Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə15/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   176

 

47 


VII  əsrdə  yaĢamıĢ  Davdağın  mərsiyələri,  Ģeirləri  buna  misal  ola 

bilər. Davdağın yüksək bədii üslubda yazılmıĢ məĢhur bir mərsiyəsi 

Albaniyanın  istiqlaliyyətini  qorumaq  üçün  canını  fəda  verən,  ətraf 

düĢmən mövqelərinin hücumlarına baxmayaraq böyük siyasətlə öz 

ölkəsini  Ġberi  sərhədlərindən  Dərbəndə  və  Araz  çayına  qədər  olan 

torpaqları  hakimi-mütləq  kimi  idarə  edən  vətənpərvər  Azərbaycan 

hökmdarı  CavanĢirin  qəhrəmanlığına  həsr  edilmiĢdir.  Bu  qəsidə  -

mərsiyə müəllifinin daha bir çox əsərlər yazdığını, o dövrün ədəbiy-

yatını, mədəniyyətini göstərən əsaslı dəlillərdəndir. 

Strabonun  dediyinə  görə  Albaniyada  26  tayfa  yaĢayırdı.  Bu 

tayfaların  özlərinə  məxsus  mədəniyyəti,  adət  və  ənənələri,  dili  var 

idi ki, onlar siyasi, iqtisadi və mədəni cəhətcə birləĢərək ölkəni bir-

likdə  inkiĢaf  etdirir,  ümumalban  maarif  və  mədəniyyətini  zəngin-

ləĢdirirdilər.  Albaniyada  müxtəlif  tayfalar,  müxtəlif  dini  inanca 

mənsub olanlar yaĢadığı kimi müxtəlif məktəblər və təhsil ocaqları 

da fəaliyyət göstərmiĢdir. 

Albaniyada  Mehranilər  dövründə  (altıncı  əsrin  sonları,  yed-

dinci əsrin əvvəllərində) ZərdüĢt məktəbləri geniĢ yayılmıĢ, xüsusilə 

Girdman  məbədinin  ali  təhsil  mərkəzi  olmasını  da  güman  etmək 

olar. 


Sonrakı dövrlərdə Albaniyanın adı Aran və ya Ağvan kimi də 

iĢlədilmiĢdir. Aranda da məktəblər var idi və burada da tədrisi xüsu-

si hazırlıqlı Ģəxslər yerinə yetirir, savad təlimi yazı və oxu ilə müĢa-

yiət edilir, uĢaqlar ana dilində təhsil alır və alban əlifbasında yazır-

dılar.  Savad  təlimi  yazı  və  oxu  ilə  müĢayiət  edilirdi.  Bu  dövrdə 

ZərdüĢt  məktəbələrinin  geniĢ  yayılmasına  baxmayaraq  xristian 

məktəbləri  də  mövcud  idi.  Bu  məktəblərdə  təlimin  məzmunu  və 

təlim  üsulları  bir-birindən  fərqli  olmuĢdur.  Belə  ki,  ZərdüĢt  mək-

təblərində daha çox Ģifahi, söz metodlarına yer verilir, “Avesta” ma-

terialları  Ģifahi  yolla oxudulur,  əzbərlədilir və  yalnız bundan sonra 

yazı təliminə keçilir, savad təlimi və oxu vərdiĢləri öyrədilirdi. Xris-

tian  məktəblərində  isə  yazı  və  oxu  əvvəlcə  öyrədilir,  ondan  sonra 

əzbərləmə, nəqletmə və s. öyrədilirdi. Beləliklə məktəblər getdikcə 

geniĢlənir və yeni tədris üsulları meydana çıxırdı. 



 


 

48 


 

3.2. Zərdüşt məktəbləri  

və “Avesta”da tərbiyə məsələləri 

 

ZərdüĢtlük  qədim  və  erkən  orta  əsrlərdə  Azərbaycan,  Ġran 



Orta Asiya, Ön Asiya və bir sıra baĢqa ölkələrdə geniĢ yayılmıĢ bir 

fəlsəfə, ədəbi abidə, pedaqoji fikir və din olmuĢdur. ZərdüĢt dininin 

müqəddəs dini kitabı “Avesta” (“Qanun”) adlanır. “Avesta”nın ilkin 

variantı bizə gəlib çatmamıĢdır. Bu kitabın yalnız müəyyən hissələri 

bəzi əlavələrlə, dəyiĢikliklərlə bizə gəlib çatmıĢdır. 

Azərbaycanda  sistemli  məktəb  təhsili  dövrünü  ZərdüĢt  mək-

təbləri ilə baĢlandığını deyə bilərik. Mənbələrdən də məlum olur ki, 

islamiyyətin  yayılmasına  qədər  Azərbaycanda  ZərdüĢt  məktəbləri 

daha geniĢ fəaliyyət göstərmiĢ atəĢkədə və atəĢgahlar ZərdüĢtlüyün 

həm ibadət yeri, həm də təlim, tədris mərkəzləri kimi fəaliyyət gös-

tərmiĢdir.  Bunlar  da  Azərbaycanda  məktəb  təhsilinin  əsasını  təĢkil 

etmiĢ və təməl amillərdən olmuĢdur. Sasanilər dövründə ZərdüĢtlük 

qüvvətlənərək  ölkənin  rəsmi  dininə  çevrilmiĢdi.  Bu  dövrdə  ibtidai 

təhsil  verən  məktəblərlə  bərabər,  peĢə  təmayüllü  məktəblər  olmuĢ, 

hətta Sasanilər dövründə bəzi Pəhləvi ədəbiyyatında ali təhsil almaq 

üçün görülən tədbirlərdən danıĢılması burada ali təhsil verən tədris 

mərkəzlərinin də olmasından xəbər verir. Mənbələrdən bu da aydın 

olur ki, bu dövrdə təhsil sinfi xarakter daĢımıĢ, əhali müəyyən züm-

rələrə, silklərə bölünmüĢ və məktəb tipləri də buna müvafiq olaraq 

dörd təbəqəyə- kahinlər, döyüĢçülər, katiblər, sənətkarlar təbəqəsinə 

bölünmüĢdür.  Əhalinin  dörd  silkdən  birinin  katiblər  olması  və  bu 

silkə  məktubları,  protokolları  tərtib  edən  mirzələr  hesabdarlar,  hü-

quqĢünaslar,  həkimlər,  yazıçı  və  Ģairlər,  coğrafiyaĢünaslar  və  mü-

nəccimlərin daxil olması onu göstərir ki, burada savadlı, təhsil gör-

müĢ elm adamlarına xüsusi diqqət yetirilmiĢdir. Bu da ona əsas ve-

rir ki, Sasani dövlətinin tərkibinə daxil olan Azərbaycanda (Atropa-

tendə)  təhsilə,  elmə,  elm  adamlarına,  savadlı  adamlara  xüsusi  hör-

mət göstərilmiĢ, böyük əhəmiyyət verilmiĢdir. 

Bu dövrdə yüksək silkə malik olan Ģahzadələrin, rütbə sahib-

lərinin uĢaqları Saray məktəblərində təhsil alırdılar. Saray məktəblə-

rində  gənclərin  təlim-tərbiyəsi  ilə  Ģahzadələr  və  yüksək  səviyyəli 



 

49 


müəllimlər  məĢğul  olurdular.  Bu  məktəblərdə  dövlət  üçün  kadrlar 

hazırlanırdı ZərdüĢt təlimi və tərbiyəsi ZərdüĢt məbədlərində, atəĢ-

kədələrdə  aparılırdı.  Dövrün  ən  böyük  atəĢkədəsi-AzərqoĢnəsb 

Azərbaycan  diyarında  yerləĢirdi.  Dövrün  böyük  alimləri  olan  əl-

Məsudinin,  əl-Həməvinin  əsərlərindən  də  məlum  olur  ki,  qədim 

Azərbaycanın  paytaxt  Ģəhərlərindən  olan  ġiz  (Gəncək)  Ģəhərində 

yerləĢən əzəmətli mədəniyyət, elm, təhsil mərkəzi, ZərdüĢt məbədi 

AzərqoĢnəsb olmuĢdur. AzərqoĢnəsb məbədinin ġiz Ģəhərində yer-

ləĢməsi onu göstərir ki, qədim Azərbaycanın paytaxtı olan bu Ģəhər 

böyük  elm,  maarif  və  mədəniyyət  mərkəzi  olmuĢdur.  “Avesta”nın 

iki  nüsxəsindən  biri  ġiz  AtəĢkədəsində  saxlanılırdı.  Sasanilər  döv-

ründə  ZərdüĢtün  müqəddəs  kitabı  “Avesta”  məhz  ġiz  nüsxəsi  əsa-

sında tərtib edilmiĢdir. Ġran, Azərbaycan, Türküstan, Hindistan Zər-

düĢt məbədlərində çalıĢmaq üçün ruhani kadrlar məhz ġiz Ģəhərində 

hazırlanıb  yerlərə  göndərilirdi.  AzərqoĢnəsb  kompleksi  o  dövrdə 

Yaxın  ġərq  və  Orta  Asiya  ölkələri  üçün  ən  mühüm  mədəniyyət, 

yüksək elm və ali təhsil mərkəzi hesab olunmuĢdur. Yuxarıda adını 

çəkdiyimiz  ərəb  tarixçisi  Məsudi  bu  Ģəhər  haqqında  yazmıĢdır  ki, 

burada  heyrət  doğuran  binaların  qalıqları,  eləcə  də  səma  kürəsini, 

ulduzları, dünyanı, quru və dənizləri, yaĢayıĢ yerlərini, bitki və can-

lıları əks etdirən rəngarəng və çox gözəl rəssamlıq lövhələri vardır. 

X əsrdə yaĢamıĢ coğrafiyaĢünas alim, səyyah Əbu Duləf ġiz Ģəhəri 

haqqında yazır ki, bu Ģəhər qızıl, civə, qurğuĢun, gümüĢ, sarı arsen 

və cəmast adlı daĢ mədənləri olan dağlar arasında yerləĢir... Orada 

çox möhtəĢəm bir atəĢkədə (od evi) vardır. ġərq və Qərbdə yaĢayan 

atəĢpərəstlər  buradan  od  apardılar.  AtəĢkədə  qübbəsinin  baĢında, 

onun tilsimi olan gümüĢ aypara vardır”. 

Hindistanda və Yunanıstanda Avestanın tibb, nücum, coğrafi-

ya, fəlsəfə sahələrinə dair hissələrin toplanması haqqında Sasani Ģa-

hı  ġapurun  (242-272)  xüsusi  fərman  verməsi  onu  göstərir  ki,  o 

dövrdə bu fənlərin öyrənilməsinə xüsusi diqqət yetirilmiĢdir. 

AtəĢkədələrdə  ZərdüĢt  təhsili  alanlar  bütün  günü  orada  olur, 

orada  yeyir,  orada  gecələyirdilər.  Onların  təhsil  xərclərini  AtəĢkə-

dələr ödəyirdilər. AtəĢkədələr bir elm, tədris mərkəzi, alimlər, müd-

riklər ocağı idi. Dahi Nizami Gəncəvi “Ġskəndərnamə” əsərində bu 

barədə dəyərli məlumatlar vermiĢdir: 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə