƏ  

TƏHSİL VƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİ 

 

 



Əhatə olunan məsələlər: 

 

4.1. Təhsil ocaqları: Suffə, Kuttab, məktəblər, Xanegah və  Təkyələr, 



kitab evləri və kitabxanalar, mədrəsələr. 

4.1.1. Suffədə təhsil. 

4.1.2. Məscid və camilərdə təhsil. 

4.1.3. Kuttablarda təhsil. 

4.1.4. Məktəblərdə təhsil. 

4.1.5. Xanegah və Təkyə (Təkkə), Zaviyə və Dərgahlarda  təhsil. 

4.1.6. Kitabxanalar bir elm, tədris mərkəzi kimi. 

4.1.7. Mədrəsələrdə təhsil. 

4.1.8. Azərbaycanda mədrəsələrin yaranması və inkişafı. 

4.2. İslamiyyətdə tərbiyə məsələləri. 

4.3. İslamda tərbiyə işinin prinsipləri. 

4.4. Qurani-Kərimdə tərbiyə və öyrətmə, öyrənmə məsələləri. 

4.5. Təsəvvüfdə tərbiyə məsələləri. 

4.6. Mövləlikdə tərbiyə. 

4.7. Bektaşilikdə tərbiyə. 

4.8. Hürufilikdə tərbiyə. 

4.9. Əxilikdə tərbiyə. 

 

 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə