Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə31/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   27   28   29   30   31   32   33   34   ...   87

 
93 
olduğundan 
m
2
san
kq
0,00079
2
san
m
10
0,0079kq
m



 
Burada: 
 
m
201,93kq
2
san
2
m
m
2
san
kq
2
2
715
0,00079
2
2
0
mV
E







 
 
E = 201, 93 kq 

 m. 
 
Alınan  nəticələrin  təhlili  və  ümumiləşdirilməsi  göstərir  ki, 
hərbi  rəhbərlərin  bir  qismi  digər  tədris  fənləri  üzrə  anlayışların 
şagirdlərə nə dərəcədə məlum olduğunu müəyyənləşdirmir və onların 
bu  fənlər  üzrə  bilik  səviyyələrini  əsas  götürmür.  Hərbi  rəhbərlər 
məşğələlərin  gedişində  fizika,  riyazi,  coğrafi  və  s.  məzmunlu  hərbi 
çalışmalardan istifadənin yerini, yəni onlardan harada və necə istifadə 
etmək  lazım  olduğunu  bilmirlər.  Şagirdlərin  bir  qrupuna  fizika  və 
riyazi  anlayışlar  zəif  mənimsədilir.  Ona  görə  də  gənclərin  çağırışa-
qədərki hazırlığı (ibtidai hərbi hazırlıq) dərsliyində bu fənlərlə əlaqəli 
verilmiş hərbi mətnlər məktəblilər tərəfindən çətin qavranılır. 
Ümumiyyətlə, nəzərdən keçirdiyimiz problemlə bağlı məktəb 
təcrübəsində faydalı rüşeymlərə rast gəlmək mümkündürsə də, hələ-
lik  bu,  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq) 
kursunun  digər  ümumtəhsil  fənlərilə  əlaqəli  tədrisi  problemlərinin 
praktikada həll olunmasına cavab vermir. Ancaq problemin həllinin 
mümkünlüyünü təsdiq etməyə imkan yaradır. 
Birinci  fəsildə  şərh  olunmuş  fikirləri  yekunlaşdıraq.  Apardı-
ğımız tədqiqatdan aydın olur ki, gənclərin çağırışaqədərki hazırlığı 
(ibtidai  hərbi  hazırlıq)  kursunun  ümumtəhsil  fənləri  ilə  əlaqəli  təd-
risində müvəffəqiyyət qazanmağa imkan verən bəzi pedaqoji şərtlər 
vardır. Ümumiyyətlə fənlərarası əlaqənin, o cümlədən gənclərin ça-
ğırışaqədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursu  ilə  ümumtəhsil 
fənləri  arasında  qarşılıqlı  əlaqə  yaratmağın  zəruriliyini  bilmək  və 
təlim zamanı onu nəzərə almaq; təlim zamanı, o cümlədən gənclərin 


 
94 
çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) kursunun tədrisində 
problemli  situasiya  yaratmağın  əhəmiyyətini  dərk  etmək  və  təlim 
zamanı  bunu  həyata  keçirmək;  təlimdə  müqayisədən  istifadə 
səmərəli  olduğu  üçün  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai 
hərbi hazırlıq) kursunun tədrisində onu tətbiq etmək həmin pedaqoji 
şərtlər sırasındadır. 
Gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) kur-
su üzrə tədris proqramları və dərsliklərinin təhlili göstərir ki, həmin 
tədris proqramları və dərsliklərindəki materiallarda ümumtəhsil fən-
lərinin tədrisi ilə əlaqələndirmək üçün çoxcəhətli imkanlar vardır. 
Bu  imkanlardan  lazımınca  istifadə  etmək  üçün  pedaqoji  və 
metodik ədəbiyyat nə dərəcədə istiqamət verir? Mövcud ədəbiyyatın 
araşdırılması  isbat  edir  ki,  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibti-
dai  hərbi  hazırlıq)  kursunun  tədrisinin  bu  və  ya  digər  ümumtəhsil 
fənni  ilə  əlaqələndirməyin  tək-tək  məsələlərinə  toxunulmuşdur. 
Lakin bu məsələlər pərakəndə haldadır, bir-biri ilə əlaqələndirilmə-
mişdir; problemin həllində tam aydınlıq yoxdur. Gənclərin çağırışa-
qədərki  hazırlığı  (ibtidai  hərbi  hazırlıq)  kursunun  ümumtəhsil  fən-
ləri  ilə  əlaqələndirilməsinin  nəzəri  və  əməli  məsələlərinin  sistem 
şəklində  işlənməməsi  ümumtəhsil  məktəblərində  hərbi  rəhbərlərin 
işinə  təsir  göstərməyə  bilməz.  Apardığımız  tədqiqat,  hərbi  rəhbər-
lərlə söhbətlər, dərslərin müşahidəsi göstərmişdir ki, hərbi rəhbərlə-
rin  böyük  əksəriyyətinin  nəzəri  və pedaqoji hazırlıq  səviyyəsi  yük-
sək deyil. Gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) 
kursunun  ümumtəhsil  fənlərinin  tədrisi  əsasında  öyrətməyin  nəzəri 
və  əməli  məsələlərini  küll  şəklində  işləmək  və  hərbi  rəhbərləri 
nəzəri, pedaqoji cəhətdən silahlandırmağa böyük ehtiyac vardır. 


 
95 
II FƏSĠL 
 
GƏNCLƏRĠN ÇAĞIRIġAQƏDƏRKĠ HAZIRLIĞI  
(ĠBTĠDAĠ HƏRBĠ HAZIRLIQ) KURSUNUN SĠSTEMATĠK 
TƏLĠMĠNƏ QƏDƏR DĠGƏR ÜMUMTƏHSĠL FƏNLƏRĠNĠN 
TƏDRĠSĠ ZAMANI ZƏRURĠ HƏRBĠ BĠLĠKLƏRĠN 
ÖYRƏDĠLMƏSĠNĠN ĠMKAN VƏ YOLLARI 
 
 
2.1. Riyaziyyat dərslərində şagirdlərə ilkin hərbi-texniki 
məlumatların verilməsi 
 
V-IX  siniflərdə  riyaziyyat  kursunun  mövcud  proqramlar  əsa-
sında  tədrisi  zamanı  şagirdlərə  hərbi  –  texniki  biliklərin  verilməsi 
bir  tərəfdən  məktəblilərin  hərbi  xidmətə  daha  keyfiyyətli  hazırlan-
masına, digər tərəfdən fənlərarası əlaqənin həyata keçirilməsinə şə-
rait yaradır. 
Adı  çəkilən  siniflərin  riyaziyyat  dərsliklərindəki  çalışmaların 
həlli  zamanı  Azərbaycan  Milli  Ordusunun  Vətəni  müdafiə  etməsi, 
onun döyüş epizodları, xalqımızın tarixi qəhrəmanlıq ənənələri, hər-
bi  döyüş  texnikası  və  silahları,  taktiki  döyüş  priyomları  və  s.  haq-
qında  qısa  və  ilkin  məlumatları  məktəblilərin  nəzərinə  çatdırmaq 
mümkündür. X-XI siniflərdə isə həmin məlumatlar əsasında ibtidai 
hərbi hazırlıq dərslərində daha sistemli biliklər veriləcəkdir. 
V-IX sinif riyaziyyat dərsliklərindəki çalışmalardan bir qrupu-
nun həlli zamanı məzmunda verilən hərbi döyüş texnikasının şəklini 
göstərməyə, bu texnika haqqında yığcam və ümumi şəkildə söz aç-
mağa imkanlar vardır. Bu zaman şagirdlər həmin texnikanın xarici 
görünüşü ilə tanış olur, onu başqa döyüş vasitələrindən fərqləndirə 
bilir,  döyüş  xüsusiyyətləri  haqqında  qısa  məlumat  əldə  edirlər.  IV 
sinfin  riyaziyyat  dərsliyindəki  965  saylı  çalışmaya  diqqət  yetirək 
“Sualtı  qayığın  suyun  üstü  ilə  hərəkət  vaxtı  suyun  altı  ilə  hərəkət 
vaxtından  20  dəfə  azdır.  Sualtı  qayıq  suyun  altında  suyun  üstündə 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə