Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə27/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   23   24   25   26   27   28   29   30   ...   87

 
81 
“Yerseçmənin öyrənilməsi və məsafənin təyini” mövzusu ke-
çilərkən  riyazi  məzmunlu  hərbi  çalışmalardan  da  səmərəli  istifadə 
olunmur. Nəticədə mövzu şagirdlər tərəfindən yaxşı mənimsənilmə-
miş qalır. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq) 
məşğələlərində şagirdlərin riyaziyyat, fizika, coğrafiya, rəsmxət ki-
mi fənlər üzrə aldığı biliklərdən və hərbi məzmunlu fizika və riyazi 
çalışmalardan  istifadə  imkanları  “Döyüş  silahları  və  atıcılıq  hazır-
lığı” (“Atəş hazırlığı”) və “Hərbi topoqrafiya” bölmələrinin tədrisin-
də daha da genişlənir. Qeyd edək ki, burada belə əlaqəli tədris bila-
vasitə  proqram  və  dərsliyin  də  imkanlarından  irəli  gəldiyinə  görə, 
hərbi  rəhbərlər  ondan  daha  çox  istifadə  edirlər.  Məktəblərin  bir 
qrupunda (məsələn, Bakı şəhəri 132, 111, 9 və Gəncə şəhəri 5 və 11 
saylı, Göy-göl rayonu Sabir kənd, Dəvəçi rayonu 1 saylı orta mək-
təblərdə) hərbi rəhbərlər “Atəş hazırlığı” bölməsi ilə tanışlıq zamanı 
məktəblilərin  fizika  və  riyazi  biliklərinə  və  bu  biliklərə  söykənən 
hərbi  çalışmaların  həllinə  əsaslanırlar.  Bunların  hər  birini  mərhələ-
mərhələ qeyd edib, ona öz münasibətimizi bildirək. 
Əvvəlki  proqramda  “Atəş  hazırlığı”  bölməsi  aşağıdakı  möv-
zulardan  ibarət  idi:  Kalaşnikov  avtomatının  və  qəlpəli  əl  qumbara-
sının hissələri, atəş açmanın əsası və qaydası və s. 
Güllənin  atılması  haqqında  məlumat  verilərkən  hərbi  rəhbər 
(Bakının 154, 39, 132, Şirvanın (Əli-Bayramlının) 2 saylı və s.) şa-
girdlərin  fizikaya  və  riyaziyyata  aid  biliklərindən  istifadə  edərkən 
göstərir  ki,  “güllənin  silahın  lülə  kanalından  qazın  təkan  enerjisi 
hesabına çıxmasına güllənin atılması deyilir”. Güllənin atılması çox 
qısa müddətdə baş verir və bu zaman böyük miqdarda qaz və istilik 
enerjisi əmələ gəlir. İndi biz 1943-cü ildə istehsal olunan patronların 
işləməsinə  baxaq.  Atəş  zamanı  patronun  barıtının  çəkisi  1,6q  olur 
və  o,  gülləni  lülədən  0,0012  san  müddətində  çıxarır.  Atəş  zamanı 
1,6q həcmində qaynar qaz  yaranır. Buxar şəklində  olan qazın  tem-
peraturu  2500-3500
0
C  olur.  Buxar  şəkilli  qaz  böyük  enerjiyə  ma-
likdir.  Belə  ki,  1,6q  çəkiyə  malik  olan  avtomat  patronunun  barıtı 
lülədə  kütləsi  7,9q  olan  gülləni  715m/san  (2680km/saat)  sürətlə 


 
82 
hərəkət etdirir, həmin miqdarlı barıt gülləni avtomatdan 3 km uzaq-
lığa  atır.  Gülləni  bu  məsafəyə  atmaq  üçün  225kqm-yə  qədər  güc 
sərf etmək lazımdır. Əgər 225 kqm-i 680-nə vurub, sonra alınan gü-
cü  at  qüvvəsinə  çevirsək,  onda  atəşin  gücü  2100-a.q.-nə  bərabər 
olacaqdır.  Bu  isə  parovozun  gücündən  100-a.q.  çoxdur.  Məlumdur 
ki, bir parovozun gücü 2000a.q.-nə bərabərdir. Sonra hərbi rəhbərlər 
belə tip çalışmalar həll etdirirlər: “Əsgər A nöqtəsindən 15 km/saat 
sürətlə 1 dəq. 30 san. qaçdıqdan sonra qaçış xətti boyunca avtomat-
dan  atəş  açmışdır.  Güllə  2  saniyədən  sonra  hədəfə  dəymişdir.  A 
nöqtəsindən  hədəfə  qədər  olan  məsafə  nə  qədərdir?”  “Güllə  açılan 
zaman ən böyük təzyiq nə vaxt yaranır və onun maksimum qiyməti 
nə qədər ola bilər?” və s. 
Aydın görünür ki, hərbi rəhbər şagirdlərin fizika və riyaziyya-
ta dair aşağıdakı biliklərinə əsaslanan çalışmalara müraciət edirlər: 
Fizika bilikləri: təzyiq, yanma zamanı yaranan enerji, cismin 
(barıtın) kütləsi, sürət vahidləri, (m/san, km/saat), güc, gücün ölçül-
məsi və vahidləri (kqm, at qüvvəsi) və s. 
Riyazi  bilikləri:  tam  ədədlər,  onluq  kəsrlər,  kəsrlər  üzərində 
hesab əməlləri və s. 
Atəş  zamanı  lülədə  güllə  ilə  giliz  arasında  yaranan  isti  qazın 
təzyiqini  aydınlaşdırarkən  hərbi  rəhbər  məktəblilərə  yalnız  konkret 
statistik məlumat verməklə kifayətlənir. Qeyd edilir ki, lülədə barıtın 
alışmasından əmələ gələn qaynar qazın təzyiqi o vaxt yüksək olur ki, 
lülədə güllə patronun gilizindən 4-6sm məsafədə yerləşsin. Bu zaman 
qazın təzyiqi 2800-2900a.q.-nə bərabər olur. Silahın lüləsindən çıxan 
andan isə gülləyə 300-900kq/sm
2
 təzyiqində təsir göstərilir. 
Məşğələnin sonunda isə çalışmalar həllinə vaxt ayrılmır. Gös-
tərilən rəqəmlərin yaddaşda möhkəmləndirilməsi məqsədi ilə şifahi 
çalışmalar yerinə yetirilmir. 
Digər  fizika  və  riyazi  anlayışlarla  bağlı  olan  hərbi  anlayışlar 
yalnız  şifahi  izahat  yolu  ilə  şagirdlərə  çatdırılır.  Çalışmalardan  bu 
hissədə  də  istifadə  olunmur.  Həmin  yolla  məktəblilərə  öyrədilən 
hərbi anlayışların mənimsədilməsi keyfiyyətini yoxlamaq məqsədilə 
müşahidələr aparılan siniflərin bir neçəsinə (Göy-göl rayonu Üçtəpə 


 
83 
kənd  orta  məktəbində  X,  Bakının  9,  146  saylı  məktəblərinin  X
a
  və 
X
b
 siniflərində) çalışmalar verilmişdir: 
a)
 
Nə  üçün  güllənin  avtomatın  lüləsindən  3km  məsafəyə 
atılması üçün 225 kqm güc sərf edilməlidir? 
b)
 
Necə  tapmaq  olar  ki,  gülləyə  təsir  göstərən  225kqm  güc 
2100a. q. (at qüvvəsinə) bərabərdir? 
Bu  çalışmalar  əvvəlcə  sinfə  (Bakı,  9  saylı  məktəbin  IX
  a
  və 
IX
b
, Göy-göl (Xanlar) rayonu Üçtəpə kənd orta  məktəbinin X sinif 
şagirdlərinə),  məşğələdən  sonra  isə  hərbi  rəhbərlərin  özlərinə 
verilmişdir.  Ümumiləşdirmə  zamanı  aşkara  çıxmışdır  ki,  hər  iki 
suala  orta  hesabla  (sorğu  aparılmış  bir  qrup  məktəblərdə)  hərbi 
rəhbərlərin  27%-i,  şagirdlərin  isə  34%-i  qeyri-qənaətbəxş  cavab 
vermişlər. Bu isə fizika və riyazi anlayışlar ilə bağlı olan hərbi anla-
yışların  başa  düşülməsinin  və  şagirdlərə  mənimsədilməsinin  aşağı 
səviyyədə  olduğunu  göstərir.  Bəs  bunun  səbəbləri  nədir?  Başlıca 
səbəbləri aşağıdakılardan ibarətdir: hərbi rəhbər keçəcəyi  mövzunu 
əvvəlcədən  dəqiq  araşdırmamış  və  həmin  mövzunun  hansı  tədris 
fənni ilə bilavasitə əlaqədar olduğunu müəyyənləşdirməmişdir. Eyni 
zamanda o, fizika və riyaziyyat müəllimlərilə də əlaqə saxlamamış , 
məşğələnin  keçirilməsində  istifadə  olunan  fizika  və  riyazi  anlayış-
ların  mahiyyətini  özü  üçün  aydınlaşdırmamış,  bu  anlayışların  ma-
hiyyətindən çıxış etməmiş, riyazi və fizika anlayışları hərbi anlayış-
larla üzvi şəkildə əlaqələndirməmiş və belə əlaqələrə aid çalışmala-
ra müraciət etməmişdir. Ümumiyyətlə, hərbi rəhbər “Atəş hazırlığı” 
mövzusunun tədrisində fizika və riyaziyyat müəllimlərinin köməyi-
ni lazım bilməmişdir. Təlim prosesində isə riyazi və fizika elminin 
öyrətdiyi  qayda  və  qanunlara  bilavasitə  əsaslanan,  bu  biliklər  üzə-
rində qurulan güllənin atılma prinsipinin elmi mahiyyətinin açılması 
hərbi  rəhbərin  imkanı  xaricində  olmuşdur.  Bu  isə  təlim  prosesində 
qarşıya qoyulan məqsədə çatmamaq deməkdir. 
Analoji  təhlil  “Havada  güllənin  uçuşu”  mövzusunun  öyrədil-
məsi prosesinə də aid edilə bilər. “7,62 mm avtomat” və “Avtomat-
dan  atəş  açma  priyomu”  mövzularının  tədrisində  isə  həndəsə  və 
rəsmxət  fənlərindən  məktəblilərə  verilən  biliklərdən  və  bu  biliklər 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə