316
ġiəlik, Ģəriət ehkamları və islamın əsasları Azərbaycanda ilahiyyatın
tanınmıĢ nümayəndələri olan
Mirzə Abdulla Əfəndinin (hicri 1130-cu ildə vəfat
etmiĢdir) və Ağahüseyn Xalxalinin (XVII əsr) əsərlərində geniĢ, hərtərəfli əksini
tapmıĢdır. Oncild lik "Riyaz ül-üləma" ("Alimlər bağçası") əsərinin müəllifı Mirzə
Abdulla Əfəndi məĢhur alim və ilahiyyatçı idi. Alim bu və digər əsərlərində
islamın, onun Ģiə məzhəbin in, islam əxlaqının təbliğatçısı və ideoloqu kimi çıxıĢ
edirdi. Ağahüseyn Xalxali sufı panteizminə, xüsusilə Yusif Qarabağin in fəlsəfı
baxıĢlarına qarĢı fəal mübarizəsi ilə tanınırdı. XVII əsrin fəlsəfı fikir nümayəndələri
olan Saib Təbrizinin, Yusif Qarabağinin, Qövsi Təbrizinin dünyagörüĢü
insanpərvərlik, azadfıkirlilik, xey irxah əməllər və ədalət uğrunda mübarizə
ruhundadır. Onların fəlsəfi baxıĢları üçün panteizm səciyyəvid ir.
Azərbaycanın mütərəqqi simalarından biri olan Məhəmməd Əmin ibn
Sədrəddin Şirvaninin fəaliyyəti XVII əsrə təsadüf etmiĢdir. O, "Mabəd və məbdə"
("BaĢlanğıc və son") traktatının, Qəzalinin "Qəvaid əl-əqaid" ("Ġnancların
prinsipləri") əsərinə Ģərhin, "ġəmsiye-Razi" əsərinin, habelə islam təriqətlərinə həsr
olunmuĢ əsərin müəllifıd ir. Son əsərində o, islam zəmin ində yaranmıĢ 73 təriqəti
səciyyələndirməyə cəhd göstərmiĢ, islamın daxilindəki batini, xüsusən qərməti kimi
mü xalifətçi təriqətlərin təhlilinə xüs usi fikir vermiĢdir.
Azərbaycan mütəfəkkiri Mirzə Məhəmməd ibn Həsən Şirvani XVII əsrdə
yaĢamıĢ, fəlsəfə, ədəbi tənqid sahələrində məĢhurlaĢmıĢ, astronomiyaya və
riyaziyyata dair əsərlər yazmıĢ, bir sıra fəlsəfı əsərlərin (xüsusilə peripatetik meyilli
əsərlərə yazılmıĢ sərhlərin) müəllifi kimi tanın mıĢdır.
XVII-XVIII əsrlər fə lsəfı cə rəyanların, xüsusilə sufiliyin xeyli dərəcədə
geniĢ yayıldığı tarixi dövr id i. Bu hal aĢağıdakı amillərlə bağlı o lmuĢdur:
1)
bu əsrlərdə sufilik mü xalifətin öz fəlsəfı ehkamların ın mühafızəkar
islamın əleyhinə yönəlmiĢ mah iyyətinin zahirən islamçı təqdimi üçün istifadə etdiyi
uğurlu formalardan biri id i;
2)
sufilik təqib lərə məru z qalan sünnilər üçün ideoloji sığınacaq idi və
mü xalifətçi ziyalıları özünün panteist mahiyyəti ilə də cəlb cdirdi.
Malik Seyid ibn Məhəmməd Kamil, Maqsud Əli Təbrizi, Molla Rəcəb Əli
Vahid kimi sufı-panteistlərin fəaliyyəti XVII əsrə təsadüf edir.
Əgər sufiliy in bir qolu mü xalif zü mrə və təbəqələr üçün sığınacaq idisə,
digər qolu hakim dairələrlə əlb ir olaraq bidətçi sufıləri amansızcasına təqib edir,
əleyhdarları sünnilikdə təqsirləndirirdi. Məsələn, I Abbasın əmrinə əsasən sufı-
panteist olan Əbu Talıb Təbrizi və Mirzə Məhəmməd Ordubadi edam edildilər.
Yusif Qarabaği isə Orta Asiyaya qaçmaq la bu cəzadan xilas ola bildi.
317
XVII əsrdə Azərbaycanda fəlsəfi fikrin görkəmli nü mayəndələri Yusif
Qarabaği və Saib Təbrizi idi.
Yusif ibn Məhəmmədcan Qarabaği peĢəkar fılosof idi. Onun bir ço x
əsərlərində məntiq, hüquq, astronomiya problemləri öz əksini tapmıĢdır. "HaĢiyəi-
xanəqahi" ("Xanəgahinin haĢiyəsi"), "Tətəmmət ul-havaĢi fi izalət ul-həvaĢi"
("AnlaĢılmazlıqların aradan qaldırılmasına dair haĢiyələrin tamamlan ması"),
"Risalətun fı bəyan il-cü zi la yətəcəzzəü" ("Bö lünməz h issəciyin izah ına dair"),
"HaĢiyətün li Ģərhi "Hikmət əl-eyn" ("Hikmət əl-eyn" əsərinin Ģərhinə dair"),
"Risalətun fı tərif ül-elm" ("Elmin tərifi haqqında traktat"), "Risalət ul-xəlvətiyyə"
(" Gizli olan haqda traktat") və s. Yusif Qarabağinin daha ço x yayılmıĢ iri tədqiqat
əsərlərid ir. Panteizm alimin dünyagörüĢü üçün səciyyəvi olmuĢdur. Filosofun
baxıĢlar sistemində idrak nəzəriyyəsi baĢlıca yeri tuturdu. O, dünyanın dərk edilən
olduğunu göstərirdi. Yusif Qarabağinin fıkrincə, dünya 5 daxili və 5 xarici hiss
vasitəsilə dərk o lunur. O yazırdı ki, tədqiqat varlıqların dəlillər və əsaslandırmalar
vasitəsilə dərkid ir, bu idrak həqiq idir.
Ümu miyyətlə, Qarabağinin dünyagörüĢü XVII əsr Azərbaycan fəlsəfə
tarixində xüsusi yer tutur.
Saib Təbrizi dövrünün yüksək səviyyədə təhsil almıĢ ziyalılarından idi. ġair -
mütəfəkkir bir ço x Yaxın və Orta ġərq ölkələrin i ziyarət etmiĢ, dövrünün tanınmıĢ
ziyalıları ilə təmasda olmuĢ, bir müddət Səfəvi hökmdarı II Abbasın sarayında
məlik üş-şüəra kimi ali adı daĢımıĢdır. Lakin o, saraydakı çəkiĢ mələrdən, fıtnə-
fəsad yuvasından uzaq olmağa çalıĢ mıĢ, tezliklə Səfəvi sarayını tərk etmiĢdir. Saib
Təbrizi həyatının son illərində öz əsərlərin in təsnifatı ilə məĢğul olmuĢ və onlan
"Mirat ül-camal" (" Gö zəllik aynası"), "ArayiĢi-nigar" (" Gö zəllik bəzəyi"), " Vacib
ül-hifz" ("Qorunması vacib olan") adlı məcmuələrdə yerləĢdirmiĢdir. ġair-
mütəfəkkir əsərlərin i A zərbaycan və fars dillərində yazmıĢdır. Yaxın və Orta ġərq
xalq larının fəlsəfı irsi, xüsusilə ġərq peripatetizmi Saib Təbrizin in də
dünyagörüĢünün təĢəkkülü üçün əsas olmuĢdur. O, ġərq peripatetizmi vasitəsilə
qədim yunan elmini və fəlsəfəsini öyrənmiĢdi. Saibin orta çağ lar ġərqin in panteist
bidətçi təlimlərinə bağlılığı onun daim Mənsur Həllaca istinad etməsi ilə
təsdiqlənir. Saib yazırdı: "Biz Mənsurun qanıyıq və daim qaynamaqdayıq". Digər
bir əsərində mütəfəkkir qeyd edirdi: "Quru zahid lərlə həqiqət haqqında ucadan
danıĢma, dar ağacına məhku m olun muĢ Mənsura bax". Saib Təbrizi özü haqqında
demiĢdi: "Mənim Mənsurum dar ağacından qorxmur". O göstərirdi ki, sufılərin
vəhdət əl-vücud haqqında təlimin in əsirid ir, bu təlimə valeh o lmuĢdur. Saib in
dünyagörüĢünün əsasını məhz bu nəzəriyyə təĢkil edir. Onun fıkrincə, Allahın
varlığ ı ilə bağlan mıĢ mövcudluq, dünya bir-biri ilə üzv i Ģəkildə əlaqədar olan 4