Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə12/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   176

 

38 


Naxçıvanda  tunc  dövrünə  aid  Gəmiqaya  abidəsi  eramızdan 

əvvəl  I-III  minilliklərə  aid  edilir  ki,  üzərindəki  rəsmlər,  yazı, 

iĢarələr  insanların  bir-biri  ilə  ünsiyyət  və  əlaqə,  öyrətmə-öyrənmə 

prosesini  əks  etdirir.  Qayaüstü  təsvirlərdə  rəqs  səhnələri  o  dövrün 

estetik zövqünü bildirir, ov səhnələri, örüĢ sahələri, keçi, maral, quĢ, 

habelə əmək alətləri dövrün peĢələri olan ovçuluqdan, əkinçilikdən, 

maldarlıqdan  xəbər  verir,  at,  dəvə,  ulaq,  araba  təsvirləri  insanların 

istifadə  etdikləri  nəqliyyat  növünü  göstərir.  GünəĢ,  ağac,  çay  kimi 

rəsmlər qədim insanlarımızın inancından xəbər verir, daĢlar üzərin-

də düz xətlə çəkilmiĢ bir neçə xət və ya çox xət Gəmiqayalıların say 

anlayıĢından  xəbərdar  olmalarını  bildirir.  Gəmiqayalıların  bəbir, 

canavar,  ilan,  dəvə  kimi  rəsmlərin  müxtəlif  vəziyyətlərdə  daĢlara 

döymə  üsulla  böyük  məharətlə  iĢləmələri  bir  tərəfdən  o  dövrün 

rəssamlığını, nəqqaĢlığını göstərirsə, digər tərəfdən də Ģübhəsiz in-

sanlara ətraf mühiti, ərazini onun flora və faunasını öyrədir. Gəmi-

qaya rəsmlərində bir atlının baĢ və ayağında geyim olması o dövrün 

peĢələrini  (toxuculuq,  çəkməçilik  və  s.)  təxmin  etməyə  imkan 

yaradır. ġübhəsiz böyüklər də əldə etdiyi bilik və təcrübələri, qazan-

dıqları peĢələri kiçiklərə öyrətmiĢlər və yaxud da kiçiklər böyükləri 

müĢahidə etməklə müəyyən bilik, bacarıq və təcrübə əldə etmiĢlər. 

Gəmiqayanın  ilk  tədqiqatçısı  akademik  Vəli  Əliyevin  tədqi-

qatlarından  məlum  olur  ki,  Gəmiqayada  1500-ə  yaxın  yazı,  rəsm 

daĢ  və  metal  alətlərlə  döymə,  qazma,  sürtmə  yolu  ilə  həkk  olun-

muĢdur. Onlar aĢağıdakı kimi qruplaĢdırılmıĢdır: 1) Ġnsan rəsmləri; 

2) Araba rəsmləri; 3) Heyvan rəsmləri; 4) Müxtəlif mövzulu səhnə-

lər; 5) ĠĢarələr; 6) Qeyri-müəyyən təsvirlər. Gəmiqayalılar nəqliyyat 

vasitəsi  kimi  at,  dəvə,  ulaq  və  arabadan  istifadə  etmiĢ,  maldarlıq, 

ovçuluq,  əkinçiliklə  məĢğul  olmuĢlar.  Buradakı  araba  rəsmləri 

diqqətimizi cəlb edir. Belə ki, qədim tarixi mənbələrdən, “Oğuzna-

mə”lərdən məlum olur ki, arabanı kəĢf edənlər Kanqlı tayfaları ol-

muĢlar: “...Oğuz Kağanın çeriyində bacarıqlı, cüssəli, yaxĢı bir kiĢi 

vardı.  Bu  kiĢi  bir  araba  çapdı...  Arabalar  gedəndə  “Kanğa,  kanğa” 

deyə  səs  çıxarırdılar.  Onun  üçün  arabaya  “Kanğa”  adı  qoydular. 

Oğuz  Kağan  kanğaları  gördü,  güldü,  ayıtdı..  Qoy  yüklü  arabaları 

əsirlər  çəksin.  Sənə  verilən  “Kanğaluğ”  adı  qoy  kanğanı  yada 

salsın”. Bu ad Dədə Qorqudda “Kanqlı Qoca” və ya baĢqa bir yazı-

lıĢda “Qanlı Qoca” kimi iĢlənmiĢdir. Gəmiqayalılar müxtəlif təbiət 



 

39 


hadisələrinə, çaya, ağaca, heyvana inanmıĢ, onların təsvirlərini çək-

miĢ, GünəĢə sitayiĢ etmiĢlər. Gəmiqayada günəĢə sitayiĢi ifadə edən 

dairə ortasına nöqtə qoyulmuĢ rəsmlər vardır ki, bu da günəĢi ifadə 

edir. 


Gəmiqaya,  Oğlanqala,  Kültəpədə,  eləcə  də  Kəlbəcər,  Zəngə-

zur, Göyəm dağlarının (indiki Ermənistan ərazisində), habelə Cənu-

bi  Azərbaycan  abidələrinin,  xüsusilə  Qaradağ  üzərindəki  qayaüstü 

təsvirlərində insanların iqtisadi, mədəni, mənəvi həyatını əks etdirən 

müxtəlif iĢarələr, simvollar, damğalar (dairə formalı, düz, sınıq xət, 

haçaĢəkilli,  qarmaqĢəkilli,  aypara  Ģəkilli,  “P”,  “T”  Ģəkilli  iĢarələr, 

“həyat ağacı” təsvirləri) aĢkar edilmiĢdir ki, onlara pedaqoji yöndən 

yanaĢdıqda  deyə  bilərik  ki,  onlar  qədim  insanların  bilik,  savad  və 

mədəni  səviyyəsini,  yazı  mədəniyyətini,  rəssamlıq,  heykəltaraĢlıq 

bacarığını, inancını göstərən dəlillərdir. Digər tərəfdən bu iĢarələrin 

müxtəlif  yerlərdə  oxĢarlığı  regionun  qədim  insanlarının  bir-birilə 

iqtisadi-mədəni  əlaqələrindən  xəbər  verir.  Qədim  insanlarımızın 

daĢlar  üzərində  qoyduqları  müxtəlif  məzmunlu  izlər,  iĢarələr, 

rəsmlər  maarifləndirici,  inkiĢafetdirici,  tərbiyəedici  olmaqla  qədim 

insanların “öyrətmə-öyrənmə mexanizmi”ni, tərbiyə və təhsil iĢləri-

ni bəsit Ģəkildə də olsa bizə bildirir. 

Qədim  dövr-ibtidai  icma  quruluĢunda  yetiĢən  nəslin  tərbiyə-

sinə, icmanın əxlaq normalarına əməl edilməsinə Ģübhəsiz qəbilə və 

tayfanın  ağsaqqalları,  ataları,  dədələri,  təcrübəli,  bilikli  insanları 

rəhbərlik  edir,  icmaya  və  onun  üzvlərinə  məsləhət  və  istiqamətlər, 

öyüd və nəsihətlər verirdi. Buna görə də atalar, dədələr, ağsaqqallar 

bir  tərbiyəçi  kimi  hörmətli  Ģəxs  hesab  edilir,  onlara  pərəstiĢ  edilir, 

hətta sitayiĢ ayinləri də meydana gəlmiĢdi ki, bunu tunc dövrünün daĢ 

kitabələrində görmək mümkündür. Ġbtidai icma quruluĢunda ağsaqqal 

ata  və  babaların  qəbri  üzərində  bir  uzun  daĢ  Ģaquli  olaraq  yerə 

basdırılırdı.  Bu  cür  abidələrə  çoban  daĢı  da  deyirlər.  Belə  abidələrə 

dağ  və  dağ  ətəyi  yerlərdə  rast  gəlmək  olar.  Naxçıvanın  Nehrəm 

kəndinin  aĢağı  hissəsində  “Ölən  Ģəhər”  deyilən  yerdə  qəbir  üstü 

daĢlar  məhz  dediyimiz  çoban  daĢlarındandır.  Həmin  uca  daĢlara 

insanlar əbədi varlıq kimi baxmıĢ, onlar müqəddəsləĢdirilmiĢ, arzu və 

niyyətlər,  Ģər  qüvvələrdən  xilas  olmaq  bu  daĢlardan  istənmiĢ,  bu 

daĢlar ağsaqqal ata və babaların ruhunu bu dünyada yaĢatmaq, ondan 

yenə də kömək və məsləhətlər almaq düĢüncəsini daĢımıĢdır. 



 

40 


Ov, yürüĢ, qida əldə etmək, təbii fəlakətlərdən qorunmaq kimi 

həyati proseslərdə qədim insanların inancı, nəyəsə inamı formalaĢır, 

get-gedə  bu  inanc  mürəkkəbləĢir,  insanların  düĢüncələri  inkiĢaf 

edir.YetiĢməkdə  olan  nəsl,  uĢaqlar  bütün  bunları  müĢahidə  edir, 

öyrənir,  böyüklər  onlara  öyrədir.  Belə  qənaətə  gəlmək  olar  ki, 

qədim  insanlarda  tərbiyənin  aĢağıdakı  məqsədləri  olmuĢdur:  l) 

Qəbilə, tayfa, ailə uĢaqları praktik olaraq həyata hazırlamalı, onlara 

mürəkkəb  həyat  və  təbiət  hadisələrindən  baĢ  çıxarmağı,  təbii  fəla-

kətlərdən,  vəhĢi  heyvanlardan  qorunmağı,  qida  əldə  etməyi,  balıq 

tutmağı,  daĢ  alətlərdən  istifadə  etməyi  və  onu  hazırlamağı,  ov 

etməyi  və  ovlanmıĢ  heyvanın  dərisindən  istifadə  etməyi,  heyvan 

məhsullarından müxtəlif qida məhsulları hazırlamağı, daha sonralar 

da  heyvanlardan  müxtəlif  məqsədlər  üçün    minik,  yük  daĢımaq, 

nəqliyyat  vasitəsi  kimi  istifadə  etməyi  öyrətməli,  bunlara  müvafiq 

onları  lazım  olan  bilik,  bacarıq  və  vərdiĢlərlə  silahlandırmalı  və 

uĢaqlar  da  əldə  etdikləri  bilik,  bacarıq  və  vərdiĢləri  əməli  iĢlərdə 

nümayiĢ  etdirməlidirlər;  2)  UĢaqlara  ilahi  qüvvəyə,  ruha,  surətə 

inanmağı,  xeyirə  sitayiĢ,  pərəstiĢ  və  ibadət  etməyi,  onlara  dua 

etməyin yollarını, formalarını öyrətmək və uĢaqlar da praktik iĢləri 

ilə  onların  icrasını  qəbilə  baĢçısına,  ağsaqqala,  dədələrə  çatdırmalı 

idilər.Bütün  bunlar  tərbiyənin  məqsədləri  olsalar  da  onların  yerinə 

yetirilməsi üçün ciddi öyrətmə- öyrənmə prosesi tələb edilir, əməli 

iĢləri həyata keçirmək üçün ağsaqqal məsləhəti, tövsiyəsi gərəkirdi. 

Bütün  bunlar  da  onu  göstərir  ki,  qədim  dövrlərdə  də,  icma 

quruluĢunda da ağsaqqallar, ata və babalar, dədələr icma üzvlərinin 

təlimi  və  tərbiyəsi  qeydinə  qalmıĢ,  dövrün  tərbiyə  və  təlim  məq-

sədindən irəli gələrək böyüklər əldə etdikləri təcrübəni  yetiĢməkdə 

olan nəslə öyrətmiĢlər. Ġbtidai icma dövründə Azərbaycanın bir çox 

yerlərində  dulusçuluq,  misgərlik,  dəmirçilik  inkiĢaf  etmiĢdir.  Qa-

rabağ,  Qazax,  Naxçıvan,  Mildüzü,  Aran  rayonlarında  dulusçuluq, 

misgərlik  və  dəmirçilik  eramızdan  əvvəl  hələ  ikinci  minillikdə 

inkiĢaf etmiĢdir. Mezolit və Enolit dövrlərində ritmik və simmetrik 

anlayıĢların  ortaya  çıxması,  rəqs  kompozisiyalarının,  naturadan 

çəkilən  rəsmlərin mövcudluğu onu  göstərir ki,  ən qədim dövrlərdə 

belə  rəsm  və  incəsənət  mədəniyyəti  olmuĢ,  müxtəlif  yazılar  olmuĢ 

və buna müvafiq də təlim mədəniyyəti olmuĢdur. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə