Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə11/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   176

 

35 


göstərir.  Dünyada  üç  tapıntıdan  biri  olan  bu  nadir  tapıntıya  görə 

Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil 

edilmiĢ  və  dünyanın  ən  qədim  sivilizasiya  ocaqlarından  biri  hesab 

edilmiĢdir. Bu dövrün tarixi 700-150 min il arasındadır. Erkən orta 

və AĢel dövründə əmək alətləri, ictimai münasibətlər xeyli təkmil-

ləĢmiĢ,  yeni  növ  alətlər  meydana  gəlmiĢ,  yeni  əmək  münasibətəlri 

yaranmıĢdır. Azıx mağarasından 850-900 min illik tarixi olan ġel və 

AĢel  dövrlərinin  ən  universal  alətləri  -ürək  və  badam  quruluĢlu  əl 

kəsərləri,  itiuclular,  qaĢovlar,  diĢli-kəzli  iskənəyə  bənzər  alətlər  və 

onlarca baĢqa növ alətlər aĢkar edilmiĢdir. Müxtəlif daĢlardan hazır-

lanmıĢ həmin alətlər məiĢətdə istifadə edilmiĢdir. Ġbtidai insanlar bu 

alətlər vasitəsilə özlərini vəhĢi heyvanlardan qorumuĢ, ov ovlamıĢ, 

balıq tutmuĢ, geyim tikmiĢ, toxuculuqla məĢğul olmuĢlar. 

Xalqımızın ulu torpağı olan Cənubi Azərbaycanın bir sıra yer-

lərində  də  qədim  insanlarımızın  yaĢayıĢına  dair  qiymətli  tapıntılar 

olmuĢdur. Urmiya gölünün ətrafında Rizayə Ģəhərindən 20 km. ġi-

malda  yerləĢən  Tamtama  mağarasından  neandartala  məxsus  bəzi 

qalıqlar dünya elminə bu gün də məlumdur. 

Bakının 50 km-də yerləĢən Qobustan insanlığın ən qədim yaĢa-

yıĢ məskəni olmuĢdur. Qayaların üstündə 1000-dən artıq Ģəkil və yazı 

iĢarələri vardır. Bu rəsmlərdə müxtəlif heyvanlar, qayıqlar, əmək, ov 

və  rəqs  səhnələri  təsvir  edilmiĢ,  insanlar  nəyi  isə  baĢqalarına  öyrət-

mək və ya bildirmək istəmiĢlər. Qobustan rəsmləri sırasında Mezolit 

dövrünə (Miladdan əvvəl  XII-X minilliklər) aid olan rəsmlər, iĢarə-

lər, dini ayinlərə həsr edilmiĢ fiqurlar, rəqs kompozisiyaları, hələ Me-

zolit və Enolit dövrlərində Azərbaycanda bədii zövqün,  rəsm  mədə-

niyyətinin,  təsviri  sənətin  varlığını,  nəqqaĢlığın,  rəssamlığın  səviy-

yəsini, inkiĢafını göstərən əsaslı bir dəlildir. Qayalarda həkk olunmuĢ 

qayıq  rəsmləri  o  dövrün  mühəndis  ağlından,  hesablama  iĢlərinin 

dəqiqliyindən xəbər verir. Qayıq bir tərəfdən insanların qida ehtiya-

cını ödəmək məqsədi güdürdüsə, digər tərəfdən bu bir nəqliyyat növü 

idi  ki,  baĢqa  yerlərə  səfərlər,  ticarət  və  mədəni  əlaqələr  demək  idi. 

Bütün bunlar qədim qobustanlıların təfəkkür tərzini, mədəni səviyyə-

sini,  dövrə  məxsus  öyrətmə-öyrənmə  prosesinin,  təlim-tərbiyə  mə-

dəniyyətinin ilkin formalarda varlığını bildirir. 

Qobustan  qayaüstü  rəsmlərinin  təhlilindən  məlum  olur  ki, 

buradakı  tərbiyə  məsələləri  əsas  etibari  ilə  ovçuluq,  əməksevərlik, 



 

36 


vətənpərvərlik, peĢəyə, sənətə məhəbbət, fiziki tərbiyə, təsviri sənət, 

rəqs, musiqi, estetik tərbiyə kimi keyfiyyətlər gənc nəslə aĢılanmıĢ-

dır. Ovlanacaq heyvanı düzgün niĢan almaq, atmaq, silah (ox, nizə, 

kaman)  hazırlamaq  və  ondan  bacarıqla  istifadə  etmək,  eləcə  də 

əmək  alətləri  hazırlamaq  və  istifadə  etmək,  qida  əldə  etmək  kimi 

bacarıq və vərdiĢləri gənc nəslə öyrətmək olmuĢdur. Qobustan mü-

təxəssisləri qeyd etmiĢlər ki, burada böyük öküz rəsmlərində nizə və 

ox  izləri  indi  də  görünür.  Bu  o  deməkdir  ki,  qədim  qobustanlılar 

vəhĢi öküz ovlamağı öyrənmək üçün qayanın üstündə rəsm edilmiĢ 

öküz  fiquruna  nizə,  yaxud  ox  atmaqla  gənc  nəslə  təcrübi  olaraq 

məĢqlər keçmiĢ, onları buna öyrətmiĢlər. 

YetiĢən  gənc  nəsil  müxtəlif  oyun,  rəqs,  mərasimlər,  adət  və 

ənənələr  vasitəsilə  xalqın  müəyyən  etdiyi  əxlaq  normalarına  yiyələ-

nirdilər. Rəqs və mərasimlər zamanı gənclərdə əməksevərlik, həyat-

sevərlik, kollektivçilik, insanpərvərlik, birlik, qarĢılıqlı yardımlaĢma, 

qoçaqlıq, çeviklik və bir sıra əxlaqi, iradi keyfiyyətlər tərbiyə edilib 

formalaĢırdı. Qayalardakı rəsmlər, rəqs səhnələri, daĢ qaval, piktoqra-

fik  iĢarələr  maarif  və  mədəniyyət  tariximizin  qədimliyindən,  insan-

ların  estetik  və  bədii  tərbiyəsindən  xəbər  verir.  UĢaqlar  və  gənclər 

oyun və rəqsləri müĢahidə etməklə və ya praktik olaraq bu nəsillərə 

ötürürdülər.  Qayalar  üstündə  təsviri-  süjetli  Ģəkli  prosesdə  iĢtirak 

etməklə qəbilə və ya tayfanın adət və ənənələrini mənimsəyir, onları 

yadda  saxlayıb  digər  gələn  yazılar,  dəmir  məmulatlarından  istifadə 

edərək döymə üsulu ilə rəsmlər, iĢarələr qədim qobustanlıların bədii 

təfəkkür  tərzini  və  bilik  və  dünyagörüĢünü,  insanların  öyrətmə  və 

öyrənmə aktlarnı, savad səviyyəsini göstərən dəlillərdir. 

1979-1994-cu illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün 

Qobustana xüsusi səfərlər elan edən məĢhur Norveç tədqiqatçısı Tur 

Heyerdal (Özünün dediyinə görə Azərbaycan əsillidir) ilk növbədə 

özü  Qobustana  səfər  etmiĢdir.  Onu  müĢaiyət  edən  Qobustanın 

tədqiqatçısı  C.Rüstəmov  söyləyir  ki,  o  çox  maraqlı  adam  idi.Yol 

boyu fikirli idi, dinib danıĢmırdı. Elə bil harasa tələsir, nəyisə gör-

mək istəyirdi, hərdənbir Xəzərə baxır və “Gözəldir” deyirdi. Arzu-

suna çatdı. Qobustanı gəzdi, dolaĢdı. Heyranlıqla təsvirləri nəzərdən 

keçirdi. Lakin qayıq rəsmlərinin qarĢısında duranda elə bil öz dün-

yasına  -  gəmilər  aləminə  qayıtdı,  qayıqlar  aləminin  seyrinə  daldı. 

Gah piano çalan kimi barmaqlarını qayıqların üstünə qoydu, oynat-



 

37 


dı,  gah  ölçülərini  götürdü,  gah  gendən  durdu  boylandı,  sonra  da 

sorğu-suala  baĢladı.  “Dünyada  qaya  təsvirlərində  əksini  tapan  qa-

yıqların  yaĢı  3500  ildən  çox  deyil,  bəs  nə  üçün  sizinkilərin  sorağı 

səkkiz minilliklərdən gəlir”- dedi. Biz ona qayaların dibində apardı-

ğımız  arxeoloji  qazıntılardan  aĢkar  etmiĢ  təsvirləri  göstərdik. 

Gözlərinə  inanmadı.  Sevincək  əllərini  qaldırdı  və  “bax,  indi  mən 

təslim.  Bu  qaya  təsvirləri  dünya  mədəniyyətinin  beĢiklərindən 

sayılan  beynəlnəhrdən  daha  qədimdir.  Görünür  Azərbaycan  belə 

qədim sivilizaysiya ocaqlarından biri olub. Bu danılmaz faktlardan 

sonra heç bir Ģübhəyə yer yoxdur” - dedi. 

Tur Heyerdal öz ehtimallarının əsaslı sübutunu təkcə Qobus-

tandakı  qayaüstü  təsvirlərdə  deyil,  bu  təsvirlərin  eynilə  əsrlərlə 

sonra  vikinqlər  tərəfindən  Norveç  mağaralarının  divarlarında  həkk 

olunması və həmçinin orta əsrlərdə yazılmıĢ saqalarda əks olunması 

ilə müəyyənləĢdirmiĢdir. Qobustan qayaüstü rəsmlərinə aid olan qa-

yıq  və  üzərindəki  günəĢ  təsvirləri  qədim  Azərbaycanın  insan  məs-

kənləri  ilə,  xüsusilə  yüksək  mədəni  irsə  malik  olan  Mesopotami-

yanın ġumer sivilizasiyaları ilə sıx əlaqələrindən xəbər verirdi. Tur 

Heyerdal öz alim – tədqiqatçı qrupu ilə həmçinin ġəkinin KiĢ kən-

dində olmuĢ və buradakı qədim məbədə dərin maraq göstərmiĢdir. 

Tur Heyerdalın Azərbaycana gəliĢi təsadüfi olmamıĢdır. O öz 

kökünü  Azərbaycanla  bağlayır.  Bu  barədə  Azərbaycan  Müəllimlər 

Ġnstitutunun baĢ müəllimi V.C.Aslan məqaləsində belə yazır: “As-ər 

və  ya  Az-ər  mənĢəli  tayfaların  Skandinaviyaya  gedib  çıxmasına 

münasibətlər  mahiyyətcə  eynidir.  ġəkinin  KiĢ  kəndində  büstü 

qoyulan, 1981, 1994, 1997, 1999-cu illərdə ölkəmizdə səfərdə olan, 

ġimali  Avropaya  Az-ər  adlanan  yerdən  gəldiklərini  “mifologiya 

yox, əsli tarix və coğrafiya” hesab edən, 1999-cu ilin mayında Azər-

baycanda  olarkən  söylədiyi  nitqində...  özünü  də  Az-əri  adlandıran 

Tur Heyerdal bu miqrasiyanı “tarixi kökümüzün mənĢəyi e.ə.800-cü 

ilə gedib çıxır”- Ģəklində açıqlayır və Snordan (Snorri Sturlusondan) 

belə  bir  misal  gətirir:  “Odin  öz  torpağında  yaĢayanda  Romalılar 

baĢqa dövlətlə müharibə aparırdılar və sonra da Azər tərəfə  yönəl-

məli idilər. Odin eĢidəndə ki, Romalılar Azər torpağına gələcəklər, 

adamları  götürüb  Avropanın  Ģimal  hissəsinə  gedir”  (V.C.Aslan. 

Azərbaycan  –Norveç  mifik  düĢüncə  tərzi:  müqayisə  və  paralellər. 

AMĠ. Xəbərlər. 2012,№ 1). 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə