109
keçmiş sovet tankları çox güclü döyüş maşınıdır. Onun möhkəm
zirehi, güclü mühərriki, yüksək hərəkət ehtiyatı, sürmək və idarə
etmək üçün yeni aparatları var. Tankların içi nüvə partlayışından
mühafizə vasitələri ilə təchiz olunmuşdur. Uşaqlar, şəkildə bu, tan-
kın tırtılı, bu, topun lüləsi, bu, pulemyotu, bu da gövdəsidir. Gördü-
yünüz kimi, tank tırtılın üzərində dayanır. Tank yerə təsir göstərən-
də də tırtıllar vasitəsilə edir. Tankın ağırlıq qüvvəsi tırtıla ötürülür
və tırtılın yerdə oturan hissəsinin bütün nöqtələrinə eyni dərəcədə
paylanır. İndi həll edəcəyimiz məsələ də tankın tırtıllarının bu
xüsusiyyətinə aiddir; – deyərək fizika müəllimi çalışmanı oxutdurur
və onun həllinə keçir.
VI. VI sinfin “Fizika” dərsliyinin 25-ci səhifəsində kompasın
xarici görünüşünün şəkli, gənclərin çağırışaqədərki hazırlığı dərsli-
yinin (2007-ci il nəşri) 163-cü səhifəsində (ibtidai hərbi hazırlıq
dərsliyinin 188-ci səhifəsində) isə Adrianov kompasının həm fiziki
görünüşünün, həm də onun hissələrinin şəkli nümayiş etdirilir və
işləmə prinsipi aydınlaşdırılır. Hər iki mövzuda kompasın yerin
maqnit sahəsi əsasında işlədiyi göstərilir, coğrafi qütblər, yerin
şimal və cənub maqnit qütbləri və s. barədə danışılır. Bu əlaqələri
nəzərə alaraq, fizika müəllimi hərbi kabinetdən Adrianov kompasını
götürüb onun ümumi və fiziki görünüşü haqqında məlumat
verərkən
yerin maqnit sahəsinin müəyyənləşdirilməsində onun böyük praktik,
o cümlədən, hərbi əhəmiyyət daşıdığını şagirdlərin nəzərinə çatdırır.
Müəllim sinfə müraciətlə deyir: Yerin maqnit sahəsi əsasında
hazırlanan və hərbi işlərdə geniş istifadə olunan cihazlardan biri
kompasdır. Siz coğrafiya dərslərində kompas haqqında məlumat
almısınız. İndi isə hərbi məqsədlər üçün hazırlanmış Adrianov
kompasını görürsünüz. “Döyüş şəraitində səmtlənməni (oriyentir-
lənməni) bacarmaq böyük əhəmiyyət kəsb edir. Əsasən meşədə, na-
bələd yerlərdə, gecə vaxtı və pis hava şəraitində fəaliyyət göstərən-
də səmtlənmənin əhəmiyyəti əvəzolunmazdır” (60, s.163). Kompa-
sın maqnit əqrəbi yerin maqnit sahəsinin təsiri ilə maqnit xətləri
boyunca yönəlir. Bununla da, yerin şimal istiqaməti, sonra isə digər
üfüq cəhətləri müəyyənləşdirilir.