Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə32/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   28   29   30   31   32   33   34   35   ...   87

 
96 
olduğundan 57 saat çox qalarsa, onun suyun üstündə nə qədər vaxt 
olduğunu tapın”. 
Müəllim  həmin  çalışmanı  həll  etdirməzdən  əvvəl  sualtı  qa-
yığın ümumi görünüşü əks edilmiş şəkli sinfə göstərir. Aydınlaşdırır 
ki,  sualtı  qayıq  həm  suyun  altı,  həm  də  üstü  ilə  hərəkət  edə  bilir. 
Müasir  hərbi  texnikada  sualtı  qayıqlar  qüvvətli  döyüş  vasitəsidir. 
Sualtı qayıqdan atılan raketlər və özü idarə olunan torpedolar vasi-
təsilə  düşmənin  suüstü  və  sualtı  hərbi  obyektlərinə  suyun  altından 
(yaxud üstündən) güclü zərbə vurulur. 
İndi biz sualtı qayığın hərəkət sürəti ilə bağlı olan məsələ həll 
edəcəyik (Müəllim məsələni oxuyur və onun həllinə başlayır). 
Riyaziyyat  dərsliklərində  elə  çalışmalar  da  vardır  ki,  onların 
həlli  ibtidai  hərbi  hazırlıq  fənnində  “Hərbi  topoqrafiya”  bölməsinin 
daha  asan  və  elmi  əsaslarla  mənimsədilməsinə  xidmət  göstərə  bilir. 
Belə  çalışmalara, cəbr və həndəsə dərsliklərinin hamısında rast gəli-
nir. Məsələn, IV sinfin “Riyaziyyat” dərsliyində 1244 və 1251 saylı, 
V sinfin “Riyaziyyat” dərsliyində 758, 953, 954, 1108 və 1109 saylı, 
VI  sinfin  cəbr  dərsliyində  367  (a,b),  VI-VIII  siniflərin  “həndəsə” 
dərsliyində 334, 475, 695, 847, 875, (1,2), 1165 saylı çalışmalar. 
Hərbi  topoqrafiya  xüsusi  hərbi  fənn  olub  yerin  müəyyən  his-
sələrini həndəsi münasibətlərdə, həmçinin onların plan və xəritələrə 
köçürülmə üsullarını öyrənən elmdir. Hər bir əsgər döyüş zamanı öz 
hərəkət istiqamətini azimuta görə düzgün müəyyənləşdirməyi, hədə-
fin  və  özünün  yerləşdiyi  mövqeyi  dəqiq  göstərməyi,  naməlum  və 
yaxud az məlum olan ərazilərdə  yerləşən məntəqənin və bu məntə-
qəyə  gedən  yolu  asan  tapmağı,  topoqrafik  xəritələrdən  istifadə 
etməyi, hədəflə öz mövqelərinin oriyentirini dəqiq bilməyi və döyüş 
zamanı  mövqeləri  qiymətləndirməyi  bacarmalıdır.  Bunun  üçün  əs-
gər  bir  sıra  sadə  məlumatları,  o  cümlədən,  miqyas,  miqyas  vahid-
ləri, müxtəlif miqyaslı topoqrafik xəritələri, miqyasa görə müəyyən 
obyektin  və  ya  ərazinin  planını  çəkməyi,  yer  üzərindəki  məsafəni 
ölçərək onun miqyasa görə xəritəyə köçürməyi, yaxud xəritədə sm-
lərlə verilən məsafəyə uyğun gələn həqiqi məsafəni tapmağı, müşa-
hidə məntəqəsindən düşmən obyektinə qədər olan ən qısa məsafəni 


 
97 
müəyyənləşdirməyi,  sirkulun  köməyi  ilə  topoqrafik  xəritədə  mü-
vafiq məsafəyə uyğun həqiqi məsafəni hesablamağı bacarmalıdır. 
Dərsliklərdəki  çalışmalardan  bir  qrupunun  məzmunu  şagird-
lərdə milli orduya məhəbbət və rəğbət hissləri oyatmağa imkan ve-
rir. Məsələn, “yaz daşqını zamanı şəhəri su basmaq təhlükəsi yaran-
mışdır. Köməyə gələn ordu əsgərləri suyun qarşısını kəsən buz yığı-
mını  dağıtdılar.  Bundan  sonra  suyun  səviyyəsi  birinci  gün  1,2m, 
ikinci gün isə 0,7m dəyişdi. Çayda suyun səviyyəsi necə dəyişdi?” 
(63,  12  saylı  çalışma).  Bu  çalışmanın  həllinə  başlamazdan  əvvəl 
şagirdlərə  Azərbaycanın  sülhsevər  dövlət  olması,  onun  ordusunun 
isə işğala məruz qalmış torpaqlarımızın azad edilməsi uğrunda apar-
dığı  döyüşlər,  neçə-neçə  Azərbaycan  əsgərlərinin  qəhrəmancasına 
həlak  olması,  yeri  gəldikdə,  əsgərlərin  xalq  təsərrüfatının  müxtəlif 
sahələrindəki  fədakar  əməyi,  təbiət  təhlükələri  və  fəlakətləri  gözlə-
nildikdə  köməyə  gəlməsi  haqqında  yığcam  məlumat  verilir.  Sonra 
müvafiq çalışma oxunur və yalnız bundan sonra həll etdirilir. 
Bir  sıra  riyazi  çalışmaların  məzmunu  güllə  atıcılığına  dair 
məktəblilərdə ilkin təsəvvürlərin yaradılmasına kömək göstərir. Mə-
sələn,  “Hədəfə  atəşin  sayı  10  azalmış,  hədəfə  dəymənin  sayı  isə  3 
artmışdır.  Yayınmanın  (hədəfə  dəyməməyin)  sayı  necə  dəyişmiş-
dir?” (89, 1475 saylı çalışma). “Yarışlarda hər atıcı 10 atəş açır. Hə-
dəfə düşən hər atəş üçün 5 xal qazanır, dəymədikdə isə 1 xal itirir. 
Ən  azı  30  xal  toplayan  şəxs  qalib  hesab  olunur.  Qaliblər  sırasına 
çıxmaq  üçün  atıcı  hədəfə  neçə  dəfə  düşməlidir?”  (84,  364  saylı 
çalışma) və s. 
Riyaziyyat müəllimi bu tipli çalışmaların həllinə başlamazdan 
əvvəl əsgərin hədəfə atəş açmasını göstərən plakatı nümayiş etdirib 
AKM  silahın  ümumi  görünüşü,  onun  maddi  hissələri,  güllənin  lü-
lədə  və  havada  hərəkət  trayektoriyası,  onun  ani  müddətə  hədəfə 
dəyməsi, VI-IX siniflərdə isə güllənin atılma prinsipi haqqında qısa 
məlumat verir. 
Bir sıra  çalışmaların məzmununda döyüş şöhrəti  yerləri haq-
qında qısa məlumatlara müraciət edilir. Məsələn, V sinifdə (63) 215 


 
98 
saylı  çalışmanın  “a”  bəndi  isə  partizan  dəstələrinin  döyüş  əməliy-
yatlarına aiddir. 
Belə  çalışmaların  həlli  zamanı  riyaziyyat  müəllimi  məktəbin 
“hərbi  şöhrət”  muzeyinin  və  yaxud,  hərbi  guşənin  materiallarına 
əsaslanaraq  göstərə  bilər  ki,  xalqımız  Vətən  müharibəsi  apardığı 
indiki  dövrdə  Azərbaycan  əsgərlərinin  qəhrəmancasına  döyüşdük-
ləri və vətən yolunda minlərlə gənclərin əbədiyyətə qovuşduğu yer-
lər döyüş şöhrəti yerləri adı ilə məşhurlaşır və gələcəkdə də bu əbə-
diləşəcək.  Qarabağ  uğrunda,  Murov  dağı  ətrafında,  işğal  olunmuş 
hər  qarış  torpaqlarımız  uğrundakı  vuruşmalar  buna  misaldır.  Belə 
yerlər ölkəmizdə çoxdur. Xalqımız bu döyüş  yerlərini və orada hə-
lak olmuş əsgərlərimizi unutmur. Həmin torpaqlarda tarixi abidələr 
ucalacaq,  ölməzliyin,  igidlik  və  qəhrəmanlığın,  Vətən  sevgisinin 
rəmzi  kimi  qorunacaqdır.  Məktəblilər  isə  belə  döyüş  yerlərinə  yü-
rüşlər təşkil edəcək, qəhrəmanların xatirəsinə həsr olunan müxtəlif 
yarışlar  keçirəcəklər.  Uşaqlar,  indi  bizim  həll  etdiyimiz  məsələ  də 
şagirdlərin  belə  döyüş  şöhrəti  yerlərinə  yürüşləri  ilə  bağlıdır.  Mə-
sələnin “b” bəndinin həllində də oxşar mühakiməni yürütmək müm-
kündür. 
Dərslikdə  elə  tip  çalışmalar  da  vardır  ki,  onların  həlli  zamanı 
məktəblilərin hərbi-idman oyunları haqqında məlumatlarını genişlən-
dirmək  olar. Məsələn,  V  sinfin  “Riyaziyyat”ındakı  181 saylı məsələ 
“Üfüqdə  parıltı”  hərbi-idman  oyununa  aiddir.  Ənənə  şəklini  almış 
“Üfüqdə parıltı” hərbi-idman oyunu, təlimata əsasən, 4-7-ci sinif şa-
girdlərini  əhatə  edir.  Oyun  iştirakçıları  qabaqcadan  yarışa  hazırlaşır 
və oyunda onlara lazım olacaq hərbi anlayışları mənimsəyirlər. Bun-
ları nəzərə alaraq, riyaziyyat müəllimi hərbi-idman oyunlarına aid ça-
lışmaların həllinə belə bir müsahibə ilə başlaya bilər: 
– Siz hansı hərbi-idman oyunlarını tanıyırsıınız? Hansı hərbi- 
idman oyununda iştirak etmisiniz və neçənci yeri tutmusuz? Hərbi- 
idman oyunları nə üçün keçirilir? Oyun zamanı siz hansı işləri gör-
müsünüz? 
Bu suallara cavab aldıqdan sonra müəllim məsələni oxuyur və 
onun həllinə keçir. 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə