АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 11-15 (2015)
11
Azərbaycan Florasının Bəzi Növləri Üçün Yeni Yayılma Arealları,
Bioekoloji Və Fitosenotik Xüsusiyyətləri
A.Q. Dadaşova*, V.M. Əlizadə
AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ 1004, Azərbaycan;
*E-mail: aida_dadashova@mail.ru
Məqalədə Azərbaycanın Qax rayonu ərazisi üçün yeni olan invaziv növ Conyza bonariensis (L.) Cronqist
aşkar edilmişdir. Papaver macrostomum Boiss. & A.Huet növünün yeni yayılma yerləri (Böyük Qafqazın
qərbi və Alazan-Əyriçay vadisi botaniki-coğrafi rayonları) müəyyən edilmişdir. Bundan başqa, ərazidə
rast gəlinən 6 növ - Allium ursinum L., Listera ovata (L.) R. Br., Orchis coriophora L., O. laxiflora Lam.,
O. purpurea Huds. və Peganum harmala L. növlərinin qısa bioekoloji və fitosenotik xüsusiyyətləri
haqqında məlumatlar verilmişdir.
Açar sözlər: Invaziv növ, bitki örtüyü, yeni yayılma yerləri, bioekologiya, fitosenotik
GİRİŞ
Müasir dövrdə elmi-texniki tərəqqinin sürətlə
inkişafı, ətraf mühitdə baş verən dəyişikliklər, iqlim
dəyişmələri, tədricən ekoloji tarazlığın pozulması
və s. amilləri bəzi bitki növlərinin təbii yayılma
ərazi hüdudlarının genişlənməsinə və ya məhdud-
laşmasına səbəb olmuşdur. Bundan başqa digər re-
gionlardan, bəzən isə qonşu ölkələrdən insan fəaliy-
yəti nəticəsində invaziv yad növlərin gəlməsi yerli
flora üçün xarakterik növlərin sayının azalması ilə
nəticələnir. Dünyada hal-hazırda invaziv növlərin
yerli floraya təsiri ciddi ekoloji problemlərdən biri
hesab edilir. Belə ki, BMT-nin Biomüxtəliflik Kon-
vensiyasının (CBD) Bitkilərin Qorunmasının Qlo-
bal Strategiyası Hədəf 10 (GSPC Target 10) yeni
bioloji invaziv növlərin qarşısının alınması baxı-
mından effektiv idarəetmə planları və invaziyaya
məruz qalan bitki biomüxtəlifliyi üçün əhəmiyyətli
olan ərazilərin idarəsidir.
Böyük Qafqaz silsiləsinin cənub yamacının
bitki örtüyü növ baxımından zəngin və rəngarəng
olduğundan hər zaman alimlərin diqqət mərkəzində
olmuşdur. Belə ki, V.C.Hacıyev (2004), S.H.Musa-
yev (1991), A.M.Əsgərov (2001), S.C.İbadullayeva
(2013), V.N.Kərimov (2000) və s. müəlliflərin
əsərlərində Böyük-Qafqazın qərbi botaniki-coğrafi
rayonunun; S.İ.Dmitriyeva (1966), N.P.Mehdiyeva
(2007) və s. müəlliflərin əsərlərində Alazan-Əyri-
çay vadisi botaniki-coğrafi rayonunun; V.V.Hətə-
mov (1197), S.Z.Əhmədova (2008) və s. müəl-
liflərin əsərlərində isə Bozqır yaylası botaniki-
coğrafi rayonunun bitki örtüyünün öyrənilməsinə
dair ədəbiyyat məlumatlarına rast gəlinir. Ədəbiy-
yat məlumatları araşdırıldığı zaman məlum
olmuşdur ki, bu 3 botaniki-coğrafi rayonun tərki-
binə daxil olan Qax rayonunun flora tərkibi hal-
hazırki dövrə qədər kompleks şəkildə öyrənil-
məmişdir. Yalnız, 1996-cı ildə T.A.Abdulleyava
tərəfindən rayon ərazisinin 11%-ni təşkil edən İlisu
Dövlət Təbiət Qoruğunun bitki örtüyü floristik
tədqiq edilmişdir (Abdullayeva, 1996). 2012-2014-
cü illərdə aparılmış tədqiqatlar nəticəsində isə ilk
dəfə olaraq ərazinin florası kompleks şəkildə tədqiq
edilmişdir.
MATERİAL VƏ METODLAR
Tədqiqatın məqsədi Qax rayonunun bitki ör-
tüyünün flora tərkibinin müəyyən edilməsi, onların
bioekoloji və fitosenotik xüsusiyyətlərinin, hündür-
lükdən asılı olaraq yayılmasının öyrənilməsi, eyni
zamanda invaziv yad növlərin tədqiqi olmuşdur.
Qax inzibati rayonu Azərbaycanın şimal-qər-
bində yerləşir. Azərbaycanın botaniki-coğrafi ra-
yonlar üzrə bölgüyə əsasən rayonunun şimal və
şimal-şərq hissəsi Böyük Qafqazın qərbi, mərkəzi
hissəsi Alazan-Əyriçay vadisi, cənub hissəsi isə
Bozqır yaylası botaniki-coğrafi rayonuna aiddir.
Tədqiqat ərazisinin şimal və şimal-şərqi kəskin
parçalanmış dik və sıldırımlı dağlıq relyefə; cənub
və mərkəzi hissəsi isə əsasən düzənlik relyefə
malikdir. Rayonun şimal və şimal-şərq hissəsinin
çay şəbəkəsinin sıxlığı - 0,5-0,7 km/km
2
; mərkəzi
hissəsinin - 0,3-0,5 km/km
2
; cənub hissəsinin isə
0,05-0,3 km/km
2
-dir. Qax rayonunun ərazisinin
təqribən 80%-ə qədər ərazisi əlverişli təbii-iqlim
şəraitinə malikdir. Rayon ərazisinin şimal və şimal-
şərq hissəsində dağ tundra iqlimi, bütün fəsillərdə
bol yağıntılı soyuq iqlim, yağıntıları təxminən
bərabər paylanan mülayim-isti iqlim; mərkəzi
hissəsində qışı quraq keçən mülayim-isti iqlim;
cənub hissəsində isə qışı mülayim, yayı quraq isti
keçən yarımsəhra və quru-çöl iqlim tipləri
mövcuddur. Ərazinin şimal və şimal-şərq hissəsinə
Azərbaycan Florasının Bəzi Növləri
12
yağıntıların orta illik miqdarı daha çoxdur - 1000-
1600 mm, mərkəzi hissəsində - 600-1000 mm,
cənubi hissəsində isə 400-600 mm-dir. Qax rayo-
nunun torpaq örtüyü - bozqır dağ-çəmən; ibtidai və
torflu dağ-çəmən; çimli dağ-çəmən; tipik qonur
dağ-meşə; çəmən meşə, tuqay; subasar allüvial -
çəmən; tipik və karbonatlı çəmən-qəhvəyi; karbo-
natlı dağ-qara; qismən qalıq şorlaşmış açıq şabalıdı;
tipik boz və qismən şorakətli və şoranlı boz və boz-
qonur torpaq tiplərindən ibarət olmaqla müxtəlif və
məhsuldardır. Tədqiqat ərazisinin bitki örtüyü -
subalp, alp çəmənləri və xalıları; enliyarpaqlı dağ
meşələri; dərə-çəmən, meşə bitkiləri; kolluqların
yerində yenidən bərpa olunmuş bitkilər; bozqır
bitkiləri; yarımsəhraların yerində bərpa olunmuş
bitkilər; yarımsəhralardan ibarətdir (Müseyibov,
1998; Məmmədov, Xəlilov, 2004).
Tədqiqatın obyekti Qax rayonunun bitki örtü-
yüdür. Toplanılmış herbari nüsxələrinin təyini za-
manı "Флора Азербайджана" (1950-1961), "Конс-
пект флоры Кавказа" (2006, 2008, 2012), "Azər-
baycanın ali bitkiləri" (Аскеров, 2001) əsərlərindən
istifadə edilmişdir. Ərazi marşrut və yarımstasionar
geobotaniki metodlar vasitəsilə tədqiq edilmişdir
(Полевая геоботаника, 1960). Toplanılmış herbari
nüsxələri Azərbaycan MEA Botanika İnstitutunun
Herbari Fondunda (BAK) saxlanılır.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Qax rayonu ərazisində (2012-2014-cü illər) apa-
rılmış çöl tədqiqatları əsasında bitki növlərinin
yayılma yerləri, bioekoloji və fitosenotik xüsusiyyət-
ləri haqqında məlumatlar toplanılmışdır. Bundan
başqa tədqiqat ərazisi üçün yeni olan invaziv növ
Conyza bonariensis (L.) Cronqist müəyyən edil-
mişdir. Papaver macrostomum Boiss. & Huet. növü
üçün isə Böyük Qafqazın qərbi və Alazan-Əyriçay
vadisi botaniki-coğrafi rayonları yeni yayılma yerləri
müəyyən edilmişdir.
Asteraceae Dumort. (Astrakimilər):
Conyza bonariensis (L.) Cronqist birillikdir
(Şəkil 1). Mezofitdir. Bu növ 1961-ci ildə "Azər-
baycan florası"nda Erigeron crispus Pourr. (qıvrım
xırdaləçək) kimi invaziv növ olaraq yalnız Kür-Araz
ovalığı botaniki-coğrafi rayonu üçün göstərilmişdir
(Флора Азербайджана, 1961). Daha sonra 2008-ci
ildə "Конспект флоры Кавказа" əsərində E. crispus
növü C. bonariensis növü olmuşdur, Qobustan, Ab-
şeron yarımadası və Kür-Araz ovalığı üçün göstəril-
mişdir (Конспект флоры Кавказа, 2008). 2013-cü
ildə isə C. bonariensis növünün yeni yayılma yeri,
invaziv populyasiyası Alazan-Əyriçay vadisi botani-
ki-coğrafi rayonunda müəyyən edilmişdir. Burada
Oncallı kəndi ətrafı qarışıq meşələrin yerində salın-
mış yeni fındıq bağında, kölgədə, fitosenozda popul-
yasiyası diffuziya xüsusiyyətli, bolluğu isə 3 bal
(Braun-Blanke şkalası) olmaqla rast gəlinmişdir.
Fitosenozda Physalis alkekengi L., Plantago major
L., Trifolium repens L. və T. pratense L. növləri ilə
birlikdə müşahidə edilmişdir. Çiçəkləmə iyul-avqust,
meyvə əmələgətirmə dövrü avqust aylarıdır.
Toplanma ərazisi: Qax rayonu, Oncallı kəndi
ətrafı, dəniz səviyyəsindən 205 m hündürlükdə,
ovalıqda, kölgədə, 10.08.2013.
Papaveraceae L. (Laləkimilər):
Papaver macrostomum Boiss. & Huet. (iriqu-
tucuqlu lalə) birillikdir (Şəkil 2). Mezofitdir. "Azər-
baycan florası" və "Конспект флоры Кавказа"
əsərlərinə əsasən tədqiqat ərazisində Bozqır yaylası
botaniki-coğrafi rayonunda yayıldığı qeyd olun-
muşdur (Флора Азербайджана (1953; Конспект
флоры Кавказа, 2012). Herbari materiallarının
təftişi zamanı müəyyən edilmişdir ki, 1940-cı ildə
L.İ.Prilipko tərəfindən Qəbələ rayonun Dəmir-
aparan çayı ətrafından bu növə aid herbari nüsxəsi
toplanmışdır (1 nüsxə). Lakin bu yayılma yeri
haqqında nəşr edilmiş heç bir ədəbiyyat mənbəsinə
rast gəlinməmişdir. Aparılmış tədqiqatlar nəticə-
sində növün Böyük Qafqazın qərbi və həm də
Alazan-Əyriçay vadisi botaniki-coğrafi rayonların-
da yayıldığı müəyyən edilmişdir. 1-ci yayılma
ərazisində Kürmük çayı ətrafı açıq sahədə, Adonis
aestivalis növü ilə birlikdə (1 fərd); 2-ci yayılma
ərazisində Consolida orientalis, Adonis binertii
kimi növlərin üstünlük təşkil etdiyi, kəndi ətrafı
istifadə olunmayan əkin sahəsində (1 fərd) rast
gəlinmişdir. Çiçəkləmə may, meyvə əmələgətirmə
dövrü iyun aylarıdır.
Xəritə: Qax rayonu ərazisində Conyza bonariensis
(1, 2) və Papaver macrostomum (3) növləri üçün
yeni yayılma arealları.
Dadaşova və Əlizadə
13
Şəkil 1. Conyza bonariensis Şəkil 2. Papaver macrostomum Şəkil 3. Allium ursinum
Toplanma ərazisi: 1) Qax rayonu, İlisu kəndi,
Kürmük çayı ətrafı, dəniz səviyyəsindən 1417 m
hündürlükdə, orta dağ qurşağında, 06.06.2013. 2)
Qax rayonu, Amanlı kəndi ətrafı istifadə olun-
mayan əkin sahəsi, dəniz səviyyəsindən 209 m
hündürlükdə, ovalıqda, 29.04.2014.
Bundan başqa tədqiqatlar zamanı toplanılmış
məlumatlar əsasında Allium ursinum L., Listera
ovata (L.) R.Br., Orchis coriophora L., O. Laxi-
flora Lam., O. purpurea Huds. və Peganum har-
mala L. növlərinin bioekoloji və fitosenotik xüsu-
siyyətləri haqqında məlumatlar verilir:
Alliaceae J. Agardh:
Allium ursinum L. (ayı soğanı) çoxillikdir
(Şəkil 3). Kseromezofitdir. "Azərbaycan Respubli-
kasının Qırmızı Kitabı"na (2013) Azərbaycanın
nadir növü kimi daxil edilmişdir. Tədqiqat ərazi-
sində Alazan-Əyriçay vadisi və Böyük Qafqazın
qərbi botaniki-coğrafi rayonlarında ovalıqdan orta
dağ qurşağına qədər yayılmışdır. Bu növə ərazinin
ovalıq hissəsində Quercus macranthera Fisch. &
C.A.Mey. ex Hohen., Crataegus pentagyna Waldst.
& Kit. ex Willd., Rosa canina L., Viola odorata L.
və s. kimi növlərin üstünlük təşkil etdiyi qarışıq
meşədə kölgəli yerlərdə (tək-tək); orta dağ
qurşağına aid hissəsində palıdlı-vələsli meşələrdə
kölgəli yerlərdə (tək-tək, bəzən qrup şəklində) rast
gəlinmişdir. Qida, dekorativ və balverən bitkidir. A.
ursinum növünün İlisu Dövlət Təbiət Qoruğunda
mühafizə olunan ərazilərdə populyasiyasının təbii
bərpası qənaətbəxşdir. Lakin tədqiqat ərazisinin
mərkəzi hissəsində, xüsusən qida əhəmiyyətində
görə antropogen təsirə məruz qaldığı - yerli əhali
tərəfindən soğanaqlarının çıxardılaraq bitkinin
çiçəkləmə dövrünə qədər toplanması müşahidə
edilmişdir. Toxumla və soğanaqla çoxalmasını
nəzərə alaraq burada populyasiyasının təbii bərpası
və fərdlərin sayının azalması müşahidə edilir.
Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun
aylarıdır.
Orchidaceae Juss. (Səhləbkimilər):
Listera ovata (L.) R.Br. (oval gizli çiçək) çox-
illikdir (Şəkil 4). Mezofitdir. Tədqiqat ərazisinin
Böyük Qafqazın qərbi və Alazan-Əyriçay vadisi
botaniki-coğrafi rayonlarında ovalıqdan orta dağ
qurşağına qədər yayılmışdır. Ərazinin ovalıq hissə-
sində bura üçün xas olan qarışıq meşədə, çəmən-
lərin yerində salınmış yeni fındıq bağlarında, tək-
tək və kiçik qruplarda (2-3 fərd) müşahidə edil-
mişdir. Aşağı və orta dağ qurşağında dağ
yamaclarında qarışıq enliyarpaq meşələrdə, kolluq-
larda, çəmənliklərdə, kölgəli yerlərdə, kiçik qrup-
larda (2-3 fərd) müşahidə edilmişdir. Çiçəkləmə və
meyvə əmələgətirmə dövrü iyun-iyul aylarıdır.
Orchis coriophora L. (bədbuy səhləb) çox-
illikdir (Şəkil 5). Mezofitdir. Tədqiqat ərazisinin
Böyük Qafqazın qərbi və Alazan-Əyriçay vadisi
botaniki-coğrafi rayonlarında ovalıqdan orta dağ
qurşağına qədər yayılmışdır. Ərazi üzrə senopo-
pulyasiyası az sayda müşahidə edilmişdir. Qıpçaq
kəndi ətrafı ərazidə çəmənlərin yerində salınmış
yeni fındıq bağına aid açıq sahədə, rütubətli
torpaqlarda rast gəlinmiş populyasiyada, Orchis
coriophora + Trifolium aureum mikroassosiasiyası
əmələ gətirmişdir. Belə ki, ərazinin fındıq yığımı
baxımından antropogen və zoogen amillərdən
qorunması səbəbindən, burada növün populyasiyası
məhdudlaşdırıcı amillərin təsirinə məruz qalmır.
Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-
iyun aylarıdır.
Orchis laxiflora Lam. (seyrək çiçək səhləb)
çoxillikdir (Şəkil 6). Mezofitdir. Tədqiqat ərazisinin
Böyük Qafqazın qərbi, Alazan-Əyriçay vadisi və
Bozqır yaylası botaniki-coğrafi rayonlarında ova-
lıqda və aşağı dağ qurşağında yayılmışdır. Ərazi
üzrə senopopulyasiyası az sayda müşahidə edil-
mişdir. Qıpçaq kəndi ətrafı ərazidə çəmənlərin
yerində salınmış yeni fındıq bağında, kiçik popul-
yasiyada tək-tək, rütubətli və kölgəli yerlərdə rast
gəlinmişdir. Sahənin fındıq yığımı baxımından an-
tropogen və zoogen amillərdən qorunması səbəbin-
dən, burada növün populyasiyası məhdudlaşdırıcı
amillərin təsirinə məruz qalmır. Çiçəkləmə aprel-
may, meyvə əmələgətirmə dövrü may aylarıdır.
Azərbaycan Florasının Bəzi Növləri
14
Şəkil 4. Listera ovata Şəkil 5. Orchis coriophora Şəkil 6. Orchis laxiflora Şəkil 7. Orchis purpurea
Şəkil 8. Peganum harmala
Orchis purpurea Huds. (fırfır səhləb) çox-
illikdir (Şəkil 7). Mezofitdir. "Azərbaycan Respub-
likasının Qırmızı Kitabı"na Azərbaycanın nadir
növü kimi daxil edilmişdir (Azərbaycan Respub-
likasının Qırmızı Kitabı, 2013). Tədqiqat ərazisinin
Böyük Qafqazın qərbi, Alazan-Əyriçay vadisi və
Bozqır yaylası botaniki-coğrafi rayonlarında ova-
lıqdan orta dağ qurşağına qədər yayılmışdır.
Ərazinin ovalıq hissəsində kolluqlarda və meşə-
lərdə; aşağı və orta dağ qurşağında meşələrdə, dağ
yamaclarında müşahidə edilmişdir. Ərazi üzrə
senopopulyasiyası az sayda müşahidə edilmişdir.
İlisu Dövlət Təbiət Qoruğunda mühafizə edilməsi
baxımından burada az sayda fərdlərdən (2-3 və ya
3-4) təşkil olunmuş qruplar şəklində; ərazinin
mühafizə olunmayan hissəsində isə tək-tək və ya 1-
2 fərddən təşkil olunmuş qrup şəklində rast
gəlinmişdir. Çiçəkləmə və meyvə əmələgətirmə
dövrü may-iyun aylarıdır.
Peganaceae (Engl.) Tiegh. ex Takht. (Üzər-
rikkimilər):
Peganum harmala L. (üzərrik) çoxillikdir.
(Şəkil 8) Kserofitdir. Tədqiqat ərazisində Alazan-
Əyriçay vadisi və Bozqır yaylası botaniki-coğrafi
rayonlarında ovalıqdan aşağı dağ qurşağına qədər
yayılmışdır. 1-ci yayılma ərazisində kənd ətrafı yol
kənarında tək-tək rast gəlinmişdir. 2-ci yayılma
ərazisində növ Kəvər (Capparideta) formasiyasında
rast gəlinir və burada dominant və edifikat olan
otvari kövər növü ilə Capparis herbacea +
Peganum harmala (otvari kövər üzərrikli)
assosiasiyasını yaradır. Çiçəkləmə may-iyul, meyvə
əmələgətirmə dövrü iyul-avqust aylarıdır.
ƏDƏBİYYAT
Abdullayeva T.A. (1996) İlusu dövlət qoruğunun
florası və onun floristik analizi. B.ü.f.d. üzrə
dissert., Bakı: 164 s.
Azərbaycan Respublikasının Qırmızı Kitabı (na-
dir və nəsli kəsilməkdə olan bitki və göbələk
növləri) (2013) Bakı: Şərq-Qərb, 676 s.
Əsgərov A.M. (2005, 2006, 2008) Azərbaycanın
ali bitkiləri (Azərbaycan florasının konspekti).
Bakı: Elm, I: 248 s.; II: 284 s.; III: 244 s.
Hacıyev V.C. (2004) Azərbaycanın yüksəkdağlıq
bitkiliyinin ekosistemi. Bakı: Təhsil, 130 s.
İbadullayeva S.C., Ələkbərov R. (2013) Dərman
bitkiləri (etnobotanika və fitoterapiya). Bakı:
Təhsil, 331 s.
Kərimov V.N. (2000) Şəki-Zaqatala bölgəsinin
Göyzəbanları. B.ü.f.d. üzrə dissert., Bakı: 168 s.
Məmmədov Q.Ş., Xəlilov M.Q. (2004) Ekologiya
Dadaşova və Əlizadə
15
və ətraf mühit. Bakı: Elm, 505 s.
Müseyibov M.A. (1998) Azərbaycanın fiziki coğ-
rafiyası. Bakı: Maarif, 399 s.
Аскеров А.М. (2001) Папоротники Кавказа.
Баку: Элм, 244 с.
Атамов В.В. (1997) Степная растительность
Азербайджана (фитоценологические особен-
ности, динамика и генезис). Дисс. докт. биол.
наук, Баку: 163 с.
Ахмедова С.З. (2008) Растительность зимних
пастбищ Джейранчеля и Аджиноура Азербай-
джана и ее биоэкологические и агрофитоцено-
тические особенности. Дисс. канд. на соис.
учен. степ. докт. биол. наук, Баку: 319 с.
Дмитриева С.И. (1966) Сорная растительность
северо-западной части Алазань-Автаранской
долины (в пределах Азербайджана) и меры
борьбы с нею. Автор. дисс. на соискание учен.
степ. канд. биол. наук, Баку: 29 с.
Конспект флоры Кавказа. (2006) СПб.: Изд.
Санкт-Петербургского университета, II: 467 с.
Конспект флоры Кавказа. (2008) СПб.; М.:
Товарищество научных изданий КМК, III ч. 1:
467 с.
Конспект флоры Кавказа. (2012) СПб.; М.:
Товарищество научных изданий КМК, III ч.
2: 623 с.
Мехтиева Н.П. (2007) Таксономичсекий и био-
морфологический анализ лекарственных рас-
тений Алазань-Агричайской долины. Матер.
межд. конф. «Биоморфологические исследо-
вания в современной ботанике», Владивосток:
300-303.
Мусаев С.Г. (1991) Злаки Азербайджана. Баку:
Элм, 420 с.
Полевая геоботаника (1960) под редакцией
Е.М.Лавренко, А.А.Корчагина. М.: АН СССР,
II: с. 83-86.
Флора Азербайджана (1950-1961) Баку: Изд.
АН Азерб. ССР, т. I-VIII.
Новые Ареалы Произрастания, Биоэкологическая И Фитоценотическая Характеристика
Некоторых Видов Флоры Азербайджана
Дадашева А.К., Ализаде В.М.
Институт ботаники НАНА
В статье рассматривается новый инвазивный вид Conyza bonariensis (L.) Cronqist для Кахского
района Азербайджана. Установлены новые места произрастания (западная часть Большого Кавказа
Азербайджана и Алазан-Агричайский ботанико-географические районы) для Papaver macrostomum
Boiss. & Huet. Также проводится фитоценотическая и биоэкологическая характеристика произ-
растающих на территории Кахского района видов Allium ursinum L., Listera ovata (L.) R.Br., Orchis
coriophora L., O. laxiflora Lam., O. purpurea Huds. və Peganum harmala L.
Ключевые слова: Инвазивный вид, растительность, новые места распространения, биоэкологичес-
кая, фитоценотическая
New Distribution Areas, Bioecological And Phytocoenotype Characteristics
of Some Species of the Flora of Azerbaijan
A.G. Dadashova, V.M. Alizade
Institute of Botany, ANAS
A new invasive species for Gakh district of Azerbaijan - Conyza bonariensis (L.) Cronqist has been
identified. The west part of Greater Caucasus and Alazan-Ayrichay valley botanical-geographical regions
were determined to be new distribution areas for Papaver macrostomum Boiss. & Huet. The bioecological
and phytocoenotype data about characteristics of 6 plant species - Allium ursinum L., Listera ovata (L.)
R.Br., Orchis coriophora L., O. laxiflora Lam., O. purpurea Huds. and Peganum harmala L. have been
presented in the article.
Key words: Invasive species, vegetation, new distribution areas, bioecological, phytocoenotype
Dostları ilə paylaş: |