Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə28/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   24   25   26   27   28   29   30   31   ...   87

 
84 
əsasında hazırlanan çalışmalardan nisbətən istifadə olunur. Əvvəlcə 
avtomatın  quruluşu  şagirdlərə  aydınlaşdırılır.  Bu  zaman  V.A.Deq-
tyarev  pistolet-pulemyot  sistemi  (PPD-40),  Q.S.Şpaqinin  pistolet-
pulemyot  sistemi  (PPŞ-41),  A.İ.Sudayevin  pistolet-pulemyot  sis-
temi  (PPS-43),  V.A.Kalaşnikovun  modernləşdirilmiş  avtomat  sis-
temləri (AKM və AKMS) haqqında məlumat çatdırılır. Onların isti-
fadəyə verildiyi vaxt, xəzinənin neçə patron tutduğu və s. haqqında 
məlumat  verdikdən  sonra  müəllim  avtomat  Kalaşnikovun  döyüş 
zamanı  yerinə  yetirdiyi  funksiyanın,  döyüşə  hazır  vəziyyətinin  və 
ümumi  quruluşunun  izahına  keçir.  Şagirdlər  öyrənirlər  ki:  “Avto-
matdan  atəş  iki  qaydada:  avtomat  (AA)  və  tək-tək  atəş  (TA)  for-
masında  aparılır.  Avtomatdan  atəş  açmağın  başlıca  formalarından 
biri  avtomat  atəşdir.  Avtomat  atəşin  özü  də  iki  formada  aparılır. 
Qısa növbəli və uzun növbəli atəşlər. Qısa növbəli atəş 5 atəşə kimi, 
uzun növbəli atəş 10 atəşə kimi olan atəşə deyilir. Patronlar hər biri 
30  patrontutan  daraq  vasitəsilə  avtomatın  atəş  oyuğuna  verilir. 
Avtomatın atəş tempi 1 dəqiqədə 600-ə yaxındır. Bu o vaxt olur ki, 
1  dəqiqə  müddətində  atəşin  arası  kəsilməsin.  Döyüş  zamanı  avto-
matdan bir dəqiqədə arasıkəsilmədən 100-ə qədər atəş açmaq müm-
kündür,  tək-tək  isə  40-a  qədər  atəş  açmaq  olur.  AKM  avtomatının 
çəkisi 3,6 kq-dır. Süngü bıçağın çəkisi isə 450 q-dır.” 
Sonra aşağıdakı çalışmalar yerinə yetirilir: “Kalaşnikov avto-
matından 0,6 dəqiqə avtomatik və 2,3 dəqiqə ardıcıl tək-tək atəşlər 
açmaq üçün neçə daraq (sandıq) lazımdır?”, “Məlumdur ki, AKM-
in  çəkisi  3,6kq,  süngü  -bıçağının  çəkisi  450q-dır.  Süngü-bıçaq 
AKM-in çəkisinin neçə faizini təşkil edir?” və s. 
Hərbi  rəhbər  avtomatın  ümumi  quruluşu  barədə  danışarkən 
məktəblilərin  fəza  fiqurları  təsəvvürlərinə,  həndəsədən  və  rəsmxət-
dən mənimsədikləri biliklərə, bu biliklərə əsaslanan riyazi məzmun-
lu çalışmalara və bu mərhələdə onların həllinə ehtiyac duyulmasına 
baxmayaraq  onlardan  istifadə  etmir.  Belə  çalışmalar  həndəsi  fiqur-
larla  avtomat  hissələrinin  müqayisəsi  yolu  ilə  həll  oluna  bilər.  Bu 
imkan  proqram  və  dərsliyin  təhlilində  öz  əksini  tapmışdır.  Lakin 
təcrübədən  anlaşılır  ki,  həndəsi  fiqurlardan  istifadə  edərək  avtomat 


 
85 
hissələrinin şagirdlərə mənimsədilməsi işi zəif qurulur. Elə ona görə 
də  məktəblilər  avtomat  hissələrinin  adlarını,  quruluşunu  və  funksi-
yalarını  təsəvvürlərində  canlandırmaqda,  yadda  saxlamaqda  və 
sonradan  onları  aydınlaşdırmaqda  çətinlik  çəkirlər.  Avtomatla 
tanışlıqla  əlaqədar  məktəbdə  məşğələlərin  keçirilmə  vəziyyətinin 
təhlili və alınan nəticələr eynilə, “7,62mm-lik Kalaşnikov əl pelem-
yotları”nın öyrədilməsi prosesinə də aiddir. 
Müşahidələr göstərir ki, “Hərbi topoqrafiya” mövzusunun təd-
risi  prosesində  şagirdlərə  riyazi  məzmunlu hərbi çalışmalar qismən 
həll etdirilir. Məsələn, “Kəşfiyyatçı əsgər körpüdən 45 azimut üzrə 
1500  metr  uzaqlaşmalıdır.  Onun  hərəkət  trayektoriyası  necə  olma-
lıdır?” və s. 
Belə  çalışmalar  təlim  prosesinin  keyfiyyətinə  müsbət  təsir 
göstərir. Odur ki, onların tərtibinə biz də əsərin növbəti yarımfəsil-
lərində geniş yer verəcəyik. 
Ümumtəhsil  məktəblərində  ibtidai  hərbi  hazırlıq  məşğələlə-
rinin  keçirilməsi  zamanı  hərbi  məzmunlu  fizika,  həndəsə,  cəbr, 
riyazi  analiz,  astronomiya  və  rəsmxət  məsələlərindən  necə  istifadə 
edildiyini öyrənmək məqsədilə həm şagirdlər, həm də hərbi rəhbər-
lərlə frontal sorğu keçirilmişdir. Sorğu respublikanın müxtəlif şəhər 
və  kənd  məktəblərini  əhatə  etmişdir.  Sorğuya  Bakı,  Gəncə,  Şirvan 
(Əli-Bayramlı),  Daşkəsən  və  s.  şəhər  məktəblərinin,  həmçinin  Ab-
şeron,  Yevlax,  Şəmkir,  Göy-göl,  Xaçmaz,  Daşkəsən  və  s.  rayon 
məktəblərinin  64  hərbi  rəhbəri  və  300  şagirdi  cəlb  olunmuşdur. 
Sorğu  bir  qrup  şəhər  (Bakı  və  Gəncə)  və  kənd  (Abşeron,  Yevlax) 
məktəblərində bilavasitə tədqiqatçının iştirakı ilə keçirilmiş, bir sıra 
məktəblərə  isə  yazılı  şəkildə  məktub  vasitəsilə  göndərilmişdir. 
Hərbi rəhbərlərdən və şagirdlərdən alınan cavablar tədqiq etdiyimiz 
problem baxımından təhlil olunub ümumiləşdirilmişdir. 
Hərbi rəhbərlərlə keçirilmiş sorğunun mətni belə idi: 
Hərbi  məzmunlu  fizika  və  riyazi  çalışmalardan  ibtidai  hərbi 
hazırlıq üzrə hansı məşğələlərdə və necə istifadə edirsiniz? 
Şagirdlərlə aparılmış sorğunun mətni isə belədir: 


 
86 
1.
 
Hərbi topoqrafiyanı öyrənərkən hansı riyazi çalışmalardan 
istifadə edə bilərsiniz və necə? 
2.
 
“Atıcılıq  hazırlığı”  (“Atəş  hazırlığı”)  bölməsində  riyaziy-
yata dair hansı çalışmalardan istifadə edə bilərsiniz və necə? 
Sorğu  zamanı  hərbi  rəhbərlərdən  və  məktəblilərdən  alınan 
cavablar  həm  keyfiyyətcə,  həm  də  kəmiyyətcə  təhlil  olunur.  Hərbi 
rəhbərlərin  və  şagirdlərin  cavabları  öz  keyfiyyətinə  görə  4  qrupa 
(səviyyəyə) bölündü. Cavabların belə qruplaşdırılmasında aşağıdakı 
prinsip rəhbər tutulmuşdur: 
a)
 
ibtidai hərbi hazırlıq məşğələlərində hərbi rəhbər fizika və 
riyazi  çalışmalardan  yerində,  düzgün  və  əlverişli  formada  istifadə 
etsin. 
b)
 
Şagird  fizikaya  və  riyaziyyata  aid  biliklərindən  müstəqil, 
düzgün və məntiqi cəhətdən bitkin şəkildə istifadə edə bilsin. 
Həmin  4  qrupun  (səviyyənin)  hər  birinin  mahiyyətini  aydın-
laşdıraq. Səviyyələrin mahiyyətini  yalnız şagirdlərin cavabları üzrə 
nəzərdən keçirəcəyik. Hərbi rəhbərlərin cavabları üzrə səviyyələrin 
izahı isə analoji qaydada aparılır. 
I  səviyyəyə  elə  məktəblilərin  cavabları  daxil  edilmişdir  ki, 
onlar  hərbi  materiallarla  tanış  olduqdan  sonra  həmin  materialın 
izahı  zamanı  riyazi  və  ya  fizika  biliklərini  ümumiyyətlə  yadlarına 
salmırlar. Buna ehtiyac duymurlar, heç təşəbbüs belə göstərmirlər. 
Cavabları  bu  qrupa  daxil  olan  hərbi  rəhbərlərin  isə  bir  qismi 
keçilən ibtidai hərbi hazırlıq dərsinə uyğun riyazi biliklərdən və yeri 
gəldikdə  riyazi  çalışmalardan  istifadəyə  meyl  göstərmir,  bu  məsə-
ləyə etinasız yanaşır, digər qismi isə məşğələdə fənlərarası əlaqəyə, 
xüsusən buna aid çalışmaların həllinə əlavə (artıq) bir iş kimi baxır 
və  həmin  işin  təlimin  keyfiyyətinin  yüksəldilməsinə  ləngidici  təsir 
göstərəcəyini fikirləşirlər. 
II səviyyəyə  daxil olan cavablarda şagirdlər dərsin məzmunu-
na  uyğun  fizika  və  riyazi  biliklərindən  istifadə  etməyə  və  riyazi 
çalışmaları  yerinə  yetirməyə  çalışırlar,  lakin  fizika,  riyazi  və  hərbi 
anlayışları  düzgün  əlaqələndirə  bilmədiklərindən  həmin  çalışmala-
rın həllində kobud səhvlərə yol verirlər. 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə