Azərbaycan resubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/52
tarix14.05.2018
ölçüsü2,8 Kb.
#44204
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

38 
 
təricilərin dəyişməsi ilə əlaqədardır və müəssisənin istehsal tə-
sərrüfat  fəaliyyətinin  maliyyələşdirilməsi  sahəsində  bir  sıra 
risklər yaradır. 
Riskin endоgen amilləri müəssisənin fəaliyyətinin mik-
rоmühitini fоrmalaşdırır. 
Məlumdur  ki,  bazar  subyektlərini  sahibkarlıqla  məşğul 
olmağa sövq edən ən əsas amil gəlirdir. Gəlir isə istehsal amil-
lərinə çəkilən  xərclər və onların dəyəri arasındakı fərqdir. Bura 
renta (yəni, faizə görə gəlir), əməkhaqqı və riskə görə mükafat 
daxildir. Riskə görə mükafat dedikdə, sahibkarın risk şəraitində 
qəbul  etdiyi  qərarın  əvəzi  olaraq,  onun  əldə  etməyə  çalışdığı 
ə
lavə mənfəətdir. 
Beləliklə,  aydın  olur  ki,  tam  məlumatlı  mühitdə  bazar 
dinamik deyil, statik olur və fərdlərin sahibkarlıq fəaliyyəti ilə 
məşğul olmağa stimulu qalmır. Çünki insanları bizneslə məşğul 
olmağa sövq edən əsas amil gəlir, dolayısı ilə riskdir.  
Amerikan  professoru  C.B.Klark  gəliri  belə  izah  edir: 
“...  gəlir  insanların  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olması 
üçün  tələ  yemidir.  Bunun  daha  yaxşı  forması  isə  maaşa  olan 
ə
lavələrdir.  nkişafın baş verməsi üçün bu  yem o qədər böyük 
olmalıdır  ki,  insan  maneələri  aşmağa  və  riskə  getməyə  hazır 
olsun. 
Gündəlik həyatda insan fəaliyyəti nəticəsində baş verən 
dəyişikliklərin bəzilərini əvvəlcədən bilmək olur, bəzilərini isə 
yox.  Həmin  dəyişikliklər  nəticəsində  itkinin  baş  verəcəyini, 
yaxud  əlavə  gəlirin  əldə  ediləcəyini  də  ancaq  ehtimal  etmək 
mümkündür.  Gəlirlə  dəyişiklik  arasında  dolayı  əlaqə  mövcud-
dur ki, buna da müxtəlif amillər təsir göstərir. 
Dəyişikliyin  baş  verməsi  gəlirin  yaranması  üçün  əsas-
dır.  Əgər  həyatda  hər  şey  olduğu  kimi  davam  etsəydi,  yaxud 
gələcəkdə  baş  verəcək  hadisələr  bu  gündən  bilinsəydi,  onda 
xalis  rəqabət  bazarda  hər  şeyi  ideal  hala  gətirər  və  beləliklə, 
məhsulun  qiyməti  onun  istehsalına  çəkilən  xərclərlə  bərabər-


39 
 
ləşər  və  sahibkarların  fəaliyyət  göstərməsinə  heç  bir  maraq 
qalmazdı.  
Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  xalis  rəqabət 
ancaq  müəyyənlik  şəraitində  mövcuddur.  Reallıqda  isə  insan-
ların gələcək haqqında tam məlumatı olmadığı üçün xalis rəqa-
bət  mühiti  də  mövcud  deyildir.  Məhz  bu  amil  sahibkarlarda 
onların  bazardakı  gələcək  fəaliyyətinə  dair  qeyri-müəyyənlik 
yaradır  ki,  bu  da  onların  fəaliyyətini  situmullaşdırır  və  gəlir 
ə
ldə etməyə, inkişaf etməyə sövq edir. 
Qeyri-müəyyənliyin  yaranmasına  digər  səbəb  zamanla 
ə
laqədardır.  Çünki  iqtisadi  vəziyyətin  dəyişməsi  ilə  gəlir  ara-
sında dolayısı əlaqə mövcuddur. Belə ki, gəlir o zaman yaranır 
ki, sahibkarın məhsul istehsal etdiyi zamanla məhsul satışı ara-
sındakı zamanı fərqlənir. Bu vaxt istehsal xərcləri və satış qiy-
məti  bir-birindən  fərqlənir  ki,  bu  da  dəyişiklik  yaradır.  Də-
yişiklik olmasaydı, rəqabətin sayəsində istehsala çəkilmiş xərc-
lərlə məhsulun satış qiyməti eyniləşərdi. Reallıqda bu mümkün 
olmadığından,  gələcəkdəki  dəyişiklik,  əsasən  də,  onun  nəti-
cəsinə  dair  məlumat  olmadığından  qiymətlər  ancaq  proqnoz 
ə
sasında formalaşır ki, bu da sahibkar üçün stimul yaradır.  
Biz  daim  dəyişən,  qeyri-müəyyəniklərlə  dolu  bir  dün-
yada  yaşayırıq,  gələcəyə  dair  dəqiq  məlumatımız  çox  azdır. 
Həyatdakı problemlərin yaranmasına da çox zaman bizim mə-
lumatsızlığımız səbəb olur. Bunu həm biznesdə,  həm də digər 
sahələrdə görmək mümkündür. 
Qeyri-müəyyənlik  iqtisadi  kateqoriya  kimi  müxtəlif 
tədqiqatçılar  tərəfindən  tədqiq  olunmağına  baxmayaraq,  onun 
izahı  zamanı  fikir  ayrılığı  hələ  də  mövcuddur.  Bəzi  müəlliflər 
“qeyri-müəyyənlik”  anlayışını  informasiya  azlığı  və  ya 
etibarsızlığı  olduğu  şərait  kimi  göstərirlər.  Digərləri  isə  qeyri-
müəyyənliyin  belə  bir  tərifi  ilə  razılaşmayıb,  idarəetmənin  ef-
fektivliyi  üçün  məlumatın  müəyyənliyini  əsas  şərt  hesab  et-
mirlər.  nformasiyanın  iqtisadi  sistemin  fəaliyyəti,  iqtisadi  ha-
disələrin baş verməsi üçün əsas amil olmasına baxmayaraq, hər 


40 
 
hansı  firmanın  fəaliyyətinin  davamlılığının  digər  amillərdən  - 
onun  ödəməqabiliyyətliliyi,  təşkilatı  quruluşu,  idarəetmə  sis-
temi və digər amillərdən asılı olduğunu iddia edirlər. 
Lakin, o da danılmaz faktdır ki, firmanın düzgün idarə 
edilməsi  üçün  onun  haqqında  dolğun  informasiyaya  sahib 
olmaq gələcəkdə  risklərin müəyən  edilməsinə və onların azal-
dılması  üçün  müvafiq  tədbirlərin  görülməsinə  imkan  yaradır.  
Bu  səbəbdən  inkişaf  etmiş  ölkələrdə  iri  şirkətlər  müntəzəm 
olaraq  informasiyanın  toplanılması  ilə  bərabər  marketinq  və 
antiböhran siyasətinin həyata keçirilməsi üçün tədbirlər görür. 
darəetmənin  əsas  məqsədi  obyektlərin  səmərəli  idarə 
edilməsi  üçün  qeyri-müəyyənlik  şəraitində  müxtəlif  yollarla 
müəyyənliyin  əldə  edilməsidir.  Bunun  üçün  qərar  qəbulunda 
optimal  variantların  tapılması  məqsədilə  baş  vermiş  təsadüfi 
hadisələrin uçota alınması zəruridir.  
Qeyri-müəyyənlik  bazar  iqtisadiyyatının  əsas  xüsusiy-
yətidir.  nzibati-amirlik sistemindən fərqli olaraq, bazar iqtisa-
diyyatında  hər  şey  məlum  olmur  və  müxtəlif  nəticələrin  baş 
verməsi  mümkündür.  Bu  bir  tərəfdən  yaxşıdır  ki,  bazar  sub-
yektləri  arasında  fəaliyyət  üçün  stimul  yaradır,  digər  tərəfdən 
isə  gələcəyi  proqnozlaşdırmaq  çətinlik  yaradır  və  nəticələrin 
mənfi olması ehtimalı mövcud olur. 
Qeyri-müəyyənliyin  özünəməxsus  xüsusiyyətləri  də 
mövcuddur.  Bu,  iqtisadi  sistemlə,  təsərrüfat  sisteminin  fəaliy-
yəti, qoyulmuş məqsədlərin müxtəlifliyi, iqtisadi parametrlərin 
ziddiyyətliliyi  ilə  əlaqədardır.  Bütün  bunlar  bir  tərəfdən  müx-
təlif situasiyalar yaradır, digər tərəfdən isə qeyri-müəyyənliyin 
müxtəlif tiplərinin yaranmasına səbəb olur. 
Qeyri-müəyyənliyin  səviyyəsinin  azaldılması  fəaliyyə-
tin təşkilatlanması və əlaqələndirilməsi ilə mümkündür. Çünki, 
məhz  fəaliyyətin  təşkilatlandırılması  sayəsində  qeyri-müəyyən 
proses  müəyyənləşir.  Bundan  sonra  isə  tənzimləmə  vasitəsilə 
çatışmazlıqlar aşkar olunur. Bütün bunlar qeyri-müəyyən amil-
lərin,  təsadüfi  hadisələrin  müəyyənləşməsinə  şərait  yaradır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə