218
III-XVI əsrin a xırla rından etibarən A zərbaycana Qərbi Avropanın, mü xtə lif
ölkələrində zərb o lunmuĢ gümüĢ talerlərin güclü axın ı baĢ vermiĢdir. Bir sıra
numizmatik tapıntılar bunu təsdiq edir. Bu, A zərbaycanın həmin dövrdə beynəlxalq
ticarət münasibətləri sistemində mühü m mövqe tutduğunu göstərir.
1571-1573-cü illər Təbriz üsyanı. XVI əsr ərzində Azərbaycanda feodal
istismarına qarĢı dəfələrlə xalq üsyanı baĢ vermiĢdi. Ehtiyacın və ağır verg ilərin
təsiri altında əzilən kəndlilərin hərəkatı ço x zaman Ģəhər yoxsulları və sənətkarların
üsyanları ilə birləĢird i. Hərəkatın kütləviliy i, eyni zamanda kortəbiiliy i, dərviĢlərin,
təsadüfı Ģəxslərin üsyanlara rəhbərlik cəhdləri bu dövr kəndli üsyanlarının
səciyyəvi cəhətləri olmuĢdur.
IV Səfəvilərin hakimiyyətinin ilk dövründə zəhmətkeĢlərin vəziyyəti bir
qədər yaxĢılaĢmıĢdı. Lakin XVI əsrin 70-ci illərinin sonlarına doğru onların
yaĢayıĢ Ģəraiti xey li ağırlaĢdı. Xalq kütlələrinin I ġah Təh masibin siyasətindən və
qızılbaĢ feodalların ın zü lmündən narazılığı 1571-1573-cü illərdə Təbrizdə Ģəhər
yoxsulların ın, sənətkarların baĢ vermiĢ üsyanında özünün parlaq ifadəsini tapdı.
Həsən bəy Rumlu hərəkatın rəhbərləri sırasında sənətkarların və xırda tacirlərin
(Mahudhazırlayan, Çəkməçi, ġalhazırlayanın oğlu, Dəvəçi və b.) ad larını
xatırlatmıĢdır. Hərəkata rəhbərlik iĢində pəhləvanlar fəal iĢtirak ed irdilər (adətən
id man oyunu meydanlarında - zorxanalarda çıxıĢ edən peĢəkar id mançıları
"pəhləvan" adlandırırd ılar). Onlar xalq arasından çıxmıĢ Ģəxslər id i və öz
tərəfdarların ı müəyyən təĢkilatlar ətrafında birləĢdirird ilər.
Təbriz darğası Allahqulu bəy Ustaclın ın zülmü üsyanın baĢlanması üçün
bilavasitə bəhanə oldu. Darğanın nifrət qazan mıĢ xid mətçilərindən biri Vicuyə
məhəlləsinin ən yoxsul sakinlərindən ibarət dəstə tərəfındən ələ keçirilib döyüldü.
Qəzəb lən miĢ darğa öz xid mətçilərinə müqəssirlərdən birinin ələ keçirilməsi və
edam olun ması haqqında sərəncam verdi. Darğa edam olun muĢ Ģəxsin do ğma
məhəllədə dəfn ed ilməsinə maneçilik törətməyə çalıĢdı və nəticədə ən yo xsul
Ģəhərlilər üsyana baĢladılar. Darğanın mühafızəçiləri əziĢdirildi, Allahqulu bəy isə
qaçmaqla ö z həyatını xilas ola bildi. Qəzəb lən miĢ xalq kütlələri nəin ki darğanın,
habelə bir ço x nəcabətli Ģəhər sakinlərinin, seyidlərin, ruhanilərin və varlı Ģəxslərin
evlərinə hücu m etdilər. Evlər talan olundu, dövlətli Ģəxslərin ailələri isə zorakılığa
məruz qaldılar. Həsən bəy Rumlu yazır: "Hər b ir küçədə sadə xalq içərisindən olan
adamlar ö z ha kimiyyət bayraqlarını ucaltdılar: Pəh ləvan Yari Sincar məhəlləsində,
Nəcmi Vicuyə məhəlləsində, Topal Mustafanın oğlu ġərəf Sərv məhəlləsində,
ġaltikənin oğlu Məhad Məhində, Ağa Məhəmməd Nübar məhəlləsində, Pəhləvan
Əvəz Meydanda, Aslan Dərbi-Əlada, Mirzə Məlikan i Göyçə ilə Dəvəçilər
məhəlləsində, Əla Həsəncan ġeĢgilarında". Təbrizdə bütün hakimiyyət üsyan
219
rəhbərlərinin əlinə keçdi. Mərkəzi höku mət nümayəndələri və ali feodal əyanları
dəfələrlə I ġah Təhmasibə "qara camaatın qiyamın ın" yatırılması üçü n Təbrizə
qoĢun göndərilməsi zərurətin i anlatmağa çalıĢdılar. Lakin ġah Təhmasib həmin
məsləhətlərə diqqət yetirmədi. ġah zənn edirdi ki, üsyançılara qarĢı qoĢun
yeridilməsi ağır nəticələr verə bilər, abad vilayət viran qalar, üsyanda iĢtirak
etməyənlər həlak olarlar. ġah Təhmasib habelə ümid edird i ki, təbrizlilərin üsyanı
tədricən zəifləyər. Gü man etmək olar ki, Ģahın qətiyyətsizliyin in baĢlıca səbəbi
Səfəvi dövlətinin ağır vəziyyəti idi. Əsgərlər uzun illər ərzində məvacib almırdılar
və buna görə də orduya etibar olunmurdu. Gilan vilayətini isə üsyan bürümüĢdü.
Buna görə də ġah Təhmasib Allahqulu bəyin yerinə Yusif bəy Ustaclını Təbriz
hakimi təyin etdi. Yeni Təb riz hakimi Ģahın göstəriĢinə əsasən üsyançılarla
danıĢıqlara baĢladı. Yusif bəy Ustaclı Ģəhərin kübarlarına qarĢı mübarizən i
dayandırmaq haqqında məhəllə rəhbərlərin in (kətxudaların) razılığını almağa
müvəffəq oldu. Razılıq andla əsaslandırıldı və üsyanda iĢtirak etmiĢ Ģəxslərin
cəzalandırılmayacağına təminat verild i. Lakin Ģəhərin ən yo xsul sakin ləri əldə
olunmuĢ saziĢdən narazı qaldılar. Tezliklə Yusif bəyin hərbi xid mətçiləri ilə
Pəhləvan Yarin in tərəfdarları arasında toqquĢma baĢ verdi, bir neçə adam həlak
oldu. Bu hadisədən sonra Ģəhərin bir ço x məhəllələrində yenidən üsyan baĢlandı.
Yusif bəy Ģahdan hərbi yardım istədi. ġiə üləmaları da üsyançılarla
mübarizəyə cəlb olundular. Onların tərtib etdikləri fitva bəyan edilird i ki, itaət
etməyən qara camaatın qətlə yetirilməsi qanunidir, Allahın tələb etdiy i əməldir.
Qaradağın irsi hakimin in oğlu Söhrab bəy Ģahın əmrinə əsasə hərbi
hissələrlə Təbrizə daxil oldu və Sahibabad meydanını əl keçird i. On lar Yusif bəyin
mü lazimləri ilə b irlikdə üsyana cəlb olunmuĢ məhəllələri mühasirəyə aldılar.
Üsyanın rəhbərləri və fəal iĢtirakçıları müqavimətin davam etdir ilməsini mənasız
sayaraq gizləndilər. Yusif bəy üsyançılardan bir ço xunu girov kimi ələ keçirdi
evlərdə axtarıĢ apardı və üsyançıların əksəriyyəti həbs edildi. Həsən bəy Rumlu
qeyd edir ki, "qara camaatın" bir ço x rəhbərləri - Göyçə, Nəcmi, ġərəf, ġunci
Mahudbasan, Çəkməç i Həsən, Dira z, Hacı, Çərtək ġahqulu, Mirzə Babaqulu,
Göysatan Hüseyn edam olundular. Üsyan rəhbərlərindən olan Pəhləvan Yari,
Pəhləvan Əvəz və Əla Həsəncan Söhrab bəy tərəfindən ələ keçirildilər. Söhrab bəy
həmin Ģəxslərə aman vermək istədi. Lakin Yusif bəy israrla həbs olunmuĢ üsyan
rəhbərlərini qətlə yetirməyi tələb etdi. Hər üç üsyan rəhbəri Təbriz meydanında dar
ağacından asıldı. Təbriz üsyanı baĢlanandan yalnız 2 il sonra - 1573-cü ildə
yatırıldı.
Üsyanın miqyası I ġah Təhmasibi elə vahiməyə salmıĢdı ki, o, üsyanın
yalnız rəhbərlərin i və 150 ən fəal iĢtirakçısın ı edam etməklə kifayətləndi. ġah