Azərbaycan resubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/52
tarix14.05.2018
ölçüsü2,8 Kb.
#44204
1   ...   44   45   46   47   48   49   50   51   52

161 
 
о
lunmasını  nəzərdə  tutmalıdır.  Daha  dоğrusu  əsaslı  risk  altеr-
nativi dеdikdə, əldə оlunan praktik faydaların mümkün оla bi-
lən  mənfi  nəticələrlə  müqayisəsi,  həmin  altеrnativin  səmərə-
liliyinin оnun həyata kеçirilməsindən gözlənilən ziyanla tutuş-
durulması, iqtisadi, siyasi, mənəvi хaraktеrli maraqlara еhtimal 
е
dilən təsirin nəzərə alınması əsasında оptimal zaman müddə-
tində sеçilmiş variantı nəzərdə tutulur. 
Qеyd еtmək оlar ki, risklərin idarə еdilməsi və qiymət-
ləndirilməsi  bazar  münasibətlərinə  хas  оlmaqla  yanaşı,  Azər-
baycanda müvafiq mərhələlərlə və tədricən inkişaf еtməkdədir. 
Bu,  еyni  zamanda,  qiymətləndirmə  еlminin  tərkib  hissəsi 
о
laraq  pеşəkar  qiymətləndiricilər  tərəfindən  həyata  kеçirilir. 
О
na görə də, hazırda ölkəmizdə pеşəkar qiymətləndirmə fəaliy-
yətinin  və  еyni  zamanda,  risklərin  qiymətləndirilməsinin 
sığоrtalanmasına böyük еhtiyac vardır. 
 
10.2. Risk və qeyri-müəyyənlik şəraitində 
 qəbul olunan qərarlarda şəxsiyyət amili 
 
nsan  iqtisadi  prosesin  əsas  iştirakçısıdır,  iqtisadiyyat 
onun  ehtiyacları  sayəsində  mövcuddur.  qtisadiyyat  ikinci,  in-
san isə birincidir. Məhz bu səbəbdən müasir tədqiqatlarda insan 
və onun davranışının təhlilinə daha çox yer ayrılır.  
Risklərin  mənfi  nəticələrinin  maksimum  azaldılması, 
risklərin  bölüşdürülməsi  və  risklərin  idarə  olunması  sahəsində 
ixtsaslaşmanın  artırılmasının  mümkün  yollardan  biri  iqtisadi 
insitututların  yaradılması  və  alqı-satqı  müqavilələrinin  risklər-
dən  yayınmaq  nöqteyi-nəzərindən  maksimum  əlverişli  tərtib 
olunmasıdır.  Bu  səbəbdən  insanlar  daim  müxtəlif  iqtisadi 
institutlar yaratmaq və öz maraqlarına maksimum xidmət edən 
sazişlər  hazırlamaqla  risklərin  maksimum  bölüşdürülməsinə, 
diversifikasiyasına nail olmağa çalışırlar.  
Risklərin bölüşdürülməsi qiymətli kağızların emissiyası 
zamanı nəzərə alınan mühüm amillərdən biridir. Təsadüfi deyil 


162 
 
ki,  məhz  risklər  nəzərə  alınma  səviyyəsinə  görə  qiymətli 
kağızların  müxtəlif  növləri  meydana  çıxmışdır.  stiqrazlar  və 
səhmlər  –  bir-birindən  risklərin  dərəcəsinə  görə  fərqlənir. 
nvestorlar da investisiya qoyarkən hansı dərəcədə riski üzərinə 
götürmələrindən asılı olaraq qiymətli kağızları seçirlər. 
Son  on  illiklərdə  qərarların  qəbulunda  elmi-texniki  ye-
niliklərdən,  innovasiyalardan  istifadənin  sürətinin  və  miqya-
sıının  artması  risklərin  idarə  olunmasını  asanlaşdırmışdır.  Bu-
nun səbəbi bazarda risklərin bölüşdürülməsi ilə əlaqəli bazarda 
tələb  və  təklifdə  baş  verən  dəyişikliklərdir.  Telekommunika-
siya sahəsindəki yeni kəşflər, informasiya və maliyyə nəzəriy-
yəsinin  işlənməsinın  yeni  metodları  risklərin  qəbulu  zamanı 
diversifikasiya  və  ixtisaslaşma  üçün  çəkilən  xərcləri  xeyli 
azaltmışdır.  Eyni  zamanda,  valyuta  kurslarının,  faiz  dərəcə-
lərinin və məhsulların qiymətlərinin dəyişkənliyi risklərin idarə 
olunması  zamanı  adekvat  qərarların  qəbul  olunmasına  tələbi 
artırmışdır.  Bu  səbəbdən  ötən  əsrin  70-80-ci  illərindən  başla-
yaraq fyuçers, opsion, svopların sürətli inkişafını bazarın təsiri 
ilə baş verdiyini izah etmək mümkündür. 
Risklərin  bazarın  bütün  iştirakçıları  arasında  bərabər 
paylanılmasını iddia edən və yalnız fərziyyə olunan ideal bazar 
reallıqda heç vaxt mövcud olmamışdır. Çünki real həyatda belə 
bir vəziyyətin yaranması üçün çoxlu sayda amillər mövcuddur 
ki,  onları  heç  vaxt  aradan  qaldırmaq  mümkün  deyildir.  Bu 
amillərdən ikisi daha əsasdır ki, onlar əməliyyat xərcləri və psi-
xoloji məsələlərdir. 
Ə
məliyyat xərclərinə sığorta şirkətləri və fyuçers bazar-
larının fəaliyyət göstərməsi üçün, həmçinin, alqı-satqı müqavi-
lələrinin bağlanması və  onların icrası üçün  çəkilən xərclər da-
xildir. Bu təşkilatların fəaliyyətindən daxil olan gəlirlər, onların 
yaradılması və fəaliyyətinə çəkilən xərclərdən artıq olmayınca 
yaradılmır. 
kinci  amil  olan,  psixoloji  probemlərə,  ilk  növbədə, 
məsuliyyətsizlik  və  qeyri-əlverişli  seçim  daxildir.  Məsuliyyət-


163 
 
sizlik riskə görə edilmiş sığorta nəticəsində sığortalanmış şəx-
sin  həmin  riskə  daha  çox  getməsi  və  ya  gələcəkdə  yarana 
biləcək mənfi hadisənin qarşısının alınması üçün daha az cəhd 
göstərməsi  nətcəsində  yaranır.  Adətən,  belə  olan  hallarda  sı-
ğ
orta  şirkəti  həmin  şəxslərlə  əməkdaşlıq  etməkdən  imtina 
edirlər. 
Məsələn, sahibkar öz anbarını yanğından sığortalamaq-
la  yanğına  qarşı  təhlükəsizlik  tədbirlərinin  görülməsi  istəyini 
azaldır.  Belə  qabaqlayıcı  tədbirlərin  görülməməsi  obyektdə 
yanğın  baş  verməsi  ehtimalını  artırır.  Və  yaxud  əgər  anbarın 
sığorta  pulu  onun  bazardakı  real  dəyərindən  artıqdırsa,  anbar 
sahibi  özü  obyekti  yandıraraq  sığorta  şirkətindən  sığorta 
məbləğini  ala  bilər.  Adətən,  belə  hallarda  sığorta  təşkilatları 
sığorta məbləğini azalda və yaxud məbləği verməyə bilər. 
kinci  tip  psixoloji  problem  olan  əlverişsiz  seçimə 
sığortalanan insanların özlərinin riskə daha çox məruz qaldığını 
düşünərək  əlverişli  olmayan  seçim  etmək  məcburiyyətindən 
yaranır.  Məsələn,  ömürlük  alınan  annuitet  (ömrünün  axırına 
kimi  illik  əldə  edilən  faiz)  və  ya  ömürlük  rentaya  (aylıq  faiz 
verilən  müqavilə)  baxaq.  Sığorta  şirkəti  güman  edir  ki,  bu  tip 
sığortanı  alan  adamlar,  böyük  ehtimalla,  digər  insanlar  kimi 
eyni müddət yaşayacaqdır. 
Məsələn,  hər  hansı  sığorta  şirkəti  bu  tip  sığortanı  60 
yaşında  təqaüdə  çıxan  insanlara  verir.  Əhalinin  tərkibinə  bax-
saq,  insanları  3  qrupa  ayırmaq  olar:  A  tip  insanlar  təqaüdə 
çıxandan sonra daha 10 il yaşayırlar, B tip insanlar 15 il, C tip 
insanlar  isə  20  il.  Orta  hesabla  insan  təqaüdə  çıxdıqdan  sonra 
daha  15  il  yaşayır.  Əgər  sığorta  şirkəti  bu  tip  sığortaya  15  il 
yaşayanlara  görə  qiymət  qoyarsa,  tezliklə  məlum  olacaq  ki, 
onun  müştərilərinın  əksəriyyəti  B  və  C  tip  insanlardan  iba-
rətdir. Çünki A tip insanlar bu tip sığortanı onlar üçün əlverişli 
olmayan seçim hesab edəcəklər. 
Ə
gər sığorta şirkəti onun potensial müştərilərinin hansı 
tip insanlardan ibarət olacağını əvvəlcədən bilsəydi və qoyduğu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə