Azərbaycan resubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/52
tarix14.05.2018
ölçüsü2,8 Kb.
#44204
1   ...   44   45   46   47   48   49   50   51   52

168 
 
biliklərinin, təhsilinin olması, həmçinin, məqsədlərin qoyulma-
sı və onlara nail olunması, risklərin, vaxtın və kadrların düzgün 
idarə  olunması,  səhvlərdən  düzgün  nəticənin  çıxarılması  kimi 
məntiqi və psixoloji qabiliyyətinin olması çox vacibdir. 
Qeyd  edilən  xüsusiyyətləri  ümumiləşdirsək,  göstərə 
bilərik  ki,  sahibkarlıq  fəaliyyətində  uğur  qazanmaq  üçün  in-
sanların aşağıdakı xüsusiyyətlərinin olması əsasdır: 

  enerji, özünü və başqalarını işləməyə məcbur etmək qa-
biliyyəti; 

  istənilən vəziyyətlərdə düşünmək qabiliyyəti; 

  insanlarla ünsiyyət qurmaq bacarığı; 

  texnika və texnologiyaların öyrənilməsi, onlardan istifadə 
qabiliyyəti və s. 
Bütün  insanlar  daim  bir-biri  ilə  ziddiyət  təşkil  edən 
məqsədlər arasından seçim etmək məcburiyyətindədir. Gəlirlə-
rinin maksimallaşdırılması, mövcud vəziyyətinin daha da  yax-
ş
ılaşdırılması üçün insan əldə etdiklərini təhlil edərək gələcəyi 
proqnozlaşdırır  və  qarşıya  yeni  məqsədlər  qoyur.  nsanların 
belə davranışı ailənin, cəmiyyətin, dövlətin ümumi fəaliyyətinə 
təsir  etməklə  risklərin  azaldılması  istiqamətində  insanların 
davranışını müəyyən etməyə kömək edir. 
qtisadi risklərin yaranması səbəblərindən asılı olmaya-
raq  hər  bir  şəxsin  məqsədi  risk  nəticəsində  yarana  biləcək 
itkilərin  azaldılmasıdır.  Risklərin  idarə  edilməsi  məqsədilə 
yaradılan  modellərin  hazırlanması  zamanı  əsas  məqsəd  riskli 
layihələrin  uğurlu  həyata  keçirilməsində  şəxsiyyət  amil  daha 
çox nəzərə alınır.  
 
 
 
 
 
 
 


169 
 
10.3. Qiymətlərin idarə olunmasında 
 risklərin uçotu 
 
 
Yüksək  gəlir  əldə  etmək  stimulu  sahibkarda  gəlirin 
azaldılması üçün qiymətlərə təsir edən amilləri nəzərə almağa, 
qarşıya çıxan maneələri əvvəlcədən görməyə və onların aradan 
qaldırılmasına sövq edir. Məlumdur ki, qiymətə aşağıdakı qrup 
amillər təsir edir: 
-
  Siyasi  (dövlətin  siyasəti,  qanunvericilik,  məhkəmə 
quruluşu, siyasi stabillik və s. ); 
-
  qtisadi  (iqtisadi  tənzimləmə  metodları,  bazar  kon-
yukturası, rəqiblər, istehlakçılar və s.); 
-
  Sosial  (təbii  proseslər,  istehlakçıların  tərkibi,  onların 
yaşayış, intellekt səviyyəsi və s.); 
-
  Psixloji  (istehlakçıların  mentaliteti,  adət-ənənələri, 
zövqü və s.). 
 
Bütün bu amillərin nəzərə alınması gələcəkdə istehsal 
və  satış  zamanı  qarşıya  çıxa  biləcək  risklərin  müəyyən  edil-
məsinə kömək edir. 
 
Bütün  istehsal  prosesi  qiymət  vasitəsilə  idarə  olunur. 
Hər bir sahibkar son nəticədə  gəlir əldə  etmək üçün istehsalın 
bütün fazaları boyu sadalanan amilləri nəzərə almaqla, məhsula 
qiymət  qoyur.  Buna,  qiymətqoyma  prosesibdı  daha  yaxından 
baxaq.  
 
Qiymətəmələgəlmə  qoyulmasının  prosesi  bir  neçə 
mərhələdən  ibarətdir.  Onların  hər  birində  sadalamaqla  yarana 
biləcək riskləri göstərək. 
1.
  Məqsədin  seçilməsi:  ilk  olaraq  qiymətqoymada  fir-
manın məqsədləri müəyyən olunur. Məqsəd bazar kon-
yukturuna, firmanın resurslarına uyğun müəyyən edilir. 
Qiymət  qoymaqda  məqsədlər  fərqlənə  bilər  –  tələbatın 
ödənilməsi,  bazarın  əldə  saxlanılması,  mənfəətin  mak-
simallaşdırılması və s.  


170 
 
2.
  Tələbatın müəyyən edilməsi: bazarın əsas prinsipi nəyi, 
kim üçün, nə qədər istehsal etməyi müəyyən etməkdir. 
Adətən,  məhsulun  alıcısının  seçilməsi  qiymətqoymada 
mühüm  rol  oynayır.  Bu  da  çox  zaman  bazarın  nö-
vündən  və  alıcıların  qiymətə  qarşı  həssaslığından  asılı 
olur.  Alıcı  həssaslığını  müəyyən  edən  faktorlara  da 
aşağıdakılar daxildir. 
-
  Məhsulun əvəzedicisinin olması və onun qiyməti; 
-
  Məhsulun nadirliyi; 
-
  Məhsulun müqayisəsinin çətinliyi; 
-
  Məhsulun tədavül xərcləri; 
-
  Məhsulun bahalılığı; 
-
  Qiymət vasitəsilə keyfiyyətin müəyyənliyi; 
-
  Məhsulun əldə edilməsinə çəkilən xərclər. 
3.
  Xərclərin təhlili: məlumdur ki, qiymətin yuxarı həddini 
tələbat, aşağı həddini isə sabit və dəyişən xərclər müəy-
yən edir. Bunların üzərinə mənfəəti əlavə etmək lazım-
dır ki, optimal qiyməti müəyyən etmək mümkün olsun.  
4.
  Rəqiblərin  qiymətlərinin  təhlili:  rəqibləri  və  onların 
ə
mtəələrinin  qiymətinin  fərqli  xüsusiyyətlərini,  çatış-
mayan mənfi və müsbət cəhətləri müəyyən edilməlidir. 
5.
  Qiymətqoyma  metodunun  seçilməsi:  adətən,  üç  səviy-
yədən biri – minimal, maksimal, optimal seçilir.  
6.
  lkin  qiymətin  qoyulması:  yuxarıdakı  mərhələlər  fir-
manın qiymət siyasətinə və strategiyasına uyğun olaraq 
reallaşdırılır. 
Məhsulun qiyməti müəyyən edildikdən sonra onun ida-
rə edilməsi mərhələsi başlayır. Bu zaman yuxarıda qeyd edilən 
amillərlə yanaşı, kənar təsirlər və məhsulun həyat dövrü nəzərə 
alınmalıdır  ki,  bunların  hər  birində  risk  və  qeyri-müəyyənlik 
vardır.  
Sahibkar  daim  qiymətin  səviyyəsinin  dəyişməsinin 
mənfəətə təsirini diqqətdə saxlamalı və buna uyğun olaraq, ma-
liyyə, marketinq siyasətini həyata keçirməlidir. 


171 
 
Çünki  məhsulun  qiymətinə  təsir  edən  amillər  –  dəyər, 
alıcı, rəqib, bazar kanalları, satış coğrafiyası müxtəlifdir. 
Məhsulun həyat tsiklinin xarakterlərinə baxaq. 

məhsulun  yaradılması  (bu  zaman  sınaq  üçün  qiymətlər 
qoyulur); 

məhsulun bazara çıxarılması (məhsula tələbatın yüksək 
olduğu aşkarlanarsa, qiymətlər qaldırılır); 

məhsulun satış dairəsinin genişlənməsi və artımı (stimul 
yaratmaq  məqsədilə  ikinci  mərhələdəkinə  nisbətən  aşağı 
qiymət qoyulur); 

yüksəliş. Məhsulun istehsal, yaxud təklif həcmi o qədər 
yüksək  olur  ki,  onun  anbarda  yığılıb  qalmaması  üçün  daha 
aşağı qiymət qoyulur. 

tənəzzül.  Bu  mərhələdə  marketinqə  heç  bir  xərc  çəkil-
mir, konservativ alıcılar üçün qalıq məhsullar satılır, rəqiblərin 
müəssisəni  sıxışdırıb  çıxarmaması  üçün  paralel  olaraq  bazara 
yeni məhsul buraxılır. 
Rəqabətli bazarda gələcəyin qeyri-müəyyən olması qiy-
mətəmələgəlmə prosesinin hər bir mərhələsində xarici və daxili 
amillərin  diqqətlə  nəzərdən  keçirilməsini  və  yarana  biləcək 
kənarlaşmaların əvvəlcədən nəzərə alınmasını tələb edir.  
Məhsulun  qiymətinin  müəyyən  edilməsi  və  bazara  çı-
xarılması  üçün  SWOT  təhlilin  aparılması  gələcəkdə  qarşıya 
çıxa  biləcək  risklərin  əvvəlcədən  müəyyən  edilməsinə  kömək 
edir. Bu üsuldan bir sıra məsələlərdə, o cümlədən, məhsula qiy-
mətqoyma  prosesində  istifadə  edirlər.  Bununla,  firma  özünün 
güclü  və  zəif  tərəflərini  öyrənir,  gələcəkdə  riskləri  proqnoz 
etmək imkanına malik olur. Proqnoz mümkün olduğu təqdirdə 
gələcəkdə  itkilərin  azaldılması  üçün  alternativlətin  əvvəlcədən 
hazırlanması mümkün olur.   
 
 SWOT təhlili zamanı aşağıdakı bir sıra suallara opti-
mal cavab verilməli və bu zaman firmanın fəaliyyətinin bütün 
tərəflərini  tanıyan  ekspertlərin,  əmkdaşların  iştirakı  ilə  “beyin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə